Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 3,18 Mb.
səhifə4/5
tarix16.02.2017
ölçüsü3,18 Mb.
#8558
1   2   3   4   5

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu
Bu qanun əhalinin tibbi sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanuna əsasən tibbi sığorta subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bundan başqa tibbi sığorta təşkilatı sabit fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada ehtiyat fondu yarada bilər. Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələrinin və fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin tibbi sığorta sistemində tibbi xidmətlər göstərmək hüququ vardır. Yəni sığorta edilən şəxslərə xidmət göstərmək. Həmçinin qanunvericilikdə tibbi sığorta olunan vətəndaşdan ödəniş istənilmir. Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi arasında razılaşmaya əsasən müəyyən edilir. Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığorta edən qarşısında məsuliyyət daşıyır.

Sosial tibbi sığortanın əsas xüsusiyyətləri aşağıdakılardır:

Vahid və ya dəyişilən dərəcələrə uyğun olaraq sığorta ödənişlərinin həcmi ilə gəlirlərin ölçüsü arasında əlaqə;

Hamı və ya əhalinin əksər hissəsi üçün məcburilik;

Sığorta ödənişi üzrə öhdəliyin işəgötürən ilə muzdlu işçi, yaxud başqa agent arasında bölüşdürülməsi;

Vahid fonda yaxud bir neçə fonda ödənişlər;

Təyin edilmiş üzvlük yaxud sığortaçının seçilməsi;

Ödəyicilər üçün gəlirlərin yuxarı və aşağı hüdudlarının olması.

Könüllü tibbi sığortanın növləri aşağıdakılardır:

Əvəzləyici, tamamlayıcı və ya əlavə;

Kommersiya və qeyri-kommersiya sığortaçıları;

Xidmətin fərdin özü tərəfindən və ya onun işəgötürən tərəfindən alınması;

Ərazi prinsipi və ya qrup prinsipi üzrə fərdi risklərin uçotu.

Özəl tibbi sığortanın da bir neçə növü mövcuddur. Özəl tibbi sığorta fərdin yeganə sığorta ödənişi forması (əvəzləyici sığorta) ola, dövlət səhiyyə sistemindən kənar xidmətlər tam və ya qismən (tamamlayıcı sığorta) ödənilə, nəhayət, istehlakçının seçim imkanlarını genişləndirə və müalicəyə çıxışı (əlavə sığorta) sürətləndirə bilər.


Əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə müəssisələri və təşkilatları arasında yaranan münasibətlər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu (26 iyun 1997-ci ildə qəbul edilib) ilə tənzimlənir. Qanuna əsasən əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır:

əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti;

əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi;

tibbi-sosial yardımın hamı üçün mümkünlüyü;

sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi.

Ümumiyyətlə, Azərbaycanda səhiyyə sistemi keçmiş Sovet İttifaqının son dərəcə mərkəzləşdirilmiş, səmərəsiz planlaşdırma sistemindən miras qalmış əlamətləri özündə saxlamaqda davam edir.


Sovet səhiyyə sisteminin fərqləndirici mühüm cəhətlərindən biri hərtərəfli tibbi xidməti özündə ehtiva etməsi olub. SSRİ öz Konstitusiyasında hər bir vətəndaşın pulsuz tibbi xidmət almaq hüququnu təsbit edən ilk dövlət olub. əlbəttə ki, Konstitusiyada nəzərdə tutulan bu hüquqdan vətəndaşlar heç də tam istifadə edə bilmirdilər: müalicə zamanı ayrı-ayrı xərcləri (məsələn, dərman və tibbi preparatların alınması xərcləri) vətəndaşlar özləri ödəməli idi, lakin burada da bəzi güzəşt qrupları (uşaqlar, təqaüdçülər, hamilə qadınlar, əlillər, müharibə veteranları və s.) müəyyənləşdirilmişdi və onlar həmin xərclərdən azad olunurdu. Həqiqətdə isə göstərilən tibbi xidmətlərə görə vətəndaşların qeyri-rəsmi vəsait ödəməsi kütləvi hal almışdı.
Qeyri-rəsmi ödənişlərin miqyası və ölçüsü barədə məlumatlar məhduddur. Çünki belə ödənişlər qanunla qadağan olduğundan və gizli şəkildə həyata keçirildiyindən onun qeydiyyatını aparmaq çox çətindir. Bu sahədə şəffaflığın olmaması da maliyyələşmə sistemində onun rolunu gerçək şəkildə qiymətləndirməyə imkan vermir. Qeyri-rəsmi ödənişlərin leqallaşdırılması gəlirlərinin bir hissəsinin itirmək riski ilə üzləşən tibb müəssisəsi tərəfindən müəyyən güzəşt və ictimai dəstək tələb edir. Aşağı həyat səviyyəsinə malik ölkələrin təvrübəsi göstərir ki, belə təşəbbüslərin praktiki tətbiqi imkanları milli hökumətlərin səhiyyəni tənzimləmək və onların prioritetliyini müəyyənləşdirmək və ya göstərilən xidmətin spektrini məhdudlaşdırmaq qabiliyyətindən asılıdır.
Bundan başqa Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı adlı dövlət proqramında 2009-2013-cü illərdə səhiyyə sahəsində həyata keçiriləcək tədbirlər əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, Azərbaycan Respublikasında müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verməlidir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması;

əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi;
analar və uşaqlar arasında qidalanmanın və mikro- nutrientlərlə təminatın yaxşılaşdırılması;

tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi;


səhiyyə sektorunun tələblərinə uyğun olaraq tibbi kadr hazırlığının planlaşdırılması və ailə həkimlərinin hazırlanması;

səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi;

rayonlarda yeni səhiyyə müəssisələrinin inşası;

bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sisteminin yaradılması.


MDB ölkələrində səhiyyə sisteminin ümumi görünüşü
Dünya ölkələrinə nəzər yetirsək görərik ki, Mərkəzi və Şərqi Avropa və keçmiş SSRİ ölkələrində qeyri-rəsmi ödənişlər artıq səhiyyənin əhəmiyyətli maliyyələşmə mənbəyinə çevrilib. Bu isə səhiyyədə islahatlara ciddi maneə ola bilər. Qeyri-rəsmi ödənişlər dedikdə, natural ödənişlər və ya rəsmi kanallardan yayınmaqla fərəd və institutlaşmış təchizatçıya gedən nağd vəsaitlər nəzərdə tutulur. Söhbət həkimlərə verilən pullardan, dövlət xəstəxanalarına verilən haqlardan, dövlət maliyyələşməsi hesabına ödənilməli olan dərman və xidmətlərin əvəzinin pasiyentlərin özləri tərəfindən qarşılanmasından gedir.
Qeyri-rəsmi ödənişlər Çexiya istisna olmaqla demək olar ki, bütün Mərkəzi və Şərqi Avropa və keçmiş SSRİ ölkələrində qeydə alınıb və hətta sənədləşdirilib.Qeyri-rəsmi ödənişlər problemi uzun müddətdir ki, bu ölkələrdə narahatlıq doğurur. Bu ölkələrin 7-də səhiyyə əsasən vergi daxilolmaları hesabına maliyyələşdirilir. Bu ölkələr aşağıdakılardır:

Albaniya


Qazaxıstan

Latviya


Moldova

Polşa


Ruminiya

Rusiya


Mərkəzi və Şərqi Avropanın aşağıdakı 6 ölkəsində sosial tibbi sığorta haqları malioyyələşmənin əsas mənbəyidir:

Çexiya


Xorvatiya

Estoniya Macarıstan

Slovakiya

Sloveniya

Qərbi avropanın 4 ölkəsində səhiyyə əsas etibarilə soaial və ya məcburi sığorta haqları hesabına maliyyələşdirilir:

Fransa


Almaniya

Lüksemburq

Niderland

Azərbaycan, Gürcüstan, Tacikistan və Ermənistan ilkin ödəniş sistemi demək olar ki, sıradan çıxıb. Belə ki, bu ölkələrdə səhiyyə əsasən istehlakçıların ciblərindən birbaşa ödənişlər vasitəsilə maliyyələşir.


Büdcədən sosial sahələrin, o cümlədən səhiyyənin maliyyələşdirilməsi “qalıq” prinsipinə əsaslanırdı. Maliyyə çatışmazlığı nəticəsində səhiyyənin maddi-texniki bazasını çevik yeniləşdirmək və kifayət qədər gücləndirmək mümkün olmurdu. Bu isə səhiyyə xidmətlərinin keyfiyyətinin getdikcə aşağı düşməsinə, əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının azalmasına gətirib çıxarırdı. Nəticədə səhiyyə sistemi özünün başlıca funksiyasını - əhalinin sağlamlığının qorunması və yüksəldilməsini təmin etmək vəzifəsini reallaşdırmaq imkanlarını tədricən itirirdi.

MDB ölkələrində səhiyyənin maliyyələşdirilməsinin həcmi SSRİ dağıldıqdan sonra xeyli azalsa da, 2000-ci ildən başlayaraq səhiyyə xərclərinin ÜDM-də payında artım müşahidə edilməyə başlayıb. Dünya Səhiyyə Təşkilatının 2002-ci il məlumatına görə ümumi səhiyyə xərclərinin ÜDM-də payı Moldovada 7, Rusiyda 6,2, Belarusda 6,4, Ermənistanda 5,8, Özbəkistanda isə 5,5 faiz olub. MDB-də ən aşağı göstərici Tacikistanda qeydə alınıb 3,3 faiz. Bu keçmiş SSRİ və Avropa ölkələri arasında ən aşağı səviyyədir. Aşağıdakı dioqramda faizlə göstərilmişdir.


Diaqram 3



Mənbə: Dünya səhiyyə Təşkilatı
MDB ölkələrində ümumi səhiyyə xərclərinin əsas maliyyələşdirilmə mənbələrindən biri dövlət büdcəsidir. 2003-cü ilin məlumatına görə, ümumi səhiyyə xərclərində dövlətin payının yksək olduğu ölkə Belarus 73,9 faiz olmuşdur.

Diaqram 4



Mənbə: Dünya Səhiyyə Təşkilatı
2002-ci ilin məlumatına görə adambaşına düşən dövlət səhiyyə xərclərinin həcminə görə Rusiya bütün MDB ölkələrini qabaqlayır, 84 ABŞ dolları təşkil edir. Ən aşağı xərc isə Tacikistanda müşahidə olunmuşdur, 2 dollar.
Ümumiyyətlə səhiyyə sisteminin normal fəaliyyət göstərməsi, bina və avadanlığın saxlanılması, tibbi kadrların təhsil və ixtisasartırma xərclərinin örtülməsinə, əmək haqqının ödənilməsinə, dərman ləvazimatlarının alınması üçün kifayət qədər vəsaitə malik olmalıdır.

Hazırda dünyanın ayrı-ayrı ölkələrində səhiyyə sistemi müxtəlif mənbələrdən maliyyələşir. Bununla belə səhiyyənin maliyyələşməsi mənbələri əsasən aşağıdakı 4 qrup üzrə təsnifləşdirilir:



  • Büdcədən ödənişlər;

  • Sosial tibbi (icbari) sığorta;

  • Könüllü tibbi sığorta;

  • Əhalinin cibindən birbaşa ödənişlər.

Ayrı-ayrı ölkələrdə yuxarıda adı çəkilən mənbələrdən yalnız birindən istifadə olunmur. Yəni səhiyyə sisteminin maliyyələşdirilməsində bir neçə mənbədən birlikdə istifadə olunur.
Bir sıra ölkələrin təcrübəsində özəl sığorta bazarının məhdudluğu və miqyas artımından yaranan iqtisadi səmərəlilik baxımından səhiyyə sistemində dövlət müəssisələri üstünlük təşkil edir. Demək olar ki, sənaye ölkələrinin çoxunda səhiyyəyə çəkilən xərclərin əksər hissəsi ya hökumət, ya da sosial sığorta müəssisələri tərfindən həyata keçirilir.

Vergi daxilolmaları vasitəsilə maliyyələşdirmə səhiyyə ehtiyaclarını heç də tam ödəmək iqtidarında olan proses deyil. Vergi daxilolmaları hesabına maliyyələşmə zamanı səhiyyə xərclərinin əsas yükü ümumi vergi sisteminin üzərinə düşür. Yüksək gəlirli ölkələrin çoxunda vergi öhdəlikləri ya əhalinin gəlirləri ilə müəyyən dərəcədə proporsionallıq təşkil edir, ya da gəlirlərin artımını qabaqlayır. Vergi daxilomaları hesabına maliyyələşdirmə şimal ölkələrində (Danimarka, Kanada, Finlandiya, İsveç, Böyük Britaniya), həmçinin Cənubu Avropa ölkələrində (İspaniya, İtaliya, Portuqaliya) üstünlük təşkil edir.

Mərkəzi və Şərqi Avropa və keçmiş SSRİ ölkələrindən baş vermiş siyasi və iqtisadi dəyişikliklər bu ölkələrin sosial tibbi sığortaya keçidini sürətləndirdi.
Cədvəl 3

2005-2007-ci illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin funksional istiqamətlər üzrə strukturu (min manatla)



Funksional istiqamətlər



2005


2006




2007


2007-ci ilin layihəsi ilə müqayisəsi

2005-ci ilin icrası

2006-cı ilin icrası

Faiz

Faiz

Səhiyyə xərcləri, cəmi

110942

179143

269546

243

151

Xəstəxanalar

82356

121072

149012

181

123

Poliklinikalar və ambulatoriyalar

20795

33734

44931

216

133

Səhiyyə sahəsində digər xidmətlər

2803

13892

5220

186

38

Səhiyyə sahəsində tədbiqi tədqiqatlar

1094

1692

2323

212

137


Səhiyyə sahəsinə aid edilən digər xidmətlər

3895

8753

68061

1747

778

Mənbə: Dünya Səhiyyə Təşkilatı

Göründüyü kimi səhiyyənin funksional köməkçi bölmələri arasında ən çox artıma məruz qalanı səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə baş verib. 2007-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 5 təşkilat arasında bölünmüşdür.


Respublika Prezidentinin təşəbbüsü ilə son illərdə Səhiyyə Nazirliyi tərəfindən ən vacib sahələr üzrə - “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı”, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”, “Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı” hazırlanmış və Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. 2007-ci il ərzində əhaliyə tibbi xidmət göstərmək üçün 28, əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün isə 31 lisenziya verilmişdir.
Amerika və Avropanın hazırda bütün dünyada tanınan məşhur təkrarsığorta şirkətlərinin çoxu sığorta fəaliyyətinə XVIII-XIX əsrlərdə başlayıb. Həmin şirkətlər XIX əsrdə Bakıda neft hasilatının inkişafı ilə əlaqədar Azərbaycanda öz filiallarını yaratmaqla sığorta işinin əsasını qoyublar. Sovet hakimiyyəti illərində, bütünlükdə maliyyə sektoru ilə birlikdə sığortanın da dövlət inhisarına keçməsi və iqtisadiyyatın strateji sektoru hesab edilməməsi bu sahənin tənəzzülünə gətirib çıxarmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı şəraitində respublikada sığorta işi yeni mərhələyə qədəm qoydu, özəl sığorta şirkətləri yaranmağa başladı. Son on ildə ölkədə iqtisadiyyatının sürətli inkişafı sığorta bazarına da öz müsbət təsirini göstərib. Respublikada kifayət qədər böyük nizamnamə kapitalına malik olan, rəqabətədavamlı sığorta şirkətləri fəaliyyətə başlayıb.
Məlum olduğu kimi, dövlət başçısı “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. 1 milyon 490 min sosial sığorta nömrəsi verilib.
Azərbaycanda sığorta haqları və sığorta ödənişləri
2009-cu ilin birinci yarımili üzrə daxil olmuş sığorta haqları 79,89 milyon manat olmuşdur. Sığorta ödənişləri isə 24,65 milyon manat olmuşdur. Həmçinin 2009-cu ilin 1-ci yarımilliyi üzrə ümumilikdə həyat sığortasının sığorta haqqı 397,99 min manat, sığorta ödənişi 261,77 min manat; şəxsi sığortanın sığorta haqları 15 692,99 min manat, sığorta ödənişləri 7 463,24 min manat ( tibbi sığorta haqları 12 805,82 min manat, sığorta ödənişləri 6 171,84); İcbari sığortanın sığorta haqları 14 354,47 min manat, sığorta ödənişləri 5 772,65 min manat; əmlak sığortası sığorta haqları 49 444,88 min manat, sığorta ödənişləri 11 150,55 min manat; kredit sığortasının sığorta haqları 364,01 min manat, sığorta ödənişləri 213,35 min manat; qarışıq maliyyə risklərinin sığortasının sığorta haqları 5,23 min manat, sığorta ödənişləri 0,00 manat; mülki məsuliyyətin sığortasının sığorta haqları 7 580,31 min manat, sığorta ödənişləri 173,64 min manat təşkil etmişdir. Amma 2008-ci ildə ümmumilikdə sığorta haqları toplam olaraq 179,26 milyon manat, sığorta ödənişləri isə 49,81 milyon manat olmuşdur. 2008-ci ildə tibbi sığortanın sığorta haqları 19 167,29 min manat, sığorta ödənişləri isə 11 143,17 min manat təşkil etmişdir.

Cədvəl 4


Sığorta haqları və sığorta ödənişlərinin dövrlər üzrə

müqayisəli cədvəli
















(mln.manat)

 

2007-ci il

2008-ci il

Artım, %

Azalma, %

 

 

 

 

 

Sığorta haqları

148,00

179,26

21,1

-

o cümlədən:

 

 




 

 

 




 

 

həyat sığortası

2,23

1,00

-

55,2

qeyri-həyat sığortası

124,76

156,41

25,4

-

icbari sığorta

21,01

21,85

4,0

-

Sığorta ödənişləri

36,77

49,81

35,5

-

o cümlədən :

 




 

 

 

 




 

 

həyat sığortası

0,24

0,39

62,5

-

qeyri-həyat sığortası

28,97

38,92

34,3

-

icbari sığorta

7,56

10,50

38,9

-

Mənbə: www.sigorta.maliyye.gov.az
2009-cu ilin yanvar-fevral ayları üzrə tibbi sığorta haqları 4 520,78 min manat, sığorta ödənişləri isə 1 739, 72 min manat olmuşdur.
Sığorta-vergi münasibətlərinin hüquqi tərəflərinə nəzər salaq. Sığorta gəlirli fəaliyyət növüdür və sığortalanma prosesində həm sığorta təşkilatı, həm də sığortalı (həm fiziki, həm də hüquqi şəxslər) müəyyən gəlir əldə edir. Bundan əlavə, sığorta təşkilatları ehtiyat sığorta fondlarına ayırmalar edirlər ki, bu da gəlirdən çıxılan xərclərin vergi qanunvericiliyinə müvafiq surətdə tənzimlənməsi məsələlərinə aiddir. Sığorta zamanı gəlirin dəqiqləşdirilməsi və onun hansı növ gəlirə aid edilməsinin aydınlaşdırılması bu işin əsas tərəflərindən biridir. Digər tərəfdən, sığorta işinin vergiyə cəlb edilməsi və vergi güzəştləri VM-ə və beynəlxalq təcrübəyə uyğun olaraq diqqətli hüquqi yanaşma tələb edir.
Sığortaçılara və sığortalılara münasibətdə vergi qanunvericiliyi fərqlidir. Belə ki, Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığortalının ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq muzdlu işə aid olmayan - qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edilir və bu gəlir VM-in 123-cü maddəsinə əsasən, ödəmə mənbəyində 10% dərəcə ilə vergiyə cəlb olunur.
Tutaq ki, sığortalı sığorta təşkilatına (sığortaçıya) 2 mln. manat məbləğində sığorta haqqı ödəyib. Hər hansı hadisə nəticəsində sığortalıya 3 mln. manat zərər dəyib. Müqaviləyə əsasən, sığortaçı sığortalıya 5,5 mln. manat ödəməyi öhdəsinə götürür. Sığortalı aldığı sığorta ödənişinin nəticəsində 500 min manat gəlir əldə etmiş sayılır. Həmin məbləğdən isə sığorta verən təşkilat ödəmə mənbəyində 50 min manat vergi tutmalı və büdcəyə ödənilməsini təmin etməlidir.
Sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natural şəkildə ödənilmiş vəsaitin məbləği gəlir vergisindən azaddır. Bundan əlavə, sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa alınmış sığorta ödənişləri mənfəət vergisindən azaddır. Göründüyü kimi, sığorta ödənişləri ilə sığorta haqları arasındakı fərqin vergidən azad edilməsi nəzərdə tutulmayıb. Yuxarıda da qeyd edildiyi kimi, həmin fərq ödəmə mənbəyində vergitutma obyektidir.
Azərbaycanda milli sığorta bazarı 1992-ci ildən etibarən formalaşmağa başlayıb. Əvvəllər sığorta fəaliyyəti müstəsna olaraq dövlətin inhisarında idi və sığorta əməliyyatları yalnız bir təşkilat - Dövlət Sığorta Agentliyi tərəfindən həyata keçirilirdi. Müstəqillik əldə edildikdən sonra, 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti yaradıldı. Hazırda isə Azərbaycan bazarında çoxlu sayda özəl yerli və xarici sığorta şirkətləri fəaliyyət göstərir. Onların fəaliyyəti "Sığorta haqqında" Qanunla tənzimlənir. Sığorta zamanı vergi münasibətlərinə toxunmazdan əvvəl sığortanın mülki-hüquqi aspektlərinə nəzər yetirək. Mülki Məcəllədə sığortanın ümumi olaraq 2 forması nəzərdən keçirilir: zərərdən sığorta və fərdi qəza (həyat) sığortası. Sığorta müqaviləsi sığorta obyektinin mahiyyətinə uyğun olaraq bağlanılır. Zərərdən sığorta müqaviləsinə görə sığortaçı sığorta haqqı müqabilində sığortalanmış əmlaka dəymiş zərərin əvəzində sığortalıya şərtləşdirilmiş hədd daxilində sığorta ödənişi verməyi öhdəsinə götürür. Həyat sığortası müqaviləsinə görə isə sığortaçı bu cür ödənişi sığortalının özünün və ya müqavilədə adı çəkilən başqa şəxsin müəyyən yaşa çatdığı, vəfat etdiyi, sağlamlığına zərər dəydiyi və ya başqa sığorta hadisəsinin baş verdiyi təqdirdə bir dəfəyə və ya vaxtaşırı həyata keçirməyi öhdəsinə götürür.
Bəzi sistemlərdə sosial tibbi sığortadan istifadə hüququ məşğulluq və ya üzvlük haqlarının ölçüsündən asılıdır. Bu, işləməyən əhalinin, qocaların, o cümlədən maddi asılı şəxslərin tibbi xidmətə çıxışını məhdudlaşdıra bilər. Soaial tibbi sığorta işləyən əhalinin üzvlük haqlarından asılı olaraq dar gəlir bazasına malik olduğundan, məşğulluq səviyyəsi aşağı olan ölkəərdə kifayət qədər gəlir əldə etmək imkanları məhdud olur. Sosial tibbi sığorta əhalinin bütün işləyən təbəqələri üçün məcburi olmadıqda işəgötürənlər üçün mənfi stimul yarada bilər. Bununla da işəgötürənlər işçini minimumdan aşağı ödənilən işə götürə və ya işəgötürmə funksiyasını kölgə sektorunda yeni iş yeri yaradan subpodratçıya verə bilərlər. Belə təcrübə sosial tibbi sığorta yenicə tətbiq edilən Mərkəzi və Şərqi Avropa və keçmiş SSRİ ölkələri üçün xarakterikdir. Belə ki, əlverişsiz iqtisadi mühitlə üzləşən işəgötürənlər sosial tibbi sığorta haqlarından yayınmaq üçün əmək haqqı xərclərini azaltmağa çalışırlar.
Sığorta fəaliyyəti öz iqtisadi mahiyyətinə görə bank fəaliyyətinə yaxındır. Buna görə də çox vaxt sığorta təşkilatlarını bank və pensiya fondları ilə eyniləşdirirlər. Çünki sığorta təşkilatları da müxtəlif fiziki və hüquqi şəxslərdən ehtimal olunan maddi zərərin ödənilməsi üçün vəsait qəbul edir və sonra bu vəsaiti investisiyaya yönəldirlər. Lakin sığorta təşkilatlarında vəsaitin cəlb edilməsinin müxtəlif yolları var və bunu ayrı-ayrı sığorta proqramları vasitəsilə həyata keçirirlər.
Qeyd edək ki, 2006-cı ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Dünya Bankı Azərbaycan arasında səhiyyə sektoru islahatları layihəsi imzalanıb. Bu layihənin toplam dəyəri 86,75 milyon ABŞ dollarıdır və bu layihənin 6 ilə reallaşdırılması nəzərdə tutulur. Layihənin reallaşdırılması üçün Dünya Bankı 50 milyon, Azərbaycan hökuməti 28,5 milyon, ABŞ-ın Beynəlxalq İnişaf Agentliyi 8 milyon, UNİCEF 470 min, Ümumdünya Səhiyyə Təşkilatı isə 35 min dollar vəsait ayrılması nəzərdə tutulmuşdu.

İEOÖ tibbi sığorta sisteminin zəif inkişaf etməsinin səbəbləri:



  • Əhali gəlirlərinin nisbətən aşağı səviyyəyə malik olması;

  • Korporativ sektorda maliyyə şəffaflığının zəif olması;

  • Sığorta sisteminin o cümlədən icbari tibbi sığorta sisteminin hüquqi-normativ bazasının təkmil olmaması;

  • İnstitusional mexanizmin kompleks, eyni zamanda tam səmərəli idarəetməyə imkan verməməsi və s.


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin