Sinir
hüceyrəsinin daxili quruluşu.
Sinir hüceyrəsi cismində neyroplazma
(perikarion), nüvə, ümumi və spesifik orqanellər ayırd edilir (şək.7.2). İnsanın
sinir hüceyr əsində adətən bir nüvə olur, çox nadir hallarda isə iki və hətta çox
nüvəyə rast gəlmək olur. Çoxnüvəli sinir hüceyrələri (vegetativ sinir hüceyrə
ləri) vegetativ sinir sisteminin bəzi nahiyələrində, məsələn, intramural sinir
qanqlionlarında (uşaqlıq boynunda, prostat vəzində və s.) müşahidə olunur.
Həmin yerlərdə hüceyrə nüvələrinin sayı bəzən 15-ə qədər çata bilir. Nüvə çox
vaxt girdə olub, qovuqcuğa bənzəyir və hüceyr ənin mərkə zində yerləşir,
ekssentrik və ziyyətdə olan nüvəyə az təsadüf olunur. Xromatin az olduğundan
nüvə aç ıq boyanır və onun içərisində nüvəcik aydın nə zərə çarpır. Nüvəcik adə
tən iri və bir ədəd olur, bəzən iki ya üç nüvəciyə də təsadüf edilir. Nüvəcik RNT
ilə zəngindir. Nüvə və nüvəciyin böyüklüyü neyronun funksional halından
asılıdır; fəallıq artdıqca onlar böyüyür, nüvəcik miqdarca çoxala bilir. Elektron
mikroskopu vasitəsil əsinir hüceyrəsi nüvəsinin ətrafında tipik iki zar aşkar
edilmişdir, həmin zarların arasındakı məsafə 20 nm-ə bərabərdir. Nüvə zarı
üzərində dəliklər vardır. Sinir hüceyrəsinin sitoplazmatik maddəsi, və ya
neyroplazma onun həm cismində, həm də çıxıntılarında paylanmışdır; hüceyrə
cismində o
perikarion
(
pericaryon
) adlanır, aksonun plazmasına
aksoplazma
,
dendritdə
isə
ona
dendroplazma
deyilir.
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, b.ü.f.d., dosent
Quliyev Yusif Nazir oğlu, b.ü.f.d., dosent Əbiyev Qalib Şamil oğlu, b.ü.f.d.,
dosent Adıgözəlova Vəfa Alman qızı. “Orqanizmin yaş xüsusiyyətləri” (Dərs
vəsaiti ) Bakı-2018
2. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, b. ü. f. d. , dosent
Quliyev Yusif Nazir oğlu, b. ü. f. d. , dosent Əbiyev Qalib Şamil oğlu, b. ü.
f. d. , dosent Adıgözəlova Vəfa Alman qızı “Orqanizmin yaş xüsusiyyətləri”
(Dərs vəsaiti ) Bakı-2018
3. H. H. Əsədov, İ. U. Rəhimov, F. H. Əsədov. Uşaq
orqanizminin anatomiyası və fiziologiyasının yaş xüsusiyyətləri. Dərslik.
Bakı – 2008
4. Y. N. Quliyev Məktəbyaşlı uşaqların fizioloji xüsusiyyətləri.
Metodik vəsait. Bakı -2011
5. F. Hacıyev Yaş fiziologiyası və məktəb gigiyeniyası. Dərs vəsaiti.
Bakı – 1992
6. Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın
əsasları”, Bakı-1994.
Document Outline - Duyğu, hərəki və ara.
- Duyğu sinir uclarına – reseptorlar deyilir.
Dostları ilə paylaş: |