Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 173. Yetkinlik yaşına çatmayanın alqı-satqısı
173.1. Yetkinlik yaşına çatmayanın alqı-satqısı, yaxud yetkinlik yaşına çatmayan barəsində onun başqalarına verilməsi və ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması —
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
173.2.5. yetkinlik yaşına çatmayanın qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarılması və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi yolu ilə törədildikdə;
173.2.6. yetkinlik yaşına çatmayanın orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
173.3. Bu Məcəllənin 173.1 və 173.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan yetkinlik yaşına çatmayanın ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (25)