Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Maddə 213. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma



Yüklə 0,72 Mb.
səhifə209/352
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#39487
1   ...   205   206   207   208   209   210   211   212   ...   352
Cinayət Məc

Maddə 213. Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma

    213.1. Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma -

    • cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    213.2. Eyni əməllər:

      213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

      213.2.2. külli miqdarda törədildikdə -

    • cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    213.3. Bu Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —

    • üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Qeyd:

    1. Bu maddədə «xeyli miqdar» dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, «külli miqdar» dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

    2. Bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 2, 4, 31, 35, 45, 111, 134)

Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı

    213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə—

    • əmlakı müsadirə olunmaqla iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    213-1.2. Bu Məcəllənin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər;

      213-1.2.1. külli miqdarda törədildikdə;

      213-1.2.2. təkrar törədildikdə;

      213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə—

    • əmlakı müsadirə olunmaqla beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    213-1.3. Pərakəndə satış istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma —

    • min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    213-1.4. Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə —

    • iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində «xeyli miqdar» dedikdə, beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2-ci maddəsində «külli miqdar» dedikdə iki min manatdan yuxarı olan məbləğ, 213-1.3-cü maddəsində «xeyli miqdar» dedikdə, əlli manatdan min manatadək olan məbləğ, 213-1.4-cü maddəsində «külli miqdar» dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür. (13, 35, 45, 69, 106, 110, 119, 128)


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin