Azərbaycan Respublikasının Konstitusiyası


Azərbaycan Respublikasının Konstitusiyasına görə əmlakın tam müsadirəsinə



Yüklə 266,83 Kb.
səhifə22/212
tarix10.05.2022
ölçüsü266,83 Kb.
#57494
1   ...   18   19   20   21   22   23   24   25   ...   212
suallar

84. Azərbaycan Respublikasının Konstitusiyasına görə əmlakın tam müsadirəsinə:

  1. qismən yol verilə bilər

  2. dövlət ehtiyacları üçün yol verilə bilər

  3. yol verilir

  4. yol verilmir


85. Hansı şərtlə şəxsin üzərində tibbi təcrübələr aparıla bilər?

  1. heç bir halda

  2. könüllü razılığı olduqda

  3. bütün hallarda

  4. cəmiyyət üçün təhlükəli xəstəliyə malikdirsə

86. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin hansı növünə üstünlük verilir?

  1. heç bir növünə

  2. xüsusi

  3. yalnız dövlət

  4. xüsusi, dövlət və bələdiyyə

87. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xüsusi mülkiyyət hüququ nə ilə qorunur?

  1. Qərarla

  2. Konstitusiya qanunu ilə

  3. qanunla

  4. fərmanla

88. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının vətəndaşı hansı halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilər?

  1. cinayət törətdikdə

  2. Konstitusiya əleyhinə cinayətlərdə iştirak etdikdə

  3. qanunvericiliklə nəzərdə tutulmuş hallarda

  4. heç bir halda

89.  Azərbaycan Respublikasının vətəndaşları dövlətin idarə olunmasında iştirak etmək hüquqlarını necə həyata keçirirlər?

  1. yalnız özləri iştirak etməklə

  2. yalnız nümayəndələri vasitəsi ilə

  3. bilavasitə və nümayəndələri vasitəsilə

  4. qanunvericilikdə belə hal nəzərdə tutulmayıb


90. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini kim məhdudlaşdıra bilər?

  1. Prezident

  2. Məhkəmələr

  3. yalnız Konstitusiya Məhkəməsi

  4. heç kəs



Yüklə 266,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin