Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



Yüklə 122,49 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix17.03.2023
ölçüsü122,49 Kb.
#88490
1   2   3
Az Res Bayraq Haqqinda Qanunu (1)

 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 
 
1) 8 iyun 2004-cü il tarixli 683-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 515)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 


1
 
8 iyun 2004-cü il tarixli 683-IIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 515) ilə 3-cü, 4-cü bəndlər qüvvədən 
düşmüş hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 
3. 
Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı yerlərdə qaldırılır: 
a) 
Azərbaycan Respublikası Ali Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin, Azərbaycan Respublikası rayon, şəhər, 
şəhərdə rayon, qəsəbə və kənd xalq deputatları Sovetinin sessiyalarının keçirildiyi binaların 
üzərində — bütün sessiya dövründə; 
b) 
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Sovetinin, 
Azərbaycan Respublikası Nazirlər Sovetinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin və 
Nazirlər Sovetinin, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və Azərbaycan 
Respublikası yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin binaları üzərində — daim; 
v) 
dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların 
binaları, habelə yaşayış evləri üzərində — martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-
də, mayın 9-da, mayın 28-də, noyabrın 7-də. 
Yuxarıda göstərilən binalar üzərində Azərbaycan Respublikasının Dövlət bayrağını başqa 
bayram və xatirə günlərində də qaldırmağa icazə verilir; 
q) 
rəsmi şəxs sifəti ilə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali 
Soveti sədrinin, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin və ya digər rəsmi (vəkil edilmiş) 
şəxslərin mindikləri hava gəmilərində (Dövlət bayrağının gəmidə təsvirləri), dəniz gəmilərində
daxili su yollarında üzən gəmilərdə və başqa nəqliyyat vasitələrində — göstərilən şəxslərin razılığı 
ilə; 
d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin və 
Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət 
bayrağı dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, idarələrin və təşkilatların 
keçirdikləri mərasimlər zamanı, digər təntənəli və bayram tədbirləri zamanı da qaldırıla bilər. 
4. Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı 
ilə bir vaxtda qaldırılarkən Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağının ölçüsü Azərbaycan 
Respublikasının Dövlət bayrağının ölçüsündən iri ola bilməz. 

Yüklə 122,49 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin