Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında



Yüklə 122,49 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix17.03.2023
ölçüsü122,49 Kb.
#88490
  1   2   3
Az Res Bayraq Haqqinda Qanunu (1)



Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
Azərbaycan Respublikasının Ali Soveti qərara alır: 
1. 
Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin. 
2. 
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin. 
3. 
“Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” 
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1956-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR 
qanunları toplusu, 1938—1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 
1981-ci il, № 5—6, maddə 71, № 12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin. 
 
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 5 fevral 1991-ci il. 
№ 17—XII. 
Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında 
ƏSASNAMƏ 
1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan 
ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı 
zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və 
səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. 
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının 
içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. 
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir
böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 
1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın 
eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşirulduzun xarici dairəsinin diametri 
bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
3. (Qüvvədən düşüb)
4. (Qüvvədən düşüb)
1
 
5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq 
bu Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir. 
6. (Qüvvədən düşüb)
7. (Qüvvədən düşüb)
2
 

Yüklə 122,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin