Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 105. Verginin dərəcələri



Yüklə 212,08 Kb.
səhifə101/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   97   98   99   100   101   102   103   104   ...   197
VM2017

Maddə 105. Verginin dərəcələri

105.1. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.

105.2. Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) bu Məcəllənin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur.

Maddə 106. Azadolmalar və güzəştlər

106.1. Vergidən azaddır:

106.1.1. xeyriyyə təşkilatlarının gəliri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;

106.1.2. qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;

106.1.3. beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri — sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;

106.1.4. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri (sahibkarlıq fəaliyyətindən gəlir istisna olmaqla);



106.1.5. Azərbaycan Respublikasının Mərkəzi Bankının, onun qurumlarınınmaliyyə bazarlarına nəzarət orqanının, icbari tibbi sığorta xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun gəlirləri;

106.1.6. alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa);



106.1.7. Sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa.

106.1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

106.1.9. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin qərarı ilə onun özünün və onun tam mülkiyyətində olan rezident törəmə müəssisələrinin birinin balansından digərinin balansına əvəzsiz olaraq verilən aktivlərin dəyəri;

106.1.10. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən bir hüquqi şəxsin balansından əvəzsiz olaraq digər şəxsin balansına verilmiş əsas vəsaitlərin dəyəri;

106.1.11. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar;

106.1.12. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi;

106.1.13. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye, yaxud texnologiyalar parklarında fəaliyyətdən əldə etdikləri gəlir — qanunvericiliyə uyğun olaraq sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq — 7 il müddətinə;

106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə;

106.1.15. körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

106.1.16. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya;

106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə.

106.2. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.

Bu güzəştlərin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər daxil edilmir.

106.3. Azərbaycan Respublikasının regionları üzrə müəssisələr bu Məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulan vergi dərəcəsi ilə hesablanmış mənfəət vergisini aşağıdakı miqdarda ödəyirlər:

106.3.1. Gəncə, Sumqayıt, Mingəçevir və Əli-Bayramlı şəhərlərində (həmin şəhərlərin tabeliyində olan qəsəbələr də daxil olmaqla) — 80 faiz;

106.3.2. dağ rayonlarda və Naxçıvan Müxtar Respublikasında — 40 faiz;

106.3.3. digər rayonlarında (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) — 60 faiz.

106.4. Bu maddədə göstərilən fəaliyyət növləri ilə məşğul olan müəssisələr bu Məcəllənin 105.1-ci maddəsində nəzərdə tutulan vergi dərəcəsi ilə hesablanmış mənfəət vergisini aşağıdakı miqdarda ödəyirlər:

106.4.1. turizm fəaliyyəti üzrə — 80 faiz;

106.4.2. sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, əl üsulu ilə xalçaçılıq, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət üzrə — 40 faiz.

106.5. Müəssisənin bu Məcəllənin 106.2-106.4-cü maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, ona güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

106.6. Müəssisəyə bu Məcəllənin 106.3-cü və 106.4-cü maddələrində nəzərdə tutulmuş güzəştlər yalnız o halda verilir ki, vergi ödəyicisi istehsal sahələri, daşınmaz əmlakı və işçi qüvvəsi ilə güzəşt verilən ərazilərdə fəaliyyət göstərmiş olsun. Güzəşt hüququ olan müəssisənin güzəşt şamil edilən mənfəətdən başqa digər fəaliyyəti də olduqda, o, güzəştə düşən və güzəşt hüququ olmayan fəaliyyət növləri üzrə uçotu ayrı-ayrılıqda aparır. Əks halda güzəşt tətbiq edilmir.

106.7. Bu Məcəllənin 106.3.1, 106.3.2 və 106.3.3-cü maddələrində göstərilmiş şəhər və rayonlarda vergi uçotuna alınmış, lakin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən şəxslərə Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcəsi tətbiq edilir.

106.8. Dağ rayonlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin