Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi



Yüklə 0,72 Mb.
səhifə159/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   155   156   157   158   159   160   161   162   ...   352
Cinayət Məc

Maddə 171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi

    171-1.1. Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama —

    • səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    171-1.2. Eyni əməllər:

      171-1.2.1. təkrar törədildikdə;

      171-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

      171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə;

      171-1.2.4. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə;

      171-1.2.5. təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə;

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd:

    1. Bu Məcəllənin 171-1-ci maddəsinin məqsədləri üçün «uşaq pornoqrafiyası» dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks etdirən realistik təsvirlər başa düşülür.

    2. Bu Məcəllənin 171-1.2.3-cü maddəsində «xeyli miqdar» dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. (70, 99, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin