Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Eşitmənin mərkəzi sinir mexanizmi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix04.12.2023
ölçüsü0,63 Mb.
#172418
1   2   3   4   5   6   7
Nuranə Mahmudova . TSP 2303B. Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri (1)

Eşitmənin mərkəzi sinir mexanizmi 


Eşitmə respetorlarından oyanma potensialları qeydə alan unikal 
mikroelektrofizioloji tədqiqatlar göstərmişdir ki, eşitmə reseptorları arasında 
aydın, yüksək və xarakterik səs tonlarına görə sazlanan sensorlarla yanaşı olaraq 
alçaq, qeyri-aydın, qarışıq səslərə görə köklənən sensorlar da mövcuddur. Qulaq 
ilbizindən başlanğıc götürən eşitmə siniri, az sayda liflər saxlayır, eşitmə 
reseptorları kimi, səs tezliklərinə köklənmə dərəcəsinə görə fərqlənirlər. Hər iki 
qulaqdan beyinə tərəf gələn eşitmə sinir lifləri arxa beyin nahiyəsində ilkin 
eşitmə mərkəzi olan koxelyar nüvəyə daxil olur və çoxlu şaxələr verir, bu 
şaxələr yüksək nizamla qurulmuş şəbəkə əmələ gətirir. Tədqiqatçılar 
göstərmişdir ki, bazilyar membranda eşitmə reseptorlarının bütün tonotipik 
ardıcıllığı olduğu kimi koxelyar nüvədə proyeksiya olunur. Koxelyar nüvənin 
hər bir hissəsi ilə arxa beynin müxtəlif mərkəzləri arasında çox zəngin və 
mürəkkəb əlaqələr mövcuddur. Koxelyar neyronların bəziləri zeytun nüvələri 
kompleksi ilə ikitərəfli (ipsilateral və kontrateral) əlaqələr əmələ gətirir. Bu 
məkanda səsləri binaural olaraq təyin edilməsi üçün zəruridir. Dorsal koxelyar 
neyronlar eşitmə siqnalları orta beyindəki eşitmə mərkəzlərinə-dördtəpəli cismin 
arxa qabarlarına və talamusa yollayır. Eşitmə informasiyaları üçün başlıca 
talamik rele
funksiyası medial dizcikli cisim icra edir. Somatosensor və görmə 
sensor sistemlərdə olduğu kimi, rele xarakterli talamik neyronların baş beyin 
qabığına proyeksiya olunduğu sahələr qabığın ilkin eşitmə mərkəzlərinə 
müvafiq gəlir. Əvvəllər zənn edirdilər ki, baş-beyin böyük yarımkürələri 
qabığında, gicgah nahiyəsində bir ilkin eşitmə mərkəzi mövcuddur. Primatlarda, 
eləcə də insanda baş-beyin qabığına məxsus olan çoxlu eşitmə sahələri (əsasən 
də gicgah payının dorsal hissəsində) olduğu müəyyən edilmişdir. Belə
təsəvvürlər də var ki, eşitmə qabıqda daxili qulaq ilbizinin koxleotipik quruluşu 
(özünəbənzərliyi və tonotipik mənzərəsi ilbiz boyunca səs tonlarına köklənmə 
ardıcıllığı) 
əks 
etdirən 
«nümayəndəliklər» 
mövcuddur. 
Tonotopik 
«nümayəndəlik» səslərə tezlik göstəricilərinə görə geniş diapazonda reaksiya 
vermək funksiyasına malik olduğu güman edilir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin