Laboratoriya işI №8



Yüklə 91,82 Kb.
tarix20.12.2022
ölçüsü91,82 Kb.
#76801
5L Yerin maqnit sahəsinin və toplananlarının təyini-1


LABORATORIYA IŞI №4
YERİN MAQNİT SAHƏSİ
Ləvazimat: maqnit sahəsi sensoru, Gauss sıfır kamerası (cismi maqnitsizləşdirən cihaz),fırlanma hərəkəti sensoru, bucaq göstəricisi, stol sıxacı, uzunluğu 45 sm olan polad çubuq (qeyri-maqnit), idarə olunan bucaq sıxacı, interfeys, xüsusi kompüter proqramı
İşin məqsədi: məqsəd fırlanma hərəkəti sensorunun üzərinə oturdulmuş maqnit sahəsi sensorundan istifadə etməklə Yerin maqnit sahəsinin qiymət və istiqamətini tapmaqdır. Fırlanma hərəkəti sensoruna bağlanmış blokun əl ilə döndərilməsi yolu ilə maqnit sahəsi sensoru 3600 fırladılır. Gauss sıfır kamerası (cismi maqnitsizləşdirən cihaz) vastəsilə maqnit sahəsi sensorunun göstərişi sifira bərabərləşdirilir. Həmin kameranın divarları yüksək maqnit nüfuzluğuna malik olan materialdan hazırlanmışdır və kameranın ətrafındakı maqnit sahəsini dağıdır.
Qısa nəzəriyyə
Yerin maqnit sahəsinin qiyməti onun səthi boyunca dəyişir. Yerin maqnit sahəsinin üfiqi toplananı coğrafi şimal (maqnit cənub) qütbünə doğru yönəlir. Maqnit əqrəbinin şimal qütbü Yerin maqnit sahəsinin cənub qütbü tərəfindən cəzb olunur. Beləliklə. Şimal adlandırığımız coğrafi qütb həqiqətdə cənub maqnit qütbüdür.
Yerin tam maqnit sahəsi üfüqi toplanana nəzərən müəyyən bucaq altında yönəlir. Bu bucaq meyl bucağı adlanır. Şimal yarımkürəsi üçün vəziyyət şəkil 1-də göstərilmişdir.



Şəkil 1. Yerin maqnit sahəsinin


toplananları (şimal yarımkürəsi)

İŞİN GEDİŞİ
Yerin maqnit sahəsinin üfiqi toplananı
1. Maqnit sahəsi sensorunun üfiqi dairə üzrə firlana bilməsi üçün fırlanma hərəkəti sensorunun tutqacını elə nizamlayın ki, bucaq göstəricisi 900 olsun.
2. Maqnit əqrəbini ufiqi vəziyyətdə saxlayın və fırlanma hərəkəti sensorunun aşağı tərəfində stolun üstündə yerləşdirin. Fırlanma hərəkəti sensorunu maqnit əqrəbinin istiqamətinə paralel vəziyyətdə saxlayın. Fırlanma hərəkəti sensorunun son vəziyyətini Yerin tam maqnit sahəsinin istiqaməti kimi istifadə edin. Bucaq göstəricisinin əqrəbini açıb götürün ki, experimentin nəticəsinə təsir göstərməsin.
3. Maqnit sahəsi sensorunu elə döndərin ki, onun zondunun istiqaməti Yerin maqnit sahəsinin fırlanma hərəkəti sensorunun vəziyyəti ilə qeyd olunmuş istiqamətinə perpendikulyar olsun. Gauss sıfır kamerasını maqnit sahəsi sensorunun zonduna geyindirin və həmin sensorun üstündəki sıfırlama düyməsini basın. Bu ona zəmanət verir ki, eksperiment müddətində alınan qiymətlər maqnit sahəsi sensoru üzərində qeyd edilmiş maksimumu aşmasınlar.
4. Addım 3-dəki nizamlamanı yerinə yetirdikdən sonra DataStudioda START düyməsini basın. Fırlanma hərəkəti sensorunun blokunu kiçik sabit sürətlə 3600 fırladın. Kompüterin ekranında qrafiki izləməklə müsbət fırlanma istiqamətini müəyyənləşdirin. Fırlanma bucağı 3600 –yə çatdıqda DataStudio avtomatik olaraq dayanacaqdır.
5. Elektrik dövrələrindən daxil olan küyləri aradan qaldırmaq üçün DataStudio kalkulyatorunda düzləndirici faktor (8) ( smoothing factor (try 8) ) daxil edin. Misal üçün: B = smooth(8,smooth(8,x)). Tətbiq et (Accept) düyməsini basın. Bundan sonra ekranda düzləndirilmiş qrafik müşahidə olunacaq.
6. Maqnit induksiya vektorunun bucaqdan asılılıq qrafikini araşdırın. Başlanğıc vəziyyətə nəzərən hesablanmış hansı bucaqda maqnit induksiya vektorunun maksimum olduğunu müəyyənləşdirin. Bu bucaq maqnit əqrəbinin göstərdiyi istiqamətə təxminən uyğun gəlirmi?
7. Şimal (Cənub maqnit) qütbun istiqaməti hansıdır? Yadda saxlayın ki, maqnit sahəsi o vaxt müsbət hesab edilir ki, sahə sensorun sonuna doğru yönəlsin. Maqnit induksiya vektorunun maksimumu ilə qeyd edilən istiqamət maqnit əqrəbinin göstərdiyi istiqamətlə eynidir?
8. Smart Cursor-dan istifadə etməklə qrafikdə ən yüksək və ən aşağı nöqtələr arasındakı fərqi təyin edin; o, Yerin maqnit sahəsinin üfiqi toplananının maksimum qiymətidir.
Yerin tam maqnit sahəsi
1. Maqnit sahəsi sensorunun şaquli dairə üzrə firlana bilməsi üçün fırlanma hərəkəti sensorunun tutqacını elə nizamlayın ki, bucaq göstəricisi 00 olsun.Fırlanma hərəkəti sensorunu maqnit əqrəbinin göstərdiyi Yerin maqnit sahəsi ilə istiqamətləndirilmiş vəziyyətdə saxlayın.
2. Maqnit sahəsi sensorunun zondunu ufiqi istiqamətdə saxlayın.
3. Gauss sıfır kamerasını maqnit sahəsi sensorunun zonduna geyindirin və həmin sensorun üstündəki sıfırlama düyməsini basın.
4. Maqnit sahəsi sensoru üfiqi vəziyyətdə olan vaxt DataStudio-da START düyməsini basın. . Fırlanma hərəkəti sensorunun blokunu kiçik sabit sürətlə 3600 fırladın. Fırlanma bucağı 3600 –yə çatdıqda DataStudio avtomatik olaraq məlumat toplamağı dayandıracaqdır.
5. Elektrik dövrələrindən daxil olan küyləri aradan qaldırmaq üçün DataStudio kalkulyatorunda düzləndirici faktor (8) ( smoothing factor (try 8) ) daxil edin. Misal üçün: B = smooth(8,smooth(8,x)). Tətbiq et (Accept) düyməsini basın. Bundan sonra ekranda düzləndirilmiş qrafik müşahidə olunacaq.
6. Smart Cursor-dan istifadə etməklə qrafikdə ən yüksək və ən aşağı nöqtələr arasındakı fərqi təyin edin; o, Yerin tam maqnit sahəsinin maksimum qiymətidir.
Veerilir:
Büf=0.48Qauss
Bş=0.3Qauss
Bt=


Yerin maqnit sahəsi
Yüklə 91,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin