Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə



Yüklə 0,72 Mb.
səhifə233/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   229   230   231   232   233   234   235   236   ...   352
Cinayət Məc

Maddə 233. İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə

    İctimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə—

    • beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 45, 61, 73, 131)

Maddə 233-1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma

    233-1.1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma—

    • əmlakı müsadirə edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    233-1.2. Eyni əməllər:

      233-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə;

      233-1.2.2. təkrar törədildikdə;

      233-1.2.3. ağır nəticələrə səbəb olduqda—

    • əmlakı müsadirə edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

      Qeyd: qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalardan hər hansı birinin qanunsuz olaraq hazırlanması, əldə edilməsi, saxlanması, daşınması, gəzdirilməsi, başqasına verilməsi və ya satılmasına görə bu Məcəllənin digər maddələrində və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulduqda, həmin əmələ bu maddənin qüvvəsi şamil edilmir. (23, 69, 98)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin