Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


Müasir təlimdə inkişafetdirici mühitin formalaşdırılması



Yüklə 378,56 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü378,56 Kb.
#49558
1   2   3   4
Pedaqoji texnologiyalar- Sərbəst iş

Müasir təlimdə inkişafetdirici mühitin formalaşdırılması

Müasir məktəbəqədər pedaqoji elm və təcrübənin ən mühüm vəzifələri uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı, təlim və tərbiyə prosesinin humanistləşdirilməsi və gücləndirilməsi məsələləridir.Məktəbəqədər müəssisələrdə təhsil mühitinin inkişaf etdirilməsi standartların həyata keçirilməsində əsas amil hesab olunur. Bu zaman fəaliyyət əsasdır və o, psixikanı qurur. Fəaliyyətsizlik şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir və imkanları məhdudlaşdırır. Bir çox alim şəxsiyyətin inkişafında fəaliyyət və fəaliyyətsizlik haqqında fikirlər bildirmişdir. Məsələn, A.V.Zaporojes fəaliyyəti yüksək dəyərləndirir və fəaliyyəti uşaqların zehni inkişafının zənginləşdirilməsi kimi izah edirdi.

J. J. Russoya görə şəxsi inkişaf üçün ətraf-mühit əsas şərtlərdən hesab edilir. Onun fikrincə səmərəli təlim üçün elə bir təlim mühiti formalaşdırmaq lazımdır ki, şagirdlərin ehtiyac və tələbatları balanslaşdırılsın.Təlimin qarşıya qoyduğu vəzifələrin və prinsiplərin həyata keçirilməsi təlim-tərbiyə prosesinə təsir edən amillərdən və şərtlərdən, məhz öyrədici mühitdən əhəmiyyətli dərəcədə asılıdır. Uşağı əhatə edən şəraitin onun dərk etmək tələbatına, maraq və problemlərinə nə dərəcədə istiqamətlənmiş olması tədris prosesinə münasibətilə çox əlaqəlidir.

İnkişafetdirici təlim mühiti uşaqların təfəkkür, sosial, emosional, fiziki və yaradıcı inkişafına böyük təsir göstərir. Fiziki və psixoloji baxımdan təhlükəsiz və həvəsləndirici mühit yaradılaraq uşaqların müstəqil və qrup fəaliyyətləri, oyunlar, müxtəlif vasitələr və böyüklərlə qarşılıqlı əlaqə vasitəsilə inkişafı dəstəklənir.

İnkişafetdirici mühit:

- Uşaqların fiziki və psixi sağlamlığının qorunması və möhkəmləndirilməsinə təminat verir

- Uşaqların emosional rifahını təmin edir

- Pedaqoji işçilərin peşəkar inkişafına kömək edir

- Dəyişən variativ məktəbəqədər təhsil üçün şərait yaradır

- Məktəbəqədər təhsilin açıqlığını təmin edir

- Valideynlərin (qanuni nümayəndələrin) təhsil fəaliyyətində iştirakına şərait yaradır.

Təhsilləndirici mühit uşaqların inkişafına şərait yaradır. Təhsil mühitinin bütün komponentləri bir-birilə bağlıdır və bir-birindən asılıdır:

1. Məktəbəqədər təhsil müəssisəsinin təhsilləndirici mühitinin strukturunda böyük əhəmiyyət kəsb edən təlim prosesində iştirakçıların qarşılıqlı əlaqəsi vardır. Qarşılıqlı əlaqə məktəbəqədər təhsil müəssisəsinin kollektivinin peşəkar səriştəsindən asılıdır. Kollektivin yaradıcılıq və innovasiya fəaliyyətinə hazır olması, uşaqlar və onların valideynləri ilə qarşılıqlı əlaqədə kommunikativ qabiliyyətlərin təzahürüdür. Nəticədə, təkcə hər bir uşağın deyil, həm də tərbiyəçi-müəllimin peşəkar və şəxsi inkişafı baş verir.

2. İnkişafetdirici mühit - xüsusi təşkil olunmuş məkanla təmsil olunan təhsilləndirici mühitin bir hissəsidir. Hər hansı bir yaş qrupu üçün əşya-məkan mühitinin yaradılması və öyrədici mühitin müasir formada dizaynı zamanı yaş qrupunun psixoloji xüsusiyyətləri nəzərə alınmalıdır.

3. Məktəbəqədər təhsil müəssisəsinin təhsil mühitinin növbəti komponenti məktəbəqədər təhsilin məzmununun mənimsənilməsidir. Məktəbəqədər təhsilin məzmunu aşağıdakılarla müəyyən edilir:

- Dövlət təhsil standartları;

- Məktəbəqədər müəssisə tərəfindən işlənib hazırlanan əsas təhsil proqramı;

- Məktəbəqədər təhsil müəssisəsinin qrup uşaqlarının yaş və fərdi inkişafının xüsusiyyətləri.

Təhsil məkanının inkişaf edən təhsil mühiti kimi çıxış etməsi üçün ona daxil edilən komponentlərin qarşılıqlı təsiri zamanı müəyyən xüsusiyyətlər əldə edilməlidir:

- Təhsil strukturlarının şəxsiyyət, ətraf mühit və cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq sürətlə yenidən qurulma qabiliyyətini ifadə edən çeviklik;

- Daxil edilən elementlərin fəaliyyətində qarşılıqlı fəaliyyət və ardıcıllıq vasitəsilə ifadə olunan davamlılıq;

- Əhalinin təhsil xidmətlərinə olan tələbatına uyğun olaraq inkişaf mühitinin dəyişilməsini nəzərdə tutan variativlik;

- Ona daxil edilən strukturların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi vasitəsi ilə tərbiyə məsələlərinin həllini təmin edən inteqrasiya;

- Təhsilin bütün subyektlərinin idarəetmədə geniş iştirakı, təlim, tərbiyə və qarşılıqlı fəaliyyət formalarının demokratikləşdirilməsini nəzərdə tutan açıqlıq.

Məktəbəqədər təhsildə inkişafetdirici təlimin 2 tipi mövcuddur:



  1. Daxili- məktəbəqədər təhsil müəssisəsinin və qrupun daxili mühiti

  2. Xarici- məktəbəqədər təhsil müəssisəsinin həyətyanı sahəsi




  1. Yüklə 378,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin