Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


neyron (  neuron ), və ya da  neyrosit



Yüklə 60,12 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix13.12.2023
ölçüsü60,12 Kb.
#176476
1   2   3   4
Yusifova Röya. MQT-2301B. Neyronun quruluşu və onun funksiyası (1)

neyron

neuron
), və ya da 
neyrosit
(
neyrocytus
) adlanır. Neyron, sinir toxumasının əsas 
quruluş və funksional vahididir. Neyronda hüceyrə cismindən əlavə çıxıntılar ayırd 
edilir. Sinir hüceyrəsinin çıxıntıları iki növdür: neyrit, ya, 
akson
(
neuritum
) və 
dendrit
(
dendritum
). Neyrit, və ya akson (latınca 
axis
– “ox”) sinir impulsunu 
hüceyrə cismindən (perikariondan) işçi orqanlara (əzələlərə, vəzilər ə) və ya digər 
neyronlara aparır, dendritlər isə əksinə impulsu periferiyadan perikariona doğru 
aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti olub, bir ya bir neçə dendriti 
ola bilər. Beləliklə, çıxıntıları n ümumi miqdarı ayrı-ayrı neyronlarda eyni deyildir 
və bundan asılı olaraq üç növ neyron (şək. 7.1) ayırd edilir: birçıxıntılı, və ya 
unipolyar neyron (
neurocutis unipolaris
), ikiçıxıntılı və ya biopolyar neyron 
(
neurocytus bipolaris
) və çoxçıxıntılı, və ya multipolyar neyron (
neurocytus


multipolaris
). Bunlardan
 
əlavə, bir də
 
psevdounipoiyar və
 
ya yalan birçıxıntılı
 
(
neurocytus pseudounipolaris
) hüceyrələr müəyyən edilir. Bu neyronların 
cismindən bir çıxıntı
 
başlayır və
 
tezliklə
 
"T" hərfi kimi ikiyə bölünür. Deməli, 
psevdounipolyar hüceyrələr əslində ikiçıxıntılıdır, lakin başlanğıcda bu çıxıntılar 
bir-biri ilə birləşmiş olur.
Şək.7.1 
Psevdounipolyar neyronların çıxıntılardan biri dendritə , digəri isə neyritə 
uyğundur. İnsanda definitiv halda əsil unipolyar sinir hüceyrəsinə təsadüf olunmur. 
Unipolyar neyronda olan cəmi bir çıxıntı neyritdən ibarətdir, onun dentriti olmur. 
Embrional dövrdə unipolyar neyronlar olur, lakin insanda embrional inkişafın 
sonrakı mərhələlərində bunlar tezliklə iki ya, çoxçıxıntılı neyronlara diferensiasiya 
edir. Bu onunla izah olunur ki, rüşeym dövründə inkişaf etmədə olan sinir 
hüceyrəsində əvvəl neyrit meydana çıxır, dentritlər isə daha sonra əmələ gəlir. 
Bipolyar və ya ikiçıxıntılı neyronların çıxıntılarından biri dendrit, digəri isə 
neyritdir və onlar adətən hüceyrənin əks qütblərindən başlayır. İnsanda əsil 
ikiçıxıntılı sinir hüceyrələrinə çox az təsadüf olur. Bunlara gözün tor qişasındakı 
ara neyronlar, qoxu neyronları və spinal qanqlionun (eşitmə orqanında) neyronları 
aiddir. Qeyd olunduğu kimi bipolyar neyronlara bir də psevdounipolyar neyronları 
aid etmək olar. Bunlara isə əksinə insanda çox tə sadüf olunur, belə ki, onurğa 
beyni qanqlionlarını təşkil edən neyronlar başlıca olaraq psevdounipolyar 


hüceyrələrdir. Multipolyar sinir hüceyrələrinin çıxıntı ları üç və ya daha çox olur, 
lakin bunlardan yalnız biri neyrit olub, qalanları isə dendritlərdir. Multipolyar 
neyronlar insanda və digər məməlilərdə sinir hüceyrələrinin ən geniş yayılmış 
formasıdır. Onlara onurğa beynin ön buynuzlarının neyronlarını tipik misal kimi 
göstərmək olar. Bu neyronların neyriti adət ən çox uzun olub, insanda bəzən bir 
metrdən də artıq olur. Belə neyrona 

Yüklə 60,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin