İnsanın ekoloji-hüquqi statusu
Ekologiya hüququ
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış qanunun aliliyi və icra
edilməsi təmin edilən, insanın və ekosistemin hüquqi müdafiəsi mövcud olan
hüquqi dövlət şəraitində mümkündür.
Ekoloji hüquq
Hüquq — cəmiyyətdə insanların münasibətini tənzimləyəli, müəyyən mənada
dövlət tərəfindən müəyyən edilən və qorunan normaların məcmusudur. Hüquqi
dövlətin yaranması kimi cəmiyyətin mövcudluğu sivilizasiya formasına keçid ilə
əlaqədar yaranmışdır. İbtidai icma cəmiyyətində insanlar arasında münasibətlər
normalarla həyata keçirilirdi, yəni təbii zəruriliyə əsaslanan adətlər vasitəsilə
tənzimlənirdi. Sivilizasiyanın hələ ilk mərhələlərində bu normaları dəqiq
formalaşdıran vƏ ciddi şəkildə gözləyən qanunlara ehtiyac yarandı.
Uzun müddət hüquq qanunlar şəklində dövlət hakimiyyətinin əlavəsi, davamı
kimi mövcud olmuşdur. Qanunları dövlət müəyyənləşdirir, onların həyata
keçirilməsini təmin edirdi.
Hüquq tam inkişafına və öz rolunun həyata keçirilməsinə yalnız demokratiya
şəraitində çatır. Hüququn aliliyi təsdiq edilir, o dövlət hakimiyyəti üzərində
yüksəlir, yəni hüquqi dövlət yaranır.
Hüquq demokratik cəmiyyət şəraitində:
•
Dövlət hakimiyyətini əlaqələndirir və özünə tabe etdirir;
•
Dərin əsaslanmalar əldə edir və ölkə konstitusiyasında möhkəmlənir;
•
Müstəqil və güclü olan məhkəmə ilə birləşir.
Hüquqi dövlət haqqında təsadüfi təsəvvürlərin formalaşmasına Yunan və
Romanın hüquqi ideyaları, antik demokratiyanın təcrübəsi xeyli təsir
göstərmişdir.
Antik aləmdə ədalətli dövlət hakimiyyəti kimi simvolik olaraq hüquq və
qüvvənin birləşməsini təmsil edən ilahə obrazı qanun və Suqi qaydada Femidada
ifadə edilmişdir (gözlərdə sarğı, qılınc vƏ ədalət tərəzisi ilə hamı üçün zəruri
olan bərabər ölçüdə qanunçuluq ilahə tərəfindən mühafizə olunur.
“Hüquqi dövlət” termininin özü (almanca Rechtsstaat) XIX əsrin birinci üçdə bir
hissəsində ədəbiyyatda təsdiq edilmişdir.
Lakin hüquqi dövləti tərənnüm edən müxtəlif təlimlər Yeni dövrdə
formalaşmağa başlamışdır. Onlar feodal özbaşınalığının tənqidi, humanizm
ideyaları və insan hüquqları məcrasında inkişaf edirdi.
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qanunun aliliyi, fərdlərin
hüquq və azadlığının reallığı, suveren dövlət hakimiyyətinin qanunvericilik, icra
və məhkəməyə bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir.
Hüquq insan üçün əlverişli təbii şəraitin təmin edilməsində müəyyən rol oynaya
bilər. Hüquqi dövlət şəraitində o, “cəmiyyət — təbiət” münasibətlərinə
normativ, vacib səciyyə yetirə bilər.
Ekoloji münasibətlərin (o cümlədən ictimai) hüquq vasitəsilə tənzimlənməsi
yeni əsaslandırılmış qanunların qəbulu ilə başlamalıdır. Qanunçuluğun əsasını
ölkə konstitusiyası təşkil edir. Beynəlxalq normalara uyğun olaraq, konstitusiya
ekoloji münasibətlərin tənzimlənməsində dövlətin ümumi yanaşmasını
müəyyənləşdirir. Belə ki, dünyanın əksər ölkələrinin konstitusiyası BMT
tərəfindən 1948-ci ildə qəbul edilmiş “İnsan hüquqlarının ümumi Bəyannaməsi”
və insan hüquqlarına dair başqa beynəlxalq sənədlərinin ideyalarını özündə ifadə
edir.
İnsanın vətəndaşlıq və siyasi hüquqlarına dair BMT-nin 1976-cı ildə qəbul etdiyi
Paktın mərkəzi yerini hər bir insanın inkişafı, ətraf mühitin sağlam və ekoloji
cəhətdən tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin ümumi
irsinə olan hüquqlar tutur. Həmin hüquqlar ayrı-ayrı ölkələrin konstitusiyasında
dəyişikliklərin edilməsinə təsir göstərir. Bu hüquqlar əsasında vətəndaşların
ekoloji hüquqları, təbii mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə
haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Şəxsiyyətin ekoloji hüququnda ona bir tərəfdən təsərrüfat fəaliyyətinin subyekti,
təbii mühitə təsir göstərən, ona görə məsuliyyət daşıyan, digər tərəfdən belə
təsirin obyekti, ekoloji ziyanın qarşısını almaq, bərpa etmək hüququna malik
kimi baxılır. Bu zaman vətəndaşların ətraf mühitə olan hüququ iki əsas vəziyyət
ilə müəyyən olunur: ekoloji tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət
təminatı ilə. Mövcud vəziyyət onunla şərtlənir ki, hər bir vətəndaş (ixtisasından
asılı olmayaraq) ekoloji biliklərin’əsasını bilməlidir və işçiləri bu və ya digər
vəzifəyə qoyduqda onun ekoloji hazırlığının səviyyəsini nəzərə almaq lazımdır.
Vətəndaşların ekoloji hüquqlarının dövlət təminatına vətəndaşların sığortası,
dövlət və ictimai fondların yaradılması, təbii mühit üzərində nəzarət və
müşahidə və s. Daxildir.
Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:
Təbii mühitin vəziyyəti və onun mühafizəsi tədbirləri haqqında düzgün
informasiyanın verilməsi haqqında sorğü etmək;
Ekoloji cəhətdən ziyanlım obyektlərin yerləşdirilməsi, tikintisi, istismarı
haqqında qərarların ləğv edilməsini tələb etmək
Ekoloji qanun pozuntularına görə məsul və günahlar şəxlərin məsuliyyətə cəlb
edilməsini tələb etmək
Dostları ilə paylaş: |