Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə



Yüklə 0,72 Mb.
səhifə109/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   105   106   107   108   109   110   111   112   ...   352
Cinayət Məc

Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə

    124.1. Ehtiyatsızlıqdan adam öldürmə—

    • iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya (bax) üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə—

    • iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61, 131)

Maddə 125. Özünü öldürmə həddinə çatdırma

    Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—

    • üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (61)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin