Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 60,12 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix13.12.2023
ölçüsü60,12 Kb.
#176476
1   2   3   4
Yusifova Röya. MQT-2301B. Neyronun quruluşu və onun funksiyası (1)

uzun aksonlu multipolyar neyron
(
neurocytus multipolarus longi axonicus
) deyilir. 
Aksonları qısa olan 
multipolyar neyronlar 
da (
neurocytus multipolaris brev iaxonicus
) vardır.
 
Dendritlər (yunanca 
dendron
– “ağac”) çox vaxt qısa çıxıntılardır və bunlar bir 
qayda olaraq ağac kimi şaxələnir. Onların uzunluğu bəzən mikronlarla ölçülür, 
lakin psevdounipolyar hüceyrələrdə dendritlər çox uzun çıxıntılardır və insanda 
uzunluqları hətta bir metrə qədər çatır. Dendritlər hüceyrə cismi yaxınlığında 
nisbətən qalın olur və oradan uzaqlaşdıqca nazikləşir. Neyrit nazik çıxıntıdır və 
bütün uzunluğu boyu öz qalınlığını dəyişmir. Lakin başlanğıcda neyrit konusa bə 
nzəyir, buna neyrit və ya 
akson əsası 
(
basis axonis
) ya
akson təpəciyi 
deyilir. 
Dendritlərin
 
şaxələri üzərində
 
dendrit tikanları
 
(
spinula dendriti
) adlanan 
çıxıntılara rast gəlmək olur (şək. 7.2). Dendrit periferik ucunda adətən şaxələ nir, 
bir sıra təsadüflərdə həmin şaxələr üzərində spesifik quruluşlu xüsusu qəbuledici 
aparatlara və ya hissi sinir uclarına (reseptorlara) təsadüf olunur. Neyritlər isə 
effektor adlanan uc aparatla işçi orqanlarında qurtarır, digər təsadüflərdə isə 
neyritin ucları başqa neyronla sinaptik rabitələrlə təmasa gəlir. Neyronlar 
morfofizioloji quruluşundan əlavə (çıxıntıların sayına görə) həmçinin funksional 
cəhətdən təsnif olunur. Bu cəhətdən hissi (afferent və ya affektor, ya da reseptor) 
neyronlar, ara (assosiativ) neyronlar və hərəki (efferent, və ya effektor, ya da 
motor) neyronlar ayırd edilir. Hissi neyronlar reseptorlar vasitəsi ilə qəbul olunmuş 
qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə doğru aparır. Assosiativ 
neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır. Hərəki neyronlar mərkəzi 
sinir sistemindən oyanmanı işçi orqanlara ötürür. Sinir hüceyrələrinin cismi 
müxtəlif formaya və ölçülərə malikdir. Formaca girdə, çoxbucaqlı, 
piramidəbənzər, armudşəkilli, iyəbənzər və s. hüceyrələr müəyyən edilir. Adətən, 


insanda hissi sinir hüceyrələrinin cismi girdə olur, hərəki neyronlar isə sinir 
sisteminin ayrı-ayrı nahiyələrində eyni olmayıb spesifik formaya malik olur; məs.: 
beyin qabığının hüceyr ələri çox vaxt piramidə bənzəyir, beyincik qabığında isə 
armudşə kllidirl ər. Bir qayda olaraq insanın onurğa beyninin ön buynuzundakı 
hərəki hüceyrələr multipolyar və ya çoxbucaqlı şəkildə olur. Sinir hüceyrələri 
cisminin ölçüləri də ayrı-ayrı yerdə müxtəlif olur, bu ölçülər çox geniş diapazonda 
tərəddüd edir (4-30 mikron).
Şək.7.2 
Ən böyük hüceyrələrə insanın beyin qabığında, ən kiçik hüceyrələrə isə 
beyincik qabığında rast gəlmək olur (dənə-sinir hüceyrələri). Lakin qeyd etmək 
lazımdır ki, beyin qabığında, əksinə, kiçik hüceyrələrə və beyincik qabığında 
böyük hüceyrələrə (armudabənzər hüceyrələr) də təsadüf olunur. 

Yüklə 60,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin