Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti



Yüklə 378,56 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü378,56 Kb.
#49558
  1   2   3   4
Pedaqoji texnologiyalar- Sərbəst iş


Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universiteti



Fakultə: Magistratura və Doktorantura

İxtisas: Məktəbəqədər təlim və tərbiyənin metod və metodologiyası

Fənn: Müasir təlim texnologiyaları

Mövzu:Müasir təlimdə inkişafetdirici mühit uşaqların idrakını inkişaf etdirmək vasitəsi kimi

Müəllim: P.ü.f.d., Dos.Pərişan Həsənova

Tələbə: Xanım Dadaşeva

Bakı-2021

Giriş


  1. Müasir təlimdə inkişafetdirici mühitin formalaşdırılması

  2. İnkişafetdirici təlimin növləri

  3. İnkişafetdirici təlimin prinsipləri

Nəticə

Ədəbiyyat siyahısı



Giriş

Gün keçdikcə qloballaşan dünyamızda yeni ixtiraların, kəşflərin sayı durmadan artmaqdadır. Bütün bu və ya digər yeniliklərin baş verməsi bütün sahələrdə öz əksini taparaq dövrün tələbləri ilə uzlaşma tələb edir ki, bu təhsil sahəsindən də yan keçmir. Bu səbəblə,təlim anlayışı daha modern bir məzmunu ehtiva etməyə başlayıb: Müasir təlim

Müasir təlim öyrənmə prosesini daha sağlam, daha faydalı bir prosesə çevirərək təlim nəticələrinə çatmağı hədəfləyən bir müddət hesab edilə bilər.

Müasir təlim prosesində inkişafetdirici təlim mühitinin formalaşdırılması zəruri hesab edilən amillərdəndir. Məktəbəqədər təhsilin inkişafı üçün çoxkomponentli təhsil mühiti yaradılmalıdır. İnkişafetdirici təhsil mühitinin bu günün tələblərinə müvafiq qurulması, böyüklərlə qarşılıqlı əlaqənin yaradılması, həmyaşıdlarla qarşılıqlı münasibətlərin qurulması, uşaqda dünyaya və özünə münasibətin yaradılması vacib məsələlərdəndir. Yaradılan inkişafetdirici mühit uşaqların inkişafını,fiziki və əqli sağlamlığının qorunmasını təmin etməlidir. Belə mühitdə müvafiq vəsaitlər, əşyalar, obyektlərdən oyun zamanı uşaqların fiziki, estetik,idraki və sosial inkişafını təmin etmək üçün istifadə edilir.

Uşaqlar dərin və mükəmməl biliklərə yiyələnməlidirlər. Təlim prosesinin öyrədici və inkişafetdirici formada təşkil edilməsinin rolu bu cəhətdən danılmazdır.

İnkişafetdirici təhsil mühitində təlim bu günün tələblərinə müvafiq qurulmalıdır. Böyüklərlə qarşılıqlı əlaqə yaradılmalı, həmyaşıdlarla qarşılıqlı münasibətlər formalaşdırılmalıdır. Uşaqda dünyaya və özünə münasibətin yaradılması da bu aspektdə vacib məsələlərdən hesab edilir. Yaradılan öyrədici mühit uşaqların inkişafını, fiziki və əqli sağlamlığının qorunmasını təmin etməlidir.




  1. Yüklə 378,56 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin