IV. DÖVLƏT XİDMƏTİNİN HÜQUQLARI
10. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və
funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq təbabəti sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyinə əməl edilməsinə qanunvericiliklə müəyyən edilmiş
qaydada nəzarəti həyata keçirmək;
10.2.
baytarlıq preparatlarının istehsalına, keyfiyyətinə, sınaqdan keçirilməsinə,
saxlanmasına, daşınmasına, satışına, idxal və ixracına qanunvericiliklə müəyyən edilmiş
hallarda və qaydada səlahiyyətləri daxilində nəzarət etmək, yeni baytarlıq preparatlarına,
avadanlıqlarına və yem əlavələrinə rəy vermək;
10.3.
dövlət sərhədində (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla),
nəqliyyatda, bazarda, yarmarkalarda və sərgilərdə, istehsal və satış yerlərində dövlət
baytarlıq nəzarətində olan yüklərə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət
baytarlıq nəzarətini təşkil etmək;
[38]
10.4.
heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı,
saxlanılması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə
və baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək;
10.5.
xüsusi təhlükəli heyvan xəstəlikləri baş verdikdə karantin qoyulan ərazidə
qoruyucu-karantin, xüsusi baytarlıq və digər tədbirlərin aparılması qaydalarını
müəyyənləşdirmək, bu xəstəliklərin yayılma təhlükəsi olan zonalarda qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlər
görmək;
10.6.
heyvandarlıq binalarının, heyvandarlıq məhsulları və xammalı istehsal və emal
edən müəssisələrin texnoloji normativlərinə, baytarlıqda işlədilən kimyəvi, bioloji və
farmakoloji preparatların dövlət standartları və texniki şərtləri layihələrinə rəy vermək;
10.7.
mal-qaranın və digər heyvanların yoluxucu xəstəlikləri müəyyən edildikdə və ya
belə xəstəliklərin baş verməsi təhlükəsi yarandıqda qanunvericiliyə uyğun olaraq bütün
müəssisələrə, vətəndaşlara heyvanların kəsilməsi və ya məhv edilməsi, heyvan mənşəli
məhsulların və xammalın zərərsizləşdirilməsi və ya utilizasiya edilməsi haqqında icrası
məcburi olan göstərişlər vermək;
10.8.
Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılan məqsədli büdcə vəsaitinə sərəncam
vermək;
10.9.
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
|