Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma



Yüklə 0,72 Mb.
səhifə284/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   280   281   282   283   284   285   286   287   ...   352
Cinayət Məc

Maddə 283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma

    283-1.1. Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə —

    • doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    283-1.2. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə —

    • on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    283-1.3. Bu Məcəllənin 283-1.1-ci maddəsində nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə —

    • yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    283-1.4. Bu Məcəllənin 283-1.1 — 283-1.3-cü maddələrində nəzərdə tutulan hərəkətlərin törədilməsinə açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materiallar yayma —

    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 283-1.1 — 283-1.3-cü maddələrində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. (89, 116)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin