Azərbaycan Respublikasının Konstitusiyası


Dövlət qulluqçusunun xidməti davranışı hansı qanunla tənzimlənir?



Yüklə 266,83 Kb.
səhifə124/212
tarix10.05.2022
ölçüsü266,83 Kb.
#57494
1   ...   120   121   122   123   124   125   126   127   ...   212
suallar

Dövlət qulluqçusunun xidməti davranışı hansı qanunla tənzimlənir?




  1. “Etik davranış qaydaları haqqında” qanunla

  2. “Məlumat azadlığı haqqında” qanun və digər normativ hüquqi aktlara uyğun olaraq

  3. “Dövlət qulluğu haqqında” qanunla

  4. hamısı

  1. Etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar:

  1. Bütün hallarda dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər

  2. yalnız “Etik davranış qaydaları haqqında” qanunla müəyyənləşdirilə bilər

  3. “Etik davranış qaydaları haqqında” qanuna zidd olmamaqla dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər

  4. digər heç bir normativ aktla müəyyənləşdirilə bilməz

  1. Etik davranış qaydaları haqqında” qanuna əsasən hansı hallarda dövlət qulluqçusu hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır?

  1. daimi dövlət qulluqçusu olduğu halda

  2. xidməti fəaliyyət göstərdiyi halda

  3. belə hal nəzərdə tutulmayıb

  4. bütün hallarda

  1. Etik davranış qaydaları haqqında” qanuna əsasən dövlət qulluqçusu öz fəaliyyətini:

  1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borclu sayıla bilməz

  2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlərə sahib olmasa belə peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur

  3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur

  4. heç biri doğru deyil

  1. Etik davranış qaydaları haqqında” qanuna görə loyallıq nədir?

  1. dövlət qulluqçularının onların xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin qanunsuz fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinmələridir

  2. dövlət qulluqçusunun onun xidməti vəzifəsinə aid olduğu hallarda belə, dövlət orqanlarının, onların rəhbərlərinin qanunsuz fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməsidir

  3. dövlət qulluqçularının elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarında və ya elmi yazılarında dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməsidir

  4. qanunsuz hallar istisna olmaqla dövlət qulluqçularının onların xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinmələridir


  1. Yüklə 266,83 Kb.

    Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin