1
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının
Diplomatiya Tarixi
I cild
Baş redaktor:
Azərbaycan Respublikasının xarici işlər naziri,
tarix elmləri namizədi E.M.Məmmədyarov
Redaksiya heyəti:
Xarici işlər nazirinin müavini,
filologiya elmləri namizədi V.İ.Sadıqov,
Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi,
tarix elmləri namizədi C.Ə.Axundov,
Xarici İşlər Nazirliyinin müşavirləri,
tarix elmləri namizədi C.M.Vəkilov,
tarix elmləri namizədi C.İ.Məmmədov,
tarix elmləri namizədi Q.T.Köçərli,
filologiya elmləri namizədi A.A.Əliyev
2
Cəmil Həsənli
Azərbaycan Xalq Cümhuriyyətinin
Xarici Siyasəti
(1918-1920)
Bakı - 2009
3
Elmi redaktor: tarix elmləri doktoru, professor E.R.İsmayılov
Rəyçi:
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
İnformasiya İdarəsinin rəisi, tarix elmləri namizədi
C.Ə.Axundov
C.P.Həsənli. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici Siyasəti (1918-
1920). Bakı, "GARISMA" MMC, 2009, - 576 səh.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qərarı ilə "Azərbaycan
Respublikasının diplomatiya tarixi" seriyasından hazırlanan birinci kitab
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini əhatə edir. Tarix elmləri
doktoru, professor C.Həsənli tərəfindən yazılmış bu kitabda 1918-1920-ci illərdə
Azərbaycan diplomatiyasının keçdiyi çətin və maraqlı yol araşdırılmışdır. Müəllif
Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin
çox nadir arxiv sənədlərinə əsasən Azərbaycan Xalq Cümhuriyyətinin xarici
siyasətinin maraqlı mənzərəsini yarada bilmişdir. Kitabda istifadə edilən sənəd və
materialların bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilmişdir.
Azərbaycan Respublikasında diplomatik xidmətin yaranmasının 90 illiyi ilə
bağlı hazırlanmış bu kitabda Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici siyasət
addımları, Bakının azad edilməsi uğrunda diplomatik mübarizə, qonşu dövlətlərlə
münasibətlər, Paris Sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin
tanınması haqqında oxuculara geniş məlumat verilir.
Kitab beynəlxalq münasibətlər tarixi ilə məşğul olan mütəxəssislər, bu
ixtisas üzrə təhsil alan tələbələr və yaxın keçmişimizin diplomatiya tarixi ilə
maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulur.
ISBN: 978-9952-455-00-7
© C.P.Həsənli
© Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi
4
Ön söz
Dünya tarixindən məlumdur ki, hər millətin dövlətçiliyinin və
təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq səhnədə mövqe və maraqlarının
müdafiəsində diplomatiya xüsusi rola malikdir. Diplomatiya, xarici siyasət vasitəsi
kimi, millətin istiqlaliyyətinin bərpа edilməsi, beynəlxalq ictimaiyyətin
bərabərhüquqlu üzvü kimi tanınması və ərazi bütövlüyü uğrunda mübarizəsi
zamanı daha böyük, fövqəladə əhəmiyyətə malik olur.
XX əsrdə Azərbaycan xalqına, onun siyasi xadimlərinə və yaranmaqda olan
diplomatiyasına istiqlaliyyət bayrağını qaldırmaq və milli dövlətçiliyin bərqərar
olması naminə mürəkkəb regional və beynəlxalq şəraitdə ağır mübarizələr aparmaq
iki dəfə nəsib olmuşdur: 1918-1920-ci illərdə və ötən əsrin 80-90-cı illərində.
Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev 1918-1920-ci illərin
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinə xüsusi diqqətlə yanaşırdı. Onun
fərmanı əsasında Azərbaycan xarici siyasət sənədləri toplusunun hazırlanması ilə
yanaşı, ilk dəfə olaraq, AXC dövlətinə aid bütün sənədlər nəşr edilmişdir.
Bu əhəmiyyətli işin davamı kimi, Prezident İlham Əliyevin qərarına uyğun
olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış milli diplomatiyamızın
90-cı ildönümü ilə bağlı bu il keçiriləcək tədbirlər çərçivəsində müasir Azərbaycan
diplomatik xidmətinin günümüzə qədər tarixi haqqında geniş əsərin yazılması və
nəşr edilməsi nəzərdə tutulmuşdur.
Əsərin Azərbaycan diplomatiyasının 1918-ci ildən 1991-ci ilə qədər tarixinə
həsr olunmuş fəsilləri bu dövr üzrə tanınmış mütəxəssis, tarixçi professor Cəmil
Həsənli tərəfindən yazılmışdır. Kitabın yazılması prosesində, xarici arxivlərdə
əlavə mənbələr tədqiq olunmuş, bir çox yeni, maraqlı faktlar aşkar edilmişdir.
1918-1920-ci illərdə müstəqil Azərbaycan dövlətinin yaranması, öz paytaxtı
Bakıda və ölkə ərazisində bərqərar olması, dünya dövlətləri tərəfindən tanınması
uğrunda birinci milli hökumətin, onu təşkil edən görkəmli dövlət xadimi və
diplomatların mübarizəsinə həsr olunmuş fəsillər xüsusi maraqla oxunur.
Bu il 28 May - Respublika gününə həsr olunmuş rəsmi qəbuldakı nitqində
Prezident İlham Əliyev 91 il əvvəl müsəlman aləmində ilk dəfə demokratik
respublika olaraq Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasını tarixi
hadisə kimi qiymətləndirmiş, AXC-nin ömrünün uzun olmadığı və iki ildən sonra
respublikanın müəyyən səbəblər üzündən süqut etdiyini təəssüflə vurğulamış,
Azərbaycan xalqı və Azərbaycan dövlətinin AXC-nin, onun qurucularının
fəaliyyətinə həmişə böyük hörmətlə yanaşdığını, bu tarixin bizə məxsusluğunu və
ondan həmişə ibrət dərsi götürməli olduğumuzu bildirmişdir.
Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yalnız 23 ay yaşamasına
baxmayaraq, yeni Sovet Azərbaycanının paytaxtı Bakı və suveren ərazisi ilə Sovet
İttifaqı tərkibində, formal da olsa, bərabərhüquqlu respublika kimi saxlanılmasını
bu dövrün bir nəticəsi kimi qiymətləndirmək olar.
5
Kitabın Azərbaycan diplomatiyasının 1991-ci ildən bu günümüzə kimi
tarixinə həsr olunmuş fəsilləri Bakı Dövlət Universitetinin professoru Musa
Qasımlı tərəfindən yazılmışdır. Bu mürəkkəb və hadisələrlə dolu dövr üzrə
mənbələr kifayət qədər çox olsa da, dövlətin xarici siyasətini və praktiki
diplomatiyasını ölkə daxilində və dünyada gedən proseslərlə əlaqədə təhlil etmək
çətin vəzifə təşkil edir və bu vəzifə layiqinсə yerinə yetirilmişdir.
Bizim çağdaş tariximizi təşkil edən bu dövr ilə 1918-1920-ci illər arasında
bir sıra paralellər müşahidə etmək olar, - Sovetlər İttifaqının dağılması ərəfəsində
meydana çıxmış münaqişələr, daim regionda mövcud olan güclü xarici təzyiqlər və
neft amilinin əhəmiyyəti, Azərbaycana qarşı erməni təcavüzü. Eyni zamanda,
təəssüflə qeyd etməliyik ki, 1980-ci illərin sonunda və müstəqilliyin ilk illərində
ölkəyə başçılıq edən rəhbərlər zamanın tələbləri səviyyəsində fəaliyyət göstərə
bilməmiş, əmələ gələn və getdikcə genişlənən Ermənistan təcavüzünü düzgün
qiymətləndirməmiş və zəruri tədbirlər görməmiş, ümumilikdə, ölkənin xarici və
daxili siyasətində böyük səhvlərə yol vermişdirlər.
Tarix elmində belə bir mülahizə var ki, dahi siyasi şəxsiyyətlər zamanın
hökmü ilə tarixi səhnəyə çıxır. Bu gün, on altı il keçəndən sonra tam əminliklə
demək olar ki, ümummilli lider Heydər Əliyevin yeni müstəqil Azərbaycanın
rəhbərliyinə gəlməsi belə tarixi əhəmiyyətli hadisələrdən biri olmuşdur. Prezident
Heydər Əliyevin hərtərəfli fəaliyyətinin əsas nəticələri olan milli dövlətçiliyin
bərpası və möhkəmləndirilməsi, Azərbaycan ətrafında regionda və dünyada yeni,
daha əlverişli strateji reallığın yaranması haqqında məsələlər əsərdə ətraflı şəkildə
təhlil edilmişdir.
Əsərin son fəsillərində göstərilir ki, Heydər Əliyevin nəhəng fəaliyyətinin
nəticələrinə arxalanaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi
altında siyasi, sosial-iqtisadi və hərbi sahələrdə nəzərəçаrpаn tərəqqi əldə edərək,
yürütdüyü diplomatiya vasitəsi ilə öz mövcudluğunu və təsirini beynəlxalq
səhnədə, о cümlədən beynəlxalq təşkilatlarda xeyli genişləndirmiş və
gücləndirmişdir. Bu gün Azərbaycan geniş regionda baş verən strateji siyasi və
iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadirdi. Bu gün bütün dünyaya
bəllidir ki, Ermənistan-Azərbaycan münaqişəsi, ancaq Azərbaycanın beynəlxalq
prinsiplərə əsaslanan şərtləri əsasında həll oluna bilər.
Sözümü bitirərək, məmnun olduğumu bildirmək istərdim ki, müasir
Azərbaycan diplomatiyasının tarixinə həsr olunmuş bu sanballı əsər ölkəmizdə
beynəlxalq münasibətlər üzrə get-gedə çoxalan institutlar, fakültələr, araşdırma
mərkəzləri və alimlər üçün faydalı tədris, təlim və tədqiqat mənbəyi olacaqdır.
Azərbaycan Respublikasının xarici işlər naziri
E.M.Məmmədyarov
6
Giriş
Azərbaycan dünyanın qədim ölkələrindən biri olaraq öz coğrafi mövqeyinə,
strateji əhəmiyyətinə görə həmişə diqqət mərkəzində olub. Тək şərqdən qərbə
uzanan ticarət yolları deyil, tarixin müəyyən məqamlarında böyük imperiyaların,
dünya cahangirlərinin dağıdıcı yürüşləri də Azərbaycandan keçirdi. Qafqaz
dağlarının ətəklərindən Xəzər dənizinə doğru uzanıb gedən böyük bir ərazidə
məskunlaşan azərbaycanlılar hələ antik dövrdən bəri böyük güclərin hədəfinə
çevrilmiş, Əhəməni hökmdarlarından qədim Roma legionlarına, Sasani
satraplarından ərəb sərkərdələrinə qədər hər kəs gücünü burada sınamağa
çalışmışdır. Azərbaycan uzun əsrlər boyu qılınc səsinin səksəkəsi ilə diplomatiya
fəlsəfəsinin qovşağında yaşamış və bu tarixi prosesdə qılıncla diplomatiyanın
vəhdətini yarada bilmişdir. Əmir Teymurla Şirvanşah İbrahimin diplomatik
gedişləri, Səfəvi hökmdarı Şah İsmayıl ilə Sultan Səlimin sətrlərindən qan daman
məktubları, Ağqoyunlu Uzun Həsənlə Avropa dövlətləri arasında yazışmalar,
Səfəvi dövlətinin geniş beynəlxalq əlaqələri diplomatiya tariximizin ilk kövrək
səhifələri idi.
1
XVIII əsrdə Nadir şah imperiyasının dağılmasından sonra yaranan
Azərbaycan xanlıqları inzibati idarəçilik sistemi, bəlli sərhədləri, nizami ordusu,
ictimai münasibətləri tənzimləyən divanı, iqtisadi münasibətləri stimullaşdıran pul
vahidi ilə dövlətçilik atributlarını özündə yaşadan hakimiyyət qurumları olmaqla
yanaşı, eyni zamanda regionun beynəlxalq münasibətlərinə tədricən daxil olan
ayrı-ayrı dövlətlər idi. Xalqların tarixində belə çoxdövlətçilik mərhələsini yaşayan
Azərbaycan bu baxımdan dünyada nə birinci, nə də sonuncu idi. Elə həmin dövrdə
bir-biri ilə qanlı müharibələr aparan rus knyazlıqlarının birləşdirilməsi prosesi
yenicə başa çatdırılmışdı. İtaliya şəhər dövlətləri hələ ki, öz müstəqilliklərini
saxlamaq uğrunda silahdan tutmuş diplomatiyanın bütün incəliklərinə qədər
istifadə edirdilər. Azərbaycanda 20 xanlıqla eyni vaxtda Almaniyada çoxsaylı kiçik
dövlətlərin mövcud olması, sonralar almanların Avropanın güclü bir milləti kimi
formalaşmasının qarşısını ala bilmədi. Lakin xanlıqların acı taleyi və ibrətamiz
tarixi təcrübəsi bir həqiqət ortaya qoydu ki, coğrafi baxımdan üç böyük
imperiyanın arasında yerləşən Azərbaycanın nicatı vətənin bütövlüyündə və xalqın
birliyindədir.
XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqaza ayaq açması
Azərbaycanı yenidən diplomatik çəkişmələrin mərkəzinə çevirdi. Gəncə hakimi
Cavad xanın general Sisianovun hikkəli məktublarına təmkinli cavabları az sonra
onun döyüş meydanlarındakı qəhrəmanlığı kimi diplomatiya tariximizin şərəfli
səhifələri idi. Məhz, tariximizin bu məqamının dəqiqləşdirilməsi bir həqiqəti aydın
şəkildə ortaya qoyur ki, XIX əsrin əvvəllərində beynəlxalq münasibətlər tarixinə
1
Bax: Yaqub Mahmudov. Azərbaycan Diplomatiyası. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa
ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər). Bakı, 2006.
7
Rusiya - İran müharibələri kimi daxil olan keşməkeşli hadisələr Rusiya - İran
müharibəsi olmazdan daha əvvəl, Rusiya ilə ayrı-ауrı Azərbaycan xanlıqları
arasında baş vermiş müharibə idi. İran ordusu hələ döyüşlərə girməzdən əvvəl bu
mübarizə Cavad xanın rus ordusuna qarşı sərt dirənişindən keçirdi. Eyni ilə
diplomatiya tarixində Rusiya ilə İran arasında imzalanıb, Azərbaycan xalqının
taleyində ayrılıq məqamını rəsmiləşdirən 1813-cü ilin Gülüstan və 1828-ci ilin
Türkmənçay müqavilələrindən daha əvvəl, 1805-ci ildə şuşalı İbrahim xanın
imzaladığı Kürəkçay müqaviləsi də var idi. Məhz bu müqavilə bitkin bir
diplomatik sənəd olaraq, Qarabağ xanlığının, məhz Azərbaycan dövləti olaraq
Rusiya protektoratlığına girməsini özündə ehtiva edirdi.
2
Həm Kürəkçay
müqaviləsində, həm də onun hüquqi davamı kimi Mehdiqulu ağanın Qarabağ
hakimi təyin edilməsi haqqında 1806-cı ilin imperator fərmanında Rusiya
tərəfindən tədricən ilhaq edilən Qarabağda, onun hüdudları, dağı və aranında
söhbət yalnız və yalnız etnik kimlik olaraq azərbaycanlılardan, dini mənsubiyyəti
olaraq, müsəlmanlardan gedir.
3
XIX əsrin əvvəllərində general Sisianov tərəfindən
imzalanmış Kürəkçay müqaviləsi, "fələk cəlallı" I Aleksandr tərəfindən
imzalanmış imperator fərmanı tarixi baxımdan Qarabağın şəriksiz olaraq,
azərbaycanlılara məxsusluğunu təsdiq edən ilk tutarlı diplomatik sənədlərdir. Hələ
erməni köçü başlamazdan əvvəl, 1823-cü ildə Rusiya idarəçilərinin hazırladığı və
əyalətin əhali sayımını özündə ehtiva edən "Qarabağ vilayətinin təsviri" adlı
statistik məlumatlar bu bölgənin etnik-dini tərkibi haqqında real mənzərəni aydın
şəkildə ortaya qoyurdu.
4
Qarabağ vilayəti haqqında həqiqətlər XIX əsrdə
Rusiyanın Qafqaz siyasətini araşdıran bir sıra rus tədqiqatçılarının əsərlərində və
dövlət siyasətini müəyyən edən rəsmi nəşrlərdə də təsdiq edimişdir.
5
Azərbaycanın taleyində və tarixində əsaslı dönüş XIX əsrin sonlarından
başlandı. 30 ilə yaxın silahlı müqavimətin ciddi bir nəticə vermədiyini görən ilk
Azərbaycan realistləri mübarizənin forma və metodlarını dəyişərək, yüz illərin
2
Трактат между Карабахским ханом и Российской империей о переходе ханства под власть
России от 14 мая 1805 года.// Государственный Исторический Архив АР, ф.130, оп.1, д. 14,
лл.245-248; Акты Кавказской Археографической Комиссии. Архив Главного Управления
Наместника Кавказа. Томь II. Издан под редакциею председателя комиссии А.Д.Берже. Тифлис,
1868, с.705
3
Высочайшая грамота генерал-майора Мехтикули ага от сентября 1806 года.// Акты Кавказской
Археографической Комиссии. Архив Главного Управления Наместника Кавказа. Томь III. Издан
под редакциею председателя комиссии А.Д.Берже. Тифлис, 1869, с.336-337
4
Описание Карабахской провинции, составленное в 1823 году, по распоряжению глав -
ноуправляющего в Грузии Ермолова, действительным статским советником Могилевским и
полковником Ермоловым 2-м. Тифлис, 1866, 415 с.
5
Вах: Гражданское Управление Закавказьем от присоединения Грузии до наместничества
Великого Князя Михаила Николаевича. Исторический очерк. Составитель по поручению
Военно-Исторического отдела В.Н.Иваненко. Тифлис, 1901, 525 с; В.A.Потто. Кавказская война.
Персидская война 1826-1828 гг. Том 3, Тифлис, 1901; Н.И.Шавров. Новая угроза русскому делу в
Закавказье: предстоящая распродажа Мугани инородцам. СП., 1911
8
ümmət anlayışından yeni əsrin millət düşüncəsinə keçməyin zərurətini ideya
istiqaməti olaraq irəli sürdülər. A.A.Bakıxanov, M.F.Axundov və H.B.Zərdabi
kimi mütəfəkkirlər ənənəvi şərq mədrəsəsindən müasir üsuli-cədid məktəblərinə
keçməyin zəruriliyini əsaslandırmaqla milli hədəfləri düzgün müəyyənləşdirdilər.
Bu böyük mütəfəkkirlərin Ə.Hüseynzadə, Ə.Ağayev və Ə.M.Topçubaşov kimi
ardıcılları, məhz bu ideyanın işığında azərbaycanlıların ümmətdən millətə başlayan
tarixi keçidini öz çiyinlərində apara bildilər. Bu ideyanın "milli dirilik" fəlsəfəsi
olaraq, bitkin bir baxışlar sisteminə çevrilməsi isə M.Ə.Rəsulzədənin adı ilə
bağlıdır. 1918-ci ildə tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti
dünyəvi bir dövlət olaraq, islam ümmətçiliyindən türk millətçiliyinə keçidin
məntiqi yekunu, millətləşmə əsrində millət olmaq arzularını özündə ehtiva edən
"milli dirilik" fəlsəfəsinin tarixi təsdiqi idi. XX əsrin əvvəllərində dünya xalqları
içərisində öz millətinin imzasını görməyən və bundan mənəvi sıxıntı keçirən
Azərbaycan aydınları ilk imkan düşən kimi, 1918-ci ilin may ayının 28-də Xalq
Cümhuriyyətini yaratmaqla diplomatik baxımdan bu imzanı beynəlxalq aləmdə
təsdiq etdirə bildilər. Bu mühüm hadisə başlanan cahan hərbində atılan topların
səsindən oyanan və gündən-günə kəskinləşən diplomatik çəkişmələrdə dünyanın
siyasi xəritəsinin dəyişəcəyinə ümid bəsləyən Azərbaycan xalqının çox böyük
tarixi nailiyyəti idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmisi 23 ay yaşadı. Bu, zaman etibarı ilə
elə də böyük bir dövrü əhatə etmir. Lakin 23 ay ərzində yaradılan tarix, keçilən
yol, atılan diplomatik addımların və görülən böyük işlərin siyasi məzmunu millətin
varlığına hopdu. 28 may 1918-ci ildə elan edilmiş istiqlal və həmin istiqlalın
simvolu kimi ucaldılmış üç rəngli, ay-ulduzlu bayraq tək XIX əsrin sonu - XX
əsrin əvvəllərini əhatə edən milli mücadilə yolunun məntiqi yekunu olmayıb, həm
də gediləcək yolun müəyyənedici ideoloji istiqaməti, milli hədəflərə doğru başlıca
inkişaf strategiyası idi. 1991-ci ildə Azərbaycan Respublikasının Xalq
Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq, bərpа edilməsi 1918-1920-ci illərdə
seçilən yolun doğruluğunun, aparılan diplomatik mübarizənin əhəmiyyətinin
başlıca yekunu idi. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
80 illiyi ilə bağlı ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamda
deyilirdi: "Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış
gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa
bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır.
Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün
vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması,
Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan
olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.
Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq
sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq
fəaliyyətini əks etdirən əsas istiqamətlərdir...1991-ci ildə dövlət müstəqilliyini
9
bərpа edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin
zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil
Azərbaycan dövlətini yaratmışdır."
6
Bu qərar Azərbaycan dövlətçilik ənənələrinin
bərpası, Xalq Cümhuriyyətinin zəngin irsinin qaldırılması və ona siyasi qiymət
verilməsi baxımından mühüm dövlət sənədi oldu. 2008-ci ildə Xalq
Cümhuriyyətinin 90 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı prezident
İlham Əliyevin imzaladığı sərəncam bu siyasətin məntiqi davamı idi. Sərəncamda
bildirilirdi: "Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul
etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə
sahələrində atdığı addımlar xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etmişdir.
Cümhuriyyətin böyük uğurlarından biri Paris Sülh konfransında 1920-ci il
yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur".
7
2009-cu
ilin may ayının 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı
nitqində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xalq
Cümhuriyyətinin tarixdəki rolunu yüksək qiymətləndirərək demişdir: "91 il bundan
əvvəl Şərqdə - müsəlman aləmində ilk dəfə olaraq, demokratik respublika
yaranmışdır. Bu hadisə tarixi hadisə idi. Çünki ilk növbədə, müsəlman aləmində ilk
dəfə olaraq demokratik cümhuriyyət qurulur, digər tərəfdən Azərbaycan xalqı
müstəqilliyə qovuşurdu... Azərbaycan xalqı və Azərbaycan dövləti Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının fəaliyyətinə həmişə
hörmətlə yanaşmışdır. Keçən il Xalq Cümhuriyyətinin 90 illik yubileyini
Azərbaycanda çox geniş və təntənəli şəkildə qeyd etmişdik. Bu gözəl tarix bu il də
geniş şəkildə qeyd edilir. İki il bundan əvvəl imzaladığım sərəncama əsasən,
Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin
şərəfinə abidə ucaldılmışdır. Bu tarix bizim tariximizdir və biz tarixdən həmişə
ibrət dərsi götürməliyik".
8
Azərbaycan Xalq Cümhuriyyəti dünya müharibəsinin başa çatması ilə
müşayiət edilən gərgin diplomatik mübarizə şəraitində yarandı və fəaliyyət
göstərdi. İnqilabın dağıtdığı Rusiya imperiyasının 1914-cü il hüdudlarında bərpа
edilməsinə göstərilən cəhdlər 1918-1920-ci illərdə gənc Azərbaycan
Respublikasından
böyük diplomatik bacarıq, dünya siyasətinin dönüş
məqamlarından baş çıxarmaq qabiliyyəti tələb edirdi. İki ilin hürriyyət sevdası ilə
istiqlal davasının kəsişməsində Azərbaycan diplomatiyası bu mühüm vəzifənin
öhdəsindən gələ bildi. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim
edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən
6
"Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin sərəncamı. 30.01.1998.//Azərbaycan, 1998, 31 yanvar
7
"Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" Azərbaycan Respublikası
Prezidentinin sərəncamı. 15.02.2008.//Azərbaycan, 2008, 17 fevral
8
Azərbaycan, 2009, 28 may
10
beynəlxalq təsdiqlənməsinə nail oldular. Lakin Birinci Dünya müharibəsindən
sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi
nailiyyətdən yetərincə faydalanmasına imkan vermədi. Azərbaycan Xalq
Cümhuriyyəti 1920-ci ilin aprelində ölkə daxilində gedən siyasi proseslərin,
məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb
diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi. Əslində, 1918-ci ildə Rusiya
imperiyası hüdudlarında yaranmış yeni respublikaların, о cümlədən, Azərbaycanın
beynəlxalq aləmə çətin inteqrasiya olması, ilk növbədə, Rusiyanın qalib
Antantanın üzvü kimi dağılması ilə bağlı idi. Bu səbəbdən də dünya, yaxud onun
taleyini müəyyən edən dairələr Rusiyanın dağılmasına və onun xarabalıqları
üzərində yaranan yeni dövlətlərin tanınmasına hazır deyildilər. Bir növ Rusiya
gözlənilmədən böhrana düşdüyü üçün bolşevizmə müvəqqəti hal kimi baxan
müttəfiqlər onun köhnə hüdudlarda bərpa olunacağına ümidlərini itirməmişdilər və
ona görə də, Rusiya ilə bağlı bütün məsələlərə son dərəcə ehtiyatla yanaşırdılar. Bu
özünü müharibədən sonrakı dünya düzəninin baş memarı hesab edilən və kiçik
xalqların dostu sayılan V.Vilsonun 14 sülh prinsipində də açıq şəkildə göstərirdi.
Təxminən 70 il sonra SSRİ-nin dağılması nəticəsində Rusiyadan ayrılan 14
respublika 1918-ci ildə hələ ki, V.Vilsonun 14 maddəsində yox idi. Məhz belə bir
şəraitdə Azərbaycanın müstəqilliyinin 1920-ci ildə Versal Ali Şurası tərəfindən de-
fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı,
Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh konfransındakı say
etibari ilə kiçik olan heyətinin böyük qələbəsi idi.
Mövcud olduğu dövrün mürəkkəb tarixi şəraiti nəzərə alınmaqla
Azərbaycan Xalq Cümhuriyyətini quranlar, onun xarici siyasətini həyata keçirənlər
dünyəvi dəyərlərə, demokratik prinsiplərə söykənən çağdaş bir cümhuriyyət
yaratmaqla oriyentasiya olaraq, dünya siyasəti və coğrafiyasında azərbaycanlıların
yerini müəyyən etdilər. Onlar tək azərbaycanlıların dünyaya baxışını deyil,
dünyanın da Azərbaycana baxışlarını dəyişə bildilər. Cümhuriyyətin qurulmasının
bir illiyi ilə bağlı Ü.Hacıbəyli 1919-cu ilin may ayının 28-də rəsmi dövlət qəzeti
olan "Azərbaycan"da yazırdı: "Bizim vücudumuzu aləmi-mədəniyyət üçün
təhlükəli təsəvvür edənlər ilə bir balaca təmas lazım imiş ki, bu fikrin və bu nəzərin
sırf yalan və yanlış olduğu meydana çıxsın."
9
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi Xalq
Cümhuriyyəti diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Bu baxımdan
Azərbaycan Xalq Cümhuriyyəti, onun diplomatiyasının ən mühüm xidmətlərindən
biri Cənubi Qafqazda azərbaycanlıların milli hüdudlarının müəyyənləşdirilməsi ilə
bağlı idi. 1918-1920-ci illərdə respublikanın mübahisəsiz əraziləri 97.297,67
kvadrat kilometr, mübahisəli torpaqlarla birlikdə isə bu ərazilərin ümumi sahəsi
9
Azərbaycan, 1919, 28 may
11
113.895,97 kvadrat kilometr idi.
10
Sovetləşmədən sonra Azərbaycanın əraziləri
ciddi şəkildə azalmağa başladı və bu ərazilərin ümumi sahəsi 86,6 min kvadrat
kilometrə endirildi. Sovetləşmənin ilk illərində bu ədalətsizliyə dözməyərək,
Azərbaycanın tarixi torpaqlarının mərkəzi bolşevik hökuməti tərəfindən
Ermənistana verilməsinə qarşı etiraz edən N.Nərimanov V.İ.Leninə yazırdı:
"Müsavat hökuməti dövründə mübahisəsiz hesab olunan Azərbaycan əraziləri
sovet hakimiyyətinin qələbəsindən sonra mübahisə subyekti olmağa başlamışdır.
Şübhəsiz ki, xalq bunları görür və narazılığını ifadə edir."
11
Aprel çevrilişindən az
sonra, 1920-ci ilin iyulunda Qafqazda nüfuzlu hesab edilən bolşeviklər Azərbaycan
İnqilab Komitəsinin sədri N.Nərimanov, RK(b)P Qafqaz bürosunun üzvləri
Mdivani, AK(b)P MK üzvləri Mikoyan və Naneyşvili, XI Ordunun hərbi şurasının
üzvləri Vesnik, Levandovski və Mixaylov birlikdə imzalayıb, Moskvaya Rusiya
Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinə göndərdikləri sənəddə
yazırdılar: "Müsavat hökuməti dövründə Qarabağ bütövlükdə Azərbaycanın
tərkibində olmuşdur."
12
Azərbaycanın pozulmuş sərhədlərinin bərpа edilməsi və
ərazi bütövlüyünün təmin edilməsi istiqamətində diplomatik mübarizənin getdiyi,
yaxın tariximizin diplomatik sənədlərdə əks olunmuş həqiqətlərinin təhrif
olunmasına meyllərin gücləndiyi müasir dövrdə bu yazışmalar indi də öz siyasi
əhəmiyyətini saxlamaqdadır.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət tarixinin öyrənilməsinə,
diplomatik addımlarının araşdırılmasına ilk cəhdlər hələ cümhuriyyətin öz
dövründə olmuşdur. Bu baxımdan Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə,
A.Ziyadxanov, R.Vəkilov, C.Hacıbəyli, Y.V.Çəmənzəminli və digərlərinin nəşr
olunmuş kitabça və broşurlarında Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
ilə bağlı maraqlı məqamlar vardır.
13
Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra xarici ölkələrə
mühacirət etmiş cümhuriyyət xadimləri, ayrı-ayrı ziyalıların dünyanın müxtəlif
ölkələrində nəşr etdirdikləri əsərlər 1918-1920-ci illərdə həyata keçirilmiş
10
Адрес-календарь Азербайджанской Республики. Под ред. A.М.Ставровского. Баку, 1920. с.50
11
Daha ətraflı məlumat üçün bax: "Azərbaycanda sovet quruculuğunun yekunları" haqqında
N.Nərimanovun V.İ.Leninə hesabatı. 15.09.1921.// Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi
(RDSSTA), f.5, s.1, i.1219, v.12; N.Nərimanovun V.İ.Leninə məktubu.// Azərbaycan Respublikası
Prezidentinin İşlər İdarəsi yanında Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi (ARPİİ
SPİHDA), f.609, s.1, i.71, v.41; B.Şaxtatinskinin V.İ.Leninə məktubu. 20.09.1920.// Rusiya
Federasiyası Xarici Siyasət Arxivi (RF XSA), f.1, s.51, q. 321a, i.54859, v.6-7
12
Nərimanov, Mdivani, Mikoyan, Naneyşvili, Vesnik, Levandovski və
Mixaylovun RK(b)P MK-ya
məktubu. 10.07.1920.//ARPİİ SPİHDA, f.1, s.44, i.118, v.25
13
Ə.M.Topçubaşov. Azərbaycanın təşəkkülü. İstanbul, 1918; M.Ə.Rəsulzadə. Azərbaycanın təşkilində
müsavat. Bakı, 1920; A.Ziyadxanlı. Azərbaycan. Bakı, 1919; R.Vəkilov. Azərbaycan Cümhuriyyətinin
yaranma tarixi.// Azərbaycan, 1919, 28 may; Djeyhoun Bey Hadjibeyli. La premiera Republique
musulmane: l'Azerbaidjan. Editions Ernest Leroux, vol. XXXVI, Paris, 1919; Y.V.Çəmənzəminli. Biz
kimik və nə istəyirik. Bakı, 1919
12
Azərbaycan diplomatiyasının bir sıra qaranlıq səhifələrini aydınlaşdırmağa imkan
verir.
14
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin devrilməsindən sonra sovet
dövrü tarixşünaslığında 1918-1920-ci illərin hadisələri ideoloji baxımdan
araşdırılsa da, xarici siyasət məsələləri ilə bağlı Azərbaycan hökumətinin siyasəti,
əsasən, sovet ideologiyasının tələbləri baxımından təqdim edilsə də, xüsusilə, ilk
dövrlərdə yazılmış əsərlərdə çoxsaylı sənəd və materiallar dövriyyəyə
gətirilmişdir.
15
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik fəaliyyətinin araşdırılması
bir sıra Qərb tədqiqatçılarının da diqqət mərkəzində olmuş, müxtəlif ölkələrdə nəşr
olunmuş ayrı-ayrı əsərlərdə 1918-1920-ci illərdə Azərbaycan hökumətinin həyata
keçirdiyi xarici siyasət xəttinin işıqlandırılmasına geniş yer verilmişdir.
16
Qərb ölkələri ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik
fəaliyyəti Türkiyə tarixçilərinin də daim diqqət mərkəzində olmuşdur. Türk
14
M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. İstanbul, 1923; М.Э.Расул-заде. О пантуранизме (В
связи с Кавказской проблемой). Париж, 1930; Mir Yaqub. Dünya siyasətində petrol. İstanbul, 1928;
Mir - Yacoub. Le probleme du Caucase. Paris, 1933; M.Məmmədzadə. Milli Azərbaycan hərəkatı.
Berlin, 1938
15
Ю.А.Ратгаузер. Борьба за Советский Азербайджан. Баку, 1929; Его же. Революция и
гражданская война в Баку, ч.1. 1917-1918. Баку, 1927; А.Раевский. Английская интервенция и
мусаватское правительство. К истории интервенции и контрреволюции в Закавказье. Баку, 1927;
Его же. Английские «друзья» и мусаватские «патриоты». Баку, 1927; Его же. Мусаватское
правительство на Версальской конференции. Донесения представителей Азербайджанской
мусаватской делегации. Баку, 1931; А.Стeклов. Армия Мусаватского Азербайджана. Баку, 1928;
И.А.Гусейнов. Баку в захватнических планах английских империалистов в 1918 г.// Труды Азерб.
филиала ИМЭЛ. Т. XIII. Баку, 1947; Z.İbrahimov. İngilis - Amerikan müdaxiləçilərinə qarşı
Azərbaycan xalqının mübarizəsi. Bakı, 1950; Е.А.Токаржевский. Из истории иностранной
интервенции и гражданской войны в Азербайджане. Баку, 1957; Б.Е.Штейн. "Русский вопрос" на
Парижской мирной конференции (1919-1920 гг.). М., 1949; А.И.Базиянц. К вопросу о
захватнической политике США в Азербайджане (1919-1920).// Уч. зап. ин-та востоковедения.
T.XIX. М., 1958
16
F.Kazemzadeh. The Struggle for Transcaucasus (1917-1921). New-York, 1951; W.Allen, P.Muratof.
Caucasian Battlefields: A History of the Wars and Turco - Caucasian Border (1828-1921). Cambridge,
1953; R.Pipes. The Formation of the Soviet Union; Communist and Nationalism, 1917-1923.
Cambridge, 1964; V.Kolarz. Russia and Her Colonial. London, 1953; I.Spector. The Soviet Union and
the Moslem World. 1917-1958; Wash. 1958; N.S.Fatemi. Diplomatic History of Russia. 1917-1923;
N.Y.; 1952; A.Bennigsen, E.Wimbush. Moslem National Communism in the Soviet Union: A
Revolutionary Strategy for the Colonial World. Chicago, London, 1979; R.Ullman. Anglo-Soviet
Relations 1917-1921. London, 1968; L.Fisber. The war for Baku. "Oil Imperialism". Ch.1. London,
1976; R.Suny. The Baku Commune, 1917-1918: Class and Nationalist. Princeton (N.Y.), 1972;
T.Swietochowski. Russian Azerbaijan, 1905-1920: The Shaping of National Identity in Moslem
Community. Cambridge, 1985; T.Swietochowski. Russia and Azerbaijan: А Borderland in Transition.
New York, 1995; T.Swietochowski and B.Collins. Historical Dictionary of Azerbaijan. Lanham, 1999;
A.Alstadt. The Azerbaijani Turks: Power and Identity under Russian Rule. Stanford, 1992; R.Teague-
Jones. The Spy Who Disappeared: Diary of a Secret Mission to Russian Central Asia in 1918. London,
1990; Peter Hopkirk. On Secret Service East of Constantinople. The Plot to Bring Down the British
Empire. John Murray, London, 1994
13
tarixçilərinin əsərlərində Azərbaycan - Türkiyə münasibətləri, Birinci Dünya
müharibəsinin sonunda Osmanlı imperatorluğunun Qafqaz siyasəti, Azərbaycanla
bağlı beynəlxalq münasibətlərin bəzi məsələləri, Cənubi Qafqazda və Anadoluda
erməni probleminin beynəlxalq tərəfləri ətraflı şəkildə araşdırılmışdır.
17
1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra Xalq
Cümhuriyyətinin tarixinə, onun liderlərinin həyat və fəaliyyətinə böyük maraq
yaranmışdır. Bu baxımdan, Azərbaycan hökumətinin xarici siyasət kursunun və
diplomatik fəaliyyətinin öyrənilməsi sahəsində ciddi uğurlar əldə edilmiş, dərin
elmi tədqiqat xarakteri daşıyan monoqrafik əsərlər nəşr edilmiş, doktorluq və
namizədlik dissertasiyaları müdafiə edilmişdir. Bu əsərlər və araşdırmalarda uzun
müddət qapalı mövzulardan sayılan Cümhuriyyət tarixinin dərin elmi və siyasi
mənzərəsi yaradılmışdır.
18
Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik fəaliyyətinin araşdırılması
zamanı memuar ədəbiyyatından da geniş istifadə edilmişdir. Dövrün tanınmış
dövlət xadimlərinin, siyasətçilərinin və diplomatlarının müxtəlif illərdə nəşr
17
Kurat A.Nimet. Birinci dünya savaşında Türkiye'de bulunan Alman generallerinin raporları. Ankara,
1966; Yene onun. Türkiye ve Rusiya. Ankara, 1970; H.Baykara. Azerbaycan İstiklal Mücadelesi Tarihi.
İstanbul, 1975; N.Devlet. Rusya Türklerinin Milli Mücadele Tarihi (1905-1917). Ankara, 1985; Mim
Kemal Öke. Ermeni Meselesi. İstanbul, 1986; A.Süslü. Ruslara göre Ermenilerin yaptıkları mezalim.
Ankara, 1987; T.Sünbül. Azerbaycan Dosyası. Ankara, 1990; Hüsamettin Yıldırım. Rus-Türk-Ermeni
Münasebetleri (1914-1918). Ankara, 1990; S.Tansel. Mondros'tan Mudanya'ya kadar. C.I, III, IV,
İstanbul, 1991; N.Yücer. Birinci dünya Savaşında Osmanlı Ordusunun Azerbaycan ve Dağıstan
Harekatı. Ankara, 1996; N.Erdağ (Akgül). Milli mücadile döneminde Kafkas Cümhuriyyetleri ile
ilişkiler (1917-1921). Ankara, 1994; S.Kılıç. Ermeni sorunu ve Almaniya – Türk ilişkileri Alman Arşiv
Belgelerile. İstanbul, 2003; N. Mazıcı. ABD
Dostları ilə paylaş: |