Azərbaycan RespublikasıTəhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 51,54 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü51,54 Kb.
#42244
1   2   3
- XIII- XVIII əsrlərdə Azərbaycanda maarif və elm

XV-XVI-cı əsrlər

Azərbaycan ərazisində XV əsr ərzində də sülalədaxili, tayfalararası çəkişmələrin, bir çox hallarda dövlətlərarası müharibələrin davam etməsi, bu hadisələrin insanların maddi və mənəvi həyatına mənfi təsiri hürufilik təliminin yaşarılığını təmin etmişdir. Hürufilikdə ərəb əlifbasının 28 hərfi və fars əlifbasının 32 hərfi əqlin rəmzi (simvolu), yazının, nitqin və təfəkkürün ifadəsi hesab olunurdu. Hürufilərin qənaətinə görə, «din, allah, dünya və insan məhz bu hərflər vasitəsilə dərk olunur» [2, 11; 11, 78]. Ziddiyyətli, əzablarla zəngin olan zamanın burulğanında insanların xeyirxahlığa, ədalətə, gerçək aləmə inamı azalmış, itmişdi.

XV əsrin Azərbaycan ədəbiyyatı tarixində İmadəddin Nəsiminin müstəsna mövqeyi vardır. Nəsimi Şərq fəlsəfi fikrinin Zərdüşt, əl-Fərabi, İbn Rüşd, İbn Sina, Eynəlqüzzat Həmədani, Ömər Xəyyam kimi nümayəndələrinin, yunan fəlsəfəsinin Sokrat, Aristotel, Platon kimi simalarının zəngin irsini dərindən mənimsəmiş, poeziyada mütərəqqi fəlsəfi ideyaların ardıcıl və mübariz təbliğatçısı olmuşdur. Onun ədəbi-bədii baxışlarının təşəkkülündə aparıcı və həlledici rolu XV əsrə qədərki Azərbaycan ədəbiyyatı şifahi xalq yaradıcılığı nümunələri oynamışdır. Xəttatlıq (kalliqrafiya) və miniatür rəssamlığı bu dövrün Azərbaycan mədəni həyatının diqqəti cəlb edən sahələrindən olmuşdur.

XV əsrdə Şirvanşahların, Qaraqoyunlu və Ağqoyunlu hökmdarlarının saray kitabxanalarında elmi, bədii, fəlsəfi, dini, tarixi məzmunlu əsərlərin üzü köçürülür, əlyazmalarına miniatürlər çəkilirdi. Bu dövrdə Azərbaycanın müxtəlif şəhərlərində Mirəli Təbrizi, Mirabdulla Təbrizi, Süleyman Əli Yaqubi, Nizaməddin Əli Ərdəbili, Cəfər Təbrizi, Əzhər Təbrizi, Əbdürrəhim əl-Yaqubi kimi mahir xəttatlar fəaliyyət göstərmişlər. Məlumdur ku, Ağqoyunlu sultanı Uzun Həsənin «Əməleye-ketabxaneye-hümayun» kitabxanasında 58 mahir xəttat və miniatürçü rəssam çalışmışdır [4, 147]. Orta çağların saray kitabxanaları yalnız kitabların mühafizə olunduğu, istifadə edildiyi mədəni məkan deyildi.

Həmin kitabxanalar eyni zamanda kitabların ustalıqla, məharətlə hazırlandığı emalatxanalar idi. Azərbaycan xəttatları ərəb qrafikası əsasında yazı örnəkləri yaratmaqla yanaşı həmin qrafikanın təkmilləşdirilməsi sahəsində də xeyli uğurlar qazanmışdılar.

Məsələn, xəttat Mirəli Təbrizi «nəstəliq» xəttinin yaradıcısı kimi tanınmışdı. Mahir Azərbayjan xəttatlarının çoxusunun Təbriz şəhərindən olması sübut edir ki, bu şəhər nəinki ölkənin, habelə İslam Şərqinin aparıcı kalliqrafiya ocaqlarındandır. Xeyli Azərbaycan xəttatı Yaxın və Orta Şərqin müxtəlif hökmdarlarının saraylarında çalışır, fəaliyyət göstərdikləri məkanda xəttatlığın inkişaf istiqamətlərinə əhəmiyyətli təsir göstərirdi.

Təbiidir ki, xəttatların əksəriyyəti doğma vətəndə fəaliyyət göstərirdi. Cəfər Təbrizi Ağqoyunlu Baysunqurun saray kitabxanasına uzun müddət başçılıq etmişdi. Həmin kitabxanada 45 xəttat çalışırdı. Dövrün bir çox mənbələrində «Sultani-Adil» («Ədalətli Sultan») kimi xatırlanan Uzun Həsən Ağqoyunlu müxtəlif (xüsusilə dini və tarixi) məzmunlu əsərlərin Azərbaycan (türk) dilinə tərcümə olunaraq nəfis şəkildə tərtib edilməsinə çalışırdı. O, hər cümə günü islam ilahiyyatçılarını öz yanına toplayır, dini mövzularda müzakirələr təşkil edirdi. Mənbələrdən məlum olur ki, Uzun Həsənin göstərişi ilə Qurani-Kərim ilk dəfə türk (Azərbaycan) dilinə tərcümə edilmiş və onun hüzurunda oxunmuşdu [5, 158-159]. Bu zaman ölkədə xəttatlığın tərəqqisi elmin inkişafı, kitaba olan ehtiyacın artması ilə bağlı idi

XV yüzillik ərzində Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni inkişafı üç dövlətin (Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu) varlığı şəraitində baş verdi. Bu dövrdə Azərbaycan mədəniyyətinin daha sabit inkişafı Şirvanşahlar dövləti tərkibində olan vilayətlərdə nəzərə çarpırdı. XVI əsrdə də Azərbaycanda islamın rolu və mövqeyi çox güclü idi. Dini ideologiyanın güclü təsiri ilə hakimiyyətə gəlmiş Səfəvilərin qüdrət mənbəyi dünyəvi hakimiyyətlə dini hakimiyyətin birləşdirilməsindən irəli gəlirdi. Səfəvilər dövləti özünün bütün fəaliyyətində islam dininə istinad edirdi.

XVI əsrdə Azərbaycanda maarifin başlıca mərkəzləri dini təşkilatlar (məscidlər) idi. Məscidləri yalnız dini təbliğat mərkəzi kimi qiymətləndirmək orta əsrlər və din haqqındakı qeyri-elmi təsəvvürlərin nəticəsidir. «Came məscidləri yalnız ibadət yeri olmayıb, eyni zamanda dövlət yığıncaqlarının və ictimaiyyətin toplanış yeri idi. Orada dövlət xəzinəsi saxlanılır, müəllimlər tərəfindən məruzələr oxunur, məhkəmə və ictimai işlər aparılırdı» [7, 205]. Məscidlərin funksional əhəmiyyəti, onların mədəni-maarif mərkəzlərindən biri olması islam Şərqinə (habelə Azərbaycana) müxtəlif məqsədlərlə, müxtəlif tarixi dövrlərdə gəlmiş Avropa səyyahlarının, tacirlərinin və diplomatlarının diqqətini xüsusilə cəlb etmişdir.

Onların əksəriyyəti Azərbaycan şəhərlərində fəaliyyət göstərən məscidlərin sayı barədə məlumatları mütləq öz qeydlərində, əsərlərində vermişdir [Bax: Azərbaycan tarixinə dair orta əsr qaynaqlarının əksəriyyətinə]. Maarifin inkişafı prosesinə kalliqrafiyanın mühüm təsiri olmuşdur. Təbriz, Ərdəbil, Marağa və Şamaxı kitabxanaları xəttatların toplandığı əsas mədəniyyət mərkəzləri idi.

XVI əsrin əvvəllərindən etibarən Təbriz Yaxın və Orta Şərqin ən iri kalliqrafiya mərkəzinə çevrilmişdi. Saray kitabxanasında, məscidlərdə və mədrəsələrdə çalışan xəttatlar elmi, bədii əsərlərin üzünü köçürməklə maarifin inkişafına güjlü təsir göstərirdilər. XVI əsrdə şəhərlərin inkişafı, ticarət fəaliyyətinin intensivləşməsi maarif sisteminin genişlənməsinə, tədris prosesində aparıcı mövqedə olan ruhanilərin funksiyalarının artmasına səbəb oldu. Artıq XVI əsrin sonlarına doğru yalnız Təbrizdə 47 mədrəsə, 600-ə qədər məktəb fəaliyyət göstərirdi [6, 234-235].

Maarif sistemi əsasən Azərbaycan şəhərlərinin əhalisini əhatə edirdi. Təbriz, Ərdəbil, Şamaxı, Gəncə, Bakı, Marağa kimi çoxminli əhalisi olan şəhərlərdə hər məhəllənin bir neçə məscidi və buna müvafiq olaraq bir neçə məktəbi, mədrəsəsi) vardı. Kənd yerlərində isə bir məktəb adətən bir neçə kəndin maarifə olan tələbatını ödəyirdi. Azərbaycan şəhərlərinin maarif imkanları xariji səyyahların diqqətini xüsusilə cəlb edirdi. Osmanlı diplomatı və səyahətçisi Övliya Çələbi (1611-1682) 1646-1648-ji illərdə Azərbaycanda olmuş, Təbriz şəhərinin maarif potensialı haqqında yazmışdır: «Təbrizdə 47-yə yaxın mədrəsə var. Onlar abad tədris müəssisələridir. Orada müxtəlif elmlər öyrənilir və bir çox tanınmış müəllimlər işləyir» [8, 121-130].

Ərəb və fars dillərinin tədrisi, Quranın mükəmməl öyrədilməsi məktəblərin və mədrəsələrin öyrətmə obyekti kimi XVII əsrdə də mərkəzi yeri tutmaqda idi. XVII əsrin Azərbaycan maarif xadimləri yalnız vətəndə fəaliyyət göstərməklə məhdudlaşmırdılar. XVII əsr Azərbaycanda dini funksiyaları həyata keçirən binaların xüsusi intensivliklə inşası ilə səciyyəvidir. Bu jür tikinti işləri ölkənin cənubunda daha geniş şəkildə aparılmışdır. Lakin Abşeron yarımadasında da XVII əsrdə bir çox məscidlər inşa olunmuşdu [14, 147]. Ərdəbildəki Şeyx Səfi kompleksi dini – xatirə komplekslərinin nadir incilərindən idi və XVII əsrdə də bu kompleksin memarlıq təkamülü davam edirdi.


Yüklə 51,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin