İqlim dəyişmələri
4.
|
Havanın temperaturu:
havanın orta illik
temperaturu
çoxillik orta
qiymətdən
kənarlaşma
|
oC
+, -
|
Havanın temperaturunun müşahidəsi hidrometeoroloji müşahidə məntəqələrində uzun dövr ərzində sutkaboyu aparılır. Havanın temperaturunun ölçülməsi müşa-hidə şəbəkəsinin bütün məntəqələrində eyni vaxtlarda sutkada 8 dəfə 0.2 0C dəqiqliklə aparılır.
Temperaturun təyin edilmiş zaman dövründə çoxillik orta qiymətdən kənarlaşması müşahidə kəmiyyətilə orta baza qiymətinin fərqi kimi müəyyənləş-dirilir.
|
Dövlət iqlim kadastrı
|
ETSN
|
Göstərici təbii iqlim dəyişmələrinin dövriliyilə və qlobal istiləşməyə antropogen təsirlərlə əlaqəli olan dəyişikliklərin səviyyəsini müəyyənləşdirməyə imkan verir.
|
5.
|
Yağıntılar:
yağıntıların orta
illik miqdarı
çoxillik orta
qiymətdən
kənarlaşma
|
mm
%
|
Yağıntılar – konkret müddət ərzində ərazinin müəyyən sahəsinə düşən suyun (maye və bərk halda – yağış, çiskin, qar, sulu qar, buz və qar yarması, dolu) ümumi miqdarıdır.
Düşən yağıntıların miqdarının müşahidəsi hidrometeoroloji müşahidə məntəqələrində aparılır. Yağıntıların miqdarı sutka, ay və il üzrə müəyyənləşdirilir. Orta aylıq və orta illik qiymətlər hesablanır.
Müəyyən dövr ərzində düşən yağıntıların miqdarını həmin dövr üzrə çoxillik normaya bölməklə hesablanır.
|
Dövlət iqlim kadastrı
|
ETSN
|
Göstərici iqlim siste-minin vəziyyətini, eləcə də atmosfer ya-ğıntılarının yeraltı sulara və çay axımına, torpağa, bitki və hey-van aləminə təsirini səciyyələndirir. Çox-illik müşahidələrin analizi müəyyən ərazidə yağıntıların strukturunun dəyiş-məsi barədə mülahizə yürütməklə yanaşı, gələcəkdə düşəcək ya-ğıntıların miqdarının dəyişməsinin dinami-kasını qiymətləndir-məyə də imkan verir.
|
6.
|
İstilik effekti yaradan qazların (İEYQ) atılması:
(CO2);
- azot bir oksid
(N2O);
- metan (CH4);
-hidroflüorkarbonlar;
- kükürd altı flüorid
(SF6);
- perflüorkarbonlar
ölkə ərazisinin
1 km2-nə düşən
bir nəfərə düşən
|
mln t
СО2-ekviva-lentində
min t
t
|
Atmosferə atılmış istilik effekti yaradan qazların həcmi hesablama metodu ilə müəyyənləşdirilir.
İstilik effekti yaradan qazların milli kadas-trının metodoloji bazasını iqlim dəyişmələri üzrə hökumətlərarası ekspert qrupunun (İDHEQ) təlimatları təşkil edir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto protokolunun A əlavəsinə əsasən istilik effekti yaradan qazların siyahısına daxildir: karbon qazı (CO2), azot bir oksid (N2O), metan (CH4), hidroflüorkarbonlar, kükürd altı flüorid (SF6), perflüorkarbonlar.
İstilik effekti yaradan qazların karbon qazı ekvivalentində hesablanması üçün İDHEQ-in (1995-ci il) qlobal istiləşmə potensialla-rından istifadə olunur (İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qərarına müvafiq olaraq).
Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının ölkənin sahəsinə nisbəti kimi hesablanır.
Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının ölkə əhalisinin orta illik sayına nisbəti kimi hesablanır.
|
İDHEQ-in təlimatlarından istifadə etməklə hesablanır
|
ETSN
|
Göstərici istilik effekti yaradan qazların ətraf mühitə hazırkı və gözlənilən təsir dərəcəsini müəyyən etməyə imkan verir, məqsədli göstəricilərlə müqayisədə istilik effekti yaradan qazların atılmasının azaldılmasına yönəlmiş milli siyasətin səmərəliliyini əks etdirir.
|
|