Azərbaycan respulikasinin elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix04.12.2023
ölçüsü0,63 Mb.
#172418
  1   2   3   4   5   6   7
Nuranə Mahmudova . TSP 2303B. Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri (1)



AZƏRBAYCAN RESPULİKASININ ELM və TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
SƏRBƏST İŞ 
 
Fakültə: Məktəbəqədər təhsil 
İxtisas: Təhsildə sosial-psixoloji xidmət 
Qrup: TSP 2303B 
Fənn: Anatomiya 
Müəllim: Dosent Laura Həsənova 
Tələbə: Nuranə Mahmudova
Mövzu: Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş 
xüsusiyyətləri 
 
BAKI-2023 


Eşitmə analizatorunun quruluşu, funksiyası və yaş xüsusiyyətləri
Orqanizmin xarici mühitlə əlaqəsində duyğu üzvləri əvəzedilməz rol oynayır. 
Xarici mühitin təsirilə əmələ gələn qıcıqlar, görmə, eşitmə, dad, qoxu və dəri 
hissiyyatı resep-torları oyanaraq sinir sisteminə ötürülür. Duyğu üzvləri tərəfindən 
qəbul edilmiş qıcıqlar beyin yarımkürələri qabığının müvafiq nahiyələrində ayırd 
edilir. Məsələn, görmə üzvü tərəfindən qəbul edilmiş qıcıqlar cisimlərin rəngi, 
şəkili, ölçüləri, işıqlanma dərəcəsi və s. görmə nahiyəsində aşkarlanır. Eşitmə 
üzvü tərəfindən qəbul edilmiş səs qıcıqları eşitmə nahiyyəsində analiz edilərək 
onların gücü, ucalığı və xarakteri ayırd edilir. Həmçinin, dəridəki reseptorlardan 
gələn oyanmalar dəri hissiyyatı nahiyəsinə çataraq əlimizi vurduğumuz cisimlərin 
forması, səthinin hamar və ya kələ-kötür olması, temperaturlar və s. müəyyən 
edilir. Digər duyğu üzvlərinin dad, qoxu üzvləri reseptorlarının qəbul etdiyi 
qıcıqlar da yarımkürələr qabığının müvafiq nahiyələrində ayırd edilir.
Hər hansı bir reseptor üçün xarakterik qıcıqlandırıcı adekvat qıcıqlandırıcı 
adlanır. Bu, həmin reseptorun tarixi inkişafı prosesində qazanılmış uyğunlaşmışdır. 
Məs; görmə reseptorları üçün işıq şüaları adekvat qıcıqlandırıcıdır. Səs dalğaları, 
mexaniki təzyiq eşitmə reseptorları üçün adekvat olduğu halda, görmə reseptorları 
üçün qeyri-adekvatdır.


Çox vaxt eyni qıcıqlandırıcı bir sıra resptorlara eyni vaxtda təsir edir. Belə 
hallarda qıcıqlndırıcı haqqında əsaslı məlumat həmin reseptorların mərkəzləri 
tərəfindən birgə fəaliyyət nəticəsində verilir. Məs;görmə və eşitmə reseptorlarına 
təsir edən hər hansı partlayış həm səslə(eşitmə), həm də görmə ilə(tüstü, dağıntı və 
s) müşayiət edilir. Bu zaman həmin hadisə haqqında bizdə tam təsəvvür yaranır.
Analizatorların(duyğu üzvlərinin) reseptorlarının bir sıra xüsusiyyətləri var.
Onlardan biri reseptorların oyanıcıqlıq qabiliyyətidir. Reseptorların əsas 
xassələrindən biri də onların labillik xüsusiyyətidir. Bu o deməkdir ki, reseptorlara 
qıcığın təsiri başa çat-dıqdan sonra müəyyən zaman keçir və həmin reseptor 
yenidən qıcıq qəbul etmək qabi-liyyətini bərpa edir. Bunlardan başqa, 
reseptorların adaptasiyası adlanan xüsusiyyəti də var. Yəni, reseptor eyni qüvvəyə 
malik qıcıqlandırıcı uzun müddət təsir etdikdə, onda həmin qıcığa qarşı 
uyğunlaşma baş verir. Belə hallarda qıcığa qarşı olan həssaslıq ya zəifləyir və ya 
tamamilə itir. Məsələn;biz hər hansı bir qoxu olan otağa daxil olduqda müəyyən 
müddət həmin iyi hiss edirik, sonradan bu iy hiss olunmur, artıq qoxu resepto-
runda uyğunlşma baş verir və qıcığa qarşı olan həssaslıq zəifləyir. Reseptorların 
əsas xüsusiyyətlərindən biri də onların tarixi inkişafda qazandıqları ixtisaslaşmadır, 
yəni, hər bir reseptor müəyyən hissin yaranmasını həyata keçirir. Bəzən də elə olur 
ki, müxtəlif təbiətli qıcıqlar reseptorlarda oxşar effektlər əmələ gətirir. Məsələn, 
göz almasına işıq şüaları və hər hansı bir mexaniki təzyiq etdikdə gözdə işıq 
qığılcımları hissi yaranır.
İ. M. Seçenov göstərmişdir ki, bizi əhatə edən xarici aləm haqqında şüuru-
muzda düzgun təsəvvür yaranmasının əsas bünövrəsini hisslərimiz təşkil edir.
Qəbul edilmiş fizioloji təsnifata əsasən, orqanizmdə mövcud olan sensor 
sistemlərə görmə, eşitmə, müvazinət, dadbilmə, qoxu, dəri hissiyyatı, hərəki və 
daxili analizatorlar aiddir.
Havanın səs dalğaları bizim eşitmə üzvümüzə təsir edir və biz daim müxtəlif 
səslərin olduğu aləmdə fəaliyyət göstəririk. Eşitmə orqanı heyvanlarda olduğu kimi 
insanlarda da xarici mühitdə baş verən müxtəlif hadisələri bildirən səsləri qəbul 
edir. Bundan başqa, insanlar arasında ünsiyyət vasitəsi səslər məcmusu olan nitqin 


bizə çatdırılmasında əsas orqan sayılır. Fizikadan məlum olduğu kimi, səslər hava 
molekullarının tezlikləri müxtəlif olan dalğaların hərəkəti nəticəsində əmələ gəlir. 
Bu dalğaları insanın eşitmə aparatı qəbul edir. İnsanın eşitmə orqanı saniyədə 17-
2000 dəfəyədək dəyişən(17-2000 hers) səs dalğalarını qəbul etmək imkanına 
malikdir. Bu diapazondan kənar dalğaları qəbul edə bilmir. 16 hersdən kiçik olan 
səs dalğaları infrasəs dalğalarına aiddir. Kiçikyaşlı uşaqlar, hətta 22000 hers səs 
dalğalarını qəbul edə bilir. İnsanda ikinci siqnal sisteminin inkişafı ilə əlaqədar o, 
nitq səslərinə daha çox (1000-4000 hers) həssasdır. Bir sıra heyvanlar insanın 
qəbul edə bilmədiyi diapazonları qəbul edə bilir. Məs; itlər 38000, pişiklər 70000 
hers, yarasalar 100 000 hers tezlikli səs dalğalarını ayırd edə bilirlər. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin