Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi



Yüklə 0,72 Mb.
səhifə107/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   103   104   105   106   107   108   109   110   ...   352
Cinayət Məc

Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi

    Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi—

    • üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (131)

Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə

    122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə—

    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə—

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin