Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası



Yüklə 3,18 Mb.
səhifə5/5
tarix16.02.2017
ölçüsü3,18 Mb.
#8558
1   2   3   4   5

Nəticə və Təkliflər

Azərbaycanda tibbi sığortanın həyata keçirilməsi üçün araşdırmadan əldə olunan hədəflər aşağıdakılardır:



  • Güclü maarifləndirmə;

  • Əmək haqqı səviyyələrinin yüksəldilməsi;

  • Dövlət və ictimai maliyyə nəzarətinin gücləndirilməsi;

  • Marketinq fəaliyyətinin gücləndirilməsi;

  • Sığorta institutlarının inkişaf etdirilməsi;

  • Bələdiyyələrin büdcə və büdcədənkənar fondlarının gücləndirilməsi;

  • İctimai-sosial yardım proqramlarının həyata keçirilməsi.

Bütün bu araşdırmadan sonra aşağıdakı təklifləri göstərmək olar:

  • Tibb müəssisələrinin kadr və maddi təchizat sisteminin zəifliyi də ölkədə tibbi sığorta sisteminin inkişafını ləngidən amillərdən olduğu üçün bu məsələyə də ciddi diqqət verilməsi vacibdir. Tibb müəssisələrinin qeyd edilən probleminin həllində əsas yük dövlətin üzərinə düşür;

  • Tibbi sığorta sistemində mülkiyyət formasına görə daha böyük üstünlük dövlət müəssisələrinə verilməlidir. Perspektivlik və davamlılıq baxımından isə yerli özəl müəssisələrə, qarışıq və hətta xarici firmalara üstünlük verilməsi daha məqsədəuyğundur;

  • Cari dövr üçün əhalinin sağlamlıq səviyyəsini yaxşılaşdırmaq məqsədilə məhz icbari tibbi sığorta sisteminin inkişaf etdirilməsi daha məqsədəuyğundur. Azərbaycanda və digər post sovet ölkələrində (xüsusilə Rusiya Federasiyasında) olduğu kimi icbari tibbi sığorta sisteminin tətbiqini və inkişafını təmin etmək üçün aşağıdakı islahatların həyata keçirməsi məqsədəuyğundur:

  • Icbari tibbi sığorta mexanizminin real tətbiqinə başlanılması;

  • Müvafiq hökumət sturukturları arasında birgə işçi qrupunun yaradılması;

  • İcbari ödənişlərin səviyyəsinin müəyyən etmək üçün başlanğıc ilində ölkə üzrə gözlənilən əmək haqqı fondunun səviyyəsi ilə ümumi səhiyyə xərcləri səviyyəsinin dərindən təhlil olunması, həmçinin dövlətin digər maliyyə imkanları qiymətləndirməklə qərarların qəbul olunması;

  • İcbari tibbi sığorta sisteminin gəlirləri ilə sığorta olunan pasientə göstərilən tibbi xidmət üzrə öhdəlik arasında balansın təmin olunması;

  • İcabri tibbi sığorta sisteminin bütün subyektləri tərəfindən resursların məqsədli və səmərəli istifadə ilə bağlı effektiv mexanizmin təmin edilməsi;

  • Fəaliyyəti dövründə yığılmış mənfi xüsusiyyətlərin aradan qaldırılması;

  • İcbari tibbi sığortanın, səhiyyənin və vətandaşların hüquqi və təşkilati-iqtisadi mexanizmlərin qarşılıqlı mexanizminin harmonizasiyası.

Beləliklə bütün bunlar göstərir ki, Azərbaycanda tibbi sığortanın tətbiqi səhiyyə sisteminin inkişafına səbəb olacaq.



Layihə çərçivəsində Həyata keçirilmiş Tədbirlər
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına İcbari Tibbi Sığortanın Tətbiqi Səhiyyə Sisteminin İnkişafının Əsas Elementi Kimi: İctimai Maarifləndirmə Kampaniyası adlı layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanmışdır və bu layihə çərçəvəsində tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Tərtərdə və Salyanda tibbi sığortayala bağlı tədbirlər keçirilmişdir. İyunun 6-da Tərtər rayonunda İqtisadi və Sosial İnkişaf Mərkəzi layihə ilə bağlı seminar keçirmişdi. Tədbirdə layihənin ekspertləri Kənan Kərimzadə və Yaşar Zeynalov və eləcə də tədbir iştirakçılar tibbi sığortanın Azərbcayanda tətbiqi imkanları ilə bağlı fikirlərini bölüşdürmüşdürlər. İqtisadi və Sosial İnkişaf Mərkəzi iyunun 17-də Salyan şəhərində səhiyyə işçiləri üçün seminar təşkil etmişdi. Seminarda layihə rəhbəri iqtisadi elmləri namizədi Vüqar Bayramov layihə haqqında ətraflı məlumat vermişdi. Layihənin ekspertləri Kənan Kərimzadə və Yaşar Zeynalov tibbi sığortanın Azərbcayanda tətbiqi imkanları ilə bağlı fikirlərini bölüşdürmüşdürlər. Tədbirdə Salyan rayon səhiyyə şöbəsinin müdiri, yerli icra hakimiyyəti nümayəndələri və həkimlər çıxış edərək onları maraqlandıran məsələlər ilə bağlı fikir mübadiləsi aparmışdılar. Keçirilən tədbirlərlə bağlı Yeni Müsavat qəzetində, 525-ci qəzetdə və Xalq Cəbhəsi qəzetində ictimaiyyətə məlumat verilmişdir. Bundan başqa İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Paritet qəzetinə tibbi sığortanın tətbiqi haqqında məlumat vermiş və bu məlumat həmin qəzetdə dərc olunmuşdur.

Salyan şəhəri 17 iyun 2009-cu il




Salyan şəhəri 17 iyun 2009-cu il



Tərtər rayonu 6 iyun 2009-cu il



Tərtər rayonu 6 iyun 2009-cu il



Tərtər rayonu 6 iyun 2009-cu il



Tərtər rayonu 6 iyun 2009-cu il



Tərtər rayonu 6 iyun 2009-cu il





Mənbələr


  1. Vüqar Bayramov, “Səhiyyənin Maliyyəsi”, Bakı, 2009

  2. Q.İbadoğlu, A.Mehtiyev və başqaları, Ilkin səhiyyə xidmətinin təşkili və maliyyələşdirilməsi, Bakı, 2006.

  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Bakı, 2009, Sığorta Bələdçisi.

  4. Dövlət Statistika Komitəsinin Hesabatları, 2009

  5. World Health Organization (WHO), “Guidelines for safe disposal of unwanted pharmaceuticals in and after emergencies,” WHO/EDM/PAR/99.2, 1999.

  6. P. J. Freldstein, Health Care Economics, Thomson Press, 2005

  7. McDermott R. Improving diabetes care in the primary health care setting: a randomised cluster in the Torres Strait, Australia. September 2000.

  8. Tarimo E. Essential health service packages: use, abuse and future directions. WHO/ARA, Current Concerns series, December 1997: Comments focus on developing countries.

  9. Tarimo E, Webster EG. Primary Health Care concepts and challenges in a changing world; Alma Ata revisited. WHO/SHS/CC/94.2

  10. Management of Solid Health-Care Waste at Primary Health-Care Centres, A Decision-Making Guide Immunization, Vaccines and Biologicals (IVB) Protection of the Human Environment Water, Sanitation and Health (WSH), World Health Organization Geneva, 2005.

  11. M. Drummond, B.O`Brien and others. Methos for the Economic Evaluation of Health Care Programmes. Oxford Pres, 2004

  12. R. Rhyne, R.bogue and others,Community-Oriented Primary Care: Health Care for the 21st Century, APHC, 2005.

  13. www.maliyye.gov.az

  14. www.health.gov.az

  15. www.sigorta.maliyye.gov.az




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin