Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Zonalar Bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi



Yüklə 212,08 Kb.
səhifə192/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   189   190   191   192   193   194   195   196   197
VM2017

Zonalar

Bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyihabelə torpaq sahəsinin yerləşdiyi)  ərazi üzrə əmsal

1

4,0

2

3,0

3,4

2,2

5,6

1,8

7,8,9

1,5

10,11,12

1,2

220.8.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;

220.8.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;

220.8.4. digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5.

220.8-1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

220.8-2. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqları təqdim edən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsinin ikinci abzası ilə hesablanmış məbləğə Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində 1,5 əmsal, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsal, Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsal və digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsal tətbiq edilməklə hesablanır.

220.9. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

220.10. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün  sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin