Diaqram 2
Mənbə: Dövlət büdcəsindən Səhiyyə bölməsinə ayrılan vəsaitin həcminin dəyişməsi (http://www.health.gov.az/news.php?id=78).
2005-ci ildə səhiyyə obyektlərinin təmirinə və tikintisinə 4,1 milyon manat xərclənibsə, 2006-cı ildə bu rəqəm 20,5 milyon manat, 2007-ci ildə 58,4 milyon manat olub. 2006-cı ildə dövlət büdcəsində səhiyyə xərclərinin 61,1 faizinə qədəri, yaxud 91,9 milyon manatı əməyin ödənilməsi məqsədlərinə ayrılıb.
Bir sıra sektorlarda maaşların artırılması vacibdir. Belə sektorlardan biri də səhiyyədir. Səhiyyə sektoru hazırda dövlət büdcəsindən maliyyələşən sektorlar arasında ən aşağı göstəriciyə malikdir. Burada orta əməkhaqqı 90-100 manat arası dəyişir. 2009-cu ildə məcburi tibbi sığorta tətbiq olunarsa, həkimlərə verilən qeyri-rəsmi ödənişlər azalar. Dünya Bankının məlumatına görə, səhiyyə xərclərinin 70 faizi əhalinin ödədiyi qeyri-rəsmi ödənişlər hesabına formalaşır. Məcburi tibbi-sığorta tətbiq edilərsə, bu ödənişlərin faizini azaltmaq mümkün olar. Bu gün dövlət büdcəsində səhiyyəyə ayrılan xərclər cəmi 4 faiz təşkil edir ki, burada da səhiyyə xidmətlərinin payı 1 faizdən də aşağıdır. Əməkhaqlarının artırılması, eyni zamanda səhiyyə işçilərinin ixtisarları ilə müşahidə olunmalıdır. Bu gün səhiyyə işçilərinin çox olması maaşların ciddi artımına mane olan əsas amillərdən biridir. Çünki dövlət büdcəsindən bu sektora ayrılan vəsaitlərin 70 faizi məhz əməkhaqlarına ayrılır. Büdcənin səhiyyənin maliyyələşdirilməsindəki payı 23 faiz, xarici yardımlar isə 2 faizdir. Səhiyyə sektorunun maliyyələşməsində iştirak edən vəsaitlərin 2/3 hissəsi əhalinin ödədiyi qeyri-rəsmi ödənişlərdir ki, Dünya Bankı bunu da ”stolaltı ödənişlər" kimi təqdim edir. Azərbaycanda 2008-ci il yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqinə və özəl şirkətlərin tibbi sığorta xidmətləri təklif etməsinə baxmayaraq səhiyyənin maliyyələşməsində, tibbi sığortanın payı cəmi 5 faizdir.
Bu gün bu sahədə 90 min işçi çalışır. Hər 10 nəfərə 36,6 həkim, 72,6 tibb işçisi düşür ki, bunlar da olduqca böyük rəqəmdir. Məsələn, Almaniya ilə müqayisədə, təxminən 3 dəfə çoxdur. İxtisarlar olmadan səhiyyədə kəskin əməkhaqqı artımlarının baş verməsi mümkün deyil.
Bununla yanaşı, əhaliyə göstərilən ilkin tibbi-sanitar yardımının keyfiyyət səviyyəsinin və həcminin aşağı olması problem olaraq qalmaqdadır. Təhlillər göstərir ki, bu, ilk növbədə stasionar və ambulator-poliklinika xidmətləri arasında, ümumi və dar profilli həkimlərin sayları arasında yaranmış uyğunsuzluqla bağlıdır. Belə ki, hazırda ilkin tibbi yardım göstərən dövlət tibb müəssisələri ixtisaslaşmış həkimlərlə tam komplektləşdirilməmişdir.
Azərbaycanın səhiyyə sistemi keçid dövrünü yaşayır. Dövlət səhiyyə obyektləri ilə yanaşı, özəl klinikalar da əhaliyə xidmət göstərməyə başlayıb. Bütün bu yeniliklər müəyyən problemlər də yaradır. Amma vətəndaşların heç də hamısı pulsuz xidmət hüquqlarından istifadə edə bilmirlər. Dövlətə məxsus xəstəxanalarda, poliklinikalarda maddi-texniki baza da zəifdir. Özəl klinikalarda isə xidmət haqqının baha olması, qiymətlərin müəyyənləşdirilməsi zamanı ümumi kriteriyalardan istifadə edilməməsi və digər mənfi hallar var. Xəstələrə aparılan müalicə ilə bağlı hər hansı təminatın verilməməsi, düzgün olmayan diaqnozların qoyulması da həllini gözləyən problemlərdəndir.
Özəl klinikalardakı qiymətləri ancaq bazar tənzimləməlidir. Bu cür klinikalarda qiymətlərin normallaşdırılmasının iki yolu var. Birinci yol budur ki, özəl klinikaların sayı çoxalsın. Belə olarsa, özəl klinikalar arasında rəqabət artacaq. Klinikalar xəstə cəlb etmək üçün həm qiymətləri aşağı salacaqlar, həm də xidmət keyfiyyətini yaxşılaşdıracaqlar. İkinci yol isə budur ki, gərək dövlət klinikalarının səviyyəsi o qədər artsın ki, özəl klinikalara müraciət edənlərin sayı azalsın. Vətəndaş dövlət xəstəxanasında istədiyi keyfiyyətli müalicəni alarsa, artıq pul ödəyib özəl klinikaya yolanmağa da həvəsli olmayacaq. Bununla da özəl klinikalar məcbur olub qiymətləri aşağı salacaqlar. Amma özəl klinikalardakı qiymətlərin inzibati yollarla müəyyənləşdirilməsi, bu hüququn Tarif Şurasına verilməsi həmin tibb müəssisələrinin məhvinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, özəl səhiyyə Azərbaycanda yeni-yeni inkişafa başlayıb. Özəl klinikalar Azərbaycanın səhiyyə sistemində hələ öz yerlərini tam tutmayıblar.
2003-cü ildən 2008-ci ilədək dövlət büdcəsi 10 dəfədən çox, səhiyyə sektoruna büdcədən yönəldilmiş vəsaitlər isə 6,3 dəfə artıb.
Məlumat üçün bildirək ki, 2007-ci ildə Azərbaycanda ümumi səhiyyə xərclərinin yalnız 25 faizini dövlət ödəmişdi. Dünya Bankının tədqiqatlarına əsasən, 2003-cü ildə bu, 23 faiz olub. Halbuki İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələrdə bu göstəricinin orta səviyyəsi 73 faizdir. Çexiya, Lüksemburq və Slovakiyada əhalinin səhiyyə xərclərinin 90 faizə qədəri, Böyük Britaniyada, İsveç, Danimarka və Norveçdə 85 faizə qədəri, Almaniyada 79, İsveçrədə 58, Fransada 76, İtaliyada 75 faizi dövlət hesabına ödənilir. Səhiyyədə əsasən bazar münasibətlərinin üstünlük təşkil etdiyi ABŞ-da səhiyyə xərclərində dövlətin payı 45 faizə yüksəlib.
Son illər dövlət büdcəsindən səhiyyə sektoruna ayrılan vəsaitlərin həcminin artmasına baxmayaraq, bu sektorda bir sıra problemlər ənənəvi xarakter alıb. Belə ki, səhiyyə xərcləri 2008-ci ildə 332 milyon manat olsa da, səhiyyə xərclərinin ÜDM-də payı 1 faiz ətrafında olmuşdur. Bundan başqa 2008-ci ildə 2007-ci ilə nisbətən 4,4 faizdən 3,9 faizə düşmüşdür. Dünya Bankının son hesablamalarına görə səhiyyə xərclərinin 70 faizini qeyri-rəsmi ödənişlər təşkil edib. Dövlət büdcəsinin payı isə 23 faizdir. Xarici qrantların payı 2, tibbi sığorta isə 5 faizdir. Bu isə o deməkdir ki, hələ də səhiyyə sektorunda qeyri-rəsmi ödənişlər heqemonluq edir. Səhiyyə xidmətlərinin ödənişsiz olması ilə bağlı Səhiyyə Nazirliyinin sərəncamına baxmayaraq hələ də qeyri-rəsmi ödənişlər problemi var. Azərbaycanda hər min nəfərə 7,6, Almaniyada 3,8, Türkiyədə 2,3 çarpayı düşür. Buna baxmayaraq çarpayılardan istifadə əmsalı Avropa ölkələrinə nisbətən xeyli aşağıdır. Belə ki Azərbaycanda çarpayıların 26,1, Almaniyada 89,5, Türkiyədə isə 61,0 faizi istifadə edilir. Bu göstərici MDB üzrə 85,9 faizdir. Dövlət büdcəsindən ayırmalar çarpayıların sayına əsasən hesablandığından bu vəsaitlərin səmərəli bölüşdürülməsinə imkan vermir. 102,6 milyon manatlıq sığorta ödənişlərinin cəmi 0,52 milyon manatı həyat sığortasıdır. Bu isə yalnız əhalinin həyat sığortasına marağının azalması ilə deyil, həmçinin sığorta şirkətlərinin tibb müəssisələri ilə işləyə bilməməsindədir. Bəzi hallarda tibb müəssisələrinin sığorta şirkətlərindən tələb etdiyi məbləğ böyük olduğundan həmin şirkətlər həyat sığortası müqavilələrinin bağlanmasında maraqlı deyillər.
Eyni zamanda Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər tibbi sığorta sistemində yerli vətəndaşlar kimi eyni hüquq və vəzifələrə malikdirlər. Ölkəmizin sığorta bazarı gənc olduğundan burada yüksək inkişaf tempindən danışmaq yerinə düşmür ki, bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Amma dünyanın bir çox ölkələrində sığorta bazarı və bu bazarın kontekstində tibbi sığorta inkişaf edib. Məsələn, ABŞ-da səhiyyə xərclərini maliyyələşdirmək üçün ildə 2 trilyon dollar vəsait xərclənir. Xərclənən vəsaitlərin 44 faizi dövlətdən, 37 faizi isə özəl sığortadan maliyyələşdirilir. Birləşmiş Ştatlarda yaşayan əhalinin 54 faizi iş yerləri vasitəsilə özəl tibbi sığortaya cəlb olunur. Bu ölkədə yaşayanların cəmi 16 faizi sığortalanmayıb.
Ekspertlərin fikrincə, Mərkəzi və Şərqi Avropa, həmçinin keçmiş SSRİ ölkələrində makroiqtisadi vəziyyət səhiyyənin sosial tibbi sığorta yolu ilə maliyyələşdirilməsinə imkan vermir. Qeyri-rəsmi iqtisadiyyatın böyük həcmi, kənd təsərrüfatında məşğul olan işçi qüvvəsinin çoxluğu, işsizliyin yüksək səviyyəsi kimi amillər vəziyyəti daha da gərginləşdirir. Elə məhz bu amillər də sosial tibbi sığortanın bazasını kiçildir.
Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır:
-
Tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək;
-
Tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yarım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək;
-
Profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;
-
İcbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olaraqolan tibbi xidmətdən istifadə etmək;
-
Tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;
-
Sığorta edənə, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;
-
Könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.
Ölkədə tibbi sığorta konsepsiyasının tətbiqi həm əhaliyə göstərilən keyfiyyətli tibbi xidmət, həm də səhiyyəyə ayrılan maliyyə xərclərinin sistemli şəkildə qurulmasını ehtiva edir. Çünki icbari sığortaya görə əmək haqqından ildə nə qədər pul ödənilməsi və bunun müəssisə ilə vətəndaş arasında necə bölünməsi məlum deyil. Ekspertlər bu məqsədlə dünya ölkələrinin təcrübəsindən yararlanmağı tövsiyyə edirlər. Belə ki, Almaniyada tətbiq olunmağa başlayan sistem onu nəzərdə tutur ki, ümumilikdə 13 faiz olmaqla 6,5 faiz vətəndaşlar, 6,5 faiz müəssisələr ödəyir. Fransada isə bu, 19 faizdir. Bəzi dövlət müəssisələri bu pulu özü ödəyir, bəziləri də vətəndaşların əmək haqqından tuturlar.
Ekspertlərin qənaətinə görə, keyfiyyətli tibbi xidmət göstərmək üçün ölkədə səhiyyə xərcləri ümumdaxili məhsulun 6 faizindən az olmamalıdır. Amma Azərbaycanda bu rəqəm xeyli azdır. İcbari sığorta üsulunun tətbiqinə səbəb də budur. Bu üsulun tətbiqi özündə həmçinin müalicənin protokollaşdırılmasını nəzərdə tutur ki, bunun vasitəsilə həkimlərin müalicə prosesinə aid olmayan prosedurlarının qarşısını almağa xidmət edir. Belə ki, əhaliyə göstərilən tibbi xidmətlər şərti olaraq iki hissədən ibarət olacaq. Bunlardan birincisi icbari sığorta, yəni baza zərfinə daxil olan xidmətlər, ikincisi, bunlardan əlavə digər tibbi xidmətlərdir. Baza zərfinə daxil olan xidmətlərin pulunu Nazirlər Kabineti yanında yaradılmış dövlət agentliyi ödəyəcək. Bura həm vətəndaşların sığorta üçün ödədiyi pullar, həm də dövlət büdcəsindən ayırmalar daxil olacaq. İcbari tibbi sığortanın məğzi ondan ibarətdir ki, vətəndaş hər il tibbi sığorta üçün müəyyən məbləğ ödəyir və həmin il ərzində müəyyən tibbi xidmətlərdən pulsuz istifadə edə bilir. Qalan xidmətlərin pulunu isə vətəndaşlar özləri ödəyəcəklər. İstənilən tibb müəssisəsinə müraciət edə biləcək əhaliyə hər iki növ xidmət üçün sığorta vəsiqəsi veriləcək. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığorta edən qarşısında məsuliyyət daşıyır.
Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Tibbi sığorta təşkilatları səhiyyə sisteminə daxil deyil. Tibbi sığorta təşkilatından vergi tutulması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Tibbi sığorta sistemində mülkiyyət formasından asılı olmayaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənəd vermək hüququna malikdirlər.
Bundan başqa 2009-cu ildə sosial ipoteka kreditlərinin verilməsi üçün 16 milyon dollar ayrılıb. 2009-cu ilin büdcəsi cəmi 11 faiz artsa da, səhiyyə xərclərində artım 32 faizdir. 2009-cu ilin büdcə gəlirləri 12 355 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 11 697 830,2 min manat, yerli gəlirləri 479 169,8 min manat, mərkəzləşdirilmiş xərcləri 11 095 178,5 manat, yerli xərcləri 1 259 821,5 manat) səviyyəsində təsdiq edilib. Ümumi dövlət xidmətləri xərcləri 976 959 195,0, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1 441 423,0 min manat, İcabari Tibbi Sığortanın tətbiqi ilə bağlı xərclər 51 111 021,0 min manat təşkil etmşdi. 2008-ci ildə isə tibbi sığortaya 4 milyon manat vəsait ayrılmışdı.
2003-2008-ci illərdə Azərbaycanda ümumi daxili məhsul 4,2 dəfə artaraq 7,2 milyard manatdan 30,4 milyard manata çatmışdır. Adambaşına düşən ÜDM-in həcmi 2003-cü ildə 888 manat olduğu halda, 2008-ci ildə 3554 manat təşkil etmişdir.
Sovet dövründə sığorta məcburi olduğu üçün Azərbaycanda da sığorta ənənələri formalaşmayıb. Bu gün xəstəxanaların əksəriyyətində tibbi sığorta qəbul edilmir. Xüsusən də bu problem dövlət xəstəxanalarında mövcuddur.
Hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizdən çoxu istehlak mallarının alınmasına xərclənir. Digər 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Yerdə qalan vəsait az olduğundan əhali sığortalana bilmir. Digər tərəfdən də əhalinin tibbi sığorta haqqında məlumatı aşağı səviyyədə olmasıdır. Araşdırmalar göstəriri ki, bu gün Avropada, Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin 1/3-ni sığorta və digər bu kimi məsələlər sərf edə bilir. ABŞ-da hazırda ÜDM-in 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm 1 faizə belə çatmır.
İcbari tibbi sığorta müqavilələri üzrə qəbul edilən öhdəliklər könüllü tibbi sığorta müqavilələri üzrə sığorta məsuliyyətinə daxil deyildir. Tibbi sığorta müqavilələri qabaqcadan tibbi arayış olmadan bağlanır. Tibbi sığorta müqavilələri qabaqcadan tibbi arayış olmadan bağlanır. Narkoloji, psixonevroloji, vərəm, onloloki və dəri-zöhrəvi disponserlərdə uçotda olan vətəndaşlar sığortaya qəbul olunmurlar.
Sığorta bazarının inkişaf xüsusiyyətləri
Sığorta bazarının inkişafı ölkə iqtisadiyyatı və ən əsası keçid dövrü iqtisadiyyatları üçün çox böyük əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatında son illərdə baş verən dinamik inkişafın nəticəsi kimi, digər sektorlarla yanaşı sığorta sahəsində böyük irəliləyişlər əldə edilmişdir. Əsas göstərici kimi, sığorta məhsulları bazarında rəqabət mühitinin səviyyəsini artması, təklif edilən xidmətlərin çeşidliyinin təmin edilməsi ilə beynəlxalq təcrübə ölkədə çox məharətlə həyata keçirilir. İndi ölkə ərazisində qyed etdiyimiz kimi 28 sığorta şirkəti fəaliyyət göstərir, əlavə olaraq isə bir təkrarsığorta kompaniyası mövcuddur. Ölkədəki iqtisadi sabitliyin və sığorta bazarı üçün yaranan imkanların nəticəsi kimi, fəaliyyət göstərən sığorta şirkətlərinin nizamnamə kapitalı 2008-ci ildə 79.8 mln manat təşkil etmişdir və keçən ilə nisbətən 23.2% artmışdır.
Baxmayaraq ki, Azərbaycanda sığorta bazarı o qədərdə çiçəklənməyib, ölkə sığorta bazarının xüsusiyyətlərini təhlil etdikdə görmək olar ki, MDB ölkələri içərisində Azərbaycanın sığorta bazarı özünəməxsus inkişaf xüsusiyyətləri ilə seçilir. Baxmayaraq ki, 2008-ci ildə sığorta haqlarının ÜDM-də 0,71 faiz çəkiyə malik olmuşdur, adambaşına düşən sığorta haqlarının 9,17 avro təşkil etməsi, eləcə də son üç il ərzində sığorta bazarının həcmində qeydə alınmış sürətli artım MDB ölkələri ilə müqayisədə Azərbaycanın həm də inkişaf üçün ən potensial ölkələrdən olduğunu təsdiqləyir. Bununla belə, son üç il ərzində ölkədə sığorta haqqları və ödənişlərinin həcmində fərqli dinamika müşahidə olunmuşdur. Bütün bu kimi göstəricilər sığorta kompaniyalarının gələcəkdə tibbi sığorta prosesinin aparılmasında heçbir çətinlik çəkməyəcəklərinin sübutudur.
Şəkil 4. Sığorta haqqları və ödənişlərinin dinamikası, mln manatla Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN)
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ildə ümumilikdə 179,3 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2006-ci ilin analoji göstəricisindən 103%, 2007-ci ilin göstəricisindən isə 21,1% çoxdur. Sığorta ödənişlərinin həcmində isə bu dövr ərzində dəyişkən dinamika qeyd olunmuşdur. Belə ki, sığorta ödənişləri 2006-cı il ilə müqayisədə 2007-ci ildə 15.6% azalaraq 36.8 mln manat səviyyəsinə düşmüşdür. Lakin növbəti il bu göstəricinin həcmi 35,5% artaraq 49,8 mln. manata çatmışdır.
Şəkil 5. Sığorta bazarının həcmi, mln manatla Mənbə: (MN)
Son üç il ərzində siğorta bazarının inkişafı özünü sığorta məhsullarının həcmində göstərmişdir. Maliyyə Nazirliyinin sığorta məhsullarının qruplaşdırılması üzrə apardığı bölgü daxilində, xüsusilə həyat, qeyri-həyat və icbari sığorta məhsulları qruplarında keçən hesabat dövrləri ərzində fərqli dinamikalar müşahidə olunmuşdur.
Cədvəl 1
Sığorta məhsullarının həcminin son illər üzrə dinamikası, mln manatla
Sığorta növləri
|
2006
|
2007
|
artım, %-lə
|
2008
|
artım, %-lə
|
Həyat sığortası
|
0.39
|
2.23
|
471.00
|
1.00
|
-55.15
|
Qeyri-həyat sığortası
|
81.35
|
124.76
|
53.36
|
156.41
|
25.36
|
İcbari sığorta
|
6.59
|
21.01
|
218.81
|
21.84
|
3.80
|
CƏMİ
|
88.33
|
148.00
|
67.55
|
179.25
|
21.11
|
Mənbə: (MN)
Ölkə sığorta bazarının özünəməxsus xüsusiyyətlərindən biri qeyri-həyat sığortasının sığorta məhsulları həcmində aparıcı yerə məxsus olmasıdır. Belə ki, bu illər ərzində bu sığorta məhsulu cəmi sığorta haqqlarının 87-92% xüsusi çəkilərinə malik olmuşdur. Göründüyü kimi, beynəlxalq sığorta təcrübəsindən fəqli tendensiyalar müşahidə olunur. Son illər dünya sığorta bazarında həyat sığortasının aparıcı mövqeləri güclənməkdədir. Bu baxımdan son illər dünya sığorta bazarının 58-60%-ni əhatə edən həyat sığortasının bazar payı daim artım dinamikası göstərir. Ölkə sığorta haqqları həcmində həyat sığortası çox aşağı, əhəmiyyətsiz göstəricilərlə ifadə olunur. Belə ki, 2008-ci ildə bu məhsulun xüsusi çəkisi cəmi sığorta məhsullarının 1%-i həcmində olmuşdur. Bu sığorta məhsulunun zəif xüsusi çəkiyə malik olması ilk növbədə umumilikdə cəmiyyətin, ayrılıqda əhalinin həyat səviyyəsinin inkişaf imkanları, bu sığorta məhsulunun təşviqat imkanlarının zəifliyi və sığorta institutlarının müvafiq inkişaf səviyyəsi ilə əlaqələndirmək olar.
Qeyd etdiyimiz kimi, ölkə sığorta bazarında aparıcı mövqelərə malik məhsul qeyri-həyat sığortasıdır. Bu sığorta məhsulunun həcmi 2006-ci ildəki 81.35 mln manat səviyyəsindən 2008-ci ildə 75.06 mln manat və ya 92.3% artaraq 156.41 mln manat səviyyəsinə qədər artmışdır. Bu sığorta məhsulu 2008-ci ildə ölkə sığorta bazarında cəmi məhsulların 87%-ni təşkil etmişdir.
Şəkil 6. Sığorta məhsullarının dinamikası, mln manatla Mənbə: (MN)
Son illər ərzində ölkə sığorta haqqları bazarının həcmində icbari sığorta məhsullarının xüsusi çəkisinin artım dinamikası müşahidə olunur. Son illər hökumətin sığorta məhsulları bazarının inkişafını sürətləndirmək məqsədilə bir sıra məhsullar üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində atdığı addımlar bu tendensiyanın güclənməsinə kömək etmişdir. Nəticədə icbari sığorta məhsulunun həcmi 2006-cı ildəki 6.59 mln manat səviyyəsindən 231% və ya 15.25 mln manat artaraq, 2008-ci ilə 21.84 mln manat təşkil etmişdir.
Son hesabat illəri ərzində təklif olunan sığorta məhsulları çeşidləri baxımından da genişlənmişdir. Belə ki, əgər 2006-ci ildə ölkə sığorta bazarında təklif olunan və istifadə olunan məhsulların sayı 15-ə yaxın idisə, növbəti il bu göstərici 30-a yaxınlaşmış, 2008-ci ildə isə aktiv satılan məhsulların sayı 35-i keçmişdir. Təklif olunan sığorta məhsulları çeşidinin artması iqtisadiyyatın inkişafı ilə bərabər ölkədə sığorta institutlarının inkişafı ilə də bağlı olmuşdur.
Şəkil 7. 2008-cı ildə sığorta məhsullarının xüsusi çəkiləri, %-lərlə Mənbə: (MN)
Ölkə sığorta bazarında son hesabat ili ərzində könüllü sığorta növləri üzrə yığım 157.4 mln manat təşkil etmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 23.9% çoxdur. Bu sığorta məhsulu qrupunun tərkib hissəsi olan həyatın sığortası üzrə toplam isə 1 mln manat olmuşdur və bu göstərici də əvvəlki ilə nisbətən 2.2 dəfə azdır. İcbari sığorta məhsulları üzrə yığım göstəricisi əvvəlki ilə nisbətən 4% artaraq, 21.84 mln manat təşkil etmişdir. 2008-ci ildə qeyri-həyat siğorta məhsulları qrupunun strukturunda daha yüksək xüsusi çəki avtomobillərin sığortası təşkil etmişdir. Belə ki, son hesabat ilində bu göstərici 56.9 mln manat olmuşdur. Yığımın həcminə görə qeyri-həyat sığorta məhsulları qrupunun strukturunda növbəti yerləri yanğın sığortası təşkil edir. Bu məhsul üzrə yığım 2008-ci ildə 18.5 mln manat təşkil etmişdir. Tibbi sığorta məhsulu üzrə yığım göstəricisi 2008-ci ildə 19.2 mln manat olmuşdur.
Ölkə sığorta bazarının daha dinamik inkişaf edən məhsulları qeyri-həyat sığortası məhsulları qrupuna aiddir. Son hesabat dövrləri ərzində bu sığorta məhsul qrupunun dinamik inkişaf etməsi ölkə sığorta bazarının özünəməxsus tendensiyalarındandır. Bu baxımdan, bu məhsul qrupunun strukturu, daxili elementlərinin inkişaf xüsusiyyətlərinin öyrənilməsi sığorta bazarında mövcud tendensiyaların müəyyənləşdirilməsi baxımından vacibdir. Son hesabat dövrləri ərzində qeyri-həyat sığorta məhsulları qrupuna daxil olan məhsulların strukturu dəyişikliklərə məruz qalmışdır.
Şəkil 9. Qeyri həyat sığortası məhsuları qrupunun 2008-ci ildə strukturu, %-lərlə Mənbə: (MN)
Belə ki, 2006-ci ildə bu sığorta qrupunun strukturunda qəza sığortasının həcmi əhəmiyyətli xüsusi çəkiyə malik olmuş və 57% təşkil etmişdir. Bu məhsul növü kifayət qədər iri xüsusi çəkiyə malik olmaqla bərabər, 2006-ci ildə əvvəlki ilə nisbətən 15% artım göstərmişdir. Bu struktura daxil olan əhəmiyyətli xüsusi çəkiyə malik olan digər məhsul növü yanğın sığortasıdır. Yanğın sığortası məhsulu 2006-ci ildə cəmi qeyri-həyat sığortasının 17%-i həcmində olmuş və 2005-ci ilə nisbətən 16%-lik artım göstərmişdir. Həmin ilin qeyri-həyat sığorta məhsulları qrupunda dığər əhəmiyyətli xüsusi çəkiyə malik məhsullardan biri də tibbi sığortadır. Bu məhsul 2006-ci ildə cəmi qeyri-həyat sığorta məhsullarının strukturunda 12% xüsusi çəkiyə malik olmuşdur.
Şəkil 10. Qeyri həyat sığortası məhsuları qrupunun 2008-ci ildə strukturu, %-lərlə Mənbə: (MN)
Son 2 ill ərzində qeyri-həyat sığortası məhsulları qrupunun tərkibində müəyyən dəyişikliklər olmuşdur ki, bu da siğorta məhsulları bazarının bu seqmentinin özünəməxsus inkişaf tendensiyaları ilə bağlıdır. Belə ki, bir sıra yeni məhsulların yaranması bu qrup daxili xüsusi çəki bölgülərinin dəyişməsinə səbəb olmuşdur. Ölkə sığorta bazarında bu illər ərzində qrupa aid olan mülkü məsuliyyətin sığortası, əmlakın sığortası və yüklərin sığortası kimi yeni məhsullardan faydalanmağa başlanılmışdır. 2008-ci ildə bu məhsullar qeyri-həyat qrupuna aid ümumi satış həcminin 21%-ni əldə edə bilmişlər. Həmin dövr ərzində sığorta bazarına ipoteka və kredit sığortaları kimi yeni məhsullar çıxsa belə, onların illik həcminin az olması əhəmiyyətli xüsusi çəki ilə ifadə olunması imkanlarını məhdudlaşdırmışdır.
Cədvəl 2
Qeyri-həyat sığortası qrupu məhsullarının dinamikası, mln manatla
|
2006
|
2007
|
Əvvəlki ilə
nisbətən %-lə
|
2008
|
Əvvəlki ilə
nisbətən %-lə
|
Qəza sığortası
|
53,560
|
7,687
|
-85.6
|
16,709
|
117.4
|
Tibbi sığorta
|
9,670
|
13,788
|
42.6
|
19,508
|
41.5
|
Yanğın sığortası
|
13,850
|
17,981
|
29.8
|
18,536
|
3.1
|
Nəqliyyat vasitələrinin sığortası
|
3,100
|
47,857
|
1,443.0
|
68,440
|
43.0
|
Yüklərin sığortası
|
|
4,439
|
|
8,506
|
91.6
|
Mülki məsuliyyətinin sığortası
|
|
5,849
|
|
16,595
|
183.7
|
Əmlakın sığortası
|
|
|
|
7,272
|
|
İpoteka və Kreditlərin sığortası
|
|
|
|
868
|
|
Mənbə: (MN)
Qeyri-həyat sığortası qrupu məhsullarının araşdırılması son hesabat illəri ərzində bir sıra məhsullar üzrə dəyişkən dinamikanın olduğunu göstərir.
Son hesabat illəri ərzində dinamik artım tempi göstərən qeyri-həyat sığorta məhsullarından biri də tibbi sığortadır. Bu sığorta məhsulunun həcmi ötən üç il ərzində 9.67 mln manat səviyyəsindən 9.83 mln manat və ya 101.7% artaraq, 19.5 mln manat səviyyəsinə qədər yüksəlmişdir. Tibbi sığorta məhsulunun artım tempi cəmi qeyri-həyat məhsulları qrupunun artım dinamikası ilə eyni olduğundan onun xüsusi çəkisi 2006-cı və 2008-ci illərdə 12% olaraq qalmışdır. Göründüyü kimi bu sığorta məhsulu da sığorta bazarının, ümumiliıkdə cəmiyyətin inkişafı ilə birbaşa bağlıdır, əhali və biznes qrupları arasında tələb olunan məhsullar qrupuna aiddir. Eyni zamanda biznes subyektlərində korporativ idarəetmə standartların və biznes mühitinin inkişafı bu məhsulun gələcək potensialının da perspektivli olmasını söyləməyə əsas verir.
Dostları ilə paylaş: |