Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə



Yüklə 390,62 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix25.12.2016
ölçüsü390,62 Kb.
#3171
1   2   3   4   5   6
 

 

İlham ƏLİYEV, 

 

Azərbaycan Respublikasının Prezidenti

 

 



 

Bakı səhəri, 20 aprel 2005-ci il

 

                 № 226



 

 

ƏLAVƏ 3



 

 

 



Azərbaycan Respublikası Prezidentinin

 

2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət 



Baytarlıq Nəzarəti Xidməti haqqında

 

 

 

ƏSASNAMƏ

[36]

 

 

 

IÜMUMİ MÜDDƏALAR

 

 



 

1.

  



Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında 

Dövlət  Baytarlıq 

Nəzarəti  Xidməti

 (bundan  sonra  -  Dövlət  Xidməti)  Azərbaycan  Respublikası  Prezidentinin 

"Aqrar  bölmədə  idarəetmənin  təkmilləşdirilməsi  tədbirləri  haqqında"  2004-cü  il  23  oktyabr 

tarixli 467 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

 

2.

  



Dövlət  Xidməti  Azərbaycan  Respublikası  ərazisində  heyvanların  (mal-qaranın, 

quşların, balıqların, vəhşi heyvanların və başqalarının) müxtəlif xəstəliklərdən qorunmasını 

və  onların  müalicəsini,  əhalinin  insan  və  heyvanlar  üçün  ümumi  olan  xəstəliklərdən 

qorunmasını,  ölkə  ərazisinin  xarici  dövlətlərdən  keçə  biləcək  yoluxucu  xəstəliklərdən 

qorunmasını  təmin  edən,  heyvan  mənşəli  məhsulların  və  xammalın  zəruri  baytarlıq-

sanitariya keyfiyyətinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.

 



3.

  

Dövlət  Xidməti  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 



Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və 

sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamlarını, 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri,  Azərbaycan 

Respublikası Kənd Təsərrüfatı Nazirliyinin normativ hüquqi aktlarını, qərar və əmrlərini və 

bu Əsasnaməni rəhbər tutur.

 

4.  Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə və 



Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, 

ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.

 

5.

   



Dövlət  Xidməti  müstəqil  balansa,  qanunvericiliyə  uyğun  olaraq  sərəncamında  olan 

dövlət  əmlakına,  xəzinə  və  bank  hesablarına,  Azərbaycan  Respublikasının  dövlət  gerbinin 

təsviri,  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  və  öz  adı  əks  olunmuş 

möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

6.

   



Dövlət  Xidmətinin  saxlanılması  xərcləri  Azərbaycan  Respublikasının  dövlət 

büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

 

7.

   



Dövlət Xidməti Bakı şəhərində yerləşir.

 


Yüklə 390,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin