Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 198. Vergi dərəcələri



Yüklə 212,08 Kb.
səhifə175/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   171   172   173   174   175   176   177   178   ...   197
VM2017

Maddə 198. Vergi dərəcələri

198.1. Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:

198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə):

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

198.1.2. su və hava nəqliyyatı vasitələrinə görə:

198.1.2.1. su nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat;

198.1.2.2. hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat.

198.1.2.3. mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün —onların bazar qiymətinin 1 faizi.

198.2. Müəssisələr əsas vəsaitlərin bu Məcəllənin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

198.3. Fiziki şəxslər və müəssisələr avtonəqliyyat vasitələrinə görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həcminə görə (1 kub santimetr hesabı ilə) aşağıdakı dərəcələrlə ödəyirlər:

Vergitutma obyektinin adı

Şərti maliyyə vahidinə nisbətən, faizlə

Minik avtomobilləri

0,2

Yük daşıyan avtonəqliyyat vasitələri və avtobuslar

0,4

198.4. Bu Məcəllənin 198.1-ci və 198.2-ci maddələrində göstərilən vergi dərəcələri əmlakın orta illik qalıq dəyərinə tətbiq olunur.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin