əlaqədardır. İlbiz (və ya korti) kanalına yönəlmə dərəcəsinə görə tükcüklü
eşitmə reseptorları 2 tipə ayrılır: xarici tükcüklü hüceyrələr (onlar sayca çoxdur,
təxminən 20.000 qədərdir) və daxili tükcüklü hüceyrələr (insanda onların sayı
3500-ə çatır). Birinci tip reseptorlar 3 sırada düzülmüşdür. Onların sensillərinin
ucları U-formada olub və tektorial membranla təmasdadır. Tektorial və bazilyar
membran yerdəyişəndə sensillər qıcıqlanır və reseptorlar hüceyrələrdə oyanma
prosesləri baş verir.
İlbizin bazilyar membranı mikroskop altında müşahidə edən ilk anatomlar
belə
qənaətə gəlmişdilər ki, guya bu membran ro- yalın tarım simləri kimi
müxtəlif uzunluğu olan nazik eninə zolaqlardan (tellərdən) ibarətdir, qısa
«tellər» yüksək səs tonlarına, uzun, tellər isə alçaq səs tonlarına görə köklənir və
müvafiq səs duyğuları oyadır. Bu təsəvvürlərə əsaslanaraq XIX əsrin sonunda
fizik və fizioloq Helmhols eşitmənin rezonans nəzəriyyəsini irəli sürür.
Helmholsa görə eşitmə membranı hər bir səs tezliyinə
müvafiq gələn yerlərə
malikdir, membranın bir yerində səs təsirindən əmələ gələn ehtizazlar (rəqslər)
fiziki rezonans prinsipi üzrə membranın digər yerlərinə yayılır və beləliklə,
müxtəlif səs duyğuları yaranır. Lakin bu nəzəriyyə sonralar tam təsdiq olunmadı.
Dyerd Bekesi öz tədqiqatları ilə eşitmənin fiziki mexanizminə xeyli aydınlıq
gətirdi, o bu işlərə görə 1961-ci ildə Nobel mükafatı aldı. Bekesi müəyyən etdi
ki, səslərin doğurduğu rəqsi hərəkətlər oval pəncərədən bazilyalar membrana və
bu membran boyunca qaçan dalğa formasında ilbizin sivri ucuna qədər yayılır,
membranın müəyyən yerində yüksək amplituda malik olur, onun əyrisi dalğanın
surətindən asılı olmayaraq hər bir verilmiş rəqs tezliyi üçün daimidir,
stasionardır. Yüksək səs tonlarına xas olan
amplitud zirvələri bazilyar
membranın dar yerləri, alçaq səs tonlarına müvafiq gələn amplitud zirvələri isə
bazilyar membranın gen yerləri üçün xarakterikdir. Beləliklə, daxili qulaqda
eşitmə membranları öz struktur və funksional xassələri üzrə elə qurulmuşdur ki,
onların müəyyən sahələri və reseptor sıraları bu və ya digər səslərə görə spesifik
olaraq saxlana bilər.
Dostları ilə paylaş: