147
Azərbaycanda regional sosial turizm mərkəzləri ilk növbədə sağlamlığın
bərpasına yönəlib, daha çox sosial xarakter daşıyır və müəyyən əhali qrupu
üçün nəzərdə tutulub. Məlumdur ki, sosial turizm müxtəlif kateqoriyalı insan-
ları – tələbələri, təqaüdçüləri, əlilləri, müharibə və əmək veteranlarını əhatə
edir. Sosial turizmin əsas iştirakçıları aztəminatlı ailələrdir. Burada imtiyazlar
yalnız yaş məhdudiyyətinə malik olmur, həm də maddi vəziyyətlə bağlı verilir.
Təcrübə göstərir ki, sosial turizmin əsas məqsədi təşkilatın, müəssisənin inki-
şafına səbəb olan daha fəal işçilərin əməyinin mükafatlandırılmasıdır. Sosial
turizmin maliyyə mənbələri dövlət və bələdiyyələrin sosial ehtiyaclara ayırdığı
vəsait, sosial sığorta və sosial təminat fondları və s. ola bilər. Sosial turizm
fərdi əsaslarda həyata keçirilsə də, onda kollektiv və təşkilati forma üstünlük
təşkil edir. Sosial turizmin əsas məqsədi yalnız sağlamlığın bərpa edilməsi de-
yil, həm də istirahət edənlərin mədəni ehtiyatlarının zənginləşməsi, onların ta-
rixi təfəkkürünün genişlənməsi və s. ilə bağlıdır. Azərbaycanda sosial turizm
əsasən regional səviyyədə inkişaf edir. Burada yerli büdcə hesabına uşaqların,
ahılların, veteranların, həmçinin digər zəif müdafiə olunan əhali təbəqələrinin
istirahəti həyata keçirilir [19].
Bu gün turizmin sosial xüsusiyyətlərindən biri də əhalinin məşğulluğunun
təmin edilməsi sahəsi kimi çıxış etməsidir. Belə ki, turizm turist şirkətlərində,
mehmanxanalarda, turizm mərkəzlərində, sanatoriya və pansionatlarda işlər
təqdim etməklə məşğulluğun təmin edilməsinə yardım edir, dövlət və sahib-
karlar tərəfindən dəstəklənən səyahətlər isə sosial bərabərliyin azalmasına,
müxtəlif sosial qruplar arasındakı sosial uçurumun zəifləməsinə şərait yaradır.
Hazırda sosial turizm bilavasitə regional və regional sahə səviyyəsində inki-
şaf edir. Sosial turizm mənbələri büdcədən ayrılan vəsait hesabına təmin edilir
[20]. Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaq-
ları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir. Res-
publikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici
turistlərin qəbulu və yerli əhaliyə turist xidmətlərinin göstərilməsi ilə məşğul
olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə
yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda
müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Turizm
sahəsində əldə olunan nailiyyətlər ölkəmizə gələn turistlərin statistikasında
da özünü göstərir. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 2 ildə
ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. 2001-ci ildə Azərbaycana gələn
xarici vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə onların sayı 1
milyon 177 min, 2010-cu ildə isə 1 milyon 963 min nəfərə yüksəlmişdir.
2002-ci ildə ölkə iqtisadiyyatı ölkəmizə gələn turistlərdən 432 milyon ma-
nat gəlir götürdüyü halda, 2009-cu ildə bu rəqəm 1 milyard 122 milyon ma-
nata yüksəlib. Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və
digər turist yerləşdirmə obyektinin təməli qoyulur. 2001-ci ildə Azərbaycanda
93 hotel və yerləşdirmə obyekti fəaliyyət göstərirdisə, 2010-cu ildə onların sayı
artıq 499-a çatmışdır, Bakı və regionlarda istifadəyə veriləcək yeni hotellərin
sayı 50-ə yaxındır. Hazırda 50-yə qədər mehmanxana kompleksinin inşası da-
vam etdirilir. 2002-ci illə müqayisədə yerləşdirmə yerlərinin sayı 3 dəfə artıb.
Xüsusilə 2002-2003-cü illərdə iş adamlarında turizm sahəsinə böyük maraq
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
148
yaranmışdır. Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı
123-dür. Bu gün ölkədə 300-ə qədər hotel lisenziya alıb [8].
Nəticə
Turizmin çoxsaylı növləri mövcuddur. Eyni zamanda, onun bütün çeşidli
formaları müəyyən sosial əhəmiyyət daşıyır və insanların həyat səviyyəsinə
təsirini göstərir.
Azərbaycanda turizm sənayesinin inkişafı dövlətin strateji fəaliyyət planı-
nın əsas hissəsini təşkil edir. Ölkəmizdə turizmin müxtəlif formaları – daxili və
xarici turizm, sosial turizm, dini turizm və s. inkişaf edir. Bu gün regional tu-
rizmin inkişafı dövlətin sosial siyasətinin aparıcı istiqamətlərindən biridir. Regi-
onlarda turizmin inkişafı üçün kompleks sabit və tənzimlənmiş siyasətin həyata
keçirilməsi zəruridir. Sabit regional inkişaf sosial, ekoloji, iqtisadi ehtiyatların sosi-
al istiqamətə yönəldilməsinə şərait yaradır. Son dövrlərdə turizm dövlətin sosial
siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Hazırda sosial nemətlərin
istifadəsi, doğum və uşaq ölümü, fiziki və mənəvi sağlamlıq meyarları, təhsil və
nəhayət, həyat davamlılığı regional inkişafın əsas göstəriciləri kimi qəbul edilir.
Burada turizm əhəmiyyətli rola malikdir. Regionların inkişafı müxtəlif normativ
sənədlər, regional qanunvericilik aktları, sosial proqramlar vasitəsilə həyata keçi-
rilir. Bu sosial proqramlarda regionlarda turizm infrastrukturunun – mehmanxa-
nalar, turizm informasiya mərkəzlərinin və s. yaradılması və inkişafı əsas məsələ
kimi qoyulur.
Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü ya-
şayır. Azərbaycanda güclü iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamam-
lanır. Respublikamız müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin
təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, baş-
lıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan
özünün müstəqil iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı inkişaf
edən dövlətinə çevrilmişdir. Son illərdə həyata keçirilən məqsədyönlü islahatlar,
bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrinin uğurla reallaş-
dırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı
inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır.
Bu gün turizmin inkişafı Azərbaycanda xüsusi əhəmiyyət kəsb edir, bu,
bir tərəfdən iqtisadiyyatda alternativ sahələrin inkişafı, digər tərəfdən dövlət
büdcəsi üçün yeni gəlir mənbələrinin açılması deməkdir. Belə ki, son illərdə
xarici turizmdən əldə edilən gəlirlərin neft sənayesindən daha çox oldu-
ğu məlumdur. Ölkədə turizm sahəsinin inkişafı bir tərəfdən ölkənin iqtisa-
di tərəqqisinə, regionlarda kiçik şəhərlərin inkişafına, sosial infrastrukturun
təkmilləşdirilməsinə, digər tərəfdən əhalinin rifah halının yüksəldiləməsinə,
ehtiyacı olan təbəqələrin müalicə və turizmin digər sosial xidmətlərilə bağlı
tələbatlarının təmin edilməsinə yönəlir. Beləliklə, Azərbaycanda turizmin yeni
sahələrindən olan sosial turizm yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı qeyd
etdiyi kimi: “Azərbaycanın sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iq-
tisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk” [22]. Bu sözlər
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
149
yaxın gələcək və perspektivlər üçün Azərbaycan iqtisadiyyatının və milli turiz-
min inkişafının əsas hədəflərini müəyyən edir.
İstifadə edilmiş ədəbiyyat:
1.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olun-
muş iclasındakı giriş nitqi /09 yanvar 2014/ http://www.president.az/articles/10799
2. Paul Smith, The History of Tourism [boxed set of four volumes] (Routledge/ Thoemmes
Press, 1999.
3. Stephen J. Page. Tourism Management: An Introduction.4-th edition. Published by E l -
sevier. 2011.
4. Франческо Франжиалли. Тенденции развития мирового туризма. Лекция. -К., 2002.
5. Федорченко В.К., Минич И.М. Туристский словарь-справочник. Учебное пособие. -
К., 2000.
6. Гализдра А.С. Феномен туризма в пространстве массовой культуры. Туризм и
культурное наследие. Межвузовский сборник научных трудов. s.13-22.
7. Любивый Я.В. Туристская деятельность как фактор глобальной синергии культур,
s.57-63
8. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il: http://www.president.az/
azerbaijan/constitution/
9. Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. /M.J.Manafova, N.T.Əfəndiyeva
və S.A.Şahhüseynovanın ümumi redaktəsi ilə/. Bakı: “Sabah” (2008), 2010
10. Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında Azərbaycan Res-
publikası Prezidentinin Sərəncamı: http://www.president.az/articles/13769
11. Yeni universitetin yaratdığı ümidlər /23 dekabr 2014/ http://az.trend.az/azerbaijan/soci-
ety/2346857.html
12. Turizm İnstitutunun rektoru: “Bizdə xaricdən fərqli olaraq ofisiantlıq peşəsinə dırnaqa-
rası baxırlar” - MÜSAHİBƏ /19 may 2014/ http://az.apa.az/news/342998
13. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası. Azərbaycan Respublikası Prezi-
dentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
14. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə
Dövlət Proqramı”. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118
nömrəli Fərmanı ilə təsdiq edilmişdir: www.mdi.gov.az/files/uploader/iqtisadi_inkisaf.doc
15. Azərbaycan Turizm İnstitutunda ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi-praktik
konfrans keçirilmişdir /27.04.2013/ http://xalqqazeti.com/az/news/education/33386
16. Манильская декларация по мировому туризму (Принята Всемирной конференцией
по туризму, проходившей в Маниле (Филиппины) с 27 сентября по 10 октября 1980
года) .13. Хартия туризма. - Мадрид, 1985.
17. Əlirzayev Ə.Q., S.Aslanova. Turizmin inkişafının sosial-iqtisadi problemləri. Bakı, 2005.
18. Azərbaycanın sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır: jurnal.meclis.gov.az/news.
php?id=429
19. Azərbaycanda turizm haqqında. http://mct.gov.az/service/lang/az/page/35/
20. Turizmin inkişafı: http://www.azerbaijans.com/content_1037_az.html
21. Turizmlə bağlı layihələr və tədbirlər: http://mct.gov.az/service/lang/az/page/36/
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
150
22. Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş bina-
nın istifadəyə verilməsi mərasimindəki nitqi /18 noyabr 2011/ http://president.az/artic-
les/3688/print//
Anar Farmayilov
Tourism development in the context of the growth of social
well-being of the Azerbaijani people
Tourism acts as a strategically important area of social policy. The develop-
ment of tourism as well as contributes to a new perception of national tradi-
tions and cultures in the world and their representation. The development of
tourism in all its forms, that is, domestic and foreign tourism, is a mechanism
of social policy aimed at improving the welfare of the population.
Tourism creates conditions for opening of new workplaces. In connection
with the development of tourism infrastructure in the regions construction of
new hotels, entertainment venues open new workplaces that contribute to
the successful resolution of employment policy.
Анар Фармайылов
Развитие туризма в контексте роста социального благосостояния
Азербайджанского народa
Туризм выступает как стратегически важное направление социальной
политики страны. Развитие туризма способствует новому восприятию
национальных традиций и культур и их представлению миру. Развитие
туризма во всех его формах, то есть внутреннего и иностранного туризма,
является механизмом социальной политики, направленной на повышение
благосостояния населения.
В связи с развитием инфраструктуры туризма в регионах страны
строятся новые отели, развлекательные центры, открываются новые
рабочие места, что способствует удачному разрешению вопроса
занятости.
KİV-in
fəaliyyətinin hüquqi
tənzimlənməsinə
nəzəri-politoloji
baxış
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
151
Açar sözlər: KİV, informasiya, vətəndaş cəmiyyəti, hakimiyyət, qanunvericilik,
hüquq, demokratiya, manipulyasiya
Key words: Mass Media, information, civil society, government, legislative,
law, democracy, manipulation
Ключевые слова: СМИ, информация, гражданское общество, прави-
тельства, законодательство, права, демократия, манипуляция
KİV-in
fəaliyyətinin hüquqi
tənzimlənməsinə
nəzəri-politoloji
baxış
Vüqar
RƏHİMZADƏ
AMEA Naxçıvan Bölməsinin doktorantı,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
vuqarrehimzade@mail.ru
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
152
Giriş
Kütləvi informasiya vasitələrinin (KİV) vətəndaş cəmiyyəti strukturunda hüqu-
qi ölçüsü ilk növbədə informasiyanın əldə edilməsi, saxlanılması və ötürülməsi
prosesində aydınlaşır. Azərbaycanda demokratiya və söz azadlığının sürətli inki-
şaf səviyyəsi ölkə qanunvericiliyində KİV-lərlə bağlı xeyli sayda maddələrin əlavə
və dəyişikliyi ilə yadda qalmışdır. Beynəlxalq təşkilatların KİV ilə bağlı müvafiq
qərarları da Azərbaycan Respublikası Milli Məclisi tərəfindən zaman-zaman rati-
fikasiya edilərək ölkənin KİV qanunvericiliyinin inkişafına yönəldilmişdir.
Müasir dövrdə Azərbaycanda dövlət quruculuğu prosesini şərtləndirən ən
mühüm amillərdən biri də köhnə ictimai-siyasi quruluşdan və ideya-siyasi ba-
xışlardan imtina edib, əvəzində yeni quruluş və baxışlar sisteminin qurulması
məsələsidir [1, s.55-56]. Bu məsələdə isə Azərbaycanın tutduğu yol, ideya-si-
yasi xətt demokratiya yoludur. Ümummilli lider Heydər Əliyevin dəfələrlə qeyd
etdiyi kimi, respublikamızda dövlət quruculuğu demokratik prinsiplər əsasında
gedir. Ölkəmizdə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurulur [2, s.388]. Bu
mənada Azərbaycanda ictimai sektorla bağlı qəbul edilmiş qanunlar da elə
ölkədə demokratik prinsiplərin rəhbər tutulduğunu göstərir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra KİV-in sayı artdığı qədər infor-
masiyanın alınması və ötürülməsində, eləcə də ilkin informasiya mənbəyinə
olan münasibətlərdə də kifayət qədər mühüm dəyişikliklər oldu. Təsadüfi de-
yildir ki, bəzən eyni əhəmiyyətə malik informasiya müxtəlif təbəqələr üçün ya-
yım mənbəyindən asılı olaraq eyni məna kəsb etmir və ya başqa cür yanaşılır.
Bütün bunlar vətəndaş cəmiyyəti şəraitində labüd hallar olsa da, bir çox hallar-
da informasiyanın səmimiliyinə olan inamın azalması deməkdir. Vətəndaşların
informasiya texnologiyalarından bəhrələnərək media üçün informasiyanı
ötürmək istəyi vətəndaş cəmiyyətinin səviyyəsi ilə ölçülür.
KİV siyasi sistemdə “dördüncü hakimiyyət” adlandırılsa da, vətəndaş
cəmiyyəti strukturunda öncül yerə və rola malikdir. “Dördüncü hakimiyyət”in
fəaliyyət istiqamətinə yönəldilmiş siyasi qərarlar bütün zamanlarda hakimiyyət
bölgüsünü dürüst dəyərləndirməyə şərait yaradır. Vətəndaş cəmiyyəti struk-
turları isə geniş anlayışdır. Bəşəriyyətin inkişafı bu cəmiyyətlərin iqtisadi
əsaslarını möhkəmləndirdiyi kimi, KİV institutunun formalaşması da vətəndaş
cəmiyyətinin dinamikasını sürətləndirmiş olur. Ancaq eyni zamanda KİV
vətəndaş cəmiyyəti strukturunda hüquqi nizamlanmaya ehtiyac duyulan xüsu-
si bir sahə kimi qəbul edilir.
1. KİV informasiya cəmiyyətinin inkişafının aparıcı faktorudur
KİV insan üçün informasiya mənbəyi olaraq vətəndaş cəmiyyətinin inkişa-
fında mühüm rol oynayır, eyni zamanda informasiyanın cəmiyyətdə yayılma-
sının əsas vasitəsinə çevrilməkdədir. KİV dedikdə dövri çap buraxılışları, radio-
televiziya, kinoxronikal proqramlar, kütləvi informasiyaların dövri yayılmasının
digər formaları başa düşülür. KİV təyinat, yayılma və dövrilik xüsusiyyətlərinə
Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL
153
malikdir. KİV-in fəaliyyət istiqamətləri insan
hüquq və azadlıqlarına hörmət, demokratik-
lik, kütləvi informasiyanın azadlığı, dəqiqlik,
müstəqillik, obyektivlik, sosial əməkdaşlıq
prinsiplərinə əsaslanmalıdır. Bu gün informa-
siyanın keyfiyyət prinsipi insan və cəmiyyət
üçün böyük əhəmiyyət kəsb edir. İnforma-
siya insana hər şeydən əvvəl düşünmək, öz
rolunu və yerini müəyyənləşdirmək üçün la-
zımdır. KİV-in vətəndaş cəmiyyətinin sosial
və siyasi inkişafı ilə bağlı proseslərdəki rolunu müəyyənləşdirmək üçün onun
informasiya, analitik və əyləncə kimi funksiyalarına baxmaq lazımdır.
Dövlətin müəyyən inkişaf mərhələlərində digər funksiyalar da meydana çı-
xır. Fərz olunur ki, bu gün KİV-in ideoloji funksiyasının xüsusilə vurğulanmasına
ehtiyac var. KİV vasitəsilə şəxsiyyətdə vətəndaşlıq hissini formalaşdırmaq va-
cibdir. E.P.Proxorovun fikrincə, KİV-in ideoloji funksiyası ümumbəşəri dəyərlər
haqqındakı təsəvvürləri yaymağa, onların müasir cəmiyyətin həyatında il-
kin rola malik olmalarına inandırmağa, vətəndaşlığın məzmun və xarakterini
müəyyənləşdirməyə xidmət edir [3, s.96].
Demokratiya heç də ictimai münasibətlərin tənzimlənməsində öz-özünə,
birdən-birə yaranan sosial-siyasi dəyər göstəricisi deyildir. Demokratiya ictimai
formasiyalar kimi dinamik xarakter daşıyır və daim təkmilləşməyə məruz qalır
[4, s.252]. Əlbəttə ki, formasiyalara bənzər dinamiklik müəyyən mənada nisbi
qəbul olunmalıdır. Çünki formasiyalar bir-birini əvəz etdikcə köklü dəyişikliklərə
məruz qalırsa, demokratiyadakı dəyişikliklər təkmilləşmələrlə müşahidə olunur
və informasiya proseslərinin hüquqi tənzimlənməsini özündə hər zaman ehtiva
edir. İnformasiyanın vətəndaş cəmiyyəti daxilində inkişaf mərhələlərinə nəzər
saldıqda bunu aydın görmək mümkündür.
Səmərəli media yayımı KİV-vətəndaş cəmiyyəti münasibətlərində reputa-
siyanı genişləndirir və aparıcı agentliklərlə etimadın qurulmasına səbəb olur.
Media sahəsində qanunvericiliyin təkmilləşməsi həm də cəmiyyətdə bu qu-
rumları vacib ictimai rəy təsisatına çevirmiş olur.
KİV-lərin müstəqilliyi informasiya cəmiyyətinin də yaranmasına səbəb olur.
Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir
ki, bu da vətəndaş cəmiyyətinin sturukturunun zənginləşməsi deməkdir.
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya
resurslarının və texnologiyalarının rolunun artması informasiyadan sui-istifadə
hallarına qarşı yeni KİV peşəkarlığını vətəndaş cəmiyyəti üçün zəruri edir.
2. Fikir və söz azadlığı insan azadlığının real təzahürü
üçün olduqca vacibdir
İstər qloballaşma və qlobal informasiya məkanına inteqrasiya, istərsə də
informasiya cəmiyyətinin qurulması təkcə Azərbaycanın qarşısında duran
KİV-in fəaliyyət istiqamətləri
insan hüquq və azadlıqlarına
hörmət, demokratiklik,
kütləvi informasiyanın
azadlığı, dəqiqlik, müstəqillik,
obyektivlik, sosial əməkdaşlıq
prinsiplərinə əsaslanmalıdır.
STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
154
faktor deyil, bütövlükdə müasir informa-
siya cəmiyyətlərini düşündürən məsələdir.
Bütün insanlar azad şəkildə istənilən müm-
kün formada təqdim oluna bilən informa-
siya yarada bilərlər. Təqdimatının tipindən
və formasından asılı olaraq informasiya
açıq, kütləvi xarakter daşıyan, konfidensi-
al və s. ola bilər. İnformasiya qanuna və
ya bağlanmış müqaviləyə əsasən istənilən
formada digər fiziki və hüquqi şəxslərə
ötürülə bilər. Fiziki və hüquqi şəxslər in-
formasiyanın yayılmasını KİV vasitəsilə,
şifahi çıxışlarla, informasiya sistemləri və
şəbəkələri, yaxud başqa vasitələrlə qa-
nunun tələblərinə uyğun şəkildə həyata
keçirirlər. İnformasiyanın bəzi növləri
isə vətəndaşa şəxsən aid olur: məsələn,
müəllif hüququ ilə qorunan informasiya.
Vətəndaş bu informasiya üzərində bütün
səlahiyyətlərə malikdir.
Fikir və söz azadlığı, öz fikrini sərbəst
ifadə etmək insan azadlığının real təzahürü
üçün olduqca vacibdir. Lakin bu azadlıq
mütləq, sərhədsiz ola bilməz. Söz ünsiyyətin əsas vasitəsi olduğu üçün insa-
nın şüur və davranışına çox güclü təsir göstərir. O, yarada və dağıda, sosial
yüksəlişə və ya güc tətbiqetməyə çağıra, insanın daxili aləmini zənginləşdirə
və ya mənəviyyatını alçalda bilər. Söz azadlığı ilə bağlı müəyyən mənəvi və hü-
quqi məhdudiyyətlərin vacibliyi bununla şərtlənir. İ.Kant yazırdı: “Mənəviyyat
və siyasətin əsl birliyi yalnız hüquq əsasında mümkündür, onun zəmanəti isə
aşkarlıqdır... Söz azadlığı xalqın yeganə palladium hüququdur” [5, s.45]. İn-
sanın fikirləri onun daxili aləmini, şüurunun məzmununu xarakterizə edir,
fərdiliyini müəyyənləşdirir. Şəxsi fikir şüurun daha çox hərəkətdə olan elemen-
tidir. Əminlik şəxsiyyətin dəyərlər oriyentasiyasını xarakterizə edən dayanıqlı
baxışlar sistemidir.
Söz azadlığı prinsipi dedikdə, təkcə hamıya subyektiv hüquqlar verilməsi
deyil, həm də onların qarşısında müəyyən vəzifələrin qoyulması başa düşülür.
Bəzən verilən hüququn vəzifə və mənəvi dəyərlər üzərində üstünlüyü situa-
siyası yaranır ki, bu da KİV fəaliyyəti sahəsində həmin hüquqdan sui-istifadə
deməkdir.
Hüquqdan sui-istifadə institutu hüquq və əxlaqın qarşılıqlı əlaqəsinin
aspektlərindən biridir. Hüquq əxlaqla üst-üstə düşməyəndə KİV yaranmış
münaqişəni əyani surətdə nümayiş etdirir. Dövlət cəmiyyətin bütün üzvləri
üçün vacib olan qanunauyğun davranışın sərhədlərini qanunun köməyi ilə
müəyyənləşdirir. Qanunauyğun davranışın sərhədlərini genişləndirdikcə KİV
Fikir və söz azadlığı, öz fikrini
sərbəst ifadə etmək insan
azadlığının real təzahürü
üçün olduqca vacibdir.
Lakin bu azadlıq mütləq,
sərhədsiz ola bilməz. Söz
ünsiyyətin əsas vasitəsi
olduğu üçün insanın şüur və
davranışına çox güclü təsir
göstərir. O, yarada və dağıda,
sosial yüksəlişə və ya güc
tətbiqetməyə çağıra, insanın
daxili aləmini zənginləşdirə
və ya mənəviyyatını alçalda
Dostları ilə paylaş: |