Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti


İnkişafetdirici təlimin prinsipləri



Yüklə 378,56 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü378,56 Kb.
#49558
1   2   3   4
Pedaqoji texnologiyalar- Sərbəst iş

İnkişafetdirici təlimin prinsipləri

Alimlər inkişafetdirici təlimin bir sıra prinsiplərini işləyib hazırlamışlar. Bu prinsiplər uşaqların ümumi inkişafına istiqamətlənərək biliklərin formalaşmasına xidmət göstərir. Həmin prinsiplər bunlardır:

  1. Təlimin əvvəlində nəzəri biliklərin aparıcı rolu prinsipi

  2. Yüksək çətinlik səviyyəsində təlim prinsipi

  3. Sürətli templə təlim prinsipi

  4. Uşaqlar tərəfindən öyrənmə prosesinin dərk edilməsi prinsipi

  5. Uşaqların ümumi inkişafı üzrə aparılan məqsəd yönlü və ardıcıl iş

Yüksək çətinlik səviyyəsində təlim prinsipi xüsusi əhəmiyyətli hesab edilir. Təlimin məzmun və metodikası elə təşkil olunur ki, təlim materialı tam mənimsənilsin və aktiv dərketmə fəaliyyəti təmin edilsin. Bu prinsipcə uşağın biliklər sistemi və dünyagörüşü yeni və köhnə məlumatlar əsasında zənginləşdirilməlidir. Uşaqlar öz təşəbbüslərini şüurlu surətdə dərk etməlidirlər.

Sonuncu təlim prinsipinə görə uşaqlar üzərində iş məqsədyönlü və sistemli şəkildə aparılmalıdır. Təlim prosesində yalnızca güclü uşaqlarla deyil, həmçinin zəif uşaqlar üzərində də ümumi inkişafa nail olmaq gərəklidir.

Müəllim təlimdə inkişafetdirici təlim mühitini formalaşdırarkən uşaqların təfəkkür və yaş xüsusiyyətlərini nəzərə almalıdır.




Nəticə

Nəticə etibarilə, müasir məktəbəqədər pedaqoji elm və təcrübənin ən mühüm vəzifələrinin uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı, təlim və tərbiyə prosesinin humanistləşdirilməsi və gücləndirilməsi məsələlərinin olduğu qənaətinə gəlirik.

Məktəbəqədər müəssisələrdə təhsil mühitinin inkişaf etdirilməsi standartların həyata keçirilməsində əsas amil hesab olunur. İnkişafetdirici təlim uşaqların potensial imkanlarına yönəldilmiş təlim prosesi və onun reallaşdırılması hesab edilir.

İnkişafetdirici təlim mühiti uşaqların maraqlarının müxtəliliyinə uyğun qurulması, həmçinin onların rahatlığına şərait yaratması baxımından uşaq şəxsiyyətinin özünüinkişafını yaradıcı formada şərtləndirir və şəxsiyyətin mükəmməl formada inkişafını təmin edir.



İnkişafetdirici təlim “yaxın inkişaf” zonası yaradır,stimullaşdırır,psixi halların daxili proseslərini hərəkətə gətirir. İnkişaf üçün aktual inkişaf sferası ilə yaxın inkişaf zonası arasında sərhədi aradan qaldırır.İnkişafetdirici təlimin əzbərləməyə əsaslanan reproduktiv təlimlə ümumi heç bir əlaqəsi yoxdur. Bu cür təlimdə uşaqlar yalnız bilik, bacarıq,vərdişlərə yiyələnmir,həm də onları müstəqil əldə etmək üsullarını öyrənirlər. Onlarda təfəkkür, təxəyyül, diqqət,yaddaş və iradə inkişaf edir.

Ədəbiyyat siyahısı

  1. https://www.bradley.edu/sites/it/departments/ldt/it-tools/sakai/principles/active-learning/

  2. https://www.nyu.edu/faculty/teaching-and-learning-resources/strategies-for-teaching-with-tech/best-practices-active-learning/steps-to-creating-an-active-learning-environment.html

  3. https://www.teachearlyyears.com/learning-and-development/view/encouraging-active-learners

  4. Əhmədov H.H. Pedaqogika dərslik. Bakı,“Elm və təhsil”,2016.455 səh.

Yüklə 378,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin