Ağqoyunlu dövləti Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur.
Ağqoyunlu dövlətinin yaranması XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.
1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.
Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi.
Ağqoyunlu hökmdarları Pəhləvan Bəy
Tur Ali Bəy — 1300 — 1360 (Pəhləvan Bəyin oğlu)
Kutlu Bəy — 1360 — 1389 (Tur Ali Bəyin oğlu) məzarı indiki Bayburt Sinor (Çayıryolu) kənddindədir
Əhməd Bəy — 1389-1403 (Kutlu Bəyin oğlu)
Qara Yuluq Osman Bəy — 1403 — 1435 (Kutlu Bəyin oğlu)
Cəlaləddin Əli Bəy (Qara Yuluq Osman Bəyin oğlu)
Nurəddin Həmzə Bəy (Qara Yuluq Osman Bəyin oğlu)
Cihangir Mirzə (Cəlaləddin Əli Bəyin oğlu)
Uzun Həsən (Cəlaləddin Əli Bəyin oğlu)
Xəlil Bəy (Uzun Həsənin oğlu)
Yaqub Mirzə (Uzun Həsənin oğlu)
Baysungur Bey (Yaqub Mirzənin oğlu)
Rüstəm Bəy (Məqsud Bəyin oğlu-Uzun Həsənin oğlu)
Əhməd Bəy (Uğurlu Məhəmməd Bəyin oğlu-Uzun Həsənin oğlu)
Murad Bəy (Yaqub Mirzənin oğlu)---Ərəb iraqı, Kirman
Məhəmməd Bəy (Yusif Mirzə oğlu-Uzun Həsənin oğlu) — Fars
Abdul Müzəffər Nur Əlvənd Bəy (Yusif Mirzə oğlu-Uzun Həsənin oğlu)--- Azərbaycan