Ekoloji risk haqqında anlayış Ekoloji risk — ətraf mühitdəki mənfi dəyişikliklərin ehtimalı və ya bu
dəyişikliklərin ətraf mühitə mənfi təsirindən yaranan uzaq mənfi nəticələr.
Ekoloji risk təbii, antropogen və texnogen fövqəladə hallara səbəb ola bilər.
Elmi ədəbiyyatda ekoloji risk haqqında dedikdə hər hansı bir obyektə neqativ
ziyan vuran obyektlər nəzərdə tutulur. Neqativ ziyan anlayışına, bir qayda
olaraq, obyektin normal işinin pozulması, hətta həmin obyektin dağılması,məhv
olması və müxtəlif itki ilə nəticələnən bir hadisə kimi baxmaq lazımdır.
Əlavə edək ki,ekoloji riski xarakterizə edən əsas amillər içərisində qorxulu
halların yaranmasının aniliyini,qeyri-müəyyənliyini və qəflətən təhlükəli
vəziyyətin meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz.
Qeyd etmək lazımdır ki,insanlar hər gün düşünülmüş və ya düşünülməmiş
formada kiçik və böyük həcmli risklərlə üzləşirlər. Həyatda insan üçün risk
ibtidai icma qEkoloji ruruluşunda olan fəaliyyətindən(ovçuluq riski,dənizdə
üzmək riski və s.)indiki zamana qədər (iqtisadi risk,istehsal riski,ekoloji risk və
s.) praktiki olaraq obyektiv şəkildə onunla çiyin- çiyinə addımlamışdır.
Ekoloji riskin göstəriciləri Ekoloji riskə aşağıda göstərilən kəmiyyət göstəriciləri daxildir:
1.
İtkinin(ziyanın) miqdarı (kəmiyyəti)
2.Təhlükəli amillərin yaranması ehtimalı
3.İtkinin miqdarının və yaranması ehtimalının qeyri-müəyyənliyi.
İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial və iqtisadi zərər və ətraf
mühitin çirklənməsi başa düşülür.
•Sosial zərər — əhaliyə dəyən ziyanın qaytarılmayan əvəzi, insanların
ömrünün qısalması,sağlamlığının pisləşməsi,rifah halı deməkdir.
•Sosial-iqtisadi — ziyan müalicəyə və sosial əmək şəraitinə sərf olunan
xərclər, vaxtından əvvəl ölüm və əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar milli
gəlirin itirilməsidir.
• İqtisadi ziyan — xalq təsərrüfatı obyektinin dağıdılmasından,istehsalat-
kooperativ əlaqələrinin pozulmasından yaranır.
•Ekoloji ziyan — isə ətraf mühitə və ya onun ayrı-ayrı komponetlərinə dəyən
itkidir.