Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 160. Müəssisənin təqdim edilməsi



Yüklə 212,08 Kb.
səhifə144/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   140   141   142   143   144   145   146   147   ...   197
VM2017

Maddə 160. Müəssisənin təqdim edilməsi

160.1. Müəssisənin və ya müəssisədə müstəqil fəaliyyət göstərən bölmənin bütün aktivlərinin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır.

160.2. Bu Məcəllənin 160.1-ci maddəsində göstərilən halda müəssisəni (müəssisədə müstəqil fəaliyyət göstərən bölməni) alan və ya qəbul edən şəxs təqdim edənin bu fəsildə göstərilən və təqdim edilən müəssisəyə (müəssisədə müstəqil fəaliyyət göstərən bölməyə) aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Bu müddəa müəssisəni (müəssisədə müstəqil fəaliyyət göstərən bölməni) təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

160.3. Bu maddə yalnız o halda tətbiq edilir ki, müəssisənin (müəssisədə müstəqil fəaliyyət göstərən bölməni) təqdim edən və alan (qəbul edən) tərəflər təqdim edilmədən sonra 10 gündən gec olmayaraq bu maddənin müddəalarının tətbiq edilməsi üçün vergi orqanına yazılı məlumat vermiş olsun.




Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin