Su ehtiyatları
7.
|
Bərpa olunan şirin su mənbələri:
çay axımı və yeraltı
suların ümumi illik
həcmi
|
mln m3
|
Çay axımı və yeraltı suların ümumi illik həcmi təbii şəraitdə ölkə ərazisinə düşən yağıntılar (daxili axım), eləcə də qonşu ölkələrdən axıb gələn çay və yeraltı su axınının faktiki həcmi hesabına formalaşır. Çaylarda, göllərdə və yeraltı su laylarında aparılan ölçmələr (suyun səviyyəsinin, axın sürətinin, su məsrəflərinin) əsasında müəyyən edilir.
|
Milli monitorinq sistemi
|
ETSN
|
Mövcud göstəricinin dəyişmə meyli ölkədə bərpa olunan şirin su resurslarının vəziyyətini müəyyən etməyə imkan verir.
|
8.
|
Götürülən şirin su:
götürülən yeraltı və yerüstü şirin suyun illik həcmi
su resurslarının
istifadə indeksi
|
mln m3
%
|
Yeraltı mənbələrdən götürülən şirin suyun həcmi bütün yeraltı su layları və quyular üzrə ümumilikdə hesablanır.
Yeraltı və yerüstü mənbələrdən götürülən şirin suyun həcmini əhatə edir və suölçən cihazların göstəriciləri və müəyyən edilmiş qaydada təsdiq edilmiş metodologiyalar əsasında aparılan hesablamalar yolu ilə müəyyənləşdirilir.
Su resurslarının istifadə indeksi götürülmüş şirin suyun ümumi illik həcmini bərpa olunan yeraltı və yerüstü şirin su resurslarının orta çoxillik həcminə bölməklə hesablanır.
|
“Sudan istifadəyə dair” 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabatı
forması
|
MST ASC
|
Göstərici şirin sulu mənbələrdən götürülən suyun miqdarını müəyyənləşdirməyə, eləcə də şirin su resurslarının götürül-məsi ilə əlaqədar ətraf mühitə göstərilən təsiri qiymətləndirməyə, su resurslarının istehlak səviyyəsini müəyyən-ləşdirməyə imkan verir.
|
9.
|
Məişətdə bir nəfərə düşən su istehlakı
bir nəfərə düşən
təsərrüfat-içməli
məqsədlərə və əhali-
nin digər ehtiyacla-
rına yönəldilmiş
(müəssisənin işçiləri
daxil edilməklə)
suyun həcmi
|
m3
|
Məişətdə adambaşına düşən su istehlakı məişət məqsədilə istehlak olunmuş suyun ümumi həcmini (mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi vasitəsilə istehlakçılara buraxılmış suyun miqdarı, ölçü cihazlarının göstəriciləri və istehlak normativləri əsasında) əhalinin sayına bölməklə hesablanır.
|
“Su kəmərlərinin və kanalizasiya-ların işinə dair” 1-su kəməri və kanalizasiya №-li
rəsmi statistika hesabatı forması
|
DSK
|
Göstərici ölkədə su təsərrüfatı sisteminin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin səmərəliliyini müəyyənləşdirməyə imkan verir.
|
10.
|
Su itkiləri:
götürülmə məntəqə-
sindən istifadə mən-
təqəsinə daşınma
zamanı itən (sızma
və buxarlanma səbə-
bindən) şirin suyun
həcmi
götürülmə məntəqə-
sindən istifadə mən-
təqəsinə daşınma
zamanı itən (sızma
və buxarlanma
səbəbindən) şirin
suyun xüsusi çəkisi
|
mln m3
%
|
Götürülmə məntəqəsindən istifadə məntəqə-sinə daşınma zamanı suvermə sistemlərində itirilən (süzgəcdən keçirilmə, sızma, buxar-lanma qəza və s. səbəbdən) şirin suyun həcmi götürülmüş suyun həcmindən onun istehlakçılar tərəfindən istifadə olunmuş həcmini çıxmaqla hesablanır.
Daşınma zamanı itirilən şirin suyun xüsusi çəkisi - daşınma zamanı itən şirin suyun həcmini götürülmüş şirin suyun ümumi həcminə bölməklə hesablanır.
|
“Sudan istifadəyə dair” 2-TG (su təsərrüfatı)
№-li rəsmi statistika hesabatı
forması
|
MST ASC
|
Göstərici ölkədə su təsərrüfatı sisteminin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin səmərəliliyini müəyyənləşdirməyə imkan verir.
|
11.
|
Təkrar və dövri istifadə olunan şirin su:
təkırar və dövri
istifadə olunan şirin
suyun istehsal
ehtiyaclarına sərf
olunan suyun
ümumi həcmindəki
xüsusi çəkisi
|
%
|
Təkrar və dövrü istifadə olunan şirin suyun ümumi həcmini həmin həcmlə yenidən götürülərək istehsal ehtiyaclarına sərf olunan suyun həcminin cəminə bölməklə hesablanır.
Suyun təkrar (ardıcıl) və dövrü istifadəsi çirkab və kollektor-drenaj sular daxil edilməklə dövri və təkrar su təchizatı sisteminin tətbiq edilməsilə yeni suyun götürülməsinə qənaət olunmasını təmin edir.
Dövri istifadəyə kommunal və istehsalat istilik təchizatı sistemlərində suyun istifadəsi aid edilmir.
|
“Sudan istifadəyə dair” 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabat
forması
|
MST
ASC
|
Göstərici suyun istehsal ehtiyacları üçün səmərəli istifadəsi sisteminin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin səmərəliliyini müəyyənləşdirməyə imkan verir.
|
12.
|
İcməli suyun keyfiyyəti:
içməli suyun keyfiy-
yət normalarına
cavab verməyən
nümunələrin içməli
su sınaqlarının
ümumi sayındakı
hissəsi
|
%
|
İçməli suyun bilavasitə insan sağlamlığı ilə əlaqəli olan parametrlərə uyğunluğuna dair məlumatlar əsasında hesablanır və müvafiq normativlərə cavab verməyən təhlil edilmiş içməli su nümunələrinin götürülmüş içməli su nümunələrinin ümumi sayına nisbəti kimi müəyyənləşdirilir.
|
“Rayonun (şəhərin) sanitar vəziyyəti haqqında”
18 №-li rəsmi statistika hesabatı forması
|
SN
|
Göstərici keyfiyyətsiz içməli suyun əhalinin sağlamlığına mənfi təsir riskini müəyyən-ləşdirməyə imkan verir, eləcə də içməli suyun sanitariya normalarına uyğunluğu dərəcəsini səciyyələndirir.
|
13.
|
Çaylarda oksigenin bioloji istehlakı və ammoniumun konsentrasiyası:
oksigenin orta illik
bioloji istehlakı
ammoniumun
konsentrasiyası
|
mq O2/l
mq (NH4+)/l
|
Oksigenin biokimyəvi istehlakının orta illik kəmiyyəti 5-7 günlük inkubasiya dövründən sonra seçilmiş hər bir müşahidə məntəqəsi və yerüstü suların monitorinq məntəqələrinin dövlət şəbəkəsində yerüstü suların sınaq nümunələri üzrə alınmış məlumatlar əsasında müəyyən edilir.
Çaylarda ammonium ionlarının konsent-rasiyası (azot hesabı ilə) hər bir müşahidə məntəqəsi və yerüstü suların monitorinq məntəqələrinin dövlət şəbəkəsində yerüstü suların sınaq nümunələri üzrə alınmış məlumatlar əsasında müəyyən edilir.
|
Milli monitorinq sistemi
|
ETSN
|
Göstərici çayların yüngül oksidləşdirici üzvi maddələr və ammonium ionları ilə çirklənmə vəziyyətini müəyyən etməyə imkan verir.
|
14.
|
Şirin suda biogen maddələr:
- çaylarda
konsentrasiyası:
fosfatın (fosfat
ionları fosfor
hesabı ilə);
nitratın (nitrat
ionları)
- göllərdə ümumi miqdarı:
fosfatın (fosfat
ionları, fosfor
hesabı ilə);
azotun (ümumi azot)
|
|
mq Р (РО43-)/l
mq(NO3-)/l
|
Hər bir müşahidə məntəqəsi və yerüstü suların monitorinq məntəqələrinin dövlət şəbəkəsində yerüstü suların sınaq nümunələri üzrə alınmış məlumatlar əsasında müəyyən edilir.
|
Milli monitorinq sistemi
|
ETSN
|
Göstərici biogen maddələrin miqdarı nöqteyi-nəzərindən şirin suyun (çay, göl və yeraltı sular) keyfiyyətini müəyyənləşdirməyə imkan verir.
|
15.
|
Çirkab sular:
su obyektlərinə il
ərzində ötürülmüş
çirkab suların
respublika üzrə
axımların ümumi
həcmindəki xüsusi
çəkisi
|
%
|
Çirkləndirilmiş çirkab suların həcmini su obyektlərinə ötürülmüş çirkab suların ümumi həcminə bölməklə hesablanır.
|
“Sudan istifadəyə dair” 2-TG (su təsərrüfatı) №-li rəsmi statistika hesabatı
forması
|
MST ASC
|
Göstərici çirkab suların təbii sututarlara təsirinin dərəcəsini və xarakterini müəyyən edir və ətraf mühitin mühafizəsi mexanizmlərinin işlənib hazırlanması üçün zəruri informasiyanın əldə edilməsinə, eləcə də çirkab suların təmiz-lənməsi səviyyəsinin yüksəldilməsi üzrə görülmüş tədbirləri qiymətləndirməyə imkan verir.
|
16.
|
Təmizləyici qurğuların gücü
|
mln m3
|
Təmizləyici qurğuların gücü su obyektlərinə ötürülən suyun (hesabat ilində layihə üzrə təmizlənməli olan) maksimal miqdarını səciyyələnirir. Su hazırlığı, dövri, ardıcıl və kommunal su təchizatı sisteminin təmizləyici qurğularının, eləcə də ilkin lokal təmizləmə qurğularının gücü nəzərə alınmır.
|
“Su kəmərlərinin və kanalizasiya-ların işinə dair” 1-su kəməri və kanalizasiya №-li
rəsmi statistika hesabatı forması
|
DSK
|
Göstərici mövcud təmizləyici qurğuların işinin səmərəliliyini müəyyənləşdirmək üçün informasiya əldə etməyə imkan verir.
|
|