Respublika ərazisinin xüsusi ekoloji, elmi və (və ya) estetik əhəmiyyət kəsb edən, mühafizənin və istifadənin xüsusi rejimi tətbiq edilən nadir, etalon və ya digər qiymətli təbiət komplekslərinin və obyektlərinin yerləşdiyi hissəsidir.
Dövlət təbiət qoruqlarının, milli parkların, yasaqlıqların sahələrini əhatə edir.
Xüsusi qorunan təbiət ərazilərinin ölkənin ümumi ərazisindəki payı qoruq, milli park və yasaqlıqların sahəsinin ölkənin ümumi sahəsinə nisbəti kimi hesablanır.
“Milli parklar, dövlət təbiət qoruqları və yasaqlıqlar haqqında”
1-qoruq №-li rəsmi statistika hesabatı
forması
DSK,
ETSN
Göstərici təbiət komplekslərinin və nadir, qiymətli obyektlərin mühafizə olnma səviyyəsini səciyyələndirir.
Meşə torpaqlarına meşə fondunun meşə ilə örtülmüş, eləcə də meşə ilə örtülməmiş, (talalar, məhv olmuş ağaclar, tinglik sahələri, plantasiyalar, doğranmış, yanmış, aşınmış, seyrəlmiş, meşə bitkilərilə sıxlaşdırılmayan və digər sahələr) lakin onun bərpası üçün nəzərdə tutulmuş, meşə təsərrüfatının aparılması üçün ayrılmış torpaqları aid edilir.
Meşə ilə örtülü torpaqlara 0.4 və yuxarı sıxlıqlı cavan ağac növləri, 0.3 və yuxarı sıxlıqlı digər yaş qruplarına aid növlərin əkmələrilə örtülü meşə fondu sahələri, eləcə də xüsusi işlər aparılmadan ağac növlərinin əkilməsi mümkün olmayan kolluqlarla örtülü sahələr aid edilir.
Meşə sahəsinin ölkənin ümumi sahəsinə nisbəti kimi hesablanır
“Torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ümumi torpaq sahələri və növləri üzrə istifadə vəziyyətinə dair”
22 №-li rəsmi statistika hesabatı
forması
DTXK
Göstərici meşəbərpa siyasətini müəyyənləşdirməyə, meşələrin vəziyyətini qiymətləndirməyə imkan yaradır, eləcə də onlardan ekoloji məqsədlər üçün istifadə meylini əks etdirir.
19.
Nəsli kəsilməkdə olan və qorunan, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil olan növlər:
yabanı bitki növlərinin sayı
heyvan növlərinin sayı
ədəd
ədəd
Nadir və məhv olma təhlükəsi altında olan heyvan və yabanı bitki növlərinin sayı əsasında müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Qırmızı Kitabı
Bitki aləminin monitorinqi
Heyvan aləminin monitorinqi
Heyvan aləminin dövlət kadastrı
Bitki aləminin dövlət kadastrı
AMEA,
ETSN
Göstərici nadir və məhv olma təhlükəsi altında olan növlərin sayı nöqteyi-nəzərindən biomüxtəlifliyin vəziyyətini qiymətlən-dirmək imkanı verir, eləcə də biomüxtəlifli-yin qorunması üçün görülmüş tədbirlərin səmərəliliyinə dair görüntü yaradır.