Azərbaycan Respublikasının Diplomatiya Tarixi



Yüklə 4,98 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix03.10.2019
ölçüsü4,98 Mb.
#29281
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyaseti 1918-1920

Bizim ordu Bakıya çatıb, Qobu, Xırdalan və Sumqayıtı tutub, dəmir yolu boyunca 

isə  Hacıqabulla  Ələt  arasındadır,  ümid  edirəm  ki,  əgər  fövqəladə  bir  hadisə  baş 

verməzsə,  Bakı  bizim  tərəfimizdən  götürüləcək".

390


  Sonra  Fətəli  xan  erməni 

məsələsi  üzrə  təlimat  verərək  yazırdı:  "Azərbaycanın  sərhədlərinin  eskizləri 

cızılmış istədiyiniz xəritəni Sizə göndərirəm. Siz bütün vasitələrlə çalışmalısınız ki, 

əgər  ermənilər  Qarabağa  iddialarını  elan  etsələr,  о  zaman  İrəvanın  və  Qazax 

qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina edəsiniz... Sizə deməliyəm 

ki, ermənilər heç cürə sakitləşmirlər, gah bir, gah digər yerdə müsəlmanları qırır, 

kəndləri və onların yaşayış yerlərini dağıdırlar, bu günlərdə yenidən Yeni Bəyazid 

qəzasında bir neçə müsəlman kəndlərini dağıdıblar. Onların generalı Andronik öz 

                                                        

387


 A.N.Kurat. Türkiye ve Rusiya, s.546 

388


 Yenə orada, s.546 

389


  Xarici  işlər  naziri  M.H.Hacınskinin  İstanbulda  Azərbaycan  nümayəndələrinin  başçısı 

M.Ə.Rəsulzadəyə məlumatı. 24.07.1918. //ARPİİ SPİHDA, f.277, s.2, i.7, v.41-42 

390

  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskinin  İstanbuldakı  Azərbaycan  nümayəndələrinin  rəhbəri 



M.Ə.Rəsulzadəyə təcili diplomatik məlumatı. 31.07.1918. //ARPİİ SPİHDA, f.277, s.2, i.7, v.37 

110 

 

ordusunu  İrəvan  və  Yelizavetpol  quberniyaları  sərhədləri  boyunca  Zəngəzur 



istiqamətində  toplayıb  Gorusa  yetişməkdədir.  Hələ  ki,  biz  qəti  addımlar  ata 

bilmirik,  bütünlüklə  Bakı  məsələləri  ilə  məşğuluq,  Allah  qoysa  bu  əməliyyat 

qurtaran  kimi,  qeyd  edilən  daşnak-erməni  hərəkətlərini  də  aradan  qaldıracağıq". 

Daxili  siyasətə  gəldikdə  isə,  Fətəli  хаn  sözünə  davam  edərək  yazırdı  ki,  hələlik 

bütün  münasibətlərdə  ciddi  bir  irəliləyiş  yoxdur,  işlər  ürəyimiz  istəyən  qaydada 

getmir, hələlik dözmək lazımdır. Baxarıq, sonra nə olacaq. Belə fikirləşirik ki, bu 

və  ya digər formada işləri doğru istiqamətə yönəltməyə imkan olacaq. Məktubun 

sonunda  Fətəli  xan  Zaqatala  dairəsi,  Borçalı  qəzası  və  Qarayazı  sahəsinin 

əhalisinin  Azərbaycana  birləşmək  arzuları  barədə  M.Ə.Rəsulzadəyə  yazırdı.  О 

qeyd edirdi ki, "bu ərazilərlə bağlı statistik məlumatlar belədir: Borçalı qəzasında 

bütövlükdə  80  min  nəfərə  yaxın  əhali  yaşayır  ki,  bunun  50  min  nəfəri 

müsəlmanlardır,  Qarayazı  sahəsində  30  min  əhalinin  demək  olar  ki,  hamısı 

müsəlmanlardır,  Zaqatala  dairəsinin  isə  100  min  nəfərə  yaxın  əhalisinin  95  faizi 

müsəlmanlardır. Bu ərazilərin Azərbaycanın xeyrinə həll olunmasına ciddi şəkildə 

çalışmaq lazımdır".

391


 

Bolşevik hökuməti əsasən, ermənilərə əsaslanaraq, İslam Ordusuna qarşı öz 

müqavimətlərinə  sinfi  rəng  verməyə  cəhd  göstərirdilər.  Xalq  Komissarları 

Sovetinin  Bakı  əhalisinə  müraciətində  göstərilirdi  ki,  komissarlar  yalnız  nizami 

türk  ordusuna  qarşı  deyil,  Gəncə  bəу  və  xanlarının  çoxsaylı  dəstələrinə  qarşı  da 

mübarizə  aparırlar.

392

  İyul  ayının  28-də  Mailov  teatrının  binasında  keçirilən 



toplantıda  sol  eser  M.Vəzirov  dedi  ki,  əsirlik  asılılıqdan  bezikən  müsəlman 

kəndliləri öz talelərini sovetlərin taleyi ilə bağlayıblar və böyük Rusiyanı müdafiə 

etmək  üçün  onlarla  müsəlman  kəndlisi  Qırmızı  Orduya  yazılırlar.

393


  Lakin  bu 

sözlər  deklarativ  xarakter  daşıyırdı  və  əslində  vəziyyət  heç  də  belə  deyildi.  İyul 

ayının  28-də  Bakı  XKS  1883-1892-ci  illərdə  doğulmuş  kişi  əhalinin  hərbi 

səfərbərliyi  haqqında  dekret  vermişdi.  Bakı  Sovetinin nəzarətində  olan  kəndlərdə 

müsəlman əhalisi zor gücünə orduya səfərbər edilirdi. Bakı kommunası tərəfindən 

cəbhəyə  göndərilən  bu  adamlar  ilk  imkan  düşən  kimi  Bakını  mühasirəyə  almış 

İslam  Ordusu  tərəfinə  keçirdi.  Hətta  XKS-nin  Maştağa,  Buzovna,  Suraxanı, 

Şüvəlan  və  Mərdəkan  kəndlərinin  sakinlərinin  hər  hansı  yerdəyişməsini  qadağan 

edən xüsusi əmri olmuşdu. Bu əmr onunla bağlı idi ki, bu kəndlərin əhalisi kiçik 

partizan  dəstələri  yaradaraq  Bakının  azad  olunmasında  İslam  Ordusuna  yardım 

göstərirdi.

394


 Həmin vaxtlar Balaxanıda işləmiş bolşevik Blyumin öz xatirələrində 

yazırdı:  Müsəlman  əhalisi  bolşeviklərin  simasında  quldur  və  soyğunçuları 

görürdülər. Türklər Bakıya hücum edən vaxt yerli müsəlmanlar onlara qoşuldular. 

                                                        

391

 Yenə orada, s.37-38 



392

 Известия Бакинского Совета, 1918, 30 июля. 

393

 Yenə orada. 



394

 Памяти 26-ти. Баку, 1922, с. 165 



111 

 

Onlar  türkləri  bolşevik  zülmündən  xilaskar  kimi  qarşılayırdılar.



395 

Hətta  cəbhəyə 

göndərilən  müsəlman  sosialist  hümmətçilərin  çoxu  türk  ordusu  tərəfinə 

keçmişdilər.

396

 

İyulun  30-da  "Kommuna"  ordusunun  rəhbərlərindən  biri  Avetisov  Bakı 



Sovetinə  məlumat  verdi  ki,  müqavimətin  davam  etdirilməsi  əhəmiyyətsizdir.  Еlə 

həmin  gün  XKS-nə  gələn  Erməni  Milli  Şurasının  rəhbərləri  bolşeviklərdən 

hakimiyyəti  təhvil  verməyi  tələb  etdilər.  İyulun  31-də  Bakı  XKS-i  öz 

səlahiyyətinin  qurtardığını  bildirdi  və  komissarlar  "Ərdəhan"  gəmisində 

Həştərxana yola düşdülər. Lakin onlar hələ şəhərdən uzaqlaşmamış, əsasən, erməni 

Milli Şurasının və daşnakların əlində olan eser-daşnak-menşevik ittifaqı zəminində 

"Sentrokaspi  və  Sovetin  Müvəqqəti  İcraiyyə  Komitəsinin  Rəyasət  Heyətinin 

diktaturası" deyilən yeni oyuncaq bir hökumət təşkil edildi. Avqustun 1-də təşkil 

olunmuş  Sentrokaspi  hökumətinə  Xəzər  donanmasının  zabitlərindən  Peçenkin, 

Tyuşkov,  Buşev,  Lemleyn,  Yermakov,  eserlərdən  L.Umanski,  A.Veluns, 

menşeviklərdən  Q.Ayolla,  M.Sadovski,  daşnaklardan  A.Arakelyan  və  Məlik-

Yolçuyan  daxil  edilmişdi.  Göründüyü  kimi,  özündən  əvvəlki  hökumət  kimi 

Sentrokaspi  hökumətinin  də  Azərbaycana  heç  bir  dəxli  yox  idi  və  bütövlükdə 

yadellilərdən  təşkil  olunmuşdu.  Hökumət  qurulan  kimi  Bakının  xristian  əhalisinə 

müraciət edildi. Orada deyilirdi: "Türklərə qarşı mübarizədə siz yalqız deyilsiniz. 

Yaxın  günlərdə  müttəfiqlərdən  ciddi  kömək  alınacaq".

397

  Hökumətin  qərarı  ilə 



Bakı  XKS-ni  tam  heyətdə  Həştərxana  aparan  gəmi  sahilə  qaytarıldı  və  Bakıdan 

qaçmağa  cəhd  göstərən  bolşeviklər  həbsə  alındı.  Zavod  komitələrinin  yeni 

hökuməti  müdafiə  məqsədi  ilə  keçirilən  konfransında  qəbul  olunmuş  qətnamədə 

göstərilirdi  ki,  keçmiş  komissarlar  nəinki  öz  vəzifələrini  tərk  etmiş,  Bakı  əhalisi 

üçün  ölümcül  təhlükə  yarandığı  bir  dövrdə  cəbhəni  özbaşına  qoymuşlar,  eyni 

zamanda  müdafiə  üçün  zəruri  olan  ərzağı,  hərbi  sursatı  və  silahı  da  aparmağa 

xaincəsinə  cəhd  göstərmişlər.  Konfrans  komissarları  xalqa  xəyanətdə 

günahlandırıb, onları xalq düşmənləri hesab etdi.

398

 

Bakı  Xalq  Komissarları  Sovetinin  devrilməsi  Azərbaycan  hökuməti 



tərəfindən  mühüm  hadisə  kimi  qarşılandı.  Bu  hadisə  Almaniya  və  Avstriyanın 

Cənubi  Qafqazda  olan  nümayəndələrinin  Bakı  məsələsində  geri  çəkilməsi  ilə 

nəticələndi.  Bu  barədə  Xan  Xoyski  M.Ə.Rəsulzadəyə  yazırdı:  Məlumat  üçün 

bildirirəm  ki,  Bakıda  bolşevik  hakimiyyəti  devrilmişdir.  Rusiya  bolşeviklərinin 

nümayəndələri  həbs  edilmişdir.  Mədənlərin  bir  hissəsi  və  bütün  Abşeron 

yarımadası bizim əlimizdədir. Biz əminik ki, yaxın günlərdə şəhər təslim olacaq. 

                                                        

395


  Bakıda  və  Azərbaycanda  1917-1918-ci  illərin  inqilabi  hadisələri  haqqında  xatirələr.  Blyuminin 

xatirələrindən. 1922. //ARPİİ SPİHDA, f.276, s.2, i.20, v.18-19 

396

 1917-1920-ci illərdə Bakıda Qırmızı Qvardiya haqqında xatirələr. Tarixsiz. //ARPİİ SPİHDA, f.276, 



s.2, i.22, v.90 

397


 Бюллетень Центрокаспия, 1918, 3 августа. 

398


 A. Дубнeр. Бакинский пролетариат в годы революции (1917-1920 гг.). Б., 1931, с.95 

112 

 

Almaniya və Avstriya missiyalarının başçıları dəfələrlə burada bizi əmin etmişlər 



ki,  onlar  Bakını  Azərbaycanın  ayrılmaz  hissəsi  və  paytaxtı  kimi  tanıyırlar.  İndi 

onlar,  hətta  ordu  daşınmasında  bizə  yardım  da  göstərirlər."

399

  Eyni  məzmunda 



məlumat  xarici  işlər  naziri  M.H.Hacınski  tərəfindən  də  İstanbula, 

M.Ə.Rəsulzadəyə  göndərilmişdi.  О  yazırdı:  "Bakı  cəbhəsində  vəziyyət  belədir: 

bizim  ordumuz  üç  tərəfdən  şəhərə  yaxınlaşıb.  Müsəlman məzarlığı,  Sallaxana  və 

Ermənikəndin qarşısı alınıb. Bütün kəndlərin və bağların Bakı ilə əlaqəsi kəsilib və 

onlar  azad  şəkildə  bizimlə  əlaqə  saxlayırlar.  Мən  şəxsən  cəbhədə  olmuşam. 

Sizinkilər sağdır. Biz şəhərə girən anda kiçik bir bədbəxtçilik baş verdi və biz bir 

qədər  geri  çəkilməli  olduq.  Bakıda  bolşevik  hökuməti  devrilib,  Şaumyan  və 

digərləri həbs olunub, onları menşeviklər və daşnaklar, eyni zamanda bütövlükdə 

ruslar və yəhudilər əvəz ediblər. Onların qüvvələri böyükdür. Mən bu barədə Xəlil 

paşaya məruzə etdim. Təcili olaraq Batumdan bir diviziya da hərəkət etməlidir. Bu, 

о  halda  mümkündür  ki,  türklər  Abastuman  və  Asxuru  gürcülərə  versinlər.  Хəlil 

paşa  bu  barədə  Ənvər  paşadan  xahiş  edib.  Siz  də  bu  istiqamətdə  hərəkət 

etməlisiniz,  əks  təqdirdə  Bakı  əldən  çıxacaq.  Düşmənin  çoxlu  sayda  mərmiləri, 

uzaqvuran topları və aeroplanları var. Əgər bizim əlimizdə güclü silahlar olmasa, 

hətta  Bakı alındıqdan  sonra  belə  düşmənlər  şəhəri  dağıda və  yandıra  bilərlər."

400


 

Sonra  isə  M.H.Hacınski  məlumat  verirdi  ki,  türk  ordusu  şəhərə  həlledici  hücum 

üçün  Ənvər  paşadan  əmr  alıb.  Avqustun  2  və  3-də  türk  və  Azərbaycan  orduları 

müxtəlif  istiqamətlərdən  şəhərə  daxil  oldu.  Çətin  anda  siyasi  ixtilafları  unudaraq 

bolşevik,  menşevik  və  eserlər  ümumi  düşmən  hesab  etdikləri  türklərə  qarşı 

birləşməklə  növbəti  dəfə  nümayiş  etdirdilər  ki,  məsələ  sinfi  deyil,  milli  xarakter 

daşıyır. S.Şaumyanın əmri ilə Petrovun dəstəsi Qurd Qapısında müdafiə mövqeyi 

tutdu.  Həmin  gün  bolşeviklərin  və  sentrokaspiçilərin  birgə  hərəkəti  türklərin 

Bakıya  doğru  irəliləməsini  yubandırdı.  Sentrokaspi  hökuməti  adından  daşnak 

Arakelyan bolşevik Petrova təşəkkür elan etdi.

401

 

Hakimiyyətə  gəldikdən  sonra  Sentrokaspi  diktaturasının ilk  addımlarından 



biri  Ənzəlidə  olan  ingilislərin  Bakıya  gəlişini  sürətləndirmək  oldu.  Avqustun  ilk 

günlərində  Bakıda  keçirilən  fövqəladə  iclasda  eser  Lev  Umanski  hamını 

inandırmağa  cəhd  göstərdi  ki,  ikicə  gün  dözmək  lazımdır,  müttəfiqlərin  yardımı 

artıq  yaxındadır.  O,  əmin  edirdi  ki,  əgər  türklər  şəhərə  girsələr,  əhalini  faciəli 

fəlakətdən,  ancaq  ingilislərin  gəlişi  xilas  edə  bilər.

402


  Erməni  Milli  Şurası  və 

daşnak liderləri hələ iyun ayında İranda olan ingilis hərbi hissələrinin komandanı 

general  L.Denstervil  ilə  əlaqə  yaratmışdılar.  İngilislər  türklərin  Bakı  uğrunda 

                                                        

399

  Bakıda  bolşevik  hakimiyyətinin  devrilməsi  barədə  F.X.Xoyskinin  M.Ə.Rəsulzadəyə  şifroqramı. 



11.09.1918.//ARPİİ SPİHDA, f.277, s.2, i.8, v.8 

400


  Xarici  işlər  naziri  M.H.Hacınskinin  Bakının  tutulması  barədə  şifroqramı.  20.09.1918.  //ARPİİ 

SPİHDA, f.277, s.2, i.8, v.13-16 

401

 Сурен Шаумян. Бакинская Коммуна. Баку, 1927, с.55 



402

 Бюллетень Центрокаспия, 1918, 2 августа. 



113 

 

döyüşlərdə  qazandıqları  qələbələrdən  bərk  narahat  olmuşdular.  Bir  tərəfdən  bu 



narahatçılıq alman-türk blokunun Bakı neftini ələ keçirmələri ilə bağlı idisə, digər 

tərəfdən  Nuru  paşanın  daha  uzağa,  Orta  Asiya,  Əfqanıstan  və  Hindistana  doğru 

hərəkət arzusu istisnalıq təşkil etmirdi. İngilislər kayzer II Vilhelm ilə Əfqanıstan 

əmiri  Həbibullaxan  arasında  yazışmalardan  məlumatlı  idilər.  İslam  Ordusunun 

qələbələri  haqda  məlumatların  türklər  tərəfindən  İran  və  Əfqanıstanda  yayılması 

ingilisləri əsəbiləşdirirdi.

403

 İngilislərin baş planına görə türklərin Şərqə yürüşünün 



qarşısı  Bakıda  alınmalı  idi.  Əgər  bu  mümkün  olmazdısa,  ehtiyat  variant  kimi 

ingilislər Orta Asiyada möhkəmlənməyi düşünürdülər. Bu məqsədlə general-mayor 

V.Malleson  1918-ci  ilin  iyununda  Orta  Asiyada  ingilis  missiyasının  başçısı  təyin 

edilmişdi.  L.Denstervil  isə  Ənzəlidən  Bakıya  desant  çıxarmaq  üçün  əlverişli 

məqam gözləyirdi. 

1918-ci  ilin  aprelində  Bakı  Erməni  Milli  Şurasının  nümayəndəsi  doktor 

Araratyan Həmədana gedərək general Denstervillə gizli danışıqlarda Bakıya qoşun 

çıxarmağın mümkünlüyü məsələsini müzakirə etmişdi.

404

 Ona görə də iyunun 19-



da  Gilanda  olan  Çelyapin  S.Şaumyana  yazırdı  ki,  daşnakların  ingilislərlə  əlaqəsi 

vardır,  onlar  ingilisləri  bütün  vasitələrlə  Bakıya  cəlb  etməyə  cəhd  göstərirlər.

405

 

İngilislər  Xəzər  dənizi  sahillərinə  çatdıqda  və  Bakıya  daxil  olmaq  üçün  əlverişli 



imkana malik olduqda, erməni Milli Şurası öz nümayəndəsi S.A.Ter-Qazarovu iyul 

ayının  ortalarında  "ingilisləri  çağırmaq  barədə  danışıqlar  aparmaq  üçün  Ənzəli 

şəhərinə,  İranda  ingilis  ordusu  komandanı  general  Denstervilin  yanına 

göndərmişdi".

406

  Erməni  Milli  Şurasının  ingilisləri  Bakıya  dəvət  etmək  planlarını 



həmin dövrdə Denstervilin ordusunda xidmət etmiş podpolkovnik A.Roulinson da 

təsdiq  edirdi.  O,  "1918-1922-ci  illərdə  Yaxın  Şərqdə  sərgüzəştlər"  adlı 

xatirələrində  qeyd  edir  ki,  ermənilər  Bakıda  bolşevikləri  hakimiyyətdən 

kənarlaşdırdıqdan sonra bizdən kömək almağa cəhd göstərirdilər. Belə bir şəraitdə 

qərara alındı ki, onlara kömək edilsin.

407


 Bakıda cərəyan edən hadisələri ingilislər 

çox  diqqətlə  izləyirdilər.  Bakıdakı  ingilis  konsulu  Mak  Donel  bu  barədə  tez-tez 

Denstervilə  məlumatlar  göndərirdi.  Denstervil  Bakı  daşnakları  və  eserləri  ilə 

yaratdığı  əlaqədən  bəhs  edərək  yazırdı:  "Demək  olar  ki,  hər  gün  gedib-gələn 

qasidlərin  vasitəsi  ilə  mən  Bakı  ilə  əlaqə  yaratmışdım.  Belə  görünürdü  ki, 

dostlarımız  tez  bir  zamanda  bolşevikləri  hakimiyyətdən  yıxmağa,  Bakıda  yeni 

idarə üsulu yaratmağa və ingilisləri köməyə çağırmağa qabildirlər".

408


 

Bakıda  yaranmış  belə  vəziyyət  Antantanın  Qafqazı  və ilk növbədə  Bakını 

işğal  etməsi  üçün  əlverişli  şərait  yaradırdı.  1918-ci  ilin  yazından  başlayaraq 

                                                        

403

  В.Маллесон.  Двадцать  шесть  комиссаров.  Из  английского  журнала  за  март  1933  г.  //ARPİİ 



SPİHDA, f.303, s.1a, i.31, v.6-7 

404


 Л.Денстервиль. Британский империализм в Баку и Персии. 1917-1918. Тифлис, 1925, с. 107 

405


 Я.Ратгаузер. Революция и гражданская война в Баку, ч.1, с. 197 

406


 Б.Байков. Воспоминания о революции в Закавказье, с. 129 

407


 A.Rowlinson. Adventures in the Near East, p.69 

408


 Л.Денстервиль. Британский империализм в Баку и Персии. 1917-1918, с. 159 

114 

 

Antanta ölkələri Qafqazı fəal hərbi əməliyyat meydanına çevirmək fikrində idilər. 



Bu məqsədlə onlar bildirirdilər ki, "Şimali İranda və Qafqazda istifadə etmək üçün 

böyük  qüvvə  hazırlamaq  lazımdır.  Görünür  ki,  bu  istiqamət  müttəfiqlər  üçün  ən 

vacib  bir  istiqamətdir.  Qafqazın  ən  mühüm  neft  rayonlarını  işğal  etmək 

müttəfiqlərin birinci növbəli vəzifəsidir".

409

 

Əslində  müttəfiqlər  bu  işə  1918-ci  ilin  əvvəllərindən  başlamışdılar. 



Bağdadda olan ingilis Baş Qərargahının qarşısında duran ən mühüm vəzifələrdən 

biri almanları və türkləri Qafqaza buraxmamaq idi. Hələ 1917-ci ilin dekabr ayının 

23-də  İngiltərə  və  Fransa  Rusiyanın  cənubunu  nüfuz  dairəsinə  bölmək  haqqında 

saziş  imzalamışdılar.  Fransızlar  tərəfindən  Klemanso,  Pişon  və  Foşun,  ingilislər 

tərəfindən  lord  Milnerin,  lord  Robert  Sesilin  və  digər  ingilis  hərbi  dairələri 

nümayəndələrinin  hazırladığı  sazişin  3-cü  maddəsinə  əsasən,  fransızlar 

Bessarabiya,  Ukrayna  və  Krımı,  ingilislər  isə  Qafqazı  tutmalı  idilər.  Bu  planın 

həyata  keçirilməsi  üçün  ingilislər  ilk  növbədə  Bakını  və  "Bakı-Batum  dəmir 

yolunu"  ələ  keçirmək istəyirdilər.

410


  Devid  Lloyd  Corc  öz  xatirələrində  qeyd  edir 

ki,  1918-ci  ilin  yazında  hələ  müharibənin  taleyi  məlum  deyildi.  Ona  görə 

müttəfiqlər  Xəzər  sahillərində  olan  Bakı  neft  yataqlarından  Mərkəz  dövlətlərinin 

hər hansı formada istifadə etməsinin qarşısını almalı idilər.

411 

Вu məqsədlə 1918-ci 



ilin  yanvarında  Mesopotamiyada  xüsusi  ekspedisiya  yaradıldı  ki,  ona  da  general-

mayor  L.Denstervil  başçılıq  edirdi.  Rəsmi  şəkildə  bu  ordu  "Densterfors" 

adlandırılmağa  başlandı.  "Londonda  elan  edilmişdi  ki,  "Densterfors"un  əsas 

məqsədi Əfqanıstan və Hindistana doğru alman-türk qoşunlarının hərəkətinə mane 

olmaqdır".

412


  Bu  ekspedisiya  Mesopotamiya-İran  sərhədini  keçib,  Kermanşah, 

Həmədan,  Qəzvin  yolu  ilə  Ənzəli  limanına  gəlməli  və  oradan  da  Tiflisə  hərəkət 

etməli idi.

413 


1918-ci ilin əvvəllərində ingilislər bu fikirdə idilər ki, Cənubi Qafqaz 

millətlərinin  ordusunu  yaradıb  türk-alman  müdaxiləsinə  qarşı  müqavimət 

göstərmək  olar.  Ona  görə  də  ingilislər  sürətlə hərəkət  edərək  fevral ayının  17-də 

Xəzər  dənizinin  cənub  sahillərinə  çıxa  bildilər.

414

  Bakı  nefti  uğrunda  gedən  bu 



mübarizəni  1928-ci  ildə  İstanbulda  nəşr  olunmuş  "Beynəlmiləl  siyasətdə  petrol" 

adlı kitabında Mir Yaqub Mehdizadə obrazlı formada belə səciyyələndirirdi: ingilis 

arslanı əcələ ilə gəlirdi, Bakı petrol ocaqlarına qonmaq istəyən alman qartalına yol 

vermək istəmirdi.

415

 

1918-ci  ilin  əvvəlində  Cənubi  Qafqazda  siyasi  vəziyyət  tez-tez  dəyişirdi. 



Xristian  elementləri  türk  hücumundan  ehtiyat  etdiklərindən  "istər  Tiflisdə  və 

istərsə  də  Bakıda  olan  erməni  siyasətçiləri  ingilislərlə  əlaqəyə  girib,  onlardan 

                                                        

409


 The New-York Times, 1918, 14 July 

410


 В.Черчилль. Мировой кризис. М., 1932, с. 105 

411


 Девид Ллойд Джордж. Военные мемуары. Том VI. М, 1937, с.97 

412


 N.S.Fatemi. Diplomatic history of Russia. 1917-1923. New York, 1952, p.143 

413


 G.Lenczowski. Russia and the West in Iran, p.98 

414


 Д.Ллойд Джордж. Военные мемуары. Том VI, с.98 

415


 M.Mehdizadə. Beynəlmiləl siyasətdə petrol. Bakı, 1994, s. 10-11 

115 

 

yardım  almağın  mümkünlüyünü  sınaqdan  çıxarmaq  istəyirdilər".



416

  Cənubi 

Qafqazda  olan  milli  qüvvələri  fəallaşdırmaq  və  ümumilikdə  vəziyyəti  öyrənmək 

üçün ingilislər general Offlini Tiflisə göndərdilər. Həmədana qayıdarkən o, Cənubi 

Qafqazda  alman  meylinin  güclü  olduğu  və  vəziyyətin  müttəfiqlərin  xeyrinə 

olmadığı  barədə  məruzə  etdi.  İngilislərin  Tiflisə  doğru  hərəkətinə  mane  olan  bir 

sıra  səbəblər  var  idi.  Birincisi,  Gilan  vilayətində  İran  hökumətinə  qarşı  qiyam 

qaldırmış  Kuçek  Xan  ingilislərə  düşmən  münasibət  bəsləyirdi.  İkincisi,  Ənzəli 

limanı  bolşevik  təmayüllü  elementlərin  nəzarəti  altında  idi.  Üçüncüsü,  Tiflisə 

getmək  üçün  ingilislərin  desant  çıxaracağı  Bakı  limanı  bolşeviklərin  əlində  idi. 

"Bütün bu maneələr Denstervilin Tiflisə tezliklə çatmasının qarşısını aldı. Bununla 

əlaqədar  o,  1918-ci  ilin  avqust  ayının  ortalarına  qədər  İranda  qalıb  Cənubi 

Qafqazda  daha  əlverişli  dəyişiklikləri  gözləməli  oldu".

417


  Lakin  bununla  bərabər 

bolşeviklərin  ingilislərlə  əməkdaşlığına  dəlalət  edən  bəzi  faktlar  da  mövcuddur. 

Podpolkovnik  A.Roulinson  öz  xatirələrində  qeyd  edir  ki,  Bakı  bolşevikləri 

Bağdaddan onlara göndəriləcək bir neçə maşına əvəz olaraq bizim sərəncamımıza 

xeyli benzin verdilər.

418


 

Bakı  bolşeviklərinin  ingilislərlə  gizli  əməkdaşlığı  barədə  məlumatlar  о 

qədər geniş yayılmışdı ki, S.Şaumyan və A.Caparidze 1918-ci ilin iyun ayının 21-

də  Petrovsk,  Yekaterinador,  Astraxan,  Saritsin,  Saratov  və  Moskvaya,  şəxsən 

V.Leninə  radioteleqram  göndərərək  bu  məlumatı  təkzib  etmək  məcburiyyətində 

qalmışdılar.

419

 

1918-ci  ilin  avqust  ayının  əvvəllərində  gözlənilən  əlverişli  şərait  yarandı, 



beş diktatordan - üç donanma zabitindən və iki matrosdan ibarət olan Sentrokaspi 

hökuməti bolşevikləri və şəhərdə olan kiçik sayda almanları həbs edib yardım üçün 

Britaniya qüvvələrinə müraciət etdilər.

420


 Yaxın Şərqdə Britaniya gizli xidmətinin 

xüsusi nümayəndəsi  P.Hopkirk  bununla  bağlı  yazır:  "Nəhayət,  Denstervilin uzun 

müddət  gözlədiyi  məqam  yetişdi.  O,  rəsmən  Bakıya  dəvət  edildi.  Onun  zabitləri 

tələsik ekspedisiya üçün yararlı gəmiləri gözdən keçirdilər. Makdonell Sentrokaspi 

diktaturasına  xəbər  verdi  ki,  yardım  artıq  yoldadır.  Ənvər  paşanı  Bakıya 

buraxmamaq  və  neft  mədənlərində  ağalığına  yol  verməmək  məqsədilə  yarış 

başladı.

421


 

Avqust  ayının  4-də  polkovnik  Stoksun  başçılıq  etdiyi  ilk  ingilis  dəstəsi 

Bakıya  gəldi.  Onların  sayı  240 nəfərdən  çox  deyildi.

422


  Az  sonra,  avqustun  9-17 

                                                        

416

 G.Lenczowski. Russia and the West in Iran, p.17 



417

 G.Lenczowski. Russia and the West in Iran, p.17-18 

418

 A.Rowlinson. Adventures in the Near East, p.70 



419

 S.Şaumyan, A.Caparidze - Petrovsk, Yekaterinador, Astraxan, Saritsin, Saratov və Moskvaya, şəxsən 

V.Leninə. 21.06.1918. //ARPİİ SPİHDA, surət fondu, sənəd № 370, v.21 

420


 N.S.Fatemi. Diplomatic History of Russia, p.143 

421


 P.Hopkirk. On Secret Service East of Constantinople, p.330 

422


  Bakıda  və  Azərbaycanda  1917-1918-ci  illərin  inqilabi  hadisələri  haqqında  xatirələr.  Blyuminin 

xatirələrindən. 1922. //ARPİİ SPİHDA, f.276, s.2, i.20, v.20 



116 

 

arası üç batalyon, bir səhra artilleriya batareyası və bir neçə zirehli maşından ibarət 



olan ingilis hərbi qüvvələri Bakıya daxil oldular.

423


 Həmin anda P.Hopkirk Bakıda 

olan  vəziyyəti  belə  təsvir  edirdi:  1918-ci  ilin  avqust  ayının  17-də  britaniyalılar 

mürgüləyən Bakı limanına yaxınlaşan zaman, bir vaxtlar bərq vuran şəhərdən şirin 

xatirələrin  kölgəsi  qalmışdı.  Müharibə  və  inqilabdan  sonra  Bakı  1919-cu  ildə 

kommunistlər  tərəfindən  tutulmuş  Şanxayı  xatırladırdı.  Lakin  Bakının  enişi  hələ 

bolşeviklərin gəlişinə qədər başlamışdı. Neft mədənlərində görünməmiş ağır əmək 

şəraiti,  neft  çıxarılmasının  səviyyəsinə  təsir  göstərən  çoxsaylı  tətillərə  gətirib 

çıxarmışdı. Sənaye birtərəfli inkişaf edirdi. Etnik toqquşmalar və çar hökumətinin 

repressiya  tədbirləri  sənayenin  inkişafına  ağır  zərbə  vurmuşdu.  Neft  sənayeçiləri 

texnologiyaya kapital qoyuluşunu mənasız hesab edirdilər. Müharibə Bakını dünya 

bazarından uzaqlaşdırmış və şəhəri daxili bazardan asılı vəziyyətə salmışdı. Bütün 

bunlar Bakının inqilabçıların əlinə keçməsinə gətirib çıxarmışdı. S.Şaumyan başda 

olmaqla  Bakı  Sovetinin  və  Sentrokaspi  diktaturasının  mövcudluğu  üçün 

qısamüddətli yol açılmışdı.

424

 

Bakıya  daxil  olan  ingilis  hərbi  qüvvələrinin  sayı  barədə  bir-birinə  uyğun 



olmayan  müxtəlif  fikirlər  mövcuddur.  Lakin  müxtəlif  mənbələrin  tutuşdurulması 

və bu əməliyyata rəhbərlik etmiş general Denstervilin xatirələrini əsas götürməklə 

Bakıya avqust ayında daxil olan Britaniya qoşunlarının sayının 1000 nəfərdən artıq 

olmaması fikrilə razılaşmaq olar. Avqustun 17-də Denstervil Bakıya daxil olduqda 

türklərin  hücumundan  bərk  qorxuya  düşən  şəhərin  xristian  əhalisi,  xüsusilə 

ermənilər ağ əlcək geyib əllərində meymun tutan ingilis dəstələrini böyük sevinclə 

qarşıladılar.

425


  Lakin  Britaniya  yardımının  təəccüb  doğuracaq  qədər  az  olması 

şəhərin  xristian  əhalisini  hiddətləndirdi.  Halbuki  Bakıda  yardıma  gələn  ingilis 

ordusunun  sayının  20-30  min  olması  barədə  təbliğat  aparılırdı.  Belə  şayiələr 

yayılırdı ki, guya ingilislər nəinki şəhərin yorulmuş müdafiəçilərini əvəz edəcəklər, 

ümumilikdə bütün Cənubi Qafqazı türklərdən təmizləyəcəklər.

426


 

Avqust ayının 5-də ingilis komandanlığı ilə Sentrokaspi rəhbərliyinin birgə 

müşavirəsi keçirildi. İngilislər Sentrokaspi ordusunun sayının az olmasından və pis 

təlim görməsindən narazılıq edib bildirdilər ki, bu ordu ilə Bakını saxlamaq olmaz. 

Bu məqamda menşevik Sadovski ironik formada ingilis zabitindən soruşdu: "Bəs 

                                                        

423

  Ministère  des  Affaires  Etrangères  (МАЕ)  de  France  (Archives  Diplomatique)  Correspondanse 



politique  et  commerciale.  1914-1940  Sèrie  «Z»  Europe  1918-1940  Sous-Serie  USSR  Europe  -  Russie 

service  russe  d'information  et  d'edudes  (S.R.I.E.)  XLI  Caucase  -  Azerbaidjan  (1918-1920).  Direction 

des Affaires Polotiques et Commerciales Caucase Republique d'Azerbaidjan Evenements Annees  1918-

1919. Vol.832, folio 2 

424

 P.Hopkirk. On Secret Service East of Constantinople. p.332 



425

 Həmid Sultanov. XKS-nin yaranması, iyul günləri, Sovetin dağılması, ingilislərin dəvət edilməsi və 

Sentrokaspi  Diktaturası.  16.10.1923.  //ARPİİ  SPİHDA,  f.276,  s.2,  i.128,  v.2-3;  F.Kazemzadeh.  The 

Struggle for Transcaucasia. p.141 

426

  W.E.D.Allen  and  Paul  Muratof.  Caucasian  Battlefields,  p.493;  Бюллетень  Центрокаспия, 



1918, 6 августа. 

 


117 

 

hanı  sizin  Abram  Velunsa  və  Ter-Aqayana  vəd  etdiyiniz  böyük  ordu?" 



L.Denstervilin nümayəndəsi açıq şəkildə bildirdi ki, İngiltərə heç yerdə, heç kimə, 

heç vaxt  belə bir köməyi vəd etməyib.  Belə fikirləşmək gülməli olardı ki, ingilis 

ordusu Mesopotamiyadan bura gələcək. Bu məsələ barəsində A.Velunsdan soruşan 

zaman o, qeyd  etdi ki, İngiltərə öz nüfuzunu yüksək tutur, əgər ingilislər Bakıya 

daxil olublarsa, buradan elə də asanlıqla çıxmayacaqlar.

427


 

Köməyə  gələn  qüvvənin  az  olmasından  ciddi  narahatçılıq  keçirən  şəhərin 

xristian  əhalisini  sakitləşdirmək  üçün  şayiələr  yaymağa  başladılar  ki,  çoxsaylı 

ingilis  ordusu  tezliklə  Bakıya  gələcək  və  Sentrokaspi  ordusuna  britaniyalılar 

tərəfindən  hərbi-texniki  yardım  gücləndiriləcək.  Sentrokaspi  əsgərlərinin  döyüş 

ruhunu  qaldırmaq məqsədilə hələ  Ənzəlidə  olan  L.Denstervilin  bəyanatı  oxundu. 

Bu bəyanatın mənası ondan ibarət idi ki, İngiltərə hökuməti müttəfiqlərlə müqavilə 

əsasında  Bakı  əhalisinin  xahişi  ilə  mühasirədə  olan  şəhərə  ordu  və  hərbi  sursat 

göndərir. Türkiyə və Almaniya ilə mübarizə məqsədilə ingilis ordusu Sentrokaspi 

hökuməti  və  L.Biçeraxovla  birgə  hərəkət  edəcək.  Nəhayət,  L.Denstervil  şəhərin 

"qəhrəman  müdafiəçilərini"  təbrik  edir  və  bildirirdi  ki, əgər hamı  düşmənə  qarşı 

mübarizəyə qalxsa, yaxın vaxtlarda qələbəni qeyd etmək olar.

428

 Avqust ayının 8-



də  diktatura  üzvlərinin  və  ingilislərin  birgə  iclasında  general  L.Denstervilin 

bəyanatını  oxuyan  kapitan  Recinald  Tiq  Cons  Sentrokaspi  tərəfdarlarını  daha 

böyük pafosla ruhlandıraraq dedi: "Biz inanmırdıq ki, siz Bakını belə müdafiə edə 

bilərsiniz. Əgər biz birgə hərəkət etsək, nəinki şəhəri saxlayacağıq, eyni zamanda 

düşməni  buralardan  qovacağıq".

429


  Az  saylı  ingilis  dəstələrinin  bir  hissəsi  əsasən 

rabitə sisteminin mühəndis-texniki qurğularına xidmət etmək üçün cəbhəyə getdi, 

digər hissəsi isə şəhərdə qalıb hərbi təlimlərlə məşğul olurdu. 

Sentrokaspi  Diktaturasında  formal  şəkildə  hakimiyyət  Xəzər  donanması 

zabit  və  matrosların  əlində  olsa  da,  əslində  real  hakimiyyət  erməni  Milli  Şurası, 

Daşnaksütyun  partiyası  və  digər  erməni  partiya  və  təşkilatlarına  məxsus  idi. 

Azərbaycan-türk  hücumuna  qarşı  şəhərin  müdafiəsinə  onlar  rəhbərlik  edirdi. 

Avqust  ayının  ilk  günlərində  Bakı  şəhəri  və  rayonlarının  səfərbərlik  işləri  üzrə 

komissarı  R.Bekzadyanın  və  komissarlığın  katibi  Qukasyanın  imzaladığı  əmrdə 

göstərilirdi  ki,  avqustun  3-də  saat  6-dan  gec  olmayaraq  bütün  mənzil  idarələri 

şəhərin kişi əhalisinin dəqiq sayı və uçotu barədə məlumatları mərkəzi səfərbərlik 

idarəsinə  təqdim  etməlidirlər.

430

  ABŞ-da  yaşamış  erməni  tarixçisi  S.Atamyan 



göstərir ki, Denstervil ordusu gələnə qədər Bakını türklərin hücumundan 7-8 min 

erməni  əsgərləri  qoruyurdu.

431

  P.Hopkirk  Denstervilin  gəlişindən  sonra  Bakıda 



yaranmış  vəziyyəti  belə  təsvir  edirdi:  Bakıya  gəlmiş  Britaniya  ön  dəstələrinin 

                                                        

427

 Памяти 26-ти. Баку, 1922, с.55 



428

 Бюллетень Центрокаспия, 1918, 9 августа. 

429

 Yenə orada. 



430

 ARPİİ SPİHDA, f.276, s.7, i.256, v.l 

431

 S.Atamian. The Armenian Community. New York, 1955, p.207 



118 

 

komandiri olan zabit gəmiyə qalxıb vəziyyət haqqında məruzə etdi. Məlum oldu ki, 



sabah türklərin hücumu gözlənilir və cəbhə xətti müdafiəsizdir. Şübhəsiz ki, yerli 

müdafiəçilər və onların komandirlərinin bütün ümidləri britaniyalılara idi. Sonralar 

Denstervil  yazırdı  ki,  şəhərdəkilər  belə  təsəvvür  yaratmışdılar  ki,  guya  gəmi 

karvanı  ilə  çoxsaylı  Britaniya  ordusu  sahib  çıxacaqdır.  Ona  görə  Hempişir 

polkunun kiçik dəstəsinin gəldiyini gördükdə şəhər sakinləri çox məyus oldular.

432


 

Sentrokaspi Diktaturasının hərbi qüvvələri barədə Denstervilin fikirləri daha 

çox həqiqətə yaxındır. О yazırdı: Belə güman etmək olar ki, şəhəri müdafiə edən 

canlı qüvvə 10000 nəfər yerli könüllülərdən ibarətdir. Onlardan 3000 nəfəri ruslar, 

7000 nəfəri ermənilər idi. Hamı güllə atırdı, lakin az bir hissəsinin döyüş təcrübəsi 

var  idi.  Onların  çoxu  başa  düşürdülər  ki,  həyatları  böyük  təhlükə  altındadır. 

Bəziləri,  hətta  düşmənlə  danışıqlara  da  girmişdi.  Şəhərdə  qalan  müsəlmanların 

hamısı olmasa da, böyük əksəriyyəti türkləri salamlamağa hazır idilər və özlərini 

potensial  "beşinci  dəstə"  kimi  aparırdılar.

433


  İslam  ordusu  şəhərə  yaxınlaşdıqca 

sentrokaspiçilər və xüsusilə Bakının idarəçiliyində həlledici vəzifələri ələ keçirmiş 

ermənilər müxtəlif vasitələrlə əhalini özlərinin girovuna çevirirdilər. 

İngilislərin  gəlişi  ilə  L.Biçeraxov  yenidən  siyasi  səhnədə  görünməyə 

başladı.  Avqustun  3-də  ondan  alınmış  teleqram  rus  və  erməni  dillərində  plakat 

formasında böyük şriftlərlə çap edilib bütün şəhərə yayıldı. Orada göstərilirdi ki, 

guya köhnə hökumət düşmənə qarşı mübarizədə onun  əl-qolunu bağlamışdı. İndi 

isə  L.Biçeraxov  Sentrokaspi  qüvvələri  və  ingilislərlə  vahid  cəbhə  təşkil  edib, 

düşməni  əzməyə  hazır  olduğunu  bildirirdi.  Elə  həmin  gün  Biləcəri  stansiyasını 

avqust  ayının  2-də  azad  etmiş  İslam  Ordusuna  Biçeraxov  kazaklarının  hücum 

etməsi  vəziyyəti  bir  qədər  çətinləşdirdi.  İlk  "qələbə"  aldadıcı  olsa  da,  ingilislər 

Biçeraxova  böyük  ümid  bəsləyirdilər.  O,  Bakının  xristian  gəncləri  arasında  çox 

məşhur  idi.  İngilislər  belə  hesab  edirdilər  ki,  əgər  Biçeraxov  Bakıya  qayıtsa,  bu 

gənclərin  çoxunu  "qəhrəman"  orduya  cəlb  etmək  mümkün  olardı.

434

  Bu  zaman 



gənclər  arasında  L.Biçeraxov  о  qədər  məşhur  idi  ki,  hətta  onlar  başlarını  da 

Biçeraxov  kimi  qırxdırırdılar.  Bakıda  onun  haqqında  yayılan  əfsanələrdə  hətta 

L.Biçeraxovu  "balaca  Napoleon"a  bənzədirdilər.

435


  Sentrokaspi  Diktaturasına 

teleqramında  Biçeraxov  şəhərin  "müdafiəçilərini"  əvəz  etməyə  hazır  olduğunu 

bildirir və yazırdı ki, "indi bütün Rusiya Bakının  müdafiəçilərinə baxır".

436


 Lakin 

kazakların  hücumu  uzun  çəkmədi.  Yuxarıda  qeyd  edilən  təntənəli  teleqrama 

baxmayaraq,  İslam  Ordusu  qarşısında  duruş  gətirə  bilməyəcəyini  anlayan 

L.Biçeraxov, heç bir məlumat vermədən, öz dəstəsini dəmir yolu boyunca Dərbənd 

                                                        

432


 P.Hopkirk. On Secret Service East of Constantinople, p.333 

433


 Yenə orada, s.333 

434


 1917-1920-ci illərdə Bakıda Qırmızı Qvardiya haqqında xatirələr. Tarixsiz. //ARPİİ SPİHDA, f.276, 

s.2, i.22, v.90 

435

 ÜİK(b)P  MK yanında Partiya Tarixi İnstitutunda Azərbaycan  qrupunun iclasında Suren Şaumyanın 



məruzəsi. 11.07.1927.// RDSSTA, f.84, s.3, i.283, v.61 

436


 Памяти 26-ти, с. 165 

119 

 

istiqamətində  şimala  çəkdi.



437

  Avqustun  8-də  o,  Xaçmazdan  keçdi,  12-də  isə 

Dərbəndi  tutub  Petrovska  doğru  hərəkət  etdi.  Avqust  ayının  15-də  L.Biçeraxov 

radio vasitəsi ilə xəbər verdi ki, Dərbənd və Petrovski bolşeviklərdən təmizləmək, 

Rusiyadan Bakıya kömək gətirmək məqsədilə o, şimala hərəkət edir. О vəd edirdi 

ki,  Şimali  Qafqazdan  10  min  əsgər  və  taxıl  gətirəcək.  Biçeraxov  eyni  zamanda 

hesab  edirdi  ki,  ingilislərin  Bakıya  gəlişi  Rusiyanı  təhdid  etmir.  Onun  fikrincə, 

türklər  şəhəri  mühasirəyə  alsalar  da,  onu  tuta  bilməyəcəkdilər.

438

  Bolşeviklərin 



təsiri altında olan silahlı qüvvədən sonra min nəfərə yaxın kazakların da cəbhəni 

tərk  etməsi  Bakının  Sentrokaspi  hökumətinin  əlində  saxlamasını  qeyri-mümkün 

edirdi. 

Avqustun  3-nə  aid  olan  digər  bir  sənəd  Şərq  cəbhəsində  Osmanlı 

Ordusunun komandanı Mürsəl paşanın Bakıda olan erməni Milli Şurasının sədrinə 

məktubu  idi.  Orada  qeyd  edilirdi  ki,  "Bakı  uğrunda  Osmanlı  ordusu  hərbi 

əməliyyatlar  aparır.  Əgər  siz  şəhəri  döyüşsüz  versəniz,  onda  dinindən  və 

milliyyətindən  asılı  olmayaraq,  bütün  vətəndaşların  hüquqları  təmin  ediləcəkdir, 

ermənilər  istərlərsə  onların  Bakıdan  Ermənistana  maneəsiz  gedişi  təmin 

ediləcəkdir.  Lakin  müqavimət  göstərsəniz  onsuz  da  şəhər  alınacaq  və  bu  halda 

tökülən  qanların  və  dəyən  ziyanın  məsuliyyəti  sizin  üzərinizə  düşəcək.  Əgər  siz 

şəhəri verməyə hazırsınızsa, öz nümayəndənizlə cavab göndərin".

439

 Lakin erməni 



Milli  Şurası  üzvləri  ilə  Sentrokaspi  nümayəndələri  məktubu  müzakirə  etdikdən 

sonra Britaniya hökuməti tərəfindən və L.Biçeraxovdan əsaslı yardım alacaqlarına 

ümid  bəsləyərək  Mürsəl  paşaya  cavab  vermədilər.  Bu  artıq  hərbi  əməliyyatların 

davam etdirilməsi demək idi. 

Avqust ayının əvvəllərində İslam Ordusu Bakının mühasirə həlqəsini daha 

da  daraltdı.  Ayın  10-da  Abşeron  kəndləri  Sentrokaspi  Diktaturasına  qarşı  üsyan 

qaldırdılar.  Maştağa  kəndi  İslam  Ordusu  birlikləri  tərəfindən  azad  edildi.

440


 

Avqustun  8-də  Mürsəl  paşanın  3  avqust  tarixli  ultimatumu  Diktaturanın 

mətbuatında dərc edildi.

441


 Bu ultimatum qanlı mart hadisələrindən sonra şəhərdə 

çox az sayda qalmış türk əhalisini ruhlandırdı. 

1918-ci  ilin  yayında  bolşeviklərin  devrilməsi  və  ingilislərin  Bakıya  daxil 

olması almanların əvvəllər ciddi xarakter almış diplomatik təzyiqlərini müvəqqəti 

səngitmişdi.  Hələ  iyul  ayında  M.Ə.Rəsulzadə  xarici  işlər  naziri  M.H.Hacınskiyə 

yazırdı: "Bakı  məsələsi bizim üçün əlverişli mənada həll olunur. Şübhəsiz ki, biz 

almanlara  məlum  iqtisadi  güzəştləri  verməliyik.  Biz  xarici  işlər  nazirindən 

(Türkiyənin  - C.H.) işləri sürətləndirmək üçün bu və  ya digər formada almanlarla 

                                                        

437


 W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields, p.492 

438


 Бюллетень Центрокаспия, 1918, 16 августа. 

439


 Азербайджан, 1919, 15 сентября. 

440


  Bakı  Kommunasının  süqutundan  "26-ların"  faciəli  ölümünə  qədər  hadisələrin  qısa  xronikası. 

Tarixsiz. //ARPİİ SPİHDA, f.303, s.1a, i.14, v.3 

441

 Бюллетень Центрокаспия, 1918, 8 августа. 



120 

 

münasibətdə  müstəqil  addımlar  atmağımızın  lazım  olub-olmadığını  soruşduq.  О 



qeyd  etdi  ki,  hələlik  buna  ehtiyac  hiss  edilmir,  ehtiyac  olduğu  halda  o,  bizə 

deyəcək. Ənvər paşa xahiş etdi sizə (M.H.Hacınskiyə - C.H.) deyəm ki, orada olan 

diviziyadan  başqa  yeni  alaylar  göndərilib  və  Nuru  paşa  məlumat  göndərib  ki, 

qüvvə  yetərli  dərəcədədir.  Cümə  günü  icbari  qaydada  toplanmış  yerli  qüvvələrin 

təcili  formalaşdırılması  işinə  başlamaq  üçün  qərargah  zabiti  ora  gələcək. 

Almanlarla türklər arasında əldə olunmuş hərbi sazişə əsasən, Nuru paşaya Bakıya 

hücumla  bağlı  müvafiq  direktiv  verilib."

442 


Lakin  Bakı  barəsində  alman-rus 

danışıqları  yekun  mərhələdə  intensivləşdiyindən  Berlinin  Azərbaycana 

münasibətdə  loyal  diplomatik  mövqeyi  elə  də  uzun  sürmədi.  Avqust  ayının 

ortalarında  İstanbuldakı  nümayəndəlikdən  xarici  işlər  nazirliyinə  göndərilən 

məlumatdan aydın olur ki, almanlar yenidən türklərin Bakıya doğru irəliləmələrinə 

mane olmağa cəhd göstərirlər. M.Ə.Rəsulzadə yazırdı: "Ayın 17-də Ənvər paşanın 

və  xarici  işlər  nazirinin  yanında  oldum.  Bir  gün  əvvəl  Tələt  paşa  ilə  şəxsən 

görüşmüşdüm.  Məsələ  bundadır  ki,  almanlar  türk  ordusunun  Qafqazın  içərisinə 

doğru  irəliləməsinə  etiraz  edir,  xüsusilə  Bakı  üzərinə  yürüşün  dayandırılmasını 

tələb  edirlər.  Onlar  ehtiyat  edirlər  ki,  geri  çəkilərkən  bolşeviklər  ingilislərin 

Rumıniyada  etdikləri  kimi  buruqları  dağıtsınlar,  neft  ehtiyatlarını  məhv  etsinlər. 

Ona görə almanlar məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verirlər. Hətta 

bir vaxtlar onlar Bakını, Şamaxı və Salyan da daxil olmaqla, onun ətrafı ilə birlikdə 

müstəqil  tanımağa  tərəfdar  olublar.  Bu  niyyətlər  türklər  tərəfindən  qəti  etirazla 

qarşılanıb  və  nəhayət,  Ənvər  və  Tələt  paşaların  sözlərinə  görə,  razılıq  əldə 

olunub."


443

 Buna bənzər məlumatı avqust ayının 10-da Ənvər paşa da Nuru paşaya 

yazırdı. О bildirirdi ki, Almaniya ilə aparılan danışıqlar  ciddi bir nəticə vermədi, 

onlar  Brest  sülhünə  əməl  edilməsində  və  ruslarla  sülhün  pozulmamasında 

israrlıdırlar.  Ənvər  paşa  yazırdı:  "Almanlar  Bakı  şəhərini  azərbaycanlılara 

buraxmaq təəhəddüdü altına girmək istəməzlərsə də, təşəkkül edəcək Azərbaycan 

hökumətinin Bakısız yaşaya bilməyəcəyini iddia və bu nöqtədə israr edirik".

444


 

Avqustun  7-də  İstanbuldakı  Azərbaycan  nümayəndə  heyətinin  başçısı 

M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri  M.H.Hacınskiyə  göndərdiyi  məktubda 

Bakının  azad  edilməsinin  sürətləndirilməsi  məsələsindən  danışılırdı.  1918-ci  ilin 

yayında  Qərb  cəbhəsində  Almaniyanın  məğlubiyyəti  beynəlxalq  vəziyyəti  əsaslı 

şəkildə dəyişdirə bilərdi. Hadisələrin gedişi ilə daha yaxından tanış olan və onun 

doğura biləcəyi siyasi nəticələri daha aydın görən M.Ə.Rəsulzadə xarici işlər naziri 

M.H.Hacınskiyə yazdığı məktubda bildirirdi: "Hansı yolla, nəyin bahasına olursa-

olsun Bakı tezliklə azad edilməlidir. Əks təqdirdə biz baş vermiş fakt qarşısında, 

                                                        

442

  İstanbuldakı  Azərbaycan  nümayəndələrinin  başçısı  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 



M.H.Hacınskiyə məktubu. İyul, 1918.//ARPİİ SPİHDA, f.277, s.2, i.7, v.151 

443


  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  başçısı  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 

M.H.Hacınskiyə məktubu. Avqust, 19187/ARPİİ SPİHDA, f.277, s.2, i.7, v.151 

444

 Hikmet Yusuf Bayur. Türk İnkilabı Tarihi, cilt III, s.225 



121 

 

çətin  vəziyyətdə  qalarıq.  Bakıya  doğru  hərəkət  yalnız  Azərbaycanın  adından 



olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır. Ayrı cür olarsa çətinliklər yarana 

bilər".  Beynəlxalq  aləmdə  gedən  hadisələri  təhlil  etdikdən  sonra  M.Ə.Rəsulzadə 

Azərbaycan hökumətinə bildirdi: "Siz Bakını tutmalısınız ki, hamı baş vermiş fakt 

qarşısında qalsın. Onda hadisələr tamamilə ayrı forma alacaq. Bolşeviklər hədələyə 

bilərlər ki, onlar vuruşacaqlar, mənə elə gəlir ki, onlar vuruşmayacaqlar".

445


 

Baş  nazir  Fətəli  xan  da  öz növbəsində  M.Ə.Rəsulzadədən xahiş  edirdi  ki, 

Bakının azad edilməsi üçün İstanbuldakı diplomatik səylərini artırsınlar. О yazırdı: 

"Əsas məsələ olan Bakı məsələsi hələ həll olunmayıb və bilmirik ki, yaxında həll 

olacaqmı? Bütün gücünüzdən istifadə etmək lazımdır ki, İstanbulda bu məsələnin 

tez həllinə nail olasınız, əks təqdirdə sonra mümkünsüz olacaq. Bakıda artıq bütün 

texniki  vasitələrlə  təchiz  olunmuş  iki  mindən  artıq  əsgərdən  ibarət  ingilislər 

görünməyə  başlayıblar.  Vəziyyət  hər  gün  ağırlaşır.  Qarabağ  istiqamətindən 

Zəngəzur qəzasının bir hissəsini işğal edib, Şuşa qəzasını bizdən ayıran Andronikin 

ordusu hərəkət edir. Bakı məsələsi həll olunmamış heç nə edə bilmərik."

446

 Avqust 


ayının  31-də  M.Ə.Rəsulzadəyə  digər  bir  məktubunda  Fətəli  xan  Bakı  uğrunda 

döyüşlərdə türk ordusunun həlledici rolunu yüksək qiymətləndirməklə yanaşı, türk 

komandanlığının  Azərbaycan  hökumətinin  işinə  müdaxiləsindən  və  bu 

müdaxilənin  mənfi  nəticələr  verə  biləcəyindən  də  şikayətlənirdi.  О  yazırdı:  "Ən 

başlıcası, bizim Türkiyə ilə münasibətlərimizi qəti şəkildə aydınlaşdırmaq lazımdır. 

Əks  təqdirdə  ikihakimiyyətlilik  və  çoxhakimiyyətlilik  hər  şeyi  məhv  edir.  Mən 

hesab  edirəm  ki,  bütün  idarəçilik  Azərbaycan  hökumətinin  əlində  olmalıdır,  indi 

baş verdiyi kimi, idarəçilik işlərinə bilavasitə müdaxilə etmək yolu ilə  deyil, türk 

hərbi  hissələri  bütün  arzu  və  istəkləri  barədə  hökumətə  müraciət  etməlidirlər  və 

onun vasitəsi ilə həyata keçirməlidirlər.

447

 

Külli 



miqdarda 

Britaniya 

ordusunun  Bakıya  gələcəyi  haqqında 

məlumatların  şayiə  olduğunu  bilən İslam  Ordusu  şəhəri azad  etmək uğrunda  son 

hərbi əməliyyatlara başladı. L.Biçeraxov kimi Denstervil də ingilisləri bura dəvət 

edən hökumətin oyuncaq, şəhərin müdafiəsinin isə əhəmiyyətsiz olduğunu tezliklə 

başa düşdü. Bir neçə gün Bakıda qalıb vəziyyətlə tanış olduqdan sonra Denstervil 

avqust  ayının  20-də  Dərbəndə  yollandı  ki,  Biçeraxovu  geri  qaytarsın.  Lakin 

limanda  naməlum  gəmilər  dayandığından  o,  sahilə  yan  almağa  ehtiyat  etdi  və 

avqustun  23-də  Bakıya  döndü.

448

  Vəziyyətdən  çıxış  yolu  kimi  o,  Bakı türkləri  ilə 



erməniləri barışdırmağa cəhd etdi, lakin onlar arasında uçurum dərin olduğundan 

Denstervil  etiraf  edirdi  ki,  80  minlik  Bakı  türkləri  səbirsizliklə  türk  ordusunu 

                                                        

445


  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  başçısı  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 

M.H.Hacınskiyə məktubu. 07.08.1918.//ARDA, f.894, s.10, i.154, v.9 

446

  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskinin  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  rəhbəri 



M.Ə.Rəsulzadəyə təcili diplomatik məlumatı. 23.08.1918. //ARPİİ SPİHDA, f.277, s.2, i.7, v.22 

447


  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskinin  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  rəhbəri 

M.Ə.Rəsulzadəyə məktubu. 31.08.1918. //ARPİİ SPİHDA, f.277, s.2, i.7, v.23 

448

 Л.Денстервиль. Британский империализм в Баку и Персии, с.220 



122 

 

gözləyirdi.



449

  Üçüncü  bir  plana  görə  o,  Bakı  ermənilərinin  köməyi  ilə  türk 

ordusunun  arxasında  İrəvan  ermənilərinin  qiyamını  qaldırmaq  istəyirdi.  Türk 

komandanlığı  bunu  başa  düşdü  və  avqustun  10-da  Nuru  paşanın  əmri  ilə  qayda 

yaratmaqdan ötrü müxtəlif yerlərə hərbi dəstələr göndərildi.

450


 Əslində diktatura ilə 

ingilislər  arasında  ziddiyyətlər  elə  ilk  gündən  meydana  çıxmışdı.  Sentrokaspi 

liderləri  Britaniya  yardımının  azlığından  pərt  olmuşdular.  İngilislər  isə  yerli 

ordunun heç nəyə qadir olmadığından ümidsizləşmişdilər. Halbuki, ingilislər yeni 

yaranmış  Sentrokaspi  hökumətinin  hələ  bir  müddət  yaşayacağına  arxayın 

olduqlarına  görə  İranda  olan  hərbi  qərargahı  Bakıya  köçürmüşdülər.  Az  sonra 

Rəştdə olan Böyük Britaniya konsulluğu tam heyətdə Bakıya gətirilmişdi.

451


 Lakin 

Bakını əldə saxlamaq üçün heç bir real imkanın olmadığını görən Denstervil ingilis 

əsgərlərini  sentyabrın  l-nə  kimi  şəhərdən  aparmağı  qərara  almışdı.  Belə  olduqda 

Sentrokaspi  hökuməti  limanı  tərk  edəcək  hər  hansı  gəmini  atəşə  tutacağını 

bildirmişdi.

452


  Əslində  Bakıya  daxil  olduqdan  bir  həftə  sonra  general  Denstervil 

hərbi əməliyyatlarda tamamilə iştirak etmədən diktaturanın elan olunmamış əsirinə 

çevrilmişdi və türklərin sonuncu hücumunu səbirsizliklə gözləyirdi. 

Avqustun 26-da Palçıq vulkanı istiqamətindən türk ordusunun Bakıya güclü 

hücumu başladı. Bu məntəqədə yerləşən ingilis rotası böyük  itki verdi. Avqustun 

31-də  Binəqədi,  Digah,  Məhəmmədli  azad  edildi.

453 

İslam  Ordusunun  qarşısında 



erməni əsgərlərinin fərariliyini müşahidə edən Denstervil yazırdı: "Məndə belə bir 

fikir yarandı ki, indiki şəraitdən heç bir çıxış yolu olmadığı halda, bu qədər insanın 

həyatını  təhlükədə  qoymağa  mən  nə  qədər  haqlıyam.  Bu  inqilabçılar  və  onların 

komitələri  yığıncaqlarda  çıxış  etməkdən  başqa  heç  nəyə  yaramırdılar.  Döyüşə 

yollananda  onların  batalyonları  iclas  keçirirdilər,  vəziyyət  ağırlaşanda  döyüş 

meydanını qoyub yenidən şəhərə qaçırdılar".

454

 

Avqustun  31-də  Bakı  "diktatorlarına"  göndərdiyi  yeni  məktubda 



L.Denstervil qeyd edirdi ki, "şəhərin müdafiəsinin uzadılması, vaxtı və insanların 

həyatını boş  yerə qurban vermək deməkdir". Onun  fikrincə,  yaranmış vəziyyətdə 

dünyada  heç  bir  qüvvə  Bakını  türklərdən  xilas  edə  bilməz.

455


  L.Denstervil  bir 

hərbçi kimi haqlı olaraq fikrini onunla əsaslandırırdı ki, yerli əhali /azərbaycanlılar 

- C.H./ Bakını türklərdən müdafiə edən hökumətə düşmən münasibət bəsləyirdi.

456


 

Sentyabr  ayının  1-də  L.Denstervil  Sentrokaspi  Diktaturası  rəhbərliyindən 

xəbərdarlıq məktubu aldı. Orada göstərilirdi ki, Britaniya ordusu Bakını yalnız dinc 

əhali  şəhərdən  çıxarıldıqdan  sonra  yerli  ordu  ilə  birlikdə tərk  edə  bilər.  Sentyabr 

                                                        

449


 Yenə orada. s.208 

450


 ARPİİ SPİHDA, f.276, s.9, i.132, v.14 

451


 A.Rowlinson. Adventures in the Near East, p.84 

452


 L.Dunsterville. The Adventures of Dunsterforce. London, 1932, p.309 

453


 ARPİİ SPİHDA, f.303, s.l a, i.14, v.6 

454


 Л.Денстервиль. Британский империализм в Баку и Персии, с.235-236 

455


 W.E.D.Allen and Paul Muratof. Caucasian Battlefields, p.495 

456


 N.S.Fatemi. Diplomatic History of Russia, p. 143-144 

123 

 

ayının  4-də  Britaniya  generalı  Sentrokaspi  Diktaturası  rəhbərlərinin  onun 



hərəkətlərini  kəskin  tənqid  edən  daha  bir  xəbərdarlıq  aldı.  Sentrokaspiçilər 

bildirdilər  ki,  Bakı  Kommunasının  devrilməsindən  sonra  Moskvadan  təklif  gəldi 

ki,  şəhəri  türklərdən  müdafiə  etmək  üçün hər  cür  yardım  göstərməyə  hazırdırlar. 

Lakin  onlar  Britaniya  yardımına  ümid  edərək  bu  təklifdən  imtina  etmişdilər. 

Onların fikrincə, gələn yardım gözlənilən yardıma tamamilə uyğun olmadığından 

Diktatura  rəhbərləri  böyük  səhvə  yol  verdiklərini  etiraf  edirlər.  Diktatorlar  təkid 

edirdilər ki, şəhəri müdafiə etmək üçün İrandan və ya Bağdaddan zəruri sayda ordu 

təcili olaraq Bakı cəbhəsinə atılsın. 

Sentyabr ayının 5-də L.Denstervil yenidən təklif etdi ki, şəhəri təslim etmək 

lazımdır, çünki artıq türk ordusunun atdığı mərmilər Bakının mərkəzinə düşürdü. 

Son günlər Diktatorlarla İngilis komandanlığı arasında qarşılıqlı ittihamlar sistemli 

xarakter aldığından, L.Denstervilin bu təklifi də qulaqardına vuruldu. 

Avqust  ayının  22-də  gürcü  sosial-demokratı  İsidor  Ramişvili  Sentrokaspi 

hökumətinin üzvləri Ayolla və Velunsa Diktatura və türklər arasında Almaniyanın 

vasitəçiliyinin  mümkünlüyünü  təklif  etdi.  Əvvəlcə,  Sentrokaspi  hökumətinin 

rəhbərliyi  tərəddüd  etdi.  Lakin  Denstervilin  vuruşmayacağına  tam  əmin  olan 

Diktaturanın başçısı Tyuşkov Tiflisə sentyabr ayının 2-də radioqram göndərdi ki, 

bu təklifi qəbul etməyə hazırdır. O, İ.Ramişvilinin Bakıya gəlməsini xahiş etdi.

457

 

Lakin alman  vasitəçiliyinin heç bir əhəmiyyəti olmadı. Türklər almanların xoşuna 



gəlib-gəlməyəcəyindən asılı olmayaraq, Azərbaycan hökumətinin təklifi ilə Bakını 

azad  etməkdə  öz  yardımlarını  göstərmək  əzmində  idilər.  Ona  görə  İ.Ramişvili 

Sentrokaspi  Diktaturasına  məlumat  verdi  ki,  mübahisəni  vasitəçiliklə  həll  etmək 

mümkün  deyildir.  O,  bunu  Bakı  barəsində  Azərbaycan  hökumətinin  qəti  və 

dəyişməz mövqeyi ilə izah edirdi. İ.Ramişvili  yazırdı: "Heç şübhə ola bilməz ki, 

azərbaycanlılar Bakıya daha çox can atırlar, nəinki türklər".

458

 

Almaniyanın  Azərbaycan  məsələsində  ikibaşlı  oyunu  Türkiyəni  öz 



müttəfiqindən narazı salmışdı. Almaniya siyasətçiləri son nəticədə  Bakının Sovet 

Rusiyasının  əlində  qalmasını  istəyirdilər  və  əvvəllər  qeyd  olunduğu  kimi,  ehtiyat 

edirdilər ki, türklər Bakını tutarsa, Almaniyanın ciddi ehtiyac duyduğu neft hasilatı 

və  onun  əldə  edilməsi  məsələsi  sual  altında  qalacaqdır.  Digər  tərəfdən,  Bakıda 

bolşevik  hakimiyyətinin  devrilməsi  Sovet  Rusiyasını da  çətin  vəziyyətə  salmışdı. 

İndi  Rusiya  Almaniyanın  diplomatik  yardımına  daha  çox  ehtiyac  duyurdu. 

Azərbaycan-türk qoşunlarının Bakı astanasına gəlib çatması tərəflərin mövqelərini 

bir-birinə  daha  da  yaxınlaşdırdı.  İngilislərin  Bakıya  daxil  olması  ilə  vəziyyət 

dəyişsə  də,  Sovet  Rusiyası  böyük  neft  ehtiyatlarına  malik  olan  Abşeron 

yarımadasının  ona  qaytarılmasına  bütün  vasitələrlə  çalışırdı.  Avqust  ayının 

axırlarında  Berlin  danışıqlarında  Almaniya  Bakıya  türklərin  hücumunun 

dayandırılmasına  bu  şərtlə  razılıq  verirdi  ki,  Sovet  Rusiyası  ingilisləri  Bakıdan 

                                                        

457


 Документы и материалы по внешней политике Закавказья и Грузии, с.440-441 

458


 Yenə orada, s.443 

124 

 

çıxarsın. Avqustun 23-də V.İ.Lenin Daşkəndə - F.İ.Kolesova vurduğu teleqramda 



göstərirdi: "Almanlar Bakıya hücum etməmək üçün təminat verməyə razıdırlar, bu 

şərtlə ki, biz ingilisləri oradan qovaq".

459

 

Nəhayət,  Berlində  üç  aya  qədər  davam  edən  alman-rus  danışıqları  Brest-



Litovski  müqaviləsinə  əlavə  olaraq,  Almaniya  ilə  Sovet  Rusiyası  arasında 

Türkiyədən  gizlin  27  avqust  sazişinin imzalanması  ilə nəticələndi.  Bu  məsələ ilə 

bağlı bir çox müəlliflər 27 avqust sazişini Bakı barəsində saziş adlandırırlar. Lakin 

bu  Almaniya  ilə  Rusiya  arasında  münasibətlərin  böyük  bir  kompleksinə  aid  idi. 

Səkkiz  fəsildən  və  17  maddədən  ibarət  olan  müqavilədə  Ukrayna,  Krım,  Qara 

dəniz  sahili,  Şimali  Qafqaz  əraziləri,  Almaniyanın  bəzi  sahələrdə  imtiyazları, 

müsadirə edilmiş hərbi ehtiyatlara münasibət və s. məsələlər öz əksini tapmışdı.

460


 

Sazişin  altıncı  fəsli  Qafqaza  aid  idi.  On  üçüncü  maddəyə  əsasən,  Rusiya 

Gürcüstanın  müstəqil  dövlət  kimi  Almaniya  tərəfindən  tanınmasına  razılığını 

bildirirdi.  On  dördüncü  maddə  isə  bilavasitə  Azərbaycana  aid  idi.  Burada 

göstərilirdi:  Almaniya  Qafqazda  Gürcüstanın  hüdudlarından  kənarda  hərbi 

əməliyyatlarda hər hansı üçüncü bir dövlətə heç bir yardım göstərməyəcəkdir. O, 

təsir  göstərəcəkdir  ki,  Qafqazda  üçüncü  dövlətin  hərbi  qüvvələri  Kür  çayının 

mənsəbindən  Petropavlovsk  kəndinə  qədər,  Şamaxı  qəzasının  sərhədləri  boyunca 

Əyrioba  kəndinə  qədər,  Bakı,  Şamaxı  və  Quba  qəzaları  sərhədləri  boyunca  Bakı 

qəzasının şimal sərhədlərindən dənizə qədər olan ərazilərə keçməsin. Rusiya Bakı 

vilayətində  neft  çıxarılması  və  istehsalını  bütün  imkanları  daxilində  artıracaqdır, 

hər  ay  çıxarılan  neftin  dörddə  bir  hissəsini,  yaxın  vaxtlarda  daha  dəqiq 

razılaşdırılacaq  müəyyən  miqdardan  az  olmamaq  şərti  ilə  Almaniyaya 

verəcəkdir.

461

  Sazişi  Rusiya  tərəfindən  Berlindəki  səfir  A.İoffe,  Almaniya 



tərəfindən  isə  Xarici  İşlər  Nazirliyinin  gizli  müşavirləri,  xarici  işlər  idarəsinin 

katibi,  istefada  olan  kontr-admiral  Pavel  fon  Qinse  və  xarici  işlər  idarəsinin 

direktoru İohanes Kriqe imzaladılar. Sazişin Qafqaza aid olan hissəsi ilk növbədə 

Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünə  qarşı  yönəlmişdi.  Öz 

müttəfiqlərindən gizli olaraq Sovet Rusiyası ilə razılığa gələn Almaniya, Avstriya-

Macarıstanın  mənafeyini nəzərə  almamış,  Osmanlı  imperiyasına  qarşı  isə  əslində 

xəyanət  etmişdi.  Sazişdə  adı  çəkilməyən  həmin  üçüncü  dövlət  Türkiyə  idi  ki,  о 

alman-rus  sazişində  müəyyənləşdirilmiş  demarkasiya  xəttini  Azərbaycan  hərbi 

hissələri ilə birlikdə artıq keçmişdi. 

Avqust ayının son günlərində Alman imperatoru II Vilhelm Almaniya Baş 

qərargahında Sovet Rusiyası ilə imzalanmış sazişi müzakirə etmək üçün Avstriya-

Macarıstan  imperatoru  və  Bolqarıstan  şahzadəsi  Borislə  görüş  keçirmişdi.

462

 

                                                        



459

 V.İ.Lenin. Azərbaycan haqqında, s.147 

460

 Документы внешней политики СССР. Т.1, с.437-445 



461

 Документы внешней политики СССР. Т.1, с.443-444 

462

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  rəhbəri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 



M.H.Hacınskiyə məktubu. 02.09.1918.//ARDA, f.894, s.10, i.31, v.11 

125 

 

Türkiyənin bu görüşə dəvət edilməməsi onun Almaniyadan olan narazılığını daha 



da artırmışdı. 

27  avqust  sazişi  gizli  imzalansa  da,  lakin  onun  məzmunu  gizli  qalmadı, 

avqustun  son  günlərində  türk  mətbuatı  böyük  hiddətlə  onun  haqqında  məlumat 

verdi.  "İqdam"  qəzeti  sentyabrın  ilk  günlərində  yazırdı:  "Almaniya  ilə  Rusiya 

arasındakı müzakiratın nəticəsi ciddi bir həyəcan ortalığa çıxarıb... Bizim bu halda 

alman  dostlarımızdan  sorulacaq  bir  sualımız  var:  İndiyə  kimi hərbi  ümuminin  ən 

ağır  yükünə  cüssə  və  qüvvətinə  nisbətlə  Türkiyə  yükləndi.  Öylə  olduğu  halda, 

Türkiyə  son  hərblərdə  yalnız  öz  nöqteyi-nəzərini  təqib  etsəydi,  hər  halda  neft 

yağından  çox  böyük  mənfəətlər  və  bugünkü  Rusiya  ilə  sülh  sazişi 

məcburiyyətindən  çox  daha  böyük  və  həyati  məcburiyyətlərlə  müttəfiqinin 

mənfəətini  fəda  eləsəydi,  əcaba  məzur  görüləcəkmiydi?"

463


  Sentyabrın  1-də 

İstanbulda  olan  Azərbaycan  nümayəndələrinin  başçısı  M.Ə.Rəsulzadə  bərk 

həyəcanla  Azərbaycan  xarici  işlər  nazirinə  bildirirdi:  "Berlindən  alınan 

məlumatlara görə, bolşeviklərlə Almaniya arasında əlavə müqavilə imzalanmışdır. 

Qafqaz  dövlətlərindən  bolşeviklər  yalnız  Gürcüstanın müstəqilliyini  tanımışlar  və 

almanlar  isə  Bakıda  çıxarılan  neftin  bir  hissəsini  almaq  müqabilində  Rusiyanın 

Bakını və onun neft rayonlarını özündə saxlamaq arzularına etiraz etməmişlər. Bu 

xəbər hamımızı sarsıtdı, qəzetlər onu hiddətlə çap edir. Tələt paşa Berlinə getməyə 

hazırlaşır. Necə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır".

464


 

Əlaqə  saxlamağın  çətinliyini  nəzərə  alaraq,  İstanbulda  olan  Azərbaycan 

nümayəndələri  Azərbaycan  hökumətindən  göstəriş  gözləməyərək,  respublikaya 

qarşı yönəlmiş bu sazişə qarşı diplomatik mübarizəyə başladılar. Bu məlumatı alan 

kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın Türkiyədəki səfirinə müraciət 

hazırladı.  Orada  göstərilirdi:  səfir  öz  ölkəsinin  diqqətinə  çatdırsın  ki,  ruslarla 

imzalanmış müqavilə Azərbaycanın həyati mənafeyinə ziddir, xalqın və hökumətin 

narazılığını,  habelə  dərin  təəssüf  hissini  doğurur.

465

  Нələ  avqust  ayının  20-də 



Osmanlı  imperiyası  ilə  diplomatik  əlaqələrin  bərqərar  edilməsi  üçün  Azərbaycan 

hökuməti  dövrünün  nüfuzlu  siyasi  xadimlərindən  olan,  Azərbaycan  hökumətinin 

üzvü,  portfelsiz  nazir  Əli  Mərdan  bəy  Topçubaşovu  fövqəladə  səlahiyyətli  nazir 

kimi  Osmanlı  paytaxtına  göndərdi  və  diplomatik  nümayəndə  kimi  ona  bütün 

səlahiyyətlər  və  hüquqlar  verildi.  İstanbulda  olan  Azərbaycan  nümayəndə 

heyətinin sədrinə göndərilən məktubda göstərildi ki, İstanbul beynəlxalq konfransı 

başlanacağı  təqdirdə  Ə.M.Topçubaşov  Azərbaycan  nümayəndə  heyətinin 

tamhüquqlu  üzvü  kimi  onun  işində  iştirak  etmək  səlahiyyətinə  malikdir.

466 

                                                        



463

 İqdam, 1918, 2 sentyabr. 

464

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  rəhbəri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 



M.H.Hacınskiyə məktubu. 01.09.19187/ARDA, f.970, s.1, i.16, v.2 

465


  Azərbaycan  Xarici  İşlər  Nazirliyi  -  Almaniya  səfirliyinə.  Sentyabr,  1918.  //ARPİİ  SPİHDA,  f.277, 

s.2, i.8, v.60 

466

  Nazirlər  Şurasının  sədri  F.X.Xoyskinin  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  rəhbəri 



M.Ə.Rəsulzadəyə məlumatı. 23.08.1918. //ARDA, f.970, s.1, i.138, v.2 

126 

 

Ə.M.Topçubaşov  avqust  ayının  23-də  Gəncədən  çıxdı  və  bir  neçə  gün  Tiflisdə 



gözləməli  oldu.  Burada  Gürcüstan hökumətinin rəhbərləri, Osmanlı  nümayəndəsi 

Əbdül  Kərim  paşa  ilə  görüşlər  keçirildi.  Sentyabrın  7-də  o,  Batuma  gəldi  və  iki 

həftə  gəmi  olmadığı  üçün  burada  gözləməli  oldu.  Elə  Bakının  azad  edilməsi 

xəbərini və Bakı barəsində imzalanmış Almaniya-Rusiya sazişi haqqında məlumatı 

da  Ə.M.Topçubaşov  Batumda  eşitdi.  Sentyabrın  16-da  Batumun  komendantı 

Bakının azad edilməsi münasibəti ilə onu təbrik etdi.

467

 

27  avqust  sazişi  ilə  bağlı  Ə.M.Topçubaşov  belə  qərara  gəldi  ki,  Mərkəz 



dövlətlərinin  paytaxtlarına  getmək  lazımdır.  Ona  görə  sentyabrın  15-də 

F.X.Xoyskiyə göndərdiyi məktubda o, köhnə tarixdə, köhnə nömrədə yeni mandat 

göndərilməsini  xahiş  edirdi.  Yeni  mandatda  təkcə  Türkiyə  ilə  deyil,  Almaniya, 

Avstriya-Macarıstan, Bolqarıstan və Rumıniya paytaxtlarında danışıqlar aparmağa 

fövqəladə səlahiyyətli nazirə vəkalət verilməli idi. О yazırdı: "Gəmi olmadığı üçün 

mən hələ beş gün burada olacağam. Mandatı xüsusi kuryerlə göndərin. Əgər mən 

olmasam,  kuryer  mandatı  Mahmud  bəy  Əfəndiyevə  /Batumdakı  konsul  -  C.H./ 

versin  və  о  bunu  İstanbula  Xarici  İşlər  Nazirliyinə  göndərəcək."

468

  Belə  bir 



mandata böyük ehtiyac var idi. Türkiyə rəsmi dairələrindən alınan məlumata görə, 

Sədr-Əzəm  Tələt  paşanın  Berlinə  səfəri  gözlənilirdi.  Ə.M.Topçubaşov  onunla 

birlikdə Berlinə getmək fikrində idi. Lakin о böyük çətinliklərdən sonra İstanbula 

sentyabr  ayının  axırlarında  gəlib  çata  bildi.  Ə.M.Topçubaşov  gələnə  qədər 

İstanbulda  olan  Azərbaycan  nümayəndələri  mühüm  diplomatik  addımlar 

atmışdılar. 

Sentyabrın  əvvəllərində  Azərbaycan  nümayəndələri  Sədr-Əzəm  Тələt  paşa 

tərəfindən  qəbul  edilmişdi.  Danışıqlar  zamanı  Tələt  paşanın  Berlinə  səfəri 

ərəfəsində  Bakı  məsələsində  Almaniyanın  tutduğu  mövqe,  Bakının  tezliklə  azad 

edilməsinin  zəruriliyi  müzakirə  edildi.  Az  sonra  Berlinə  gedən  Tələt  paşa 

Almaniyadan təcili şəkildə 27 avqust sazişinin ləğv edilməsini tələb etdi. 

Sentyabr ayının 12-də İstanbulda olan Azərbaycan nümayəndələri Osmanlı 

paytaxtında  olan  Almaniya  səfirliyinə  Azərbaycan  hökumətinin  etiraz  notasını 

təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan 

və 

Bolqarıstan 



səfirliklərinə, 

habelə 


bitərəf 

ölkələrin 

diplomatik 

nümayəndəliklərinə də verildi. M.Ə.Rəsulzadənin imzası ilə Azərbaycan hökuməti 

adından  Almaniyanın  səlahiyyətli  nümayəndəsi  qraf  Valdburqa  təqdim  edilən 

notada  deyilirdi:  "Almaniya  ilə  Sovet  Rusiyası  arasında  sazişin  Bakıya  aid 

maddəsindən həddindən artıq təsirlənən və heyrətdə olan hökumətimizdən aldığım 

təlimata  müvafiq  surətdə  aşağıdakıları  Sizin  nəzərinizə  çatdırmağı  özümə  şərəf 

bilirəm: 

                                                        

467

 Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli naziri Ə.M.Topçubaşovun Nazirlər  Şurasının 



sədri F.X.Xoyskiyə məktubu. Sentyabr, 1918. //ARDA, f.894, s.10, i.34, v.5 

468


 Yenə orada, v.4 

 


127 

 

Azərbaycan əhalisi rus hökuməti tərəfindən elan olunan və Brest-Litovskda 



onlar tərəfindən təkidlə bir daha təsdiq edilən "hər millətin öz müqəddəratını təyin 

etməsi hüququ" haqqındakı şüarına istinad edərək əsrlərdən bəri altında əzildiyi rus 

boyunduruğunu  üzərindən  ataraq  elanı  istiqlal  etmişdisə  də,  bağlanan  muahidələr 

Azərbaycanın təbii paytaxtı, elm və mədəniyyət mərkəzi, iqtisadi və siyasi mərkəzi 

olan Bakı şəhərinin yenidən rus hakimiyyəti altına alınmasına təminat vermişdir". 

Bakının  Azərbaycanın  bir  hissəsi  olduğu  tarixi,  coğrafi,  etnoqrafik  və  iqtisadi 

dəlillərlə  əsaslandırıldıqdan  sonra  notada  bildirilir:  "Elm  və  fənlər,  mədəniyyət 

nöqteyi-nəzərindən  Bakı  Azərbaycana  bağlıdır.  Siyasi,  iqtisadi  və  ictimai 

təşkilatlar,  tədris,  xeyriyyə,  zehni  mərkəzlər,  əhalinin  ziyalı  nümayəndələrinin 

toplaşdıqları  başlıca  yer  Bakıdır.  Bütün  bu  məlum  səbəblərə  görə,  məmləkətin 

istiqlalını  fəth  etmək  fikrindən  heç  bir  zaman  sərf-nəzər  etməyən  Azərbaycan 

əhalisi  Bakını  geri  qaytarmaq  arzusundan  da  heç  bir  zaman  əl  çəkə  bilməz.  Bu 

məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, o, indi xalq üçün ölüm-dirim 

məsələsinə çevrilmişdir". Bunun əksinə olaraq, notada qeyd edilirdi ki, Rusiya və 

digər dövlətlər üçün Bakı yalnız iqtisadi baxımdan zəruridir. Belə mülahizələr heç 

bir halda  Azərbaycanı  öz  qanuni hüquqlarından  məhrum  etməməlidir.  "Yuxarıda 

deyilən  fikirlərə  əsasən,  mən  Almaniya  imperatorluğu  hökumətinin  nəzərinə 

çatdırıram  ki,  Bakının  Rusiyada  qalmasına  razılıq  verən,  haqqında  söhbət  gedən 

rus-alman  əlavə  müqaviləsi  Azərbaycanın  həyati  mənafeyini  təhlükə  altına  alır. 

Bununla əlaqədar, milli hökumət və Azərbaycan xalqı dərin narahatlıqla bildirir ki, 

böyük  dost  ölkənin  razılığı  ilə  Azərbaycanı  həyatı  mənafeyi  olan  mərkəzə  sahib 

olmaqdan məhrum edilməsi kimi təhlükə gözləyir və ümidvar olduğunu bildirir ki, 

onun bu şəhərə qeyd-şərtsiz olan hüququ Almaniya imperator hökuməti tərəfindən 

ciddi şəkildə nəzərə alınacaqdır.

469

 

Bu  nota  barəsində  və  dövlətlərarası  münasibətlərdə  yaranmış  vəziyyətlə 



bağlı Azərbaycan xarici işlər naziri M.H.Hacınskiyə təcili teleqramında İstanbulda 

olan  Azərbaycan  nümayəndələrinin  başçısı  bildirirdi  ki,  vaxt  itirməmək  üçün  biz 

notanı  guya  sizdən  aldığımız  xüsusi  vəkalət  əsasında  təqdim  etmişik.  Bu  barədə 

sizin  məlumatınız  olsun.  Əgər  fon  Kressə  rədd  olmaq  barədə  komanda  versəniz 

İstanbulda  almanlara  təqdim  edilmiş  notaya  uyğun  hərəkət  edin.  Azərbaycan 

nümayəndələri Almaniyaya notanı Osmanlı imperiyasının baş naziri və xarici işlər 

naziri ilə məsləhətləşdikdən sonra təqdim etmişdi.

470


 

Sentyabr 

ayının  əvvəllərində  yaranmış  vəziyyəti  təhlil  edərək 

M.Ə.Rəsulzadə  bildirirdi  ki,  son  anlarda  almanlarda  yorğunluq  hiss  edilir, 

İstanbulda  günbəgün  ingilis  meyli  güclənir.  Ona  görə  ingilislərin  Bakıda  olması 

vəziyyəti  xeyli  çətinləşdirirdi.  O,  M.H.Hacınskiyə  yazırdı: "Bakı  məsələsi, ancaq 

                                                        

469


  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  Almaniya  imperator 

hökumətinin Türkiyədəki səfiri qraf Voldburqa notası. 12.09.19187/ARDA, f.970, s.1, i.8, v.8-9 

470

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 



M.H.Hacınskiyə məktubu. 01.09.19187/ARDA, f.894, s.10, i.154, v.16 

128 

 

qüvvədən  asılıdır.  Əgər  Bakı  alınmasa  hər  şey  bitdi.  Əlvida,  Azərbaycan.  Hətta 



alındıqdan sonra  belə biz çoxlu diplomatik çətinliklərlə qarşılaşmalı olacağıq. Bu 

vəzifəni  yerinə  yetirmək  üçün  biz  qabaqcadan  ordunu hazırlamalıyıq.  Bu  məsələ 

ilə bağlı Türkiyədə ictimai rəy və siyasi dairələr son həddə qədər narahatdır".

471


 

Sentyabr  ayının  əvvəllərində  beynəlxalq  vəziyyətin  Antantanın  xeyrinə 

dəyişməsi  Almaniyanın  27  avqust  sazişinə  marağını  zəiflətdi.  M.Ə.Rəsulzadə 

İstanbuldan  yazırdı  ki,  Almaniyanın  qələbə  çalacağı  haqqında  fikirləşmək  dövrü 

keçmişdir.  Avstriyanın  daxilində  ciddi  çətinliklər  meydana  çıxır.  Türkiyənin 

daxilində də vəziyyət ciddiləşir. Bolqarıstana gəldikdə isə demək olar ki, о məğlub 

olmuşdur.  Almaniyanın  Sovet  Rusiyasına  olan  ümidləri  özünü  doğrultmadı. 

Məlum  oldu  ki,  Sovet  Rusiyası  ingilisləri  Bakıdan  çıxarmaq  imkanına  malik 

deyildir.  Halbuki  27  avqust  sazişindən  az  sonra  Almaniya  bu  fikirdə  idi  ki, 

bolşeviklər  Bakını  ingilislərdən  təmizləyə  biləcəklər.  Sentyabr  ayının  2-də 

İstanbulda  olan  Almaniya  səfirliyində  danışıqlar  zamanı  alman  səfiri  Bersndorf 

"bolşeviklərin  Bakı  uğrunda  vuruşacağını"  demişdi.

472

  Şimali  Qafqazdan 



bolşeviklərin  Bakı  istiqamətində hərəkətinin  qarşısı  Gürcüstan  və  Dağlılar  İttifaqı 

tərəfindən alındı.  Hətta  Almaniya  protektoratlığında  olan Gürcüstan hökumətinin 

Bakıda  olan  ingilislərlə  və  onların  təsiri  altında  olan  Sentrokaspi  Diktaturası  ilə 

əlaqələri yaradıldı.

473

 İstanbulda olan Gürcüstan nümayəndələrinin burada iki nəfər 



saxlayıb qalanlarının hamılıqla Tiflisə qayıtması ingilislərlə əlaqələrin yaradılması 

ilə  bağlı  idi.

474

  Cənubi  Qafqazda  dəyişmiş  vəziyyət  Gürcüstanın  Almaniya  üçün 



itirilməsi  ilə  nəticələnə  bilərdi.  Deməli,  mövcud  vəziyyətdə  Almaniya  "üçüncü 

dövlətə  qarşı"  Bakını  ingilislərin  xeyrinə  müdafiə  etmiş  olurdu.  Digər  tərəfdən, 

Britaniyanın  Bakıda  güclənməsi  Şərq  cəbhəsinin  yaranmasına  gətirib  çıxara 

bilərdi.  Ona  görə  Almaniya  Azərbaycana  münasibətdə  öz  mövqeyində  təcili 

dəyişikliklər  etdi.  Sentyabrın  əvvəllərində  almanlar  Bakı  məsələsində  səhv 

etdiklərini  başa  düşdülər  və  bunu  onlar  Berlində  danışıqlar  aparan  Şimali  Qafqaz 

nümayəndələrinə  bildirmişdilər.

475


  Türkiyə  və  Azərbaycanın  təkidi  Almaniyanın 

27  avqust  sazişindən  imtina  etməsində  mühüm  rol  oynadı.  İndi  Almaniya  Baş 

qərargahı  Bakının  azad  olunmasına  öz  "töhfəsini"  vermək  barədə  düşünməyə 

başladı. General Hindenburq Bakının ingilislərdən azad edilməsində iştirak etmək 

üçün  iki  alman  briqadasının  Cənubi  Qafqaza  göndərilməsi  barədə  Osmanlı 

dövlətinə  məlumat  verdi.  Burada  ermənilərin  təklifi  də  müəyyən  dərəcədə  rol 

oynamışdı.  Çıxılmaz  vəziyyətdə  qalan  ermənilər  hələ  iyul  ayının  ortalarında 

                                                        

471

 Yenə orada. 



472

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 

M.H.Hacınskiyə məktubu. 02.09.1918.//ARDA, f.894, s.10, i.154, v.10 

473


 Документы внешней политики СССР. Т.1, с.478 

474


  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 

M.H.Hacınskiyə məktubu. 02.09.1918.//ARDA, f.894, s.10, i.154, v.16 

475

 Yenə orada, v. 11 



129 

 

almanlara  müraciət  etmişdilər  ki,  Bakını  onlar  tutsunlar.



476 

Lakin  məlum  olduğu 

kimi,  Bakıda  ingilislərin  elə  böyük  qüvvəsi  yox  idi,  Аzərbaycan  hərbi  hissələri 

Türkiyənin  yardımı  ilə  bu  işin  öhdəsindən  gələ  bilərdi.  Alman  hərbi  hissələrinin 

müdaxiləsi  isə  yeni  ağır  bir  vəziyyət  yarada  bilərdi,  sentrokaspiçilərdən  və 

ingilislərdən təmizlənən Abşeron neft mədənləri Almaniyanın nəzarəti altına düşə 

bilərdi.  Ona görə də  "osmanlılar  bu  köməkdən  imtina  etdilər".

477


  Sentyabr  ayının 

ortalarında  İslam  Ordusu  tərəfindən  Bakının  azad  edilməsi  üçün  əlverişli  şərait 

yetişdi və son hücum əməliyyatına ciddi hazırlıq işləri başlandı. 

Azərbaycana  münasibətdə  Almaniyanın  ikili  mövqeyi  Azərbaycan 

hökumətini məcbur etdi ki, imzalanmaq ərəfəsində olan Alman koloniyaları barədə 

Azərbaycan-Almaniya  müqaviləsini  dayandırsın.  Müqavilənin  layihəsində 

göstərilirdi ki, Azərbaycan Respublikasında təsis ediləcək Almaniya konsulluq və 

diplomatik  idarələri  birbaşa  vəzifələrindən  əlavə,  Azərbaycanda  yaşayan  rus  və 

Azərbaycan  təəbələri  olan  Alman  koloniyalarının  da  mənafeyini  müdafiə 

edəcəkdir.  Müqavilənin  2-ci  bəndinə  görə  Azərbaycan  hökuməti  Alman 

koloniyalarının  əhalisini  və  əmlakını  quldur  dəstələrindən qorumaq  üçün hər  cür 

tədbir  görəcəyini  öz  üzərinə  götürürdü.  Alman  koloniyalarına  qayda-qanunu 

qorumaq  üçün  yerli  milis  yaratmağa,  Almaniyadan  ora  zabit  və  əsgərlərin  ezam 

olunmasına icazə verilirdi. Alman koloniyalarına dini ayinlərin, adət və ənənələrin 

yerinə  yetirilməsində  azadlıq  verilirdi.  Azərbaycan  hökuməti  Almaniyaya 

qayıtmaq  arzusunda  olan  almanları  öz  təəbəliyindən  çıxarırdı  və  respublikada 

qalan  almanlara  münasibətdə  Rusiya  hökumətinin  2  fevral,  13  dekabr  1915-ci  il 

qanunlarını  tətbiq  etməyəcəyini  bildirirdi.

478 

Azərbaycanda  yaşayan  Alman 



koloniyalarının  hüquq  və  azadlıqlarına  aid  olan  bu  müqavilə  imzalanmasa  da, 

sonralar  Azərbaycan hökuməti respublikanın  ərazisində  yaşayan  alman  əhalisinin 

azad  inkişafı  və  onların  hüquqlarının  müdafiəsi  ilə  bağlı  öz  üzərinə  düşən 

öhdəlikləri müqaviləsiz də yerinə yetirdi. 

Azərbaycanla  bağlı  Almaniyanın  atdığı  addımlar  və  məqsədli  "yardım" 

planları,  Bakıya  ingilis müdaxiləsi, habelə  Sovet  Rusiyasının  işğalçılıq niyyətləri 

Azərbaycanın Türkiyə ilə daha çox yaxınlaşmasını zəruri edirdi. Dövr hadisələri о 

qədər kəskin və ziddiyyətli formada qoymuşdu ki, Türkiyədən başqa, Azərbaycana 

heç  bir  dövlətin  hərbi,  siyasi  və  diplomatik  yardım  göstərməsi  real  deyildi. 

İstanbulda  olan  Azərbaycan  nümayəndələri  məhz  bu  istiqamətdə  Türkiyə  siyasi 

dairələri  ilə  faydalı  danışıqlar  aparır,  Azərbaycan  istiqlaliyyətinin  digər  dövlətlər 

tərəfindən tanınmasına çalışırdılar. Azərbaycanın istiqlaliyyət bəyannaməsinin tam 

mətni İstanbulda olan bütün səfirliklərə çatdırıldı.

479


 Azərbaycanın istiqlaliyyətinin 

                                                        

476

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 



M.H.Hacınskiyə məktubu. 19.07.1918.//ARDA, f.894, s.10, i.31, v.4 

477


 T.Swietochowski. Russian Azerbaijan, p.138 

478


 ARDA, f.970, s.1,i.29, v.1-3 

479


 Азербайджан, 1918, 12 ноября. 

130 

 

tanınması  barədə  danışıqlar  aparmaq  üçün  böyük  dövlətlərin,  habelə  neytral 



ölkələrin  paytaxtlarına  tezliklə  nümayəndəlik  göndəriləcəyi  bildirilirdi.  Əlbəttə, 

İstanbulda  təmsil  edilən  ölkələrin  səfirliklərinin  və  konsul  idarələrinin  hamısı 

Azərbaycanın  istiqlaliyyət  bəyannaməsini  eyni  cür  qarşılamırdı.  Sentyabrın 

əvvəllərində  Azərbaycan  Xarici  İşlər  Nazirliyinə  göndərdiyi  teleqramda 

M.Ə.Rəsulzadə  bildirirdi  ki,  İstiqlaliyyət  bəyannaməsinin  "bir  surətini  İran 

konsulluğuna  göndərdik.  Konsulluq  onları  bir  zərfə  qoyub  bizim  kağızların 

hamısını geri qaytardı. Və İran konsulluğu ayrıca bir kağız yazıb bildirdi ki, onlar 

Azərbaycan  adında  dövlətin  müstəqilliyini  tanımırlar.  Xarici  işlər  nazirliyindən 

mən  öyrəndim  ki,  o,  nota  verib  Azərbaycanın  guya  İranın  ayrılmaz  bir  hissəsi 

olduğunu  bildirmişdir,  ona  görə  də  bizim  müstəqilliyimizin  əleyhinə  çıxış  edir. 

Konsul bu günlər Berlindən qayıtmışdır. O, özü Qacarlar sülaləsindəndir, türklərin 

əleyhdarıdır.  Tehrandakı ingilispərəst  kabinetin  tərəfdarıdır.  Bizim  köhnə  tanışlar 

olmağımıza  baxmayaraq,  kobud  hərəkətinə  görə  mən  onunla  görüşməyi  arzu 

etmirəm".

480

  Azərbaycan  Respublikasına  münasibətdə  İranın  belə  mövqeyi  1919-



cu  ilin  yayına  kimi  davam  etdi.  Bu  xeyli  dərəcədə  Azərbaycanın  müstəqilliyinin 

elan  edilməsinin  Сənubi  Azərbaycanda  milli  ideyanın  inkişafına  təsir  göstərə 

biləcəyindən  və  Türkiyənin  yardımı  ilə  vahid  Azərbaycan  dövlətinin 

yaranacağından meydana gələn qorxunun təzahürü idi. İran hökumətinin bu qeyri-

real mövqeyi Azərbaycanın Türkiyəyə  olan meylinin güclənməsinə təbii xarakter 

verirdi. 

1918-ci ilin sentyabrın 6-da yeni hakimiyyətə gəlmiş Sultan VI Mehmedin 

İstanbulda  olan  Azərbaycan  nümayəndələrini  qəbul  etməsi  Azərbaycanın 

beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Həmin gün Qılınc asma mərasimi ilə 

bağlı  İstanbulda  olan  bir  sıra  nümayəndəliklər  Sultanın  qəbuluna  dəvət 

edilmişdilər.  Lakin  Sultanın  şəxsi  təşəbbüsü  ilə  birinci  olaraq  Azərbaycan 

nümayəndələri 

qəbul 

edildilər. 



M.Ə.Rəsulzadə, 

X.Xasməmmədov 

və 

A.Səfikürdskidən  ibarət  Azərbaycan  nümayəndələrini  Ənvər  paşa  qarşılayıb 



Sultana  təqdim  etdi.  Azərbaycan  Respublikası  adından  VI  Mehmedi  təbrik  edən 

M.Ə.Rəsulzadə  yüzillik  əsarətdən  xilas  olmuş  Azərbaycan  xalqının  öz 

istiqlaliyyətini  və  hürriyyətini  qoruyub  saxlamaq  yolunda  qardaş  Türkiyəyə 

arxalandığını  bildirdi.  Sultan  cavabında  qeyd  etdi  ki,  "sevimli  Azərbaycanımızın 

nümayəndələri  tərəfindən  təbrik  edildiyimi  həyatımda  xoşbəxt  bir  hadisə  kimi 

qəbul  edirəm.  Əsarətdən  xilas  olmuş  türk  və müsəlman hökumətinin istiqlaliyyət 

və  hürriyyətini  təmin  etmək  mənim  hökumətimin  ən  müqəddəs  vəzifəsini  təşkil 

edir.  Azərbaycanın  həyat  və  qüvvət  kəsb  edərək  bizimlə  birlikdə  ümumi 

düşmənlərimizə  qalib  gələcəyinə  ümid  edirəm.  Salamımın  bütün  azərbaycanlı 

                                                        

480

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 



M.H.Hacınskiyə məktubu. 01.09.1918.//ARDA, f.970, s.l, i.30, v.l 

 


131 

 

qardaşlara çatmasını arzu edirəm".



481

 Bu qəbul barəsində Azərbaycan hökumətinə 

məlumat  verən  M.Ə.Rəsulzadə  yazırdı:  "Biz  çıxanda  Sultanın  Ənvər  paşa 

həzrətlərinə  yaxınlaşaraq  "bu  dəqiqələr  ömrümün  ən  xoşbəxt  dəqiqələridir" 

dediyini eşitdik və bundan köksümüz iftixarla doldu".

482


 

Az sonra oktyabr ayında isə Sultan Azərbaycanın İstanbulda olan fövqəladə 

səlahiyyətli nümayəndəsi, Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşovu qəbul 

etdi.  Danışıqlar  zamanı  Ə.M.Topçubaşov  Sultana  müraciət  edərək  bildirdi: 

"Əlahəzrət, bir az əvvəl Siz, kiçik türk dövləti olan Azərbaycanın nümayəndələrini 

qəbul  edərkən,  böyük  ehtiramla  dediniz  ki,  "azərbaycanlılar  mənim  sevimli 

övladlarımdır".  Biz  azərbaycanlılar  həmişə  səmimiyyətlə  və  məmnuniyyətlə  bu 

böyük  şərəfi  xatırlayırıq.  Danışıqlar  zamanı  Ə.M.Topçubaşov  qeyd  etdi  ki, 

azərbaycanlıları  çoxlu  istəməyənlər  vardır,  lakin  azərbaycanlılar  heç  vaxt  bu 

düşmənlərdən  qorxmamışlar,  çünki  bilirlər  ki,  onların  böyük  dostu  vardır.  "Dost 

yox,  qardaş"  deyə  Sultan  söhbətə  başlayır.  O,  bildirir  ki,  bütün  türklər 

azərbaycanlıların  qardaşıdır  və  bu  qardaşlıq  əbədi  olmalıdır.  "Biz  həmişə  Sizə 

həqiqi  qardaş  kimi  baxmışıq  və  bundan  sonra  da  baxacağıq.  Siz  Azərbaycanın 

nümayəndəsi kimi vəziyyəti düzgün qiymətləndirməlisiniz. Lakin heç vaxt ruhdan 

düşməməlisiniz.  Bu,  keçid  dövrüdür.  Mən  inanıram  ki,  bütün müsəlman  dünyası, 

xüsusilə  Osmanlı  və  Azərbaycan  türkləri  tezliklə  vəziyyətlərinin  yaxşılaşmasının 

şahidi olacaqlar. Keçmişdə də belə hallar olub, lakin xalq ruhdan düşməməlidir və 

həmişə  gələcəyə  inanmalıdır.  Мən  inanıram  azərbaycanlılar  gələcəkləri  naminə 

çalışacaqlar.  Əmin  ola  bilərsiniz  ki,  Osmanlı  türkləri  heç  vaxt  sizdən  köməyini 

əsirgəməyəcəkdir".

483

 

1918-ci  ilin  payızında  İstanbuldan  göndərdikləri  məktub  və  teleqramlarda 



Azərbaycan  nümayəndələri  siyasi  vəziyyətin  dəyişdiyini  vurğulayır,  yaranmış 

mürəkkəb,  hər  an  dəyişən  şəraitdə  güclü  hərbi  qüvvə  və  diplomatik  təzyiqlə 

qarşılaşmış  Bakının  tezliklə  azad  edilməsini  zəruri  hesab  edirdilər.  Azərbaycan 

nümayəndələri ilə  görüşündə Ənvər paşa qeyd edirdi ki, ingilislərin Bakıya daxil 

olması  Almaniya  tərəfindən  Azərbaycan  paytaxtının  azad  edilməsinə  qarşı  olan 

müqaviməti heçə endirmişdir. 

1918-ci ilin yayında və payızında ciddi hərbi, diplomatik hazırlıqdan sonra 

sentyabrın  15-də  Bakıya  həlledici  hücum  başlandı.  Həmin  gün  ingilis  hərbi 

qüvvələri  Bakını  tərk  etdilər.

484


  Denstervildən  acıqlı  olan  Sentrokaspi 

Diktaturasının  rəhbərləri  Bakı  dəniz  artilleriyası  tərəfindən  onun  gəmilərinə  atəş 

açılacağı  ilə  hədələsələr  də,  artıq  gec  idi.  Beləliklə,  general  L.Denstervilin  Bakı 

                                                        

481

  İstanbuldakı  Azərbaycan  nümayəndəliyinin  sədri  M.Ə.Rəsulzadənin  xarici  işlər  naziri 



M.H.Hacınskiyə məktubu. 06.09.1918.//ARDA, f.970, s.l, i.30, v.l 

482


 Yenə orada. 

483


 Yüksək qəbul zamanı Türkiyə Sultanı ilə söhbətin məzmunu haqqında Ə.M.Topçubaşovun qeydləri. 

10.01.1918. //ARDA, f.970, s.1, i.158, v.1 

484

 Les Anglais battus à Bakou.// Ministère des Affaires Etrangères de France, Archives Diplomatique, 



vol.832, folio 3 

132 

 

macəraları uğursuz sonluqla başa çatdı. Bu avantüraya görə o, London tərəfindən 



vəzifədən uzaqlaşdırıldı, ordusu isə buraxıldı. Əslində,  Müdafiə Nazirliyinin gizli 

direktivinə görə, ingilislər Bakıdan çıxanda neft kəmərini dağıdıb neft anbarlarını 

partlatmalı  idilər.  Lakin  onlar  elə  böyük  sürətlə  qaçdılar  ki,  bu  əmri  yerinə 

yetirməyə macal tapmadılar.

485

 Axşama yaxın cəbhədən qaçan erməni dəstələrinin 



bir hissəsi də, "hərbi nazir" general Baqratuni başda olmaqla, Ənzəliуə yola düşdü. 

Sentrokaspi  hökuməti  tərəfindən  həbs  olunmuş  Bakı  XKS-nin  rəhbərliyi  həmin 

hökumətin rəsmilərindən olan A.Velunsun yardımı ilə A.Mikoyan tərəfindən azad 

edildi və onlar da həmin axşam Bakını tərk etdilər.

486

 Sentyabrın 15-də Azərbaycan 



ordu hissələri  Bakıya  daxil  oldu.  Bakının  azad  edilməsi  ilə  bağlı  M.Ə.Rəsulzadə 

yazır: "Altı ay tamam xuni-cigər yeyən əhvali-islamiyyəsinin üzü gülüyor. Qurban 

bayramı  kimi  məsud  bir  gündə  Bakı  təkrar  kəndi  sahiblərinin  əlinə  keçiyor... 

Qafası  məşhur  Kilyotin  məngənəsində  bulunan  bir  adamın xilası nasıl  bir həyati-

novin isə, Bakının azad olunması dəxi о nisbətdə ecazkar bir vəqiə idi".

487


  "Xalq 

qoşunu" adı ilə Bakını "müdafiə" edənlər indi limana tərəf qaçıb birinci çatdıqları 

gəmiyə  minirdilər."

488


  Ermənilərin  şəhəri  tərk  etmək  cəhdləri  mart  hadisələrinə 

cavabdehlik  qorxusundan  irəli  gəlirdi.  Lakin  sentyabrın  17-də  Bakıya  daxil  olan 

Azərbaycan  hökuməti  milli  qırğın  törədilməsinin  qarşısını  aldı.  Sonralar 

Azərbaycan parlamentinin açılışında hökumətin hesabatı ilə çıxış edən F.X.Xoyski 

bu  məsələyə  toxunaraq  göstərirdi:  "Doğrudur,  şəhər  alınarkən  bəzi  müəssəfi 

hadisələr vaqe olmuşdur, hökumət bunu gizlətmiyor və gizlətməyi layiq bilmiyor. 

Doğrudur,  çox  adam  əziyyət  çəkmişdir,  fəqət  mümkün  idimi  ki,  hökumət  bu 

hadisənin  qabağını  tamamilə  ala  idi?  Zənnimcə,  insaf  gözü  ilə  baxanlar  etiraf 

edərlər  ki,  dünyada  heç  hökumət  ala  bilməzdi,  burada  müsəlmanlar  qırılmış, 

hüquqları  ayaqlar  altında  tapdalanmış,  şəhər  üç  ay  dava  etdikdən  sonra  alınmış, 

nəticədə acıqlı camaat - hökumət, əlbəttə, acıqlı deyildir - və əsgər şəhərə girərkən 

hadisənin önünü almaq mümkünmü idi? Bilxassə ki, hökumət şəhərə, ancaq üç gün 

sonra daxil olmuşdur. Hökumətin vürudunadək nə olmuşsa da, ondan sonra heç bir 

şey  vaqe  olmamışdır.  Hökumət  şəhərə  varid  olar-olmaz  tədbirlər  görüb  yüzədək 

müsəlmanı asdırdı, qurşuna düzdürdü və asayişi təcdid etdi".

489


 Şəhərə daxil olan 

kimi  hökumət  məlumatı  elan  edildi.  Orada  göstərilirdi  ki,  respublikanın  paytaxtı 

Bakı şəhərinə daxil olan Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə 

bildirir ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar milliyyətindən və etiqadından 

asılı  olmayaraq  eyni  hüquqa  malikdirlər.  Hökumət  bərabər  qaydada  bütün 

vətəndaşların həyatını, əmlakını və hüququnu qoruyacaqdır. Soyğunçular, qatillər 

                                                        

485


 Британский Общественный Архив, Дело ФО 371. 3411, с. 161 а 

486


 Ətraflı məlumat üçün bax: Funtikovun işi üzrə A.İ.Mikoyanın şahid ifadəsi. 20.03.1926. // RDSSTA, 

f.84,


Yüklə 4,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin