Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə



Yüklə 3,2 Mb.
Pdf görüntüsü
səhifə62/65
tarix30.12.2021
ölçüsü3,2 Mb.
#20393
1   ...   57   58   59   60   61   62   63   64   65
Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Rusiya, Türkiyə və İran  

XİN rəhbərləri görüşüb 

 

ˆ

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Moskvada görüşüblər. 



Üçtərəfli görüşdə XİN rəhbərlərinin əsas müzakirə mövzusu Suriya 

münaqişəsinin nizamlanması olub. Bu barədə RİA “Novosti”  məlumat yayıb.

Mənbə qeyd edir ki, əvvəlcə  Sergey Lavrov-

la Mövlud Çavuşoğlu arasında görüş keçirilib. 

Nazirlər Ankarada qətlə yetirilən səfir Andrey 

Karlovun xatirəsini yad ediblər. Sergey Lavrov 

səfirin qətlinə dərhal münasibət göstərdiklərinə  

görə Türkiyə tərəfinə təşəkkür edib. “Bu terror 

hadisəsinə qısa zamanda aydınlıq gətiriləcəyinə 

inanırıq və baş verən hadisə bir daha onu göstərir 

ki, terrorçuluğa qarşı daha israrlı mübarizə apar-

malıyıq”, – deyə S.Lavrov bildirib.

XİN-in rəhbərlərinin görüşü zamanı Suriya 

böhranının həlli ilə bağlı ortaq bəyannamə qəbul 

edilib. Bu barədə S.Lavrov  türkiyəli həmkarı 

Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd 

Cavad Zəriflə üçtərəfli görüşdən sonra məlumat 

verib. O deyib: “Suriyada son zamanlar baş 

verən hadisələr diqqət mərkəzindədir. Bizim 

ortaq fikrimiz Suriyanın suverenliyinə dəstək 

ifadə etməkdir. Münaqişə hərb yolu ilə həll 

ola bilməz. Münaqişənin alternativi olmadan 

siyasi-diplomatik yolla həllinə tərəfdarıq. Biz 

bu məsələnin həlli üçün BMT-nin Təhlükəsizlik 

Şurasının 2254 saylı qətnaməsini dəstəkləyirik”.

Nazirlər beynəlxalq ictimaiyyətin bü-

tün üzvlərini Suriyaya dəstək göstərməyə 

səsləyiblər. 

İranın XİN-in rəhbəri M.C. Zərif  Rusiya və 

Türkiyənin Hələbdəki birgə səylərini  alqışla-

yıb. Nazirlər Suriyaya göstərilən dəstəyə görə, 

Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Ümum-

dünya Səhiyyə Təşkilatına minnətdarlıqlarını 

bildiriblər. Üçtərəfli formatda görüş münaqişənin 

həlli ilə istiqamətində ən optimal yoldur, – deyə 

mətbuat konfransı zamanı bildirilib.

Görüşdə suriyalıların maneəsiz humani-

tar yardımla təchizi, ərazidə əhalinin sərbəst 

hərəkətinin təmini məsələləri də müzakirə edilib. 

ABŞ Dövlət Departamentinin nümayəndəsi 

Con Kirbi bu görüş haqqında sualları cavab-

landıraraq deyib: “Biz diplomatik  fəallığımızı 

itirməmişik . Rusiya, Türkiyə, İran XİN 

rəhbərlərinin Moskvada Suriya məsələsinin 

müzakirəsi o demək deyil ki, ABŞ artıq liderliyini 

itirib. ABŞ sülh nizamlanmasında istənilən səyləri 

dəstəkləyir, lakin tərəflər danışıqların nəticəsini 

kağız üzərində təsdiqləməkdənsə, daha çox prak-

tikada reallaşdırılmasına səy göstərməlidirlər”. 




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin