Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında



Yüklə 41,9 Kb.
səhifə1/3
tarix03.02.2017
ölçüsü41,9 Kb.
#7579
  1   2   3
Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, daxili bazarın qorunması və “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur:

//çıxarılıb// 

1.2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);

1.3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

1.4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;

1.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar;

1.6. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədi ilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;

1.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi “102” xidmətinə — Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar; 

//çıxarılıb//

1.9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, onların tətbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar;

1.12. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə); 

1.14. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr; 



//çıxarılıb//

1.16. Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla); 

1.17. Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal olunan taxıl və taxıl emalı məhsulları; 

1.18. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin Azərbaycan Respublikasının Dövlət Neft Fonduna və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.

1.19. “Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında idxalda əlavə dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

1.20. "Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxalda əlavə dəyər vergisindən azad olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).



//çıxarılıb//

1.21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar. 



//çıxarılıb// 

1.24. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıl.

1.25. “Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən əlavə dəyər vergisindən azad olunmaqla idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilsin (əlavə olunur).

1.26. Dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin tikintisi üçün layihə çərçivəsində “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin təsdiqedici sənədləri əsasında idxal olunan mal və avadanlıqlar.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan başqa “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı” təsdiq edilsin (əlavə olunur).

3. “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli, 468 nömrəli Sərəncamının 3.3-cü yarımbəndinə uyğun olaraq, “Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı” təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı”nda əlavə və dəyişikliklərin edilməsinə yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi hazırlandığı dövrdə baxıla bilər.

5. Müəyyən edilsin ki, əlavə dəyər vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

6. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli, 195 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli, 22 nömrəli qərarının 10-cu bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli, 62 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 27 aprel tarixli, 71 nömrəli qərarının 2-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 fevral tarixli, 32 nömrəli qərarının 1-ci bəndi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli, 73 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.

7. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 31 yanvar 2005-ci il



№ 11

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına



ƏLAVƏ

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



2007-ci il 30 dekabr tarixli, 220 nömrəli qərarı ilə

təsdiq edilmiş mətndə

 


 

Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların

 

SİYAHISI



 

XİF ƏN-in kodu

Mal mövqelərinin adları

Qrup 01-dən

 

0101 10 100 0

safqanlı cins atlar

0102 10

safqanlı cins heyvanlar

0103 10 000 0

safqanlı cins donuzlar

010410 100 0

safqanlı cins qoyunlar

010420 100 0

safqanlı cins keçilər

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

Qrup 19-dan

 

1901100000

Uşaq qidası, pərakəndə satış üçün çəkilib bükülmüş

Qrup 26-dan

 

2606000000

Alüminium filizləri və konsentratları

Qrup 27-dən

 

2716000000

Elektrik enerjisi

Qrup 30-dan

Əczaçılıq məhsulları (3005, 3006400000, 3006500000 mal mövqeləri istisna olmaqla)

Qrup 31

Gübrələr

Qrup 36

Fişənglər, siqnal raketləri, yağış raketləri, dumana qarşı siqnal və digər pirotexnika məmulatları — hərbi məqsədlər üçün

Qrup 38-dən

 

3824906401

Hemodializdə istifadə olunan qarışıq tərkiblər

Qrup 40-dan

 

4011 30 000 0

Aviasiyada istifadə üçün təzə pnevmatik rezin şinlər

4012 13 000 0

Aviasiyada istifadə üçün bərpa edilmiş pnevmatik rezin şinlər

Qrup 48-dən

 

4801000000

Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində

Qrup 49-dan

 

4901 və 4902

Çap olunmuş kitab, qəzet və jurnallar

4907 00

Poçt markaları, dövlət rüsumu markaları və analoji markalar, vaxtlı (ödənilməmiş), nəzərdə tutulduğu ölkədə cari və ya yeni buraxılışı olan və qəbul nominal qiymətli və ya qiymətli olacaq markalar; gerbli kağızlar; çek kitabçaları; banknotlar; aksiyalar

Qrup 84-dən

 

8407 10 000

Qığılcımla alışan daxiliyanma, dövri və irəli-geri hərəkət edən porşen ilə aviasiya mühərrikləri

8408 90 470 1

Gücü 50 kVt-dan çox, lakin 100 kVt-dan çox olmayan sıxılmadan alovlanan porşenli daxiliyanma (dizellər və yarımdizellər), təzə, mülki aviasiya üçün mühərriklər

8409 10 000 0

8407 və 8408 mal mövqelərinin aviasiya mühərrikləri üçün hissələr

8411 11 000 0

Turboreaktiv mühərriklər

8411 12

Turboreaktiv mühərriklər

8411 21 000 0

Turbovintli mühərriklər

8411 22

Turbovintli mühərriklər

8412 10 000 0

Reaktiv mühərriklər

8412 90 200 0

Reaktiv mühərriklərin hissələri

Qrup 84-dən

 

8421 29 000 2

Hemodializdə istifadə olunan filtrlər

Qrup 85-dən

 

8502319000

Külək enerjili elektrik qurğuları

Qrup 87-dən

 

8713

Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış

Qrup 88-dən

 

8802 11 000 0

Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan vertolyotlar

8802 12 000 0

Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olan vertolyotlar

8802 20 000 0

Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar

8802 30 000 0

Boş təchiz olunmuş aparatın kütləsi 2000 kq-dan çox, lakin 15000 kq-dan çox olmayan təyyarələr və digər uçan aparatlar

8802 40 000 0

Boş təchiz olunmuş aparatın kütləsi 15000 kq-dan çox olan təyyarələr və digər uçan aparatlar

8803 10 000 0

Hava və aparıcı vintlər və onların hissələri

8803 20 000 0

Şassilər və onların hissələri

8803 30 000 0

Təyyarə və vertolyotların digər hissələri

8805 29 000 0

Uçuş heyəti üçün yerüstü trenajorlar və onların hissələri

Qrup 90-dan

 

9021 31 000 0

--süni oynaqlar

9021 39 900 0

---digərləri

9021 40 000 0

-eşitmə aparatları, hissə və ləvazimatlarından başqa

9021 90 100 0

---eşitmə aparatlarının hissə və ləvazimatları

9021 90 900 0

---digərləri

Qrup 93-dən

 

9301

Hərbi silah növləri (revolver, tapança və 9307 mal mövqeyindəki silahlardan başqa)

930200

revolver və tapança (9303 və 9304 mal mövqelərində təsnif edilənlərdən başqa)

9305

9301—9304 mal mövqelərində təsnif edilən məmulatların hissə və ləvazimatları

9306

Bombalar, qumbaralar, torpedalar, minalar, raketlər və döyüş aparılması üçün analoji hissələr və onların hissələri, patronlar, digər döyüş sursatları, mərmilər və onların hissələri, patronlar üçün qırmalar, sıxılar daxil edilməklə

Qrup 94-dən

 

9401 10 000 0

Hava nəqliyyatı vasitələrində istifadə olunan oturacaqlar kimi oturacaqlar

9401 90 100 0

Uçan aparatlarda istifadə olunan oturacaqlara bənzər oturacaqların hissələri

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 


 

Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı

 


XİF ƏN-in kodu

Mal mövqelərinin adları

1

2

8424 81

-- kənd təsərrüfatı və bağçılıq üçün:

8424 81 100 0

--- suvarma qurğuları

 

--- digərləri:

8424 81 300 0

---- daşınan qurğular

 

---- digərləri:

8424 81 910 0

----- traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular

8424 81 990 0

----- digərləri

8428 20 300 0

--- xüsusi olaraq, kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər

8428 90 710 0

----- kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular

8429

Buldozerlər, dönməz və dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən:

 

- buldozerlər, dönməz və dönər kavahınlarla:

8429 11 00

-- tırtıllı:

8429 11 001 0

--- gücü 250 a.g (at gücü)-dən çox

8429 11 002 0

--- gücü 400 a.g. və çox, —50° C və aşağı hava temperaturalarında işləmək üçün nəzərdə tutulan

8429 11 009 0

--- digərləri

8429 19 000 0

-- digərləri

8429 20 00

- qreyderlər və planirovşiklər

8429 20 001 0

-- qreyderlər, gücü 350 a.g. və çox

8429 20 009 0

-- digərləri

8429 30 000 0

- skreperlər

8429 40 900 0

-- toxaclayıcı maşınlar

 

- mexaniki kürəklər, ekskavatorlar və birçalovlu yükləyicilər:

8429 51

-- frontal birçalovlu yükləyicilər:

8429 51 100 0

--- yeraltı işlər üçün xüsusi hazırlanmış yükləyicilər

 

--- digərləri:

8429 51 910 0

---- birçalovlu tırtıllı yükləyicilər

8429 51 990 0

---- digərləri

8429 52

-- tamdönər maşınlar:

842952 100 0

--- tırtıllı ekskavatorlar

8429 52 900 0

--- digərləri

8429 59 000 0

— digərləri

8432

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün; qazon və ya idman meydançaları üçün katoklar:

8432 10

- kotanlar:

8432 10 100 0

-- kavahınlı

8432 10 900 0

-- digərləri

 

- dırmıqlar, kətmənlər, kultivatorlar, alaqaparan, kərkilər:

8432210000

-- diskli dırmıqlar

8432 29

-- digərləri:

8432291000

--- kətmənlər və kultivatorlar

8432 29 300 0

--- dırmıqlar

8432 29 500 0

--- torpaq frezləri

8432 29 900 0

--- digərləri

8432 30

- toxumsəpən, əkən və şitilbasdıran maşınlar:

 

-- toxumsəpən:

8432 30 110 0

--- mərkəzi ötürücüsü olan dəqiq səpin aparan toxumsəpən

8432 30 190 0

--- digərləri

8432 30 900 0

-- əkən və şitilbasdıran maşınlar

8432 40

- üzvi və mineral gübrə səpələyiciləri və paylayıcıları:

8432 40 100 0

-- mineral və ya kimyəvi gübrələrin paylanması üçün

8432 40 900 0

-- digərləri

8432 80 000 0

- digər maşın

8432 90 000 0

- hissələri

8433

Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və qazonbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün maşınlar:

 

- qazonlar, parklar və ya idman meydançaları üçün otkəsən maşınlar:

843311

-- motorlu, horizontal səth üzərində fırlanan kəsici hissə ilə:

8433 11 100 0

--- elektriklə işləyən

 

--- digərləri:

 

---- özügedən:

8433 11 510 0

----- oturacaqlı

8433 11 590 0

----- digərləri

8433 11 900 0

---- digərləri

8433 19

-- digərləri:

 

--- mühərrikli:

8433 19 100 0

---- elektriklə işləyən

 

---- digərləri:

 

----- özügedən:

8433 19 510 0

------ oturacaqlı

8433 19 590 0

------ digərləri

8433 19 700 0

----- digərləri

8433 19 900 0

--- mühərriksiz

8433 20

- otbiçənlər, traktorlara bərkidilənlər daxil olmaqla, digərləri:

8433201000

-- mühərriklə

 

-- digərləri:

 

--- traktor üçün, asma və ya yedəkli:

8433 20 510 0

---- horizontal səth üzərində fırlanan kəsici hissə ilə

8433 20 590 0

---- digərləri

8433 20 900 0

--- digərləri

8433 30

- küləş tədarükü üçün digər maşınlar:

8433 30 100 0

- otçevirən, yan dırmıqları və samanqarışdıranlar

8433 30 900 0

- digərləri

8433 40

- küləş və samandan kipbağlayan preslər, presləyici-yığıcılar daxil olmaqla:

8433 40 100 0

-- presləyici-yığıcılar

8433 40 900 0

- digərləri

 

- məhsul yığımı üçün digər maşınlar; taxıldöyən maşın və mexanizmlər:

8433 51 000 0

- taxılyığan kombaynlar

8433 52 000 0

- digər taxıldöyən maşın və mexanizmlər

8433 53

- köklərin və ya meyvəköklülərin yığılması üçün maşınlar:

8433 53 100 0

--- kartofqazıyan və kartofyığan maşınlar

8433 53 300 0

--- çuğundurun tağını kəsən maşınlar və çuğunduryığan maşınlar

8433 53 900 0

--- digərləri

8433 59

- digərləri:

 

--- silosyığan kombaynlar:

8433 59 110 0

---- özügedən

8433 59 190 0

---- digərləri

8433 59 300 0

--- üzümyığan kombaynlar

8433 59 800 0

--- digərləri

8433 60 000 0

- yumurta, meyvə və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar

8433 90 000 0

- hissələri

8434

Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar:

8434 10 000 0

- sağıcı qurğu və aparatları

8434 20 000 0

- südün emalı və təkrar emalı üçün avadanlıqlar

8434 90 000 0

- hissələri

8435

Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və digər içkilərin istehsalı üçün analoji maşınlar:

8435 10 000 0

- avadanlıqlar

8435 90 000 0

- hissələr

8436

Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər:

8436 10 000 0

- heyvan yemi hazırlanması üçün maşın və mexanizmlər

 

- quşçuluq üçün avadanlıqlar; inkubatorlar və bruderlər:

8436 21 000 0

- inkubatorlar və bruderlər

8436 29 000 0

-- digərləri

8436 80

- digər avadanlıqlar:

8436 80 100 0

-- meşə təsərrüfatı üçün maşın və avadanlıqlar

 

-- digərləri:

8436 80 910 0

--- avtomişarlar

8436 80 990 0

--- digərləri

 

- hissələr:

8436 91 000 0

-- quşçuluq və ya inkubatorlar və bruderlər üçün avadanlıqlar

8436 99 000 0

digərləri

8437

Toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa:

8437 10 000 0

- toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar

8437 80 000 0

- digər avadanlıqlar

8437 90 000 0

- hissələri

8438

Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa:

8438 10

- çörək-bulka məmulatları, makaron, spagetti və ya analoji məmulatların hazırlanması üçün avadanlıqlar:

8438 10 100 0

-- çörək-bulka məmulatlarının istehsalı üçün avadanlıqlar

8438 10 900 0

-- makaron, spagetti və ya analoji məhsulların istehsalı üçün avadanlıqlar

8438 20 000 0

- qənnadı sənayesi, kakao tozu və ya şokolad istehsalı üçün avadanlıqlar

8438 30 000 0

- şəkər sənayesi üçün avadanlıqlar

8438 40 000 0

- pivəbişirmə sənayesi üçün avadanlıqlar

8438 50 000 0

- ət və quş emalı üçün avadanlıqlar

8438 60 000 0

- mey və, qoz-fındıq və ya tərəvəz emalı üçün avadanlıqlar

8438 80

- digər avadanlıqlar:

8438 80 100 0

-- çay və kofe emalı üçün

 

-- digərləri:

8438 80 910 0

--- içki hazırlanması və ya istehsalı üçün

8438 80 990 0

--- digərləri

8438 90 000 0

- hissələr

8701

Traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa):

8701 10 000 0

- yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlar

8701 20

- yarımqoşqular üçün təkərli traktorlar:

8701 20 10

-- təzələri:

8701 20 101 0

--- yəhərli dartıcılar

8701 20 109 0

--- digərləri

8701 20 90

-- istismar olunmuş:

8701 20 901 0

--- yəhərli dartıcılar

8701 20 909 0

--- digərləri

8701 30

- tırtıllı traktorlar:

8701 30 100 0

- xizək trasları (yolları) çəkmək üçün

8701 30 900 0

-- digərləri

8701 90

- digərləri:

 

-- kənd təsərrüfatı işləri üçün traktorlar (yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlardan başqa) və meşə təsərrüfatı üçün traktorlar, təkərli :

 

--- təzələri, mühərriklərinin gücü:

8701901100

---- 18 kVt-dan çox olmayan

8701 90 200 0

---- 18 kVt-dan yuxarı, lakin 37 kVt-dan çox olmayan

8701 90 250 0

---- 37 kVt-dan yuxarı, lakin 59 kVt-dan çox olmayan

8701903100

---- - 59 kVt-dan yuxarı, lakin 75 kVt-dan çox olmayan

8701903500

---- 75 kVt-dan yuxarı, lakin 90 kVt-dan çox olmayan

8701 90 390 0

---- 90 kVt-dan yuxarı

8701 90 500 0

--- istismar olunmuş

8701 90 900 0

-- digərləri

 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 


 

 


Yüklə 41,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin