Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir. (69, 127)
Maddə 99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi
99-3.1. Müsadirə məsələsi həll olunarkən, ilk növbədə, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir.
99-3.2. Cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa ziyanın ödənilməsini təmin edəcək əmlakı olmadıqda, cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. (69)