AzərbayCan respublİkasının elm və təhs


Fənn üzrə bilik və bacarıqlara olan tələblər



Yüklə 69,67 Kb.
səhifə3/4
tarix03.12.2022
ölçüsü69,67 Kb.
#72047
1   2   3   4
PMK PROQRAM

1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər


Fənnin öyrənilməsi nəticəsində magistrantlar:


Bilməlidir:
-müxtəlif idarəetmə sistemlərinin qurulma prinsipləri və sintez üsulları;
- proqramlaşdırılan məntiqi kontroller, onların xarakteristikaları və proqram təminatları;
- idarəetmə sistemlərində baş verən proseslərin fundamental xassələrinin analizi;
- məntiqi elementlər və onların kommutasiya sxemlərini;
- proqramın işlənməsinin alətlər avadanlıqlarını
Bacarmalıdır:
- kontrollerlərlə giriş/çıxış alt sistemləri arasındakı interfeys əlaqəsi;
- sistemə qoyulan tələblərin formalaşdırılması;
- kontrollerin giriş/çıxış kanallarının xarakteristikalarının təyini;
- istifadə interfeysi;
Yiyələnməlidir:
-müxtəlif idarəetmə sistemlərinin təkmilləşdirilməsinin analizi metodları ilə bağlı biliklərə;
- proqramın yaradılmasının əsasları və funksional bloklu diaqram dili
- paket proqram avadanlıqlarının tətbiqi ilə proqramlaşdırılmanı
- kommutasiya proqramının daxil edilməsi və buraxılması, proqramlaşdırma rejiminə keçid
1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar sonrakı dövrlərdə 050630 – “Mühəndis fizikası” ixtisası üzrə tədris fənlərinin öyrənilməsində, praktiki tətbiqində və magistr dissertasiyalarının işlənib hazırlanmasında istifadə olunacaqdır.
2.Fənnin məzmunu
2.1 Fənn üzrə saatların bölüşdürülməsi
050630 – “Mühəndis fizikası” ixtisasının tədris planına uyğun olaraq, “Proqramiaşdırılan məntiqi kontrollerlər” tədrisinə 75 saat həcmində auditoriya saatları nəzərdə tutulmuşdur. Onlardan 30 saat mühazirə dərslərinə, 30 saat laboratoriya və15saat məşğələ dərslərinə ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 45 saat təşkil edir. Bura Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi, mühazirələrə, seminarlara, laboratoriya dərslərinə, kollokviumlara hazırlıq daxildir. Tələbələrə 5 sərbəst tapşırıq verilir. Sərbəst işin hər biri 2 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Zəruri hallarda tələbələrə daha həcmli və elmi tutumlu 1 sərbəst tapşırıq verilə bilər. Bu zaman həmin sərbəst tapşırıq 10 ballıq şkalada qiymətləndirilir. Semestrin sonunda tələbənin fənn üzrə praktiki məşğələ və kollokviumlar 40, sərbəst tapşırıqlar 10 balla qiymətləndirilir. Fənn üzrə qalan 50 bal imtahanda müəyyən edilir.
Tədris yükünün 6-cı semestrində yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Təhsil proqramında fənn üçün 4 kredit nəzərdə tutulmuşdur.



Yüklə 69,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin