Təbiətdən
səmərəli istifadənin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Təbii sərvətlərdən istifadə onların bərpa olunması ilə müşayiət olunmalıdır;
2.Təbii sərvətlərin istifadəsi kompleks şəkildə həyata keçirilməlidir;
3. Təbii sərvətlərin təkrar istifadəsi həyata keçirilməlidir;
4.Təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsinə önəm verilməlidir;
5.Təbii sərvətlərdən istifadə zamanı yeni texnika və texnologiyalar tətbiq
edilməlidir.
Təbii ehtiyatların qiymətləndirilməsi sahəsində effektiv üsullardan biri də
alternativ variantlardan istifadə edilməsidir. Kiçik su elektrik stansiyalar
enerjinin ucuz yolla alınmasında ən əlverişli mənbə hesab oluna bilər. Amma bu
da bəzi mənfi nəticələrə gətirib çıxarır. Misal üçün deyə bilərik ki, geniş sahələr
su altında qalır məhsuldar torpaqların ekoloji-iqtisadi itkisi ilə nəticələnir. Onu
da qeyd edək ki, təbii ehtiyatların ekoloji-iqtisadi tədqiqatında göstərilən növləri
nəzərə almaqla bərabər, iqlim-istilik, küləyin gücü, istehsal sahələrində
energetika, sənaye, kənd təsərrüfatı, filiz, qeyri-filiz yataqlarının işlənilməsi,
istismarı bəzi nadir ehtiyatların səmərəli istifadə olunmasının texnoloji ekoloji-
iqtisadi dəyərləndirilməsi elmi əsaslara söykənməklə həll olunmalıdır. Bu gün
qlobal problemlərin əsasını insanın biosferin təbii ehtiyatlarından səmərəli
istifadə etməsi, ekoloji-iqtisadi və geoloji tarazlığın qorunması təşkil edir.
Keçmiş SSRİ-də uzun illər təbii sərvətlərdən pulsuz istifadə olunmuşdur.
Nəticədə isə bu təbiətdən istifadədə israfçılığa səbəb olmuşdur. Ona görə də,
bunları qiymətləndirmək üçün real qiymət lazımdır. Bununla yanaşı, təbii rifah
komponentlərini də qiymətləndirmək vacib sayılır. Onu da nəzərə almaq
lazımdır ki, həmişə ehtiyatların qiymətləndirilməsi müsbət olmalıdır. Lakin bir
çox təcrübələr göstərir ki, hər hansı bir “sıfır” qiyməti də ola bilər. Bu, o zaman
ola bilər ki, onun cəmiyyət üçün həm bu gün, həm də gələcəkdə fiziki itkisi
iqtisadi itki ilə müşayiət olunmasın. Məlum olduğu kimi, Azərbaycan
Respublikasının zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik
olan bir dövlət kimi geniş imkanları mövcuddur. Lakin hazırda respublika
qarşısında həllini gözləyən bir sıra ekoloji problemlər durur
. Bu problemlər
aşağıdakılardır:
- Bakı və digər iri şəhərlərdə əhalinin içməli su ilə tam təmin olunmaması;
- Su hövzələrinin, o cümlədən, Xəzər dənizinin məişət və sənaye sularının
tullantıları ilə çirkləndirilməsi;
- Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar yaranan problemlər;
- Sənaye mərkəzlərində atmosfer havasına zərərli qazların yol verilən normadan
artıq atılması;
- Bəzi bölgələrdə kənd təsərrüfatı üçün yararlı torpaqların eroziyaya uğraması və
şoranlaşması;
- İri sənaye və yaşayış məntəqələrində məişət tullantılarının mütəmadi şəkildə
yığışdırılmaması və tələb olunan müvafiq qaydada yerləşdirilməməsi.
Qeyd olunan ekoloji problemlərin həlli yollarını davamlı inkişaf prinsipləri
əsasında müəyyənləşdirmək üçün onları təhlil etmək zəruridir. Müasir dövrdə
davamlı inkişaf ətraf mühitin qorunmasını və təbii resurslardan davamlı
istifadəni tələb edir. Son zamanlar keçirilən konfranslarda irəli sürülən
müddəaların əsas hissəsini ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan
səmərəli istifadə ilə bağlı məsələlər tutur. Onu da qeyd edək ki, son illərdə
respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli
istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsi kimi,
Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi
və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının
yaradılmasını göstərə bilərik. Son illərdə həyata keçirilən Rio Konfransının da
bu sahədə rolu böyükdür. Burada əsas məsələlər əhalinin sağlamlığı, ətraf
mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli
istifadəyə aid idi. Konfransda 20-dən çox milli qanun qəbul edilmişdir.
Azərbaycanda da “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın
icrası ilə əlaqədar bir sıra layihələr müvəffəqiyyətlə həyata keçirilmiş və bu
siyasət növbəti illərdə də genişləndirilmiş, bu sahədə fəaliyyət inkişaf
etdirilməkdədir:
- Yeni müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə olaraq
Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi hazırlanaraq həyata
keçirilmişdir;
- Ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər
faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən
başlayaraq ekoloji ekspertizadan keçirilməyə başlanmışdır;
- 1998-ci ildə ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı hazırlanmışdır;
- Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii
ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional
tədbirlər görülmüşdür. Bu tədbirlərdən ən mühümü 2001-ci ilin may ayında yeni
strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasıdır.
Təbiətdən istifadədə tətbiq olunan metodlardan biri statistik metoddur. Statistik
metod təbii sərvətlərdən istifadənin dinamikasını müəyyənləşdirir. Bu metodun
əsas məqsədi təbii resursların potensial imkanlarına uyğun istifadəsi və
tükənməməsinin qarşısının alınmasında iqtisadi göstəriciləri aydın əks
etdirməsidir. İctimai həyatın bütün sahələrində statistika kütləvi hadisələrin və
proseslərin kəmiyyət tərəfini öyrənir. Azərbaycan yalnız neft və qaz
ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu
mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi
geosiyasi mərkəzə çevrilmişdir. Neft və qaz ehtiyatlarının işlənmə si, həmçinin
onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi
sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə
çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
aparılan müdrik siyasət sayəsində 20 sentyabr 1994-cü ildə ‘’Xəzərin
Azərbaycan sektorunda yerləşən Azəri, Çıraq və Günəşli (dərin hissəsi)
yataqlarının (AÇG) işlənməsi və hasilatın pay bölgüsü’’ üzrə birinci saziş
imzalandı. Məhz “Əsrin sazişi” ölkəmizdə təbii resurslardan istifadə nəticəsində
ətraf mühitə dəyəcək ziyanın qarşısını almaq üçün əlavə tədbirlərin görülməsini,
ekologiyaya diqqətin zəruriliyini üzə çıxardı.Kimya sənayesi çox funksional
sturuktura malikdir. Başqa sənaye sahələri ilə müqayisədə Elmi Texniki
Tərəqqinin nailiyyətlərindən səmərəli istifadə dünyanın inkişaf etmiş ölkələrində
bu sahənin sürətlə inkişafına təsir göstərmişdir.
Sərbəst iş N°_ 2
Dostları ilə paylaş: |