Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix06.09.2017
ölçüsü3,02 Mb.
#29140
1   ...   17   18   19   20   21   22   23   24   25

İstər Azərbaycan 
Respublikasının, istərsə də 
digər MDB dövlətlərinin 
hüquq nəzəriyyəçiləri 
hərbi xidmət əleyhinə olan 
cinayətlərin sisteminin 
müəyyən edilməsinin əsası 
kimi həmin cinayətlərin 
bilavasitə obyektə görə 
qruplaşdırılması prinsipini 
qəbul edirlər.

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
208 
ifadə olunur) pozma (CM-in 333 –335-ci maddələri);
3)  xüsusi xidmət qaydalarını pozma (CM-in 336–340-cı maddələri);
4)  hərbi vəzifə cinayətləri (CM-in 341–344-cü maddələri);
5)  hərbi əməliyyatlar rayonunda hərbi qulluq qaydalarını pozma (CM-in  345–
346-cı maddələri);
6)  hərbi əmlaka ziyan vurma və ya ondan istifadə qaydalarını pozma (CM-in  
347–350-ci maddələri);
7)  hərbi  texnikakını  idarəetmə  və  istismar  qaydalarını  pozma  (CM-in    351–
353-cü maddələri) [6].
Hesab edirik ki, hərbi xidmət əleyhinə olan cinayətlərin qruplaşdırılmasında 
yol verilmiş əvvəlki ziddiyyətli və qüsurlu halların müəyyən dərəcədə aradan 
qaldırılmasına  baxmayaraq,  sonuncu  qruplaşmada  da  müəyyən  nöqsanlara 
yol verilmişdir. Belə ki, sistemdaxili qrupları təşkil edən cinayətlərin bilavasitə 
obyektinin müəyyən edilməsində yol verilmiş səhvlər sonuncu qruplaşmanın 
da  qüsurlu  alınmasına  səbəb  olmuşdur.  Məsələn,  məlumdur  ki,  hərbi  vəzifə 
cinayətləri dedikdə, Cinayət Məcəlləsinin 341 və 342-ci maddələrində nəzərdə 
tutulan cinayət əməlləri (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini 
aşma və ya hakimiyyətdən istifadə etməmə; qulluğa səhlənkar yanaşma) başa 
düşülür. Həmin cinayətlərin bilavasitə obyekti hərbi idarəetmə orqanlarının (o 
cümlədən də vəzifəli şəxslərin) fəaliyyətini tənzimləyən ictimai münasibətlərdir. 
Cinayət Məcəlləsinin 343 və 344-cü maddələrində nəzərdə tutulan cinayətlərin 
(müharibə  aparma  vasitələrini  düşmən  üçün  qoyub  getmə,  batmaqda  olan 
hərbi  gəmini  tərk  etmə)  bilavasitə  obyekti  isə  müharibə  vaxtı,  döyüş  şəraiti 
və digər ekstremal şəraitdə hərbi qulluqçuların (rəis, komandir, gəminin ko-
manda  heyətinə  daxil  olan  şəxs)  davranış  qaydalarını  müəyyən  edən  icti-
mai  münasibətlərdir.  Göründüyü  kimi,  Cinayət  Məcəlləsinin  341  və  342-ci 
maddələrində nəzərdə tutulan cinayət əməlləri ilə 343 və 344-cü maddələrdə 
nəzərdə  tutulan  cinayətlərin  bilavasitə  obyektləri  bir-birindən  əhəmiyyətli 
dərəcədə fərqlənir. Lakin buna baxmayaraq, müəllif həmin cinayət əməllərini 
hərbi vəzifə cinayətləri adlanan bir qrupa daxil etmişdir. Cinayət Məcəlləsinin 
349-cu  maddəsində  nəzərdə  tutulan  əməlin  (silahla  və  ətrafdakılar  üçün 
yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma) bilavasitə ob-
yektinin  hərbi  əmlaka  ziyan  vurma  və  ya  ondan  istifadə  qaydalarını  pozma 
kimi müəyyən edilməsi düzgün deyil. Həmin maddənin adından da görünür 
ki, burada «yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma»dan 
söhbət gedir və s. [4, s. 15-16].
Bir qədər fərqli mövqedən çıxış edən İ.B.Ağayev hesab edir ki, bilavasitə 
obyektdən asılı olaraq, hərbi xidmət əleyhinə olan cinayətləri aşağıdakı qrup-
lara bölmək olar: 
1. Hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər:
–   hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə;
–   fərarilik;
–   öz sağlamlığına zərər vurma və ya sair üsulla hərbi xidmətdən boyun qaçır-
ma;
–   döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçır-
ma;

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
209
2. Hərbi intizamın ümumi qaydaları əleyhinə olan cinayətlər:
–   əmri icra etməmə; 
–   rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa məcbur 
etmə; 
–   hərbi rəisə qarşı zorakı hərəkətlər etmə;
–   hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə; 
–   tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərin nizamnamə qaydalarını pozma;
–   əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri;
3. Hərbi xidmətin xüsusi vəzifələri əleyhinə olan cinayətlər:
–   döyüş növbəsi çəkmə qaydalarını pozma;
–   sərhəd xidməti qaydalarını pozma;
–   qarovul xidmətinin nizamnamə qaydalarını pozma;
–   ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə 
xidmət qaydalarını pozma;
–   daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma; 
–   batmaqda olan hərbi gəmini tərk etmə;
–   hakimiyyətdən  sui-istifadə  etmə,  hakimiyyət  həddini  aşma  və  ya 
hakimiyyətdən istifadə etməmə;
–   qulluğa səhlənkar yanaşma;
4. Hərbi əmlakı itirmə, zədələmə və ya məhv etmə ilə, yaxud onun tərkibinə 
daxil olan yüksək təhlükə mənbələri ilə davranış qaydalarını pozmaqla əlaqədar 
olan cinayətlər:
–   hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə
–   hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə; 
–   hərbi əmlakı itirmə;
–   silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qay-
dalarını pozma;
–   maşınları idarəetmə və istismar qaydalarını pozma; 
–   uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma;
–   hərbi gəmiləri idarəetmə qaydalarını pozma (CM-in 350–353-cü maddələri);
–   müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə [3, s. 779-780].
Zənnimizcə,  hərbi  xidmət  əleyhinə  olan  cinayətlərin  bu  şəkildə  qruplaş-
dırılması  yuxarıda  göstərilən  qruplaşmalardan  daha  ziddiyyətli  və  qüsurlu-
dur.  Müəllifin  təqdim  olunan  qruplaşmanı  hansı  səbəbdən  CM-in  333-cü 
maddəsindən başlamasını, döyüş meydanını özbaşına tərk etmə və ya silah 
işlətməkdən boyun qaçırma əməlini, hərbi hissəni və ya xidmət yerini özba-
şına tərk etmə, fərarilik və öz sağlamlığına zərər vurma və ya sair üsulla hərbi 
xidmətdən boyun qaçırma kimi əməllərlə bir qrupa daxil etməsini və həmin 
qrupu hərbi xidmət borcu və vəzifələri əleyhinə olan cinayətlər adlandırma-
sını  başa  düşmək  və  qəbul  etmək  mümkün  deyil.  Belə  ki,  döyüş  meydanını 
özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma cinayətinin obyekti 
döyüş meydanında davranış qaydaları olduğu halda, hərbi hissəni və ya xidmət 
yerini özbaşına tərk etmə, fərarilik və öz sağlamlığına zərər vurma və ya sair 
üsulla hərbi xidmətdən boyun qaçırma əməllərinin obyekti Silahlı Qüvvələrdə 
və  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  digər  silahlı  birləşmələrdə  hərbi 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
210 
xidmətkeçmə  (qanunla  müəyyən  olunmuş  müddətdə  hərbi  xidmətdə  olma) 
qaydasıdır.  Məlumdur  ki,  bilavasitə  obyektə  görə  qruplaşdırma  nəticəsində 
müvafiq  cinayətlərin  vahid  növ  obyekti  müəyyən  olunur.  Lakin  göstərilən 
cinayətləri birinci qrupun adına görə hərbi xidmət borcu və vəzifələri əleyhinə 
olan cinayətlər adlandırmaq və həmin sahədə yaranan ictimai münasibətləri 
sadalanan cinayətlərin növ obyekti kimi müəyyən etmək düzgün olmaz.
Bilavasitə  obyekti  hərbi  qulluqçular  arasında  qarşılıqlı  münasibətlərin 
nizamnamə qaydaları olan və CM-in 328-332-ci maddələrində nəzərdə tutu-
lan cinayətlərlə CM-in 346-cı maddəsində nəzərdə tutulan (əsirlikdə olan hərbi 
qulluqçunun cinayət hərəkətləri) və bilavasitə obyekti «Hərbi əsirlərlə davra-
nış  haqqında»  12  avqust      1949-cu  il  tarixli  Cenevrə  Konvensiyasına  uyğun 
olaraq hərbi əsirlərlə davranış qaydaları kimi müəyyən edilən əməlin «Hərbi 
intizamın  ümumi  qaydaları  əleyhinə  olan  cinayətlər»  adlanan  bir  qrupda 
birləşdirilməsi, bilavasitə obyekti xüsusi xidmətkeçmə qaydaları olan və CM-in 
336-340-cı maddələrində nəzərdə tutulan qarovul xidmətinin nizamnamə qay-
dalarını pozma, daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını 
pozma, döyüş növbəsi çəkmə qaydalarını pozma, sərhəd xidməti qaydalarını 
pozma, ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi 
üzrə  xidmət  qaydalarını  pozma  kimi  əməllərin  batmaqda olan  hərbi  gəmini 
tərk  etmə,  hakimiyyətdən  sui-istifadə  etmə,  hakimiyyət  həddini  aşma  və  ya 
hakimiyyətdən istifadə etməmə, qulluğa səhlənkar yanaşma kimi cinayətlərlə 
bir qrupda birləşdirilməsi heç bir məntiqə sığmır.
Hərbi əmlakı itirmə, zədələmə və ya məhv etmə ilə, yaxud onun tərkibinə 
daxil olan yüksək təhlükə mənbələri ilə davranış qaydalarını pozmaqla əlaqədar 
olan  cinayətlər  adlandırdığı  dördüncü  qrupda  müəllif  mövcud  ziddiyyətləri 
daha  da  kəskinləşdirərək  hərbi  əmlakın  qorunması  qaydaları  əleyhinə  olan 
cinayətlərlə özünün də qeyd etdiyi kimi, yüksək təhlükə mənbələri ilə davranış 
qaydalarının pozulması ilə əlaqədar olan cinayətləri birləşdirmişdir ki, bunu da 
heç bir halda bilavasitə obyektə görə qruplaşdırma kimi qəbul etmək olmaz.
Qeyd  olunduğu  kimi,  hərbi  xidmət  əleyhinə  olan  cinayətlər  bütünlükdə 
hərbi  qulluğun  müəyyən  edilmiş  qaydalarına,  Cinayət  Məcəlləsinin  müvafiq 
fəslinə  daxil  olan  hər  bir  konkret  cinayət  isə  hərbi  qulluğun  müəyyən  edil-
miş bu və ya digər qaydasına qəsd edir. Odur ki, hərbi xidmət əleyhinə olan 
cinayətlərin  sisteminə  daxil  olan  ayrı-ayrı  əməllərin  bilavasitə  obyektinin 
düzgün  müəyyən  edilməsi  belə  cinayətlərin  sistemdaxili  qruplaşdırılmasının 
qüsursuz  olmasına  təminat  verir  ki,  bu  da  öz  növbəsində  hüquqtətbiqetmə 
təcrübəsində  mümkün  ola  biləcək  səhvlərin  qarşısının  alınmasında  həlledici 
əhəmiyyət  kəsb  edir.  «Onu  da  nəzərə  almaq  lazımdır  ki,  müəyyən  qruplara 
daxil olan ayrı-ayrı cinayətlərin bilavasitə obyekti bəzi hallarda həmin qrup-
ların  bilavasitə  obyektindən  müəyyən  qədər  fərqlənir.  Lakin  bu,  bütünlükdə 
məsələnin mahiyyətinə pozucu təsir etmir, ziddiyyət yaratmır» [4, s. 16].
A.C.Əliyev cinayət qanunu normalarının bilavasitə obyektə görə qruplaşdı-
rılması prinsipinə əsaslanaraq hərbi xidmət əleyhinə olan cinayətləri aşağıdakı 
kimi qruplaşdırmağı təklif edir:
1)  tabeçilik  qaydaları  və  qarşılıqlı  münasibətlərin  nizamnamə  qaydaları 
əleyhinə olan cinayətlər – əmri icra etməmə, rəisə müqavimət göstərmə və 

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
211
ya  onu  qulluq  vəzifəsini  pozmağa  məcbur 
etmə,  rəisə  qarşı  zorakı  hərəkətlər  etmə, 
hərbi  qulluqçunu  təhqir  etmə,  döymə  və 
ya işgəncə vermə, tabelik münasibətlərində 
olmayan  hərbi  qulluqçular  arasında  qarşı-
lıqlı münasibətlərin nizamnamə qaydalarını 
pozma (CM-in 328–332-ci maddələri);
2)  hərbi  xidmətdən  boyun  qaçırma 
cinayətləri – hərbi hissəni və ya xidmət yeri-
ni özbaşına tərk etmə, fərarilik, öz sağlam-
lığına zərər vurmaqla və ya sair üsulla hərbi 
xidmətdən  boyun  qaçırma  (CM-in  333  – 
335-ci maddələri);
3)  xüsusi  xidmətkeçmə  qaydala-
rı  əleyhinə  olan  cinayətlər  –  qarovul 
xidmətinin  nizamnamə  qaydalarını  poz-
ma, daxili xidmətin və ya patrul xidmətinin 
nizamnamə  qaydalarını  pozma,  döyüş 
növbəsi  çəkmə  qaydalarını  pozma,  sərhəd 
xidməti  qaydalarını  pozma,  ictimai  qay-
danın  mühafizəsi  və  ictimai  təhlükəsizliyin 
təmin edilməsi üzrə xidmət qaydalarını poz-
ma (CM-in 336–340-cı maddələri);
4) hərbi vəzifə cinayətləri – hakimiyyətdən 
sui-istifadə etmə, hakimiyyət həddini aşma 
və ya hakimiyyətdən istifadə etməmə, qul-
luğa səhlənkar yanaşma (CM-in  341–342-ci 
maddələri);
5) müharibə vaxtı, döyüş şəraiti və digər 
ekstremal  şəraitlə  bağlı  olan  cinayətlər  – 
müharibə aparma vasitələrini düşmən üçün 
qoyub getmə, batmaqda olan hərbi gəmini 
tərk etmə, döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən bo-
yun qaçırma, əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri (CM-in 343 
– 346-cı maddələri);
6)  hərbi  əmlakın  qorunması  qaydaları  əleyhinə  olan  cinayətlər  –  hərbi 
əmlakı itirmə, hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv 
etmə, hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə (CM-in 347–349-cu 
maddələri);
7) yüksək təhlükə mənbələri ilə davranış qaydaları əleyhinə olan cinayətlər 
– silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qay-
dalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, uçuş və ya 
uçuşa hazırlıq qaydalarını pozma, hərbi gəmiləri idarəetmə qaydalarını pozma 
(CM-in 350–353-cü maddələri) [5, s. 21-23].
Göründüyü kimi, bu sistem Cinayət Məcəlləsinin “Hərbi xidmət əleyhinə olan 
cinayətlər” fəslinin 328-353-cü maddələrini həmin Məcəllənin strukturuna uy-
Hərbi xidmət əleyhinə olan 
cinayətlər bütünlükdə 
hərbi qulluğun müəyyən 
edilmiş qaydalarına, Cinayət 
Məcəlləsinin müvafiq 
fəslinə daxil olan hər bir 
konkret cinayət isə hərbi 
qulluğun müəyyən edilmiş 
bu və ya digər qaydasına 
qəsd edir. Odur ki, hərbi 
xidmət əleyhinə olan 
cinayətlərin sisteminə daxil 
olan ayrı-ayrı əməllərin 
bilavasitə obyektinin düzgün 
müəyyən edilməsi belə 
cinayətlərin sistemdaxili 
qruplaşdırılmasının qüsursuz 
olmasına təminat verir 
ki, bu da öz növbəsində 
hüquqtətbiqetmə 
təcrübəsində mümkün ola 
biləcək səhvlərin qarşısının 
alınmasında həlledici 
əhəmiyyət kəsb edir. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
212 
ğun olan ardıcıllıqla əhatə edir. Cinayət qanunu normaları bilavasitə obyektinə 
görə seçilərək növ obyekti çərçivəsində qruplaşdırılır. Məsələn, bilavasitə ob-
yekti maşınların idarə edilməsinin və istismarının müəyyən olunmuş qaydaları, 
əlavə obyekti isə insanların həyat və sağlamlığı olan maşınları idarəetmə və 
istismar qaydalarını pozma (CM-in 353-cü maddəsi) və bilavasitə obyekti hərbi 
gəmilərin (suüstü və sualtı, döyüş gəmiləri, yaxud yardımçı gəmilər) idarəetmə 
və ya istismar qaydaları olan hərbi gəmiləri idarəetmə qaydalarını pozma (CM-
in 353-cü maddəsi) cinayətləri yüksək təhlükə mənbələri ilə davranış qaydaları 
əleyhinə  olan  cinayətlər  kimi  bir  qrupda  birləşdirilir.  Burada  yüksək  təhlükə 
mənbələri  ilə  davranış  qaydaları  göstərilən  cinayətlərin  növ  obyekti  olaraq 
müəyyən  olunur.  Beləliklə,  müəllif  göstərilən  ardıcıllığa  və  prinsipə  riayət 
etməklə tabeçilik qaydaları və qarşılıqlı münasibətlərin nizamnamə qaydala-
rını, hərbi xidmətdə olma qaydalarını, xüsusi xidmətkeçmə qaydalarını, hərbi 
qulluqçular sırasından olan vəzifəli şəxslərin davranış və fəaliyyət qaydalarını, 
müharibə vaxtı, döyüş şəraiti və digər ekstremal şəraitdə davranış qaydalarını, 
hərbi əmlakın qorunması qaydalarını və yüksək təhlükə mənbələri ilə davranış 
qaydalarını hərbi xidmət əleyhinə olan cinayətlərin növ obyekti kimi müəyyən 
edir.
Zənnimizcə,  hərbi  xidmət  əleyhinə  olan  cinayətlərin  bilavasitə  obyektə 
görə  qruplaşması  prinsipinə  əsaslanan  sonuncu  sistem  təhlil  olunan  digər 
sistemlərlə müqayisədə nəzəri və praktiki cəhətdən daha əsaslı və daha uğur-
ludur. Odur ki, hərbi xidmət əleyhinə olan cinayətlərin təhlili və tətbiqi zamanı 
göstərilən sistemin əsas götürülməsi məqsədəuyğun olar.
İstifadə edilmiş ədəbiyyat:
1   Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: “Hüquq ədəbiyyatı”, 2012.
2  Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: “Hüquq ədəbiyyatı”, 2011.
3   Ağayev İ.B. Azərbaycan Respublikasının Cinayət hüququ. Ümumu və Xüsusi hissələr. 
Dərslik. Bakı: “Nurlar”, 2010.
4   Əliyev A.C. Hərbi xidmət əleyhinə törədilən əməllərlə mübarizənin cinayət hüquqi 
problemləri. Monoqrafiya. Bakı: “Səda”, 2012.
5   Əliyev  A.C.  Hərbi  xidmət  əleyhinə  olan  cinayətlər.  Bakı:  “Sipər”  Hüquq  Mərkəzi, 
2005.
6   İmanov M.N. Cinayət hüququ. Xüsusi hissə. Məsələlər toplusu ilə birgə dərslik. Bakı: 
“Digesta”, 2004.
7   Quliyev  R.İ.,  İmanov  M.N.  Cinayət  hüququ.  Xüsusi  hissə.  Dərslik.  Bakı:  “Qanun”, 
2004.
8  Военно-уголовное  законодательство  Российской  Федерации:  Научно-
практический комментарий. Серия “Право в Вооруженных Силах консультант” 
/Под общ. ред. Н.А. Петухова. М.: “За права военнослужащих”, 2004.
9  Зателепин  О.К.  Объект  преступления  против  военной  службы:  Дисс...  канд. 
юрид наук. Москва, 1999.

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
213
Nasir Huseynov
System of crimes against military service
The article deals with the definition of the system of crimes against military 
service,  as  provided  in  the  thirty-fifth  chapterof  the  Criminal  Code  of  the 
Republic of Azerbaijan. The author carries out a comparative analysis of the 
crimes as defined by individual authors, points to specific short comings allowed 
by the authors during the systematization of those crimes, and concludes that 
the system of crimes against military service created by A.D. Aliyev, which is 
based on the object of the crime is the mostcredible and successful.
Насир Гусейнов
Система  преступлений против военной службы
Работа  посвящена  проблемам  определения  системы  преступлений 
против  военной  службы,  предусмотренных  тридцать  пятой  главой  УК 
Азербайджанской  Республики.  Автор  проводит  сравнительный  анализ 
названных преступлений, определенных отдельными авторами, указыва-
ет на конкретные недостатки допущенные авторами при систематизации 
указанных преступлений и приходит к выводу, что система преступлений 
против военной службы, определенная А.Д.Алиевым на основании непо-
средственного объекта преступлений, является наиболее обоснованной 
и удачной. 

STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
214 
Jurnal haqqında
“STRATEJİ  TƏHLİL”  jurnalı  2010-cu  ildə  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında  Strateji  Araşdırmalar  Mərkəzi  tərəfindən  təsis  edilmişdir.  Azərbaycan 
Respublikasının  Ədliyyə  Nazirliyində  3236  qeydiyyat  nömrəsi  ilə  dövlət  reyestrinə 
alınmışdır.
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata 
alınmış  (ISSN  2078-8037)  və  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 
Attestasiya Komissiyasının 30 aprel 2010-cu il tarixli (protokol № 10-R) qərarı ilə “tarix, 
antropologiya və siyasi elmlər” üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Müstəqil, resenziyalı, elmi nəşrdir. İl ərzində 4 sayı çap edilir.
Jurnalın elmi məqsədi 
“Strateji təhlil” jurnalında əsasən Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyat, 
hüquq,  beynəlxalq  münasibətlər,  fəlsəfə,  sosiologiya  və  psixologiya  kimi  ictimai  və 
humanitar  elm  sahələrinin  ümumkonseptual  məsələlərini  elmi-metodoloji  cəhətdən 
ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələrin, 
yeni nəşrlərə dair diskussiya məzmunlu rəy və şərhlərin dərcinə üstünlük verilir.
Ümumi qaydalar
Məqalələrin məzmunu
Məqalələr aktual mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik 
tələblərə  cavab  verməlidir.  Elmi  məqalənin  “Giriş”  hissəsində  mövzunun  aktuallığı 
əsaslandırılmalı,  “Mətn”  hissəsində  tədqiq  edilən  məsələlər,  qaldırılan  problemlər 
bölmələr üzrə ətraflı şərh edilməli, “Nəticə” hissəsində elm sahəsinin və məqalənin 
xarakterinə  uyğun  olaraq  müəllifin  gəldiyi  elmi  qənaət,  işin  elmi  yeniliyi,  tətbiqi 
əhəmiyyəti,  iqtisadi  səmərəsi  və  s.  aydın  şəkildə  verilməli,  təklif  və  tövsiyələr  irəli 
sürülməlidir. 
1. 
Məqalələrin strukturu, tərtib edilmə qaydaları və həcmi
Redaksiyaya  təqdim  edilən  məqalələr  Ali  Attestasiya  Komissiyasının  dövri  elmi 
nəşrlərin  qarşısında  qoyduğu  tələblərə  (http://aak.gov.az)  və  Strateji  Araşdırmalar 
Mərkəzi  tərəfindən  müəyyən  edilmiş  qaydalara  (www.sam.az;  www.stj.sam.az)  tam 
cavab verməlidir.  
1) 
Məqalələr dəqiq strukturlaşdırılmalıdır. Hər bir məqalədə ardıcıl olaraq:

UOT indekslər və ya PACS tipli kodlar;

“Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi qurumun adı və ünvanı”, 
“Müəllifin vəzifəsi, elmi dərəcəsi, elektron poçt ünvanı”; 

“Açar sözlər” (Azərbaycan, ingilis və rus dillərində - 7 söz və söz birləşməsindən az 
olmayaraq), 

“Giriş”, “Mətn” (yarımbaşlıqlara bölmək şərtilə), “Nəticə”, “İstifadə edilmiş ədəbiyyat 
siyahısı” 

“Xülasə”  (Azərbaycan,  ingilis  və  rus  dillərində  -  6-7  cümlədən  az  olmayaraq) 
göstərilməlidir.
2)  Əlyazmaların  mətni  Microsoft  Office  Word  proqramında  A4  (210  x  297mm) 
formatda, Times New Roman - 12 şriftində, 1 intervalda, yuxarı və aşağıdan 25mm, 
soldan və sağdan 20mm boş yer saxlanılmaqla yığılmalıdır. 
MÜƏLLİFLƏR ÜÇÜN YADDAŞ

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
215
3)  Məqalənin  başlığı  böyük  hərflərlə,  yarımbaşlıqları  isə  yalnız  ilk  hərfi  böyük 
olmaqla,  qalın  şriftlə  və  nömrələndirilərək  yazılmalıdır.  Başlıq  və  yarımbaşlıqlardan, 
cədvəl və şəkillərdən (həmçinin tənliklər və düsturlardan) əvvəl və sonra bir sətir ara 
boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.
4) Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ 
küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl 
nömrələndirilən müvafiq olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl 
və  şəkillərin  başlıqları  ilk  hərfləri  böyük  olmaqla  qalın  şiriftlə  yazılmalıdır.  Cədvəlin 
sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.
Cədvəl  və  şəkillər  biri-birini  təkrarlamamalı,  göstəricilər  Beynəlxalq  vahidlər 
sistemində (Sİ) verilməlidir. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, 
onlar nömrələnməli,  “Cədvəl” və ya “Şəkil” sözü də yazılmamalıdır.
Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-
dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop, 
CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Düsturlar  Microsoft  Equation-də  standart  parametr  ilə  yığılmalıdır.  Əlyazmada 
istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, 
onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. 
Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın 
qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra 
yazılmalıdır. Tənliklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. 
Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin