Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası



Yüklə 27,6 Kb.
səhifə1/2
tarix16.12.2022
ölçüsü27,6 Kb.
#75465
növüQaydalar
  1   2
referat 4278


Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası

Fakültə: İnzibati idarəetmə
İxtisas: Dövlət və bələdiyyə idarəetməsi
Qrup: D09
Kurs: II
Fənnin adı: Mülki müdafiə
Mövzunun adı: Fövqəladə hallarda mülki müdafiə kəşfiyyatının təşkili və aparılmasının qaydaları
Tələbə: Aygül Xəlilova
Elmi rəhbər: A. Pənahov

Bakı-2014


Fövqəladə hallarda mülki müdafiə kəşfiyyatının təşkili və
aparılmasının qaydaları
Kəşfiyyatı təşkil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahlarının və komandirlərinin vacib vəzifələrindəndir.
Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların toplanmasını və müddətlərini, bunun üçün istifadə ediləcək qüvvələri mülki müdafiə rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün mülki müdafiə qərargahının rəisi tam məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında və ya zədələnmə ocaqlarında vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərlərinə və yuxarı qərargaha təqdim edilir, həmçinin tabelikdəki qərargahlara, dəstə komandirlərinə çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Plan müvafiq mülki müdafiə qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla razılaşdırılır və mülki müdafiə rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu bölmələrin konkret fəaliyyət marşrutları, vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti işarələrlə göstərilir. Mülki müdafiə qərargahının rəisi bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir, kəşfiyyatın nə münasibətlə aparıldığı, onun konkret vəzifələri və icra müddəti, marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir. Kəşfiyyat bölmələri radioaktiv zəhərlənmə ocaqlarına göndərilən hallarda isə, həmçinin şəxsi heyətin yolverilən şüalanma dozası da müəyyən edilir.
Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya müşahidəsi postları, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat manqaları (MLNŞ) müəssisələri cəlb edilirlər.
Radiasiya və kimya müşahidəsi postları (RKMP) – bütün obyektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayırlar. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənmələri vaxtında aşkar etmək müşahidə sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz göz qoymaq və qərargaha müntəzəm surətdə məlumat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona digər vəzifələr də tapşırıla bilər. Post elə bir yerdə qoyulmalıdır ki, oradan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişan qoyulur. Postun heyəti onun rəisindən və iki müşahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar. Bu məqsədlə onlar cihazlardan əlavə, həmçinin fərdi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri, kompas, saat, səmt göstərən və bucaq ölçən xüsusi limb, müşahidə jurnalı, habelə öz vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən basqınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədilə göndərilir. Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı üç mühafizə qurğusunda, yaxud 800 m-dək zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Qrup fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları hədd nişanları dəsti, fərdi dozimetrlər ilə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə kəşfiyyat sxemi verilir.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır.
Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Nişanı elə qoyurlar ki, onun üz tərəfi yerdə zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun. Qrupun komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio vasitəsilə obyektin MM qərargahına məlumat verir.
Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında müəyyən edilir. Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə yaranmış vəziyyəti (dağıntıların, yanğınların xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zəhərlənmənin səviyyələrini ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə gəlir, komandir qərargaha vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi təmizləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır. Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri əsasən onun konkret vəzifələrində təzahür edir.
Qəza yerlərini diqqətlə müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara su mənbələrinə xüsusən diqqət yetirməklə, havadan və torpaqdan nümunələr götürüb analizə göndərməklə bu vəzifələrin öhdəsindən gəlmək mümkündür.
Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qəzaların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan adamlar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri müəyyənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.
Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə kəşfiyyat işlərinin bir qismi də respublikanın müşahidə və laboratoriya nəzarəti şəbəkəsi tərəfindən yerinə yetirilir. Bu şəbəkənin vəzifələri, tərkibi və fəaliyyət qaydası xüsusi əsasnamə ilə müəyyən və təsdiq edilmişdir.

Yüklə 27,6 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin