|
Maddə 232. Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə
|
səhifə | 232/352 | tarix | 02.01.2022 | ölçüsü | 0,72 Mb. | | #39487 |
| Cinayət Məc
Maddə 232. Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə
232.1. Odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232.2. Eyni əməllər:
232.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
232.2.2. təkrar törədildikdə;
232.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
232.2.4. həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
əmlakı müsadirə olunmaqla altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69)
Dostları ilə paylaş: |
|
|