Ülviyyə VAHİDQIZI, “Xalq qəzeti”
Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasında
növbəti oyun olmuşdur. Altınci tura təsadüf edən bu görüşdə “Azərreyl”
voleybolçuları “Azəryol”la qarşılaşmış və mübarizənin taleyini üç hissədə öz
xeyirlərinə həll etmişlər—3:0.
Bu qələbə “Azərreyl”ə turnir cədvəlində
“Telekom”u birinci mövqedən sıxışdırmaq
imkanı vermişdir. Lider 7 oyunda 16 xal top-
lamışdır. İkinci pillədə irəliləyən “Telekom”un
15 xalı var (6 görüşdən sonra). Üçüncü yeri isə
10 xalla “Azəryol” tutur.
Xatırladaq ki, Superliqanın bugünkü
liderləri artıq Çempionlar Liqasında da çııxışla-
rına başlamışlar. “Azərreyl” qrup mərhələsinin
ilk görüşündə Polşanın “Tauron” komandasına
qalib gəlmiş – 3:1, “Telekom” isə İtaliyada
“Konelyano” klubuna məğlub olmuşdur – 0:3.
Təmsilçilərimiz Çempionlar Liqasında
ikinci turun görüşlərini gələn il keçirəcəklər.
“Azərreyl” yanvarın 11-də İstanbulda
“Fənərbaxça”nın qonağı olacaq, “Telekom” isə
bundan bir gün əvvəl Bakıda Polşanın “Çemik
Polis” klubunu qəbul edəcək.
Dostları ilə paylaş: |