73 415. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktların ardıcıllğını müəyyən edin? 1. Konstitusiya
2. Qanunlar
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
4. referendumla qəbul edilmiş aktlar
5. Fərmanlar
6. Mərkəzi icra hakimiyyəti orqanların normative aktları
A) 1, 2, 5, 4, 3, 6
B) 1, 4, 2, 5, 3, 6
C) 2, 5, 4, 3, 1, 6
D) 4, 1, 2, 5, 6, 3
416. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakılardan hansı normativ hüquqi aktdır? A) Qanunlar;
B) yerli icra hakimiyyəti orqanlarının qərarları;
C) Konstitusiya Məhkəməsinin qərarları;
D) yerli özünüidarəetmə orqanlarının qərarları.
417. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı müddəalardan hansı səhvdir? A) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının
qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir;
B) Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik
sisteminə uyğun olmalıdır;
C) Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və
qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları və Naxçıvan Muxtar
Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının qərarlar hüquqi qüvvəyə malikdir;
D) Öz səlahiyyətləri daxilində Hesablama palatası qanunvericilik sisteminə daxil olan aktlara zidd
gəlməyən normativ hüquqi aktlar qəbul edə bilərlər.
418. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Normativ hüquqi aktlar nəyə əsaslanmamalıdır? A) hüquqa;
B) beynəlxalq hüquq prunsiplərinə;
C) haqq-ədalətə;
D) bərabər mənafelərə bərabər münasibətə.
419. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı müddəalardan hansı səhvdir? A) Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar üçün məcburidir;
B) Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası hüquqi şəxslər üçün məcburidir;
C) Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası qanunvericilik və məhkəmə hakimiyyəti şəxslər
üçün məcburidir;
D) Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası icra hakimiyyəti orqanları üçün məcburidir.